Xəbər lenti
05/04/2020 [00:59]:
"Pandemiya Qarabağa çatarsa, bunun üçün 6 nəfər məsuliyyəti öz üzərinə götürməlidir..."
05/04/2020 [00:56]:
"Xəstəliyə hamı tutula bilər, amma əsas təhlükə xəstəliyin bədəndə yayılması tempidir"
05/04/2020 [00:36]:
Qənirə Paşayevanın rəhbərlik etdiyi İctimai Birlikdən "Evdə qal" kampaniyasına dəstək...
05/04/2020 [00:33]:
"Gəlin, başqalarından təcrid olunmaqla göstərilən şərtlər daxilində yaşamağa alışaq"
05/04/2020 [00:07]:
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB 100-dən çox ailəyə tibbi ləvazimat göndərib
05/04/2020 [00:07]:
Zəncəfil koronavirusun müalicəsində effektivdirmi? - ÜST rəsmisi açıqladı - VİDEO
04/04/2020 [23:45]:
Gəncədə kişi həyat yoldaşını benzinlə yandırıb
04/04/2020 [23:41]:
Hansı qohumların dəfnində iştiraka icazə verilir? - DİN-dən açıqlama
04/04/2020 [23:40]:
"Vətəndaşın posta icazəsiz gəlib çıxması müəyyən olunsa, məsuliyyətə cəlb ediləcək" - VİDEO
04/04/2020 [22:44]:
Azərbaycanda fərqlənmə nişanı olmayan taksi sürücüləri cərimələnəcək
04/04/2020 [22:42]:
DANX: Yalnız "Fərqlənmə Nişanı" olan taksilər fəaliyyət göstərəcək
04/04/2020 [22:38]:
AzTV "Lələtəpə əməliyyatı" filmini təqdim etdi - EFİRDƏ İLK DƏFƏ + VİDEO
04/04/2020 [22:37]:
Dünyada koronavirusa yoluxanların siyahısında ciddi dəyişiklik: Çin 6-cı yerə endi...Yeni siyahı
04/04/2020 [22:35]:
Azərbaycanda koronavirusa yoluxma nə üçün indi artır? - professor detalları açıqladı
04/04/2020 [22:26]:
"Bütün günü insanları koronavirusdan qorunmağa dəvət edənlər özləri qaydaları pozurlar"
04/04/2020 [22:22]:
Tanınmış iqtisadçı alimdən koronavirusa görə hökumətə antibohran RESEPTİ...
04/04/2020 [22:20]:
Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ
04/04/2020 [22:16]:
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
04/04/2020 [22:13]:
Azərbaycan İnkişaf Korporasiyası yaradılacaq
04/04/2020 [22:07]:
Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı
04/04/2020 [21:58]:
Azərbaycanda Dövlət İnvestisiya Holdinqi yaradılacaq
04/04/2020 [21:56]:
Rusiya və Azərbaycan arasında 300-ə qədər sənəd imzalanıb
04/04/2020 [21:50]:
Türkiyədə koronavirusdan ölənlərin sayı 500-ü ötdü
04/04/2020 [21:49]:
Azərbaycanda sahibkarlıq üçün Koordinasiya Şurası yaradılacaq
04/04/2020 [21:48]:
Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq
04/04/2020 [21:33]:
Nazirlik: OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək
04/04/2020 [21:27]:
Fransa bayrağı Heydər Əliyev Mərkəzinin binası üzərində - FOTO
04/04/2020 [21:21]:
Sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillər veriləcək
04/04/2020 [21:20]:
Azərbaycanda fərdi sahibkarlara dəstək üçün 80 milyon manat ayrılıb
04/04/2020 [21:20]:
Azərbaycanda 50 min ictimai iş yeri yaradılır
04/04/2020 [21:19]:
Azərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcək
04/04/2020 [21:05]:
Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı
04/04/2020 [21:04]:
Operativ Qərargah xarici ölkələrdə olan azərbaycanlılara çağırış etdi
04/04/2020 [21:03]:
Koronavirusun ziyanlarının qarşılanması ilə bağlı Tədbirlər Planı təsdiqləndi
04/04/2020 [21:02]:
Azərbaycanda 300 min muzdlu işçiyə kompensasiya veriləcək
04/04/2020 [21:00]:
İcra başçısı tibb işçilərinə səsləndi: "Siz bizim görünməyən qəhrəmanlarımızsınız"
04/04/2020 [20:36]:
Gün ərzində bilərəkdən SMS göndərən şəxslər cəzalandırıla bilərlər
04/04/2020 [20:34]:
Azərbaycana bütün sərnişindaşıma xidmətləri dayandırıldı - RƏSMİ
04/04/2020 [20:17]:
Azərbaycanda varlı qadın fəhlə bazarında PUL PAYLADI - Koronavirusa görə... - VİDEO
04/04/2020 [20:04]:
SMS-siz evdən çıxanlar bu hallarda cərimələnməyəcək - VİDEO
04/04/2020 [20:04]:
K.Uşinskinin dilimizi məhv edən “vəsiyyəti”
04/04/2020 [20:04]:
“Koronavirusla mübarizədə Britaniya təcrübəsindən istifadə mümkündür”
04/04/2020 [19:54]:
"Bu virusun beyində də ağır fəsadlar törədə bilməsi mümkündür, ona görə də..."
04/04/2020 [19:51]:
ADNSU-da onlayn tədris dərslərin 100%-ni, tələbə kontingenitinin isə 86%-ni təşkil edir
04/04/2020 [19:47]:
Rusiya Çindən 80 milyon tibbi maska alır
04/04/2020 [19:43]:
“Bu geyim dözülməzdir” - Koronavirusla mübarizə aparan həkim - VİDEO
04/04/2020 [19:40]:
Moskvada bir gündə 14 uşaqda koronavirus tapıldı
04/04/2020 [19:28]:
Altı mindən çox məhbus həbsxanadan azad edildi - Koronavirus təhlükəsi...
04/04/2020 [19:21]:
Komitə əməkdaşları evlərə zəng edir: Koronavirusla bağlı maarifləndirmə...
04/04/2020 [19:06]:
13 alman klubu müflis ola bilər
04/04/2020 [19:03]:
Mədət Quliyev Milli qəhrəmanlar adından Prezidentə müraciət ünvanladı
04/04/2020 [19:00]:
Rusiyanın İrəvandakı səfirliyi qarşısında ermənilər etiraz aksiyası keçirdi - VİDEO
04/04/2020 [18:53]:
DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət edib
04/04/2020 [18:46]:
Cazibədar aktrisa: “Hələ də gələcəkdə uşaq dünyaya gətirməyi fikirləşən varsa, arsızdır”
04/04/2020 [18:43]:
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
04/04/2020 [18:34]:
""Keçilməz" "Ohanyan səddi" darmadağın edildi və işğalçı ordu qaçmağa başladı..."
04/04/2020 [18:28]:
Naxçıvanda artilleriya bölmələri gecə şəraitində taktiki təlim keçirib- VİDEO
04/04/2020 [18:21]:
"Bu kabusun nə qədər sürəcəyi bəlli deyil və onlar bunu nəzərə alaraq addım atmalıdırlar"
04/04/2020 [18:18]:
Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i fəaliyyətə başlayacaq
04/04/2020 [17:35]:
TƏBİB koronavirusa görə könüllü səhiyyə işçisi axtarır
04/04/2020 [17:33]:
“Barselona”nın vitse-prezidenti koronavirusa yoluxub
04/04/2020 [17:32]:
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 4 000-i ötdü
04/04/2020 [17:29]:
"Gəlin, gözəlliyimiz üçün qurbanlar verməyək" - Əməkdar incəsənət xadimi xanımlara səsləndi
04/04/2020 [17:08]:
“Yağışlı hava koronavirusun yayılmasını azaldır” iddiası nə dərəcədə doğrudur?
04/04/2020 [17:07]:
Əhməd İsmayılov KİVDF-yə sədr təyin edildi - Prezident Sərəncamı
04/04/2020 [17:03]:
İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib - SƏRƏNCAM
04/04/2020 [16:54]:
Vüqar Səfərli işdən çıxarıldı
04/04/2020 [16:50]:
DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək
04/04/2020 [16:45]:
Milli Məclisin Toponomiya Komissiyasına sədr seçildi
04/04/2020 [16:43]:
İqtisad Universiteti evlərdən distant təhsilə başlayır
04/04/2020 [16:35]:
“Kitablarımı oxusunlar” -Yazıçı Anar vətəndaşları evdə qalmağa çağırır
04/04/2020 [16:34]:
ABŞ özəl şirkətlərə nefti strateji anbarlarda saxlamağa icazə verəcək
04/04/2020 [16:33]:
Şarapova nömrəsini yaydı - “Mənə yazın”
04/04/2020 [16:32]:
Daha bir rus yazıçıdan sensasion iddia: virus gerçək xəstəlikdir, dollar yığan batacaq, qızılı olan isə…
04/04/2020 [16:24]:
"İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir..."
04/04/2020 [16:23]:
Azərbaycanlı məşhur koronavirusa yoluxdu - FOTO
04/04/2020 [16:21]:
Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunacaq - RƏSMİ
04/04/2020 [16:18]:
Türkiyəli məşhur aparıcıda koronavirus aşkarlandı
04/04/2020 [16:10]:
Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub
04/04/2020 [16:10]:
Hərbi qulluqçular yeni mənzillərlə təmin olunub - VİDEO
Bütün arxiv bir sırada
04/02/2017 [15:04] - Köşə - ( 5684 dəfə baxılıb)

Yaxın, uzaq Gürcüstan...

İlham İsmayıl


"İnsan ona görə kölə olur ki, azad olmaq çətindir, qul olmaqsa asan." Nikolay Berdyayev


Yəqin, çoxumuz Gürcüstana getmişik. Bu qonşu ölkəyə gedən vətəndaşlarımızın məqsədləri təbii ki, fərqlidir. Gündəlik  bazarlıqdan avtomobil almağa kimi, istirahətə  və sair işlər üçün  gedib gələnlərin son on-on iki ildə Gürcüstandan razılıqla, ağızdolusu, hətta bir az şişirdərək danışdıqlarını yəqin fərq etmisiniz. Sürücülər gürcü yol polisinin mədəniyyətindən, az gözə çarpmaqlarından, ticarətçilər ucuzluqdan, avtomobil gətirənlər sənədlərin 15 dəqiqəyə verilib yola salınmasından, nəhayət hamının keçdiyi sərhəddə gürcü tərəfin heç bir bürokratiyaya, kobudluğa yol vermədiklərini, ən əsası rüşvətin olmadığını heyrətlə söhbət edirlər. 

Ona görə yox ki, insanlarımız bu vəziyyəti yalnız Gürcüstanda görüblər, yox, SSRİ dağılandan sonra xarici ölkələrə gedib-gəlmək asanlaşdı və Qərbi Avropa ölkələrinə, Amerikaya, daha çox Türkiyəyə gedib gələndə də camaatımız böyük fərqi görürdü və ilk təəssüratlarını həvəslə bölüşürdülər. Amma, o ölkələr haqqında çoxdan eşitdiklərimiz totalitar rejimdə yaşamış  bizləri bir o qədər də təəccübləndirmirdi. Bəs, Gürcüstandan niyə belə həm təəccüb, həm həsədlə danışırıq? Ona görə ki, çox yaxın qonşuyuq, iki yüz ildir ki, az fərqlə eyni taleni yaşamışıq: Rusiya imperiyası Gürcüstanı da, Azərbaycanı da işğal edib, 1918-ci ildə qurulan milli dövlətlərimizi sovet Rusiyası yenidən ələ keçirib, SSRİ dağılmaq ərəfəsində onlar 9 aprel 1989-u, biz 20 yanvar 1990-nı yaşamışıq, biz də torpaq itkisinə məruz qalmışıq, onlar da... 

Qısası,  oxşar tariximiz, qafqazlı kimi oxşar xarakterlərimiz var. Amma, indi bir- birimizə oxşamırıq, indi bu yaxın qonşu bizdən, biz də ondan çox uzağıq. Gedirik, gəlirik və hər gedib gəldikcə o uzaqlığı görür, qayıdıb həsədlə danışırıq. İki gün əvvəl Gürcüstan təkcə bizdən yox, bütün Avrasiya bölgəsindən bir az da uzaqlaşdı. Gürcüstan vətəndaşları Avropa ölkələrinə vizasız gedəcəklər. Bu Gürcüstan dövlətinin , gürcü xalqının tarixi nailiyyətidir. Neçə illərdir ki, hətta Türkiyə buna can atır, amma qəbul olunmur. Rusiyadan, İrandan Ermənistandan heç danışmağa dəyməz. Gürcüstan bizim üçün “uzaq, yaşıl adadır”. 

