Xəbər lenti
05/12/2019 [18:38]:
"Lal və yarımlal deputatlar iqtidarın üz qarası oldular..."
05/12/2019 [18:33]:
Nurlana Əliyeva “Naxçıvan” Universitetinin rektoru təyin edildi
05/12/2019 [18:29]:
Prezident Şamaxıda səfərdədir - Foto
05/12/2019 [18:24]:
Prezident İlham Əliyev Şamaxıda səfərdədir
05/12/2019 [18:18]:
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
05/12/2019 [18:17]:
“Borçalı Cəmiyyəti” bəyanat yaydı...
05/12/2019 [18:15]:
Heydər Əliyev Fondu “Azərbaycan” pavilyonuna görə xüsusi mükafata layiq görülüb
05/12/2019 [18:14]:
“Kəlbəcər yolu qardan təmizlənir...-  Gorus-Laçın-Xankəndi yolu açıqdır...”
05/12/2019 [18:13]:
Xudatda çirkab suları daşıyan avtomobil qəzaya uğrayıb, ətrafı üfunət bürüyüb - VİDEO
05/12/2019 [18:09]:
Ukrayna polisi “TIR” sürücüsünə silah çəkdi - Korrupsiyanın tüğyan etdiyi ölkə...
05/12/2019 [18:08]:
Şenol Güneş Bakıdan razılıqla qayıdıb
05/12/2019 [18:00]:
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat (FOTOLAR)
05/12/2019 [17:59]:
Erməni fitnəkarlığı... - Bu dəfə ruslara qarşı
05/12/2019 [17:57]:
İlham Əliyev yeni komissiya yaratdı - SƏRƏNCAM
05/12/2019 [17:55]:
“Vətən məndən başlanır” - UNEC
05/12/2019 [17:54]:
Fuad Muradov: "Ermənilər bir təxribat törədəcəklərsə, on qat cavabını alacaqlar" - VİDEO
05/12/2019 [17:49]:
İmamoğlu “Bloomberg”in siyahısında
05/12/2019 [17:43]:
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
05/12/2019 [17:41]:
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
05/12/2019 [17:40]:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,8 milyon manat ayrılıb
05/12/2019 [17:33]:
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
05/12/2019 [17:26]:
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
05/12/2019 [17:23]:
YAP bütün partiyaları növbədənkənar seçkilərə ÇAĞIRDI
05/12/2019 [17:18]:
Baş Nazirin köməkçisi və Nazirlər Kabineti Aparatının yeni şöbə müdiri təyin edilib
05/12/2019 [17:10]:
Türkiyə XİN rəhbərindən Qarabağ açıqlaması
05/12/2019 [16:48]:
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
05/12/2019 [16:46]:
Milli Məclisə növbədənkənar seçkilərin tarixi açıqlanıb - SƏRƏNCAM
05/12/2019 [16:33]:
Müəllim oğlunun dostu olan şagirdiylə cinsi münasibətdə oldu -FOTOLAR
05/12/2019 [16:31]:
Salyanın beş kəndində mavi qaz yoxdur -Rayonda yerli qurumlar niyə işləmir?
05/12/2019 [16:28]:
Dünyada 432-ci, Azərbaycanda 1-ci- UNEC
05/12/2019 [16:25]:
Ceyhun Bayramov ƏMR verdi
05/12/2019 [16:00]:
“Altın Kələbək”in builki namizədi Oksana Rəsulova: Bu dərəcədə bizi alçatmaq nəyə lazım idi?
05/12/2019 [15:57]:
Əli Zülfüqaroğlu “AZE Nakhchivan SK” (Köln) Furbol Klubunun Azərbaycan üzrə koordinatoru seçilib
05/12/2019 [15:45]:
Sarkisyan: “Qarabağ danışıqları fonunda məni “aradan çıxarmaq” istəyirlər”
05/12/2019 [15:37]:
Bu rayonlara qar yağdı - Faktiki hava
05/12/2019 [15:34]:
Şamaxıda bu gün "ASAN xidmət" Mərkəzinin açılışı olacaq
05/12/2019 [15:33]:
Məşhur YAP-çı hazırkı deputatları seçkiyə qatılmamağa ÇAĞIRDI
05/12/2019 [15:13]:
Deputat oğlunun həbs müddəti uzadıldı
05/12/2019 [15:10]:
Tağıyevin İstanbuldakı villası 17 milyona satılır
05/12/2019 [14:44]:
Qarabağ qazisi olan qardaşımın ölüm işini həkimlər ört-basdır edir -ŞİKAYƏT...
05/12/2019 [14:29]:
“Bəhram Bağırzadənin atası DİN-in pəncərəsindən qışqırdı ki, ay camaat, biz də sizinləyik...”
05/12/2019 [14:27]:
Bakıda xəstəxanaya yerləşdirilən tələbə qızlar evə buraxılıb
05/12/2019 [14:24]:
Ölən qadının sinəsini sığallayan polis işdən qovuldu- FOTO
05/12/2019 [14:23]:
ATƏT PA prezidenti: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nikbin işarə görmək istərdik"
05/12/2019 [14:21]:
Mənzil İnşaat Dövlət Agentliyində yeni təyinat olub
05/12/2019 [14:20]:
ATƏT sədri: "Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi hələ də var"
05/12/2019 [14:06]:
Medvedev eyni anda 20 kanala müsahibə verəcək
05/12/2019 [13:57]:
"Elə müğənnilər var ki, yaz gülü kimidirlər, bir ay keçməmiş solurlar..." - VİDEO
05/12/2019 [13:56]:
Yeni ildəki qeyri-iş günləri ilə bağlı daha bir açıqlama
05/12/2019 [13:55]:
Gülnarə Kərimovanın həbs müddəti uzadıldı
05/12/2019 [13:54]:
Qızıl payızdan qızılı düşüncələr... - Foto-reportaj
05/12/2019 [13:37]:
"Biz heç bir dövlətin tərkibinə daxil olmağa hazırlaşmırıq"
05/12/2019 [13:31]:
Bratislavada ATƏT XİN başçılarının görüşü başlayıb
05/12/2019 [13:30]:
Fuad Muradov: "Gördük ki, məsələlər pis məcraya gedir, bir az vaxt sərf edib müsbət nəticə aldıq"
05/12/2019 [13:27]:
DİM növbəti qəbul imtahanlarının vaxtı ilə bağlı açıqlama verib
05/12/2019 [13:21]:
Gömrük Akademiyasının məzunu: “Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”
05/12/2019 [13:01]:
Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: "Könüllü gəlsəniz..." - VİDEO
05/12/2019 [12:57]:
“Pirotexniki vasitələr, xüsusən uşaqlar və yaşlı insanlar üçün təhlükəlidir...” - Ekspert...
05/12/2019 [12:54]:
Azərbaycanlı repçinin modellə “seks” görüntüləri yayıldı - VİDEO
05/12/2019 [12:51]:
Nazirlər Kabinetinin qərarı ilə Yeni il tətilinin fasiləsizliyi təmin edilib - AÇIQLAMA
05/12/2019 [12:32]:
Nəsiminin Hələbdəki məzarı təmir olundu - FOTOLAR
05/12/2019 [12:28]:
“Aprel şilləsi”ni unudan Anna Akopyan: İrəvanda xal qalmadı...
05/12/2019 [12:26]:
“Son beş ildə erməni ordusunda 100-ə qədər əsgər şəxsi münaqişə zəminində biri-birini güllələyib...”
05/12/2019 [12:25]:
"Əgər yeni qaydalar təsdiq olunarsa..."
05/12/2019 [12:19]:
Cəbhəboyu zonada Azərbaycan Ordusu üçün yeni hərbi obyektlər tikilir - FOTO/VİDEO
05/12/2019 [12:12]:
Əlilliyi olan şəxslərə əlil arabaları paylanıldı - FOTO
05/12/2019 [12:10]:
"Heç bir ali təhsil müəssisəmiz ixtisas üzrə keyfiyyətli kadr hazırlamır..."
05/12/2019 [12:01]:
Məşhur italiyalı hakim erməni uşağı övladlığa götürdü
05/12/2019 [11:58]:
Suriyanın şimalında ABŞ hərbi kontingentinin sayı azaldılıb
05/12/2019 [11:55]:
“Bəzən görürsən ki, belə diqqətdən xəstə sənət adamları sağala bilir...”
05/12/2019 [11:48]:
Odessada matəm elan olundu
05/12/2019 [11:48]:
Bakıda məktəb direktoru işdən çıxarıldı
05/12/2019 [11:46]:
Eddi İsrafilov seks videosu yaymaqda günahlandırılır
05/12/2019 [11:44]:
Nazirlər Kabineti Əli Əsədovun imzaladığı Qərarı ŞƏRH ETDİ
05/12/2019 [11:39]:
Azyaşlını hədələyib soydular - FOTO
05/12/2019 [11:33]:
İran müəyyən sayda ballistik raketi İraqa daşıyıb
05/12/2019 [11:27]:
"Əndamın yansın, Roza" - Aparıcı efirdə özünü saxlaya bilmədi - FOTO
05/12/2019 [11:24]:
Müdafiə naziri cəbhəboyu zonada - VİDEO
05/12/2019 [11:24]:
Nazirlikdən YENİLİK: Müavinət, təqaüd, pensiya, maddi yardım e-arayışla veriləcək
05/12/2019 [11:23]:
Rus ulduzun xanımının fotoları gündəm oldu - FOTOLAR
Bütün arxiv bir sırada
21/12/2016 [14:59] - Cəmiyyət - ( 2213 dəfə baxılıb)

ADPU-da Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar keçirilir



Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin keyfiyyətinin yüksəldilməsi, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, maddi-texniki bazanın və elmi-pedaqoji kadr potensialının gücləndirilməsi, universitetin tədris-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi məqsədilə islahatların, mütərəqqi təşəbbüs və ideyaların, müxtəlif layihələrin həyata keçirilməsi ilə yanaşı, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiq edilməsinə də xüsusi diqqət yetirilir. Bu baxımdan ADPU-nun, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) və Respublika Humanist Pedaqogika Mərkəzinin (RHPM) birgə təşkilatçılığı ilə universitetdə 21-25 dekabr 2016-cı il tarixlərində Humanist pedaqogika üzrə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda keçirilən II beynəlxalq konfrans-seminar diqqətəlayiqdir. Qeyd edək ki, tədbir 21-22 dekabr tarixində Humanist pedaqogika üzrə oxuları və 23-25 dekabr tarixlərində keçiriləcək beynəlxalq seminarı ehtiva edir.


ADPU-nun rektoru, professor Cəfər Cəfərov beynəlxalq konfrans-seminarı giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb. Rektor bildirib ki, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən bu tədbir pedaqoji ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Müasirliyə və yeniliyə xidmət edən, universitet, institut və təhsil idaredən qurumların rəhbərlərinin, millət vəkillərinin, pedaqojiyönümlü ali təhsil müəssisələrinin, pedaqoji kolleclərin, paytaxtımızda, eləcə də respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən bir çox ümumi təhsil məktəblərinin direktorlarının və müəllimlərinin, məktəbəqədər təhsil müəssisələrinin müdirlərinin, tərbiyəçilərinin, bu sahənin tanınmış mütəxəssislərinin, təhsil ekspertlərinin iştirak etdiyi bu beynəlxalq konfrans-seminarda müasir dərsin təşkili, pedaqoji təhsilin yeni forma və metodları müzakirə ediləcək. Qeyd edib ki, seminar və humanist pedaqogika üzrə oxuların müəllifi müasir pedaqogikanın əfsanəsi, psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika
Assosiasiyasının prezidenti, yazıçı Şalva Aleksandroviç Amonaşvilidir. 

Tədbirdə həmçinin Latviya, Litva, Rusiya, Qazaxıstan və Gürcüstanın görkəmli pedaqoq-alimlərinin təqdimatlarının dinlənilməsi nəzərdə tutulur. Novator pedaqoq Şalva Amonaşvili öz təcrübəsini və uşaqlara olan dərin, təkrarolunmaz sevgisini və biliyini cəlbedici və virtuoz formada dinləyicilərlə bölüşəcəkdir. Şalva Amonaşvilinin müəllif seminarında humanist pedaqogikanın əsaslarının dərindən öyrənilməsi, humanist pedaqogikanın və şəxsiyyətyönümlü prinsiplərin təcrübi yanaşması, müasir dünyamızda az da olsa rast gəlinən, yüksək səviyyəli şəxsiyyətlərlə ruhlandırıcı ünsiyyət təklif edilir. Seminarın proqramı dərin fəlsəfi və psixoloji şərtləri, dərs vermək sənətini, dərsdə qiymətləndirmə fəaliyyətini və dərsdə ünsiyyəti əhatə edir. 


Humanist pedaqogikanın əsasını şagirdlərə yönəlmiş nəcib və alicənab insanın tərbiyəsi, uşağın mənəvi və əxlaqi cəhətdən inkişafı, təhsilalanda yaradıcılığa və xeyirxah işlərə istiqamətləndirən təfəkkürün inkişaf etdirilməsi, uşağın həyatda öz seçimləri və azadlığına məsuliyyət daşıyaraq hüquqlarını qoruması, öz xalqının və bəşəriyyətin əsrlərə söykənən dəyərlərini qoruması, qiymətləndirməsi və Vətənini sevməsi prinsipləri təşkil edir. Seminar iştirakçılarda öz şagirdlərini şəxsiyyət kimi formalaşdırmaq və inkişaf etdirmək, təhsilalanlarla ahəngdar münasibətlər qurmaq, onları başa düşmək, təhsilalanların istedadlarının aşkar olunmasında və ətrafda baş verən mənfi halların öhdəsindən gəlməkdə onlara köməklik göstərmək, təhsilalanlar üçün nümunəvi şəxsiyyət, hami, dost olmaq, uşaqları şəxsiyyət kimi qəbul etmək bacarıqlarını formalaşdırır.


