06:35
3°C
Bakı
Şabranda balıqçı dənizdə boğuldu.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bədbəxt hadisə Xəzər dənizinin Şabrandan keçən hissəsində qeydə alınıb.
Dənizə balıq tutmağa gedən 61 yaşlı Şabran şəhər sakini Xələf Hüseynov suda boğulub. Onun adı açıqlanmayan balıqçı yoldaşı isə dənizdən çıxa bilib.
Xələf Hüseynovun axtarışlarına başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu