Gədəbəy istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULDU 
466
19 Sep 2023 | 09:52

Gədəbəy istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULDU 

Sentyabrın 19-u saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən xəbər verilib. 

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb” - məlumatda qeyd olunub. 

Bizim.Media
 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər