Xəbər lenti
15/11/2019 [07:08]:
Peyğəmbərimiz(s) Allahdan düşmənləri üçün çox var-dövlət və övlad istəyərdi...-NİYƏ?..
15/11/2019 [00:14]:
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış PKK-nın üzərinə getməlidir..."
14/11/2019 [23:31]:
BDU-da Aşıq Şəmşirə həsr olunmuş "Ozan sənəti milli sərvətimizdir" mövzusunda tədbir - FOTOLAR
14/11/2019 [23:22]:
Mobil telefonu cibinizdə gəzdirməyin - KİŞİLƏRİN DİQQƏTİNƏ!...
14/11/2019 [23:19]:
Yatanda ayaqların arasına yastıq qoyun - 5 inanılmaz FAYDASI...
14/11/2019 [23:17]:
Gül kələminin 10 faydası - Bu xəstələr üçün çarədir...
14/11/2019 [22:56]:
"İnanıram ki, müraciətimizə DİN-in rəhbər şəxsləri ciddi şəkildə reaksiya verəcək" - VİDEO
14/11/2019 [22:50]:
Azərbaycan millisi Lixteynşteynə qalib gəldi
14/11/2019 [22:46]:
Süründürməçi hakimlər cəzalandırıldı: Birinin fəaliyyətinə xitam verildi
14/11/2019 [22:21]:
Başı telefona qarışan sürücü ağır qəza törətdi - VİDEO
14/11/2019 [21:33]:
Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib- SİYAHI
14/11/2019 [21:23]:
Almaniyada azərbaycanlı mühacirə aid restoran və mənzillərdə axtarışlar aparılıb
14/11/2019 [21:06]:
Lukaşenkodan Kremlin ünvanına qəzəbli sözlər: “Biz havayı yeyənlər deyilik...”
14/11/2019 [20:36]:
Ərdoğan Trampın tələbini rədd etdi
14/11/2019 [20:15]:
Gerçək qatillər qondarma qurbanların “soyqırım meşəsi”ni genişləndirir
14/11/2019 [19:54]:
Türkiyənin məşhur müğənnisinin bacısı oğlu həmcinsi ilə evləndi - FOTO
14/11/2019 [19:45]:
Kəsdiyi dırnaqlardan baxın nə hazırladı - MARAQLI... + FOTOLAR
14/11/2019 [19:18]:
Sürətli çəki almağa səbəb olan vərdişlər açıqlandı
14/11/2019 [19:14]:
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Qanun ləğv edildi
14/11/2019 [19:12]:
Prezident Raşid Temrezovla görüşdü - YENİLƏNİB + FOTO
14/11/2019 [19:10]:
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
14/11/2019 [19:01]:
Vilayət Eyvazovdan yeni təyinat
14/11/2019 [18:58]:
12 adamı doğrayıb, 52 torbaya yığdılar
14/11/2019 [18:56]:
Nəsimişünas alim İmadəddin Nəsimi haqqında yayılan yanlış məlumatlara aydınlıq gətirdi
14/11/2019 [18:48]:
“Ermənistanda bioloji laboratoriyaların mövcudluğu ilə bağlı deyilənlər araşdırılmalıdır"
14/11/2019 [18:40]:
İş sahibindən azərbaycanlı jurnalistə əxlaqsız təklif: "Qısa geyin, mənə aid ol" - FOTOLAR
14/11/2019 [18:35]:
Türkiyə Suriyada yeni hərbi baza inşa edir
14/11/2019 [18:33]:
ÜMİD TV-nin əməkdaşı Ərdoğanın köməkçisi ilə görüşdü
14/11/2019 [18:26]:
"Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır"
14/11/2019 [18:22]:
Dövlət Mülki Aviasiya Agentliyinin vəzifələri artırılıb
14/11/2019 [18:17]:
TIR 20 metr hündürlükdən belə aşdı - ANBAAN VİDEO
14/11/2019 [18:14]:
Prezident bu sazişləri təsdiq etdi
14/11/2019 [18:12]:
İlham Əliyev bu şəxslərə fəxri adlar verdi - SİYAHI
14/11/2019 [18:10]:
İlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirill ilə görüşdü - FOTO
14/11/2019 [18:07]:
Emin Həsənli Şimali Kipr prezidenti və nazirlə görüşüb
14/11/2019 [18:06]:
Şamaxıda qaz xətti bir gündə 2 dəfə zədələnib
14/11/2019 [18:03]:
İkinci dəfə əməliyyat olunan Xalq artisti: “Ağrılarım çoxdur”
14/11/2019 [17:56]:
İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq
14/11/2019 [17:45]:
“Qarabağ məsələsində romantizmə yer yoxdur”
14/11/2019 [17:40]:
BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib - FOTO
14/11/2019 [17:30]:
İnək nəcisindən sabun, sidiyindən isə kosmetik vasitə hazırlanacaq - MARAQLI
14/11/2019 [17:28]:
“Sevil” tamaşasının primyerası olub - FOTO
14/11/2019 [17:16]:
BSU-da Pedaqoji fakültədə təhsil alan tələbələr üçün seminar keçirilib - FOTO
14/11/2019 [16:59]:
İlham Əliyev Mahmud Abbası təbrik edib
14/11/2019 [16:58]:
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
14/11/2019 [16:50]:
İcazəsiz ov edən şəxslər saxlanılıb
14/11/2019 [16:43]:
Goranboy rayonunun Xasadarlı kəndinə qaz verilib - FOTO
14/11/2019 [16:38]:
Şuranın dəstəyi ilə yaradılan grant.az saytının təqdimatı keçirilib - FOTOLAR
14/11/2019 [16:33]:
QAT erməni jurnalistlərin səfərinin mümkün olmayacağını bildirib
14/11/2019 [16:28]:
“Burda Tramp faktoru var və o, çalışacaq ki, Türkiyəylə münasibətlərdə tam qırılma olmasın...”
14/11/2019 [16:21]:
Şair Şamxal Rüstəm vəfat etdi - FOTO
14/11/2019 [16:20]:
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri başlayır
14/11/2019 [16:17]:
Bakıda məktəbli qız uşaq dünyaya gətirdi
14/11/2019 [16:14]:
Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI
14/11/2019 [16:10]:
Ərdoğan Trampın sözünü kəsdi və səhvini düzəltdi - VİDEO
14/11/2019 [16:10]:
ADNSU-da Fərman Salmanova həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib
14/11/2019 [16:07]:
“Xaricdən gələn investisiyalara vergidən azadetmə və güzəştlər tətbiq edilsin”
14/11/2019 [16:05]:
BMqT-nin Azərbaycan nümayəndəliyi Zaqatalada təlim-seminar keçirtdi
14/11/2019 [16:00]:
Beyləqan şəhərinə 8,5 km magistral su xətti çəkilib - FOTOLAR
14/11/2019 [15:53]:
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO
14/11/2019 [15:41]:
İranda yol qəzasında 28 nəfər ölüb
14/11/2019 [15:38]:
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
14/11/2019 [15:36]:
Akademik Musiqili Teatrın aktyoruna Mədəniyyət Nazirinin mükafatı təqdim olundu
14/11/2019 [15:33]:
Bankomatlara xüsusi kameralar quraşdırılacaq - Rusiyada
14/11/2019 [15:32]:
""Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur"
14/11/2019 [15:31]:
Azərbaycanda birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənib
14/11/2019 [15:30]:
Gürcüstan müxalifəti genişmiqyaslı mitinqlərin keçiriləcəyini bəyan edib
14/11/2019 [15:29]:
Ali təhsil çox böyük transformasiyalara uğrayıb”
14/11/2019 [15:25]:
Azərbaycan neftinin bareli 67,43 dollara satılır
14/11/2019 [15:24]:
Kərim ona gələn təkliflərdən DANIŞDI: “Bəylər mənə yazır” –FOTO/VİDEO
14/11/2019 [15:21]:
“Məni kim tanımır ki?!” - FOTO/VİDEO
14/11/2019 [15:20]:
ATU rektoru Türkiyənin Boylam Psixiatrik Xəstəxanasının professoru ilə görüşüb - FOTO
14/11/2019 [15:08]:
Milli Məclis Aparatının saxlanmasına 45,488 milyon manat XƏRCLƏNƏCƏK
14/11/2019 [15:02]:
Özündən 48 yaş böyük kişi ilə evlənən aktrisa boşanır - FOTO/VİDEO
14/11/2019 [14:57]:
Bu dünya ulduzu 13 ildir mobil telefondan istifadə etmir
14/11/2019 [14:57]:
Tanınmış aktrisanın səhnədə vəziyyəti pisləşdi, xəstəxanaya qaldırıldı
14/11/2019 [14:55]:
Türkiyə prezidenti Allahşükür Paşazadəni təbrik edib
14/11/2019 [14:52]:
Türkiyədə hərbi hissədə partlayış: 17 nəfər xəsarət aldı
14/11/2019 [14:50]:
Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib
14/11/2019 [14:48]:
Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb - FOTO
Bütün arxiv bir sırada
17/11/2016 [13:12] - Cəmiyyət - ( 2254 dəfə baxılıb)