SSRİ-nin, müstəqilliklərinin Şevardnadze dövrünün ən korrupsioner, “vor zakon”ların at oynatdığı, milisin, polisin quldur hərəkətlərinin tuğyan etdiyi Gürcüstanın bu günkü durumunun memarı Mixail Saakaşvili və gürcü xalqıdır. Saakaşvili təkbaşına istədiyi quruluşu yarada bilməzdi. Gürcü ictimai-siyasi şüurunun yüksək səviyyəsi Saakaşvilini və tərəfdarlarını yetişdirdi. Bu tarixən belə olub, lap Nikolayın zamanında da... Mirzə Cəlil də Təbrizdə, Bakıda döymədiyi qapı qoymadı, axırda Tiflisdə, 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının çapına icazə aldı və on il bizim üçün  mədəniyyət hadisəsi olan jurnal bu şəhərdə işıq üzü gördü. Axundov da Tiflisdən millətimizə maarifçilik dərsi keçdi. Məmmədəmin Rəsulzadə də Azərbaycan Xalq Cümhuriyyətini Tiflisdə elan etdi. Son vaxtlar məlum olur ki, bizim bəzi vətəndaşlarımıza Avropanın yardımı ilə Gürcüstanda sığınacaq verilir, bir azad, hüquq dövləti kimi.

Mənim xarakterimdə kiməsə həsəd aparmaq yoxdu, amma ABŞ prezidenti Buş Gürcüstana gələndə və indi Gürcüstan vətəndaşlarına vizasız Avropa Birliyi ölkələrinə getmək hüququ veriləndə.., yaxşı mənada qonşularıma həsəd aparmışam. 

Gürcüstan mənəvi uğurları ilə yanaşı iqtisadi cəhətdən də sürətlə irəliləyir. Xalq Avropa ölkələrinin vətəndaşları kimi yaşamaq istəyir. Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının hesabatına görə Gürcüstan biznes şəraitinə görə dünyada 16-cı yeri tutur. Gürcüstanın bu reytinq cədvəlində qonşuları Almaniya, Avstraliya kimi ölkələrdir. Gürcüstandakı iqtisadi-siyasi vəziyyəti təhlil edən ekspert yazır:” ötən il ölkə 5 vacib islahat aparıb: enerji təminatının etibarlılığını artırıb, vergi ödəmə  sistemini sadələşdirib, investorların hüququnun müdafiəsi səviyyəsini yüksəldib, torpaq ehtiyatları idarə olunmasının  keyfiyyətini yaxşılaşdırb, idxal və ixrac razılaşdırılması prosedurlarını sürətləndirib. Bizim iş adamlarının  , hətta hakimiyyət elitasının Tiflisdə, Batumidə xeyli biznes obyektlərinin olması da onu sübut edir ki, bu ölkəyə, onun qanunlarına etibar yüksək səviyyədədir. 

Bu yaxınlarda vaxtilə Minskdə təhsil aldığım dostum Andronun dəvətilə Tiflisdə oldum. Andro ilə yaşıdıq. 1992-ci ildə Andro ilə Şəmkirdə  görüşəndə o yaşından çox qoca, əzgin, yorğun və özünün dediyi kimi ümidsiz idi. Bu dəfə Andronu görəndə onun üzündəki işığı, rahatlılığı, bu dəfə yaşından xeyli cavan göründüyünü hiss etdim. Andro varlanmayıb, çoxdan təqaüdə çıxıb, özünün dediyi kimi gündəlik tələbatını ödəyən xırda biznesi var.Uşaqlar böyüyüb, xaricdə təhsil alanı var, qızı böyük bir beynəlxalq  layihənin aparıcı mütəxəssislərindən biridir. Övladlarının gələcəyindən narahat deyil, çox ümidlə yaşayır. Söhbət zamanı Saakaşvilini də, indiki hakimiyyəti də tənqid edir, daha yaxşı işlər görülməsinin mümkünlüyündən danışırdı. Onun danışıqlarına qulaq asıb: “kaş bizim də belə problemlərimiz olaydı, Andro”dedim. Andro deyirdi ki, problemlərimiz  çoxdu, amma  ümidi də çoxdu, həll olunacağına inamı da böyükdü. 