Çıxış edən ADPK-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov qeyd edib ki, dekabrın 25-dək davam edəcək tədbirdə təhsil işçiləri Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti və humanist pedaqogikanın ideya müəllifi Şalva Amonaşvilidən ustad dərsləri almaqla yanaşı, Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvilinin təqdimatını da dinləyəcəklər.
Tədbirdə çıxış edən millət vəkilləri Hadı Rəcəbli, Fazil Mustafa, təhsil ekspertləri professor Şahlar Əsgərov, professor Əjdər Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsini müdiri Məhəbbət Vəliyeva, Qazaxstanın dövlət fondu nəzdində Milli Elmi-Praktik Təhsil və Sağlamlıq Mərkəzi “Bobek”in İnsanın Harmonik İnkişafı İnstitutunun direktor müavini Luiza Çubatova, Kalininqrad şəhər 49 saylı liseyin rəhbəri, pedaqoji elmlər namizədi, Humanist Pedaqogika Cəngavəri, “Ürək və Qızılgül qulluqçusu” nişanının laureatı İqor Kirşin, Sankt-Peterburqdakı Ümuminsan Dəyərləri İnstitutunun filial direktoru, Ümumrusiya Pedaqoji Cəmiyyətinin üzvü, psixologiya üzrə fəlsəfə doktoru Valeriy Voşinin, “Valideyn qayğısı” Beynəlxalq İctimai Hərəkatının sədri, Rusiya Federal Məclisi Dövlət Dumasının Təhsil Komitəsi sədrinin birinci müavini, Humanist Pedaqogika Cəngavəri, “Ürək və Qızılgül qulluqçusu” nişanının laureatı Klara Mansurova və başqaları belə beynəlxalq konfrans-seminarların təhsilin inkişaf etdirilməsi, ölkələr arasında elmi-mədəni əlaqələrin genişləndirilməsi, qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıblar.



Tədbirdə “Müəllimin himni” səsləndirilib.

Akademik Şalva Amonaşvili çıxış edərək humanist ideyalara xidmət edən bu beynəlxalq konfrans-seminarın yüksək səviyyədə təşkil edilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, humanist pedaqogika ilə bağlı fikir və mülahizələrini iştirakçılarla bölüşüb. Sonra konfrans öz işini 6 bölmədə davam etdirib. Qeyd edək ki, beynəlxalq seminarın və oxuların sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
loading...
loading...
Milli Məclisə növbədənkənar seçkilərin tarixi açıqlanıb - SƏRƏNCAM
Qan azlığının yaranma səbəbi, əlamətləri - Vaxtında həkimə müraciət edilmədikdə...
Ailəsini öldürən ögey atasından bu cür qaçdı - DƏHŞƏT...+ VİDEO
İslandiya böyüməyə deyil, "xoşbəxtlik iqtisadiyyatı"na keçir - MARAQLI
Keçirdikləri qəzadan dərhal sonra baxın nə etdilər - AĞLASIĞMAZ...+ VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
Ukrayna polisi “TIR” sürücüsünə silah çəkdi - Korrupsiyanın tüğyan etdiyi ölkə...
Cəmiyyət
Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat (FOTOLAR)
Cəmiyyət
Salyanın beş kəndində mavi qaz yoxdur -Rayonda yerli qurumlar niyə işləmir?
Cəmiyyət
Qarabağ qazisi olan qardaşımın ölüm işini həkimlər ört-basdır edir -ŞİKAYƏT...
Cəmiyyət
“Pirotexniki vasitələr, xüsusən uşaqlar və yaşlı insanlar üçün təhlükəlidir...” - Ekspert...
Həftənin ən çox oxunanları
Prezident Administrasiyasının yeni strukturu – TAM SİYAHI
TANAP-ın açılış mərasimində qalmaqal: Ərdoğanın çıxışı nazirin etirazına səbəb olub...
Putin az qala təyyarə qəzasında həlak olacaqdı...
Prezident daha bir məmuru işdən çıxardı
"Rüfət Aslanlı kimi cılız tamahkir, Cahangir Hacıyev kimi yırtıcı onunla şahmat oyununda mat oldular"
Viaqra yerinə sadəcə aspirin için - Türkiyəli həkimlərdən maraqlı araşdırma...
“Qarabağ mitinqini Ramiz Mehdiyev açıb onu aparmağı Nüsrət Kəsəmənliyə həvalə etdi...”
Gənc qızı öldürüb meyitinə təcavüz etdi- FOTOLAR
Yeni Milli(!) Məclisdə kimlər və nələr olmayacaq?..
2019-cu ilin ən aktiv millət vəkilləri seçildi -CAVİD QURBANOV 1-Cİ OLDU
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247