"Bütün məlumatlar adsızlaşdırılaraq şifrə veriləcək" -Səlim Müslümov



“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər əlilliyin qiymətləndirilməsi prosesinin elektron texnologiyalar əsasında şəffaf şəraitdə həyata keçirilməsini və bu sahədə məmur-vətəndaş təmaslarının tam aradan qaldırılmasını təmin edir”. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edilən Əsasnaməyə edilmiş dəyişikliklərlə bağlı keçirdiyi mətbuat konfransında vurğulayıb.

S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illərdə nazirliyin digər fəaliyyət istiqamətlərində olduğu kimi, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin də şəffaflaşdırılması, bunun üçün həmin sistemin elektron texnologiyalar üzərində qurulması üçün məqsədyönlü işlər aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılıb. Bu sistem əlilliyin qiymətləndirilməsi prosesinin avtomatlaşdırılmış şəraitdə aparılmasına imkan verir. Eyni zamanda, əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti beş il müddətinə, uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddəti üç il müddətinə uzadılmaqla, birinci dərəcə əlillik müddətsiz müəyyən edilib. Həmin islahat tədbiri tibbi-sosial ekspertiza sahəsində məmur-vətəndaş təmaslarının dəfələrlə azalmasına səbəb olub.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər isə yaradlılan avtomatlaşdırılmış sistemdən tam istifadə edilməklə, əlilliyin qiymətləndirilməsinin artıq məmur-vətəndaş təmasları olmadan, şəffaf şəkildə yerinə yetirilməsini nəzərdə tutur. Bunun üçün dəyişikliklər ilk növbədə Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən vətəndaşların müayinəsi prosedurunun tam aradan qaldırılmasını şərtləndirir. Əsasnamədə əlilliyin qiymətləndirilməsi üçün vətəndaşların TSEK-ə gəlmələri, TSEK tərəfindən müayinə olunmaları və s. nəzərdə tutan bütün müvafiq bəndlər ləğv edilir. Eləcə də “müayinə”, “müayinə olunan” ifadələri “əlilliyin qiymətləndirilməsi” və “təkrar müayinə” ifadəsi “əlilliyin təkrar qiymətləndirilməsi” ifadələri ilə əvəz edilir ki, bu da əlilliyin qiymətləndirilməsində müayinə etmə prinsipinin, bununla da məmur-vətəndaş təmaslarının aradan qalxmasını şərtləndirir”.

S.Müslümov bildirib ki, dəyişikliklərə əsasən, əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə Səhiyyə Nazirliyindən daxil olan məlumat real vaxt rejimində TSEK-ə göndərişlərin reyestrinə daxil ediləcək və dərhal sonra isə TSERAS-a ötürüləcək: “TSERAS göndərişi qəbul etdikdən sonra həmin göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin, yəni əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq şifrə veriləcək. Məhz bundan sonra sistem qeyd olunan göndərişi əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə TSEK-ə göndərəcək. Lakin bu zaman göndəriş onu verən səhiyyə müəssisəsinin, yaxud əlillik vəziyyəti qiymətləndirilməli olan şəxsin yaşadığı ərazi üzrə TSEK-ə heç bir halda göndərilə bilməz. Artıq TSEK göndərişin hansı səhiyyə müəssisəsi tərəfindən verildiyini və hansı şəxsə aid olduğunu bilmədən, yalnız göndərişdəki məlumatlar əsasında xəstəliyin vəziyyətinə uyğun olaraq əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edəcək”.

Nazir qeyd edib ki, bununla belə, əlilliyin qiymətləndirilməsi ilə bağlı qərarların obyektivliyinin təmin edilməsi üçün göndərişin yalnız bir TSEK-ə deyil, seçmə üsulu ilə bir neçə TSEK-ə də göndərilməsi nəzərdə tutulur: “Əgər eyni göndəriş üzrə TSEK-lərin qəbul etdiyi qərarlarda fərqlilik, uyğunsuzluq olarsa, tam obyektiv qərarın verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən həyata keçiriləcək”.

