Xəbər lenti
21/02/2020 [07:18]:
Qəlb xəstəlikləri üçün İlahi dərman nədir?..
21/02/2020 [00:40]:
27 milyona aldığı 7 min 600 kvadratmetrlik malikanəsini 35 milyona satdı...
21/02/2020 [00:36]:
Bu meyvəni yeməklə 100 il yaşamaq olur - Qədim qəbilənin sirri + MARAQLI...
21/02/2020 [00:13]:
Qızına acıqlanıb nəvəsini altıncı mərtəbədən atmaq istədi
21/02/2020 [00:12]:
Emin Seyidov: "İdman termini ilə desək Paşinyan Münhendə nakaut vəziyyətinə düşdü"
21/02/2020 [00:05]:
Prezidentin yazıçı və şairlər üçün ayırdığı təqaüd kimlərin cibinə axır?
20/02/2020 [23:56]:
"Gənc olmaq əsas vermir ki, vəzifəyə təyin olunasan və ya deputat seçiləsən"
20/02/2020 [23:12]:
Bakıda yol qəzası oldu, ölənlər var
20/02/2020 [23:09]:
BNA rəsmisi: “Uşaq, əlil arabaları üçün avtobusda imkanlar olmalıdır”
20/02/2020 [22:52]:
Bakının bəzi magistral yollarında sürət həddi endirildi
20/02/2020 [22:52]:
Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi - FOTO
20/02/2020 [22:47]:
"Ermənistanı sözlə yox, döyüşlə susdurmaq lazımdır, əks halda torpaqlar qayıtmayacaq" - VİDEO
20/02/2020 [22:28]:
Paşinyandan sensasion status: "Xocalı qətliamını ruslar törədib..." - FOTO
20/02/2020 [22:21]:
Londonda məscidin imamı bıçaqlanıb
20/02/2020 [22:20]:
Azərbaycanın Çindəki səfirliyi tam heyətlə işləyir
20/02/2020 [22:17]:
Çinlə əlaqələrin məhdudlaşması Azərbaycana neçəyə başa gələ bilər?
20/02/2020 [22:07]:
Qonşu ölkədə koronavirus dəhşəti: Ölənlərin sayı 9-a çatdı
20/02/2020 [21:43]:
"Mətanət xanım və onun kimilər nəhayət anlamalıdırlar ki, AzTV Sosial Müdafiə Mərkəzi deyil"
20/02/2020 [21:43]:
İranla sərhədlər bağlanır
20/02/2020 [21:35]:
"Sosial şəbəkədə bir statusu düzgün yaza bilməyənlər kitab müəllifi kimi qarşımıza çıxanda anlayırıq ki..."
20/02/2020 [21:21]:
DİN-dən Zərdab rayonundakı insidentlə bağlı AÇIQLAMA
20/02/2020 [21:19]:
"Qarabağla bağlı Qorbaçova konkret faktlarla dolu məktub göndərdik, bir neçə gün sonra..."
20/02/2020 [21:19]:
Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar
20/02/2020 [21:18]:
Prezident Roberto Fiko ilə görüşüb - FOTO
20/02/2020 [21:17]:
Bu qız unikal yolla pul qazanır
20/02/2020 [20:42]:
Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib
20/02/2020 [20:41]:
MSK daha 4 məntəqənin nəticəsini etibarsız saydı
20/02/2020 [20:26]:
"Anam, yaxşı ki, vaxtında dünyadan köçdün" - Nadir Qafarzadə
20/02/2020 [20:22]:
"Hərə bir himayəçiyə arxayın olub, dalğanın özündən yan keçəcəyini düşünürsə, yanılır..."
20/02/2020 [20:09]:
Dövlət başçısı: "NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir"
20/02/2020 [20:07]:
İlham Əliyev: "Dağlıq Qarabağ Azərbaycandır"
20/02/2020 [20:05]:
“Fastfud” yeməklərin beyni necə məhv etdiyi açıqlandı...
20/02/2020 [20:05]:
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər- YENİLƏNİB
20/02/2020 [20:03]:
ABŞ İrana yeni sanksiya tətbiq etdi
20/02/2020 [20:03]:
MSK daha iki məntəqənin nəticəsini etibarsız saydı - YENİLƏNİB
20/02/2020 [19:42]:
“Hamı bizim məhvimizi istəyir: İlk addımı yenə də çeçenlər və inquşlar atacaq”
20/02/2020 [19:28]:
İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20/02/2020 [19:22]:
“Şəklini göndər, kirayə puluna endirim edim...” - Ev sahibindən qadına əxlaqsız təklif...
20/02/2020 [19:03]:
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20/02/2020 [18:57]:
MSK bu məntəqələrin də nəticələrini etibarsız saydı
20/02/2020 [18:56]:
