Xəbər lenti
26/01/2020 [15:44]:
Bazarda hansı maşınlar bahalaşır? - AÇIQLAMA
26/01/2020 [15:35]:
Həftənin ilk gününə gözlənilən hava proqnozu açıqlanıb
26/01/2020 [15:34]:
Qarabağlı siyasətçilər işğal olunmuş rayonların qaytarılmasını istisna edir