Dəmir yolu vağzalında mənimlə vidalaşan Andro: “İki gündü demək istəyirəm, amma çəkinirdim, bilmirəm səni bir də nə vaxt görəcəm, özünə diqqət et, gözümə çox pis dəydin, sən hamımızdan cavan, yaraşıqlı idin, nə tez qocaldın, səni görəndə tanımadım. Yedik, içdik, amma gözündən kədər getmədi. Nə vaxt istəsən gəl, bir az keyfin açılsın”. Heç bir saat çəkmədi ki, qatar sərhəddə çatdı.Sərhəddəki hər iki tərəfin  yoxlama prosedurundan danışmayacam, müqayisə etməyəcəm. Bilirsiniz. Tiflisdən bizim sərhəddə bir saatlıq yol olsa da, Bakıyadək bir daha gördüklərimi, yaşadıqlarımı düşünüb o qərara gəldim ki biz Gürcüstandan çox uzaqdayıq, Gürcüstan da  bizdən. 

P.S. Gələndən iki gün sonra Andro zəng vurub, sevinclə dedi ki, sənin ayağın düşərli oldu, çoxdan gözlədiyimiz Avropaya vizasız gedişə icazə verildi. Androya deyə bilmədim ki, bu mənim ayağımın işi deyil, sizin başınızın və fədakarlığınızın nəticəsidir. Demokratiya Andronu, Gürcüstanı daha ümidli edib.

"Xəstəliyə hamı tutula bilər, amma əsas təhlükə xəstəliyin bədəndə yayılması tempidir"
"Bütün günü insanları koronavirusdan qorunmağa dəvət edənlər özləri qaydaları pozurlar"
Tanınmış iqtisadçı alimdən koronavirusa görə hökumətə antibohran RESEPTİ...
“Kitablarımı oxusunlar” -Yazıçı Anar vətəndaşları evdə qalmağa çağırır
Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Gündəm
“Koronavirusla mübarizədə Britaniya təcrübəsindən istifadə mümkündür”
Hadisə
Altı mindən çox məhbus həbsxanadan azad edildi - Koronavirus təhlükəsi...
Hadisə
Rusiyanın İrəvandakı səfirliyi qarşısında ermənilər etiraz aksiyası keçirdi - VİDEO
Cəmiyyət
"Qırmızı Aypara Cəmiyyəti bu ağır gündə nə ilə məşğuldur, yığdığı pullar nəyə xərclənib..?"
Araşdırma
İmperator adı daşıyan, yəhudilərin qətliamına səbəb olan pandemiyalar – Dəhşətli tarix...
Yazar
Şahin Quliyev
Koronavirus bizə nəyi sübut etdi?
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Seymur Əliyev
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
İlham İsmayıl
KTMT Baş katibinin hər cümləsi Azərbaycana xəbərdarlıqdır...
Sultan Laçın
“Küçələrimizdəki gerçək dilənçilər: pandemiya dönəmində onlara yardım edən olacaqmı?..”
Həftənin ən çox oxunanları
Dünya bu xəbərdən çalxalanır: Koronavirusla bağlı gizli sənədlər yayıldı...
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Koronavirusa görə Azərbaycan vətəndaşlarına pul veriləcəkmi?
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
Hökumət əhalinin 3 aylıq kommunal xərcini üzərinə götürdü - İBRƏTAMİZ...
Koronavirus bizi nələrdən məhrum edir və nəyə doğru aparır? - AYIQ OLUN!..
Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı
"Qarabağı geri almağın əsl zamanıdır, bir də belə imkan ələ düşməyəcək" - POLİTOLOQ...
Koronovirusu dərmansız sağaldan Azərbaycanlı həkim ortaya rəsmi sənəd qoydu
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247