S.Müslümov diqqətə çatdırıb ki, TSEK göndəriş əsasında əlilliyin qiymətləndirilməsini iki iş günü ərzində yerinə yetirməlidir: “Qiymətləndirmənin nəticələri TSEK-də bir iş günü ərzində kollegial qaydada müzakirə olunduqdan dərhal sonra qərar qəbul olunacaq. Bu qərar, habelə əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, qərarın aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş, onun üçün nəzərdə tutulan əmək zəmanətinə dair məlumatlar

gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil ediləcək, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə də təsdiqlənəcək”. Nazir bildirib ki, bununla yanaşı, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmaması və s. hallarda TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri haqqında məlumatları TSERAS-a daxil edəcək. Bu zaman müayinənin artıq Xidmət tərəfindən həyata keçirilməsini zəruri edən səbəblər də sistemə ötürüləcək və Xidmət TSERAS vasitəsilə və anonimlik şəraitində bu məlumatları qəbul edərək, obyektiv qərar verəcək.

“Göründüyü kimi, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər əsasında tətbiq olunan bu yeni prosedur tibbi-sosial ekspertiza sisteminin son illərdə qurulmuş elektron ifrastrukturu üzərində əlilliyin qiymətləndirilməsi prosesinin məmur-vətəndaş təmasları olmadan, tam obyektiv və şəffaf şəraitdə aparılmasını təmin edəcək”, - deyə vurğulayan S.Müslümov onu da bildirib ki, son illərdə əlilliyin qiymətləndirilməsi ilə bağlı qəbul edilmiş bütün qərarlar barədə məlumatlar elektron formada real vaxt rejimində TSERAS-a daxil edilir: “Bu da vətəndaşların əlilliklərinin qiymətləndirməsinin nəticəsi barədə heç kimə müraciət etmədən elektron formada məlumat almalarına imkan verib. Nazirliyin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, eləcə də heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan istifadə edilən “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətləri bunun üçündür. Həmçinin nazirliyin 142-“Çağrı mərkəzi” vasitəsilə də bu barədə məlumat əldə etmək mümkündür. Digər tərəfdən, aidiyyəti işəgötürənlərin və dövlət orqanlarının müvafiq hallarda “Elektron hökumət” portalı üzərindən qeyd olunan sistemdən həmin məlumatları əldə etmələrinə şərait yaradılıb.

Tədbirdə iştirak edən səhiyyə nazirinin müavini Elsevər Ağayev əlilliyin qiymətləndirilməsi sisteminin elektron texnologiyalar əsasında təkmilləşdirilməsinin əhəmiyyətindən bəhs edib. O, Əsasnaməyə edilən dəyişikliklərə uyğun olaraq, səhiyyə müəssisələri tərəfindən də aidiyyəti işlərin yerinə yetiriləcəyini vurğulayıb.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov Əsasnaməyə edilən dəyişikliklərlə bağlı əlilliyin qiymətləndirilməsi prosesinin elektron qaydada aparılması prosedurlarına dair təqdimatla çıxış edib.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
loading...
loading...
Mobil telefonu cibinizdə gəzdirməyin - KİŞİLƏRİN DİQQƏTİNƏ!...
Yatanda ayaqların arasına yastıq qoyun - 5 inanılmaz FAYDASI...
Gül kələminin 10 faydası - Bu xəstələr üçün çarədir...
Pulsuz benzin üçün bunu da etdilər - MARAQLI + FOTOLAR
Bu heyvanlar da insanlar kimi yas saxlayır - MARAQLI ARAŞDIRMA
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"İnanıram ki, müraciətimizə DİN-in rəhbər şəxsləri ciddi şəkildə reaksiya verəcək" - VİDEO
Cəmiyyət
Sürətli çəki almağa səbəb olan vərdişlər açıqlandı
Gündəm
“Ermənistanda bioloji laboratoriyaların mövcudluğu ilə bağlı deyilənlər araşdırılmalıdır"
Cəmiyyət
“Burda Tramp faktoru var və o, çalışacaq ki, Türkiyəylə münasibətlərdə tam qırılma olmasın...”
Dünya
İranda yol qəzasında 28 nəfər ölüb
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Yanvardan pensiyalar bu qədər ARTACAQ
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..
“Onlar rus ordusunun hücumunu önləməyə qadir deyil”
Rusiyanın zəmanəti ilə Talışa köçürülən ermənilər...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247