BNA-dan təcili açıqlama: Agentliklə razılaşdırılmadan məhdudiyyət qoyulub...
20/02/2020 [18:54]:
MSK-dan araşdırma: Haqqında “Ölüf, ölüf, derəm saa... Başdaşı da var” deyilən şəxs ölməyibmiş
20/02/2020 [18:51]:
"Bu insanlar mənəvi vətəndaşlarımız olmalıdırlar"
20/02/2020 [18:49]:
Ruslar Türkiyə ordusunu bombaladı: 2 türk əsgəri öldü, 5-i yaralandı
20/02/2020 [18:45]:
GMİ sədri: “SOCAR Gürcüstanda 72 məscidi təmənnasız qazla təmin edir”
20/02/2020 [18:38]:
“Google” yeni "Android" versiyasını təqdim etdi
20/02/2020 [18:35]:
MSK daha bir məntəqənin nəticələrini ləğv etdi
20/02/2020 [18:34]:
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
20/02/2020 [18:33]:
Mütəllibov Paşinyanın keçmiş Şaumyan rayonundakı “etnik təmizləmə” ilə bağlı iftirasını da ifşa etdi...
20/02/2020 [18:31]:
Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar baş tutub
20/02/2020 [18:29]:
SOCAR və “Snam” arasında saziş imzalandı
20/02/2020 [18:27]:
İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu?
20/02/2020 [18:24]:
Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI
20/02/2020 [18:23]:
“Görüntüləri sosial şəbəkələrdə paylaşın ki, bizim də sözümüz olmasın” - Məzahir Pənahov
20/02/2020 [18:21]:
“Azərbaycan Diaspor Könüllüləri” Vikipediya təlimlərinə başladı - FOTO
20/02/2020 [18:20]:
Baş Prokurorluq "orqan mafiyası" ilə bağlı məlumat YAYDI
20/02/2020 [17:49]:
Məzahir Pənahovla deputatlığa namizəd arasında MÜBAHİSƏ
20/02/2020 [17:49]:
Azərbaycanda iki vəzifəli şəxsin tutulması ilə bağlı RƏSMİ AÇIQLAMA
20/02/2020 [17:38]:
2019/20-ci tədris ilinin payız semestrində yüksək nəticə göstərən tələbələrlə görüş
20/02/2020 [17:36]:
“Əlində video varsa qoysun şəbəkəyə, hamı baxsın da...”
20/02/2020 [17:33]:
Novruz bayramında neçə gün evdə qalacağıq?
20/02/2020 [17:31]:
İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşdü
20/02/2020 [17:19]:
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
20/02/2020 [17:18]:
“Azəriqaz”da struktur islahatları aparılıb
20/02/2020 [17:17]:
“Bu da televiziyanın son on ildə apardığı təbliğatın acınacaqlı nəticəsidir...”
20/02/2020 [17:16]:
Suriyada doğulan dördəmə Rəcəb, Tayyib, Ərdoğan və Əminə adları qoyuldu
20/02/2020 [17:06]:
Meyitin daxili orqanlarının satılması xəbərləri ilə bağlı - RƏSMİ AÇIQLAMA
20/02/2020 [17:06]:
Ermənistan istehsalı olan məhsullar MƏHV EDİLDİ -FOTOLAR
20/02/2020 [17:04]:
Məzahir Pənahov: “Protokollar mütləq müşahidəçilərə verilməlidir”
20/02/2020 [16:59]:
Bərdədə vəzifəli şəxslər rüşvət alarkən saxlanılıb
20/02/2020 [16:48]:
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
20/02/2020 [16:44]:
“Bu gün televiziyalarımız “proxodnoy dvordur”, “karvansaradır””
20/02/2020 [16:39]:
MSK daha 1 məntəqənin nəticələrini ləğv etdi
20/02/2020 [16:35]:
Məktəbliyə təcavüz edib küçəyə atdılar
20/02/2020 [16:34]:
Dünyanın aparıcı ölkələrində təhsil alan azərbaycanlı tələbələr - RƏSMİ
20/02/2020 [16:25]:
Avstraliyada qatar relsdən çıxdı, ölənlər var - FOTO
20/02/2020 [16:22]:
Ləman Ələşrəfqızına iş təklifləri var - “Hələ ki işimiz bitməyib”
20/02/2020 [16:20]:
Azərbaycanda qoşulub qaçan qadının əri danışdı: “Gecə hamı yatandan sonra dostumla mətbəxdə...”
20/02/2020 [16:19]:
Mehriban Əliyevadan İtaliyaya dövlət səfəri ilə bağlı paylaşım - FOTO
20/02/2020 [16:17]:
MSK-nın iclası keçirilir, müraciətlərə baxılır
Bütün arxiv bir sırada
26/10/2016 [18:31] - Cəmiyyət - ( 1916 dəfə baxılıb)

Millət vəkilləri Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar - Fotolar



Azərbaycan Respublikası Prezidentinin sənayeləşmə siyasəti çərçivəsində innovativ və müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye zonaları mühüm əhəmiyyət kəsb edir. Oktyabrın 26-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və Komitənin üzvləri Sumqayıt Kimya Sənaye Parkında olublar.


 İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə rellaşdırılan səfər zamanı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkının ofisində görüş keçirilib, SKSP-də görülən işlər bardə məlumat verilib, təqdimat keçirilib. Görüşdə Sənaye və Sosial zonalardan ibarət olan və ümumi ərazisi 295,62 hektar təşkil edən Sumqayıt Kimya Sənaye Parkı, parkda investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verilib. Bildirilib ki, sənaye parkının yeraltı və yerüstü infrastrukturu, o cümlədən yeraltı qalereyalar, ərazidaxili kommunikasiya xətləri, sosial obyektlər, daxili avtomobil və daxili dəmir yol xətləri dövlət büdcəsi tərəfindən maliyyəşdirilir. Artıq sənaye parkında xarici elektrik verilişi və yeraltı kommunikasiya xətlərinin tikinti-quraşdırma işləri başa çatıb. Hazırda Sənaye Parkının daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin, 110/35/6.3 kV-luq yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir. Yarımstansiyanın tikintisi bu ilin noyabrında tamamlanacaq. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 9 şirkətə rezident statusu verilib.

 Bu rezidentlərin layihələri əsasında cəlb edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcəkdir. İnfrastruktur işləri ilə yanaşı, sənaye parkına yeni rezidentlərin cəlb edilməsi və parkın təbliği istiqamətində işlər davam etdirilir. Birinci mərhələ üzrə SKSP-də 5-7 min yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd olunub ki, sənaye parklarında rezidentlərin qeydiyyatının “bir pəncərə” sistemi ilə həyata keçirilməsi, rezidentlərin 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olması bu parkların üstünlüklərindəndir. Bütün bunlar isə investisiya layihələrini daha səmərəli edir. Hazırda SKSP-də geniş infrastrukturun və müasir Sosial zonanın yaradılması işləri davam etdirilir.
Qonaqlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində ümumi sahəsi 10 660 kv.metr təşkil edən Peşə Tədris Mərkəzi ilə də tanış olublar. Burada 500 nəfər təhsil alacaq. Mərkəzdə auditoriyalar, fənn və peşə otaqları, kitabxanalar, yaradıcılıq otaqları, tibb məntəqəsi, təqdimat otağı, arxiv, muzey, akt zalı, laboratoriyalar, yeməkxana və s. olacaq.

Eyni zamanda Mərkəzdə sənayenin müxtəlif istiqamətləri üzrə (kimya, inşaat, mexatronika və s.) peşə hazırlığı həyata keçiriləcək. Tədris Mərkəzinin işini Avropa standartlarına uyğun qurmaq məqsədilə Almaniya təhsil sisteminin kurikulumlarına müvafiq olaraq “Paralel təhsil” (“dual education”) modeli tətbiq olunacaq. Tədris prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı üzrə həyata keçiriləcək. Mərkəzdə təhsil alanların əldə etdikləri biliklərin təcrübədən keçirilməsi üçün emalatxanalarda lazımi şərait yaradılması nəzərdə tutulub.

Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri və onların istehsal edəcəkləri məhsullar, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları haqqında məlumatlar millət vəkillərinin diqqətinə çatdırılıb. Məlumat verilib ki, ümumilikdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunacaq müxtəlif sənaye məhsulları, o cümlədən polipropilen, yüksək sıxlıqlı polietilen, şüşə lövhələr, ferroərintilər, yüksək təzyiqə davamlı xortum və fitinq, inşaat qatqıları üçün xammal və hazır məhsulların Avropa və MDB ölkələrinə ixracı nəzərdə tutulur.

Sonra qonaqlar sənaye parkının ərazisində aparılan tikinti işləri, parkın ilk rezidenti olan “Azertexnolayn” MMC-nin istehsalat müəssisələri, Aqrokimya Azərbaycan” MMC, eləcə də “SOCAR Polymer” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. Qonaqlara məlumat verilib ki, “Azertexnolayn” MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik polad boru, qofralı boru, fitinqlər, metal konstruksiya, metal hasar və s. məhsullar istehsal edir. “Azertexnolayn” MMC-yə məxsus Polad Boru Zavodu, Polietilen Məmulatları Zavodu və Hidrotexniki Avadanlıqlar zavodlarında 700 nəfər işlə təmin olunub. Hazırda burada istehsal olunan məhsulların 75 faizi ixrac olunur. Artıq “Azertexnolayn” MMC tərəfindən bu ilin 9 ayında istehsal olunmuş 47 milyon manat həcmində müxtəlif borular, mexaniki və hidrotexniki avadanlıqlar “Made in Azerbaijan” brendi ilə xaricə ixrac edilib.

“SOCAR Polymer” MMC tərəfindən isə sənaye parkının ərazisində polipropilen zavodunun tikintisi davam etdirilir. Bildirilib ki, artıq ərazidə polipropilen istehsalı üçün lazım olan bütün obyektlərin tikintisinə başlanılıb. Hazırda tikintidə 1100 nəfər çalışır. Yüksəksıxlıqlı polietilen istehsal edən zavodun inşasına başlandıqdan sonra isə tikintidə çalışanların sayı 1500 nəfəri ötəcək. Sumqayıt şəhər sakinlərinin tikinti işlərinə cəlb edilməsinə xüsusi önəm verilir. Layihənin investisiya dəyəri 750 mln. ABŞ dollarıdır. Polipropilen zavodunun 2017-ci ilin sonu, yüksəksıxlıqlı polietilen zavodunun isə 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. “SOCAR Polymer” layihəsi son 40 ildə bu sahədə miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir.

Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi “Aqrokimya Azərbaycan” MMC isə Türkiyə, Almaniya, ABŞ və İtaliya texnologiyası əsasında ildə 57 min ton maye halında və min ton toz halında pestisidlər istehsalını həyata keçirəcək. Layihə dəyəri 16 mln. dollar olan zavodun fəaliyyətə başlaması ilə 100 nəfər daimi işlə təmin olunacaq.

Hazırda SKSP-nin 4 rezidenti - “SOCAR Polymer”, “Aqrokimya Azerbaijan”, “Ferro Ərintilər zavodu”, “MST Engineering” tərəfindən istehsal sahələrinin tikinti-quraşdırma işləri aparılır.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Bu meyvəni yeməklə 100 il yaşamaq olur - Qədim qəbilənin sirri + MARAQLI...
Prezidentin yazıçı və şairlər üçün ayırdığı təqaüd kimlərin cibinə axır?
"Ermənistanı sözlə yox, döyüşlə susdurmaq lazımdır, əks halda torpaqlar qayıtmayacaq" - VİDEO
“Şəklini göndər, kirayə puluna endirim edim...” - Ev sahibindən qadına əxlaqsız təklif...
Xərçəngin qənimi olan, metastazı və bütün bədxassəli şişləri yox edən MÖCÜZƏ BİTKİ...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Hamı bizim məhvimizi istəyir: İlk addımı yenə də çeçenlər və inquşlar atacaq”
Cəmiyyət
“Bu da televiziyanın son on ildə apardığı təbliğatın acınacaqlı nəticəsidir...”
Dünya
İranda üç nəfərdə koronavirus aşkar edildi - Təhlükə yaxındadır...
Dünya
Almaniyada beş türkün qətlə yetirildiyi hadisəni irqçilər törədib -Təfərrüat...
Dünya
Koronavirus Yaponiya gəmisində iki nəfərin həyatına son qoydu...
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
“Məni “küftəbaş” adlandıran aktrisa özü “xaş”dı, hansısa inəyin ayağıdı...”- Əməkdar artist əsəbiləşdi...
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
“Danışıqların məqsədi hazırda Qarabağda əlimizdə olanları qanuniləşdirməkdir”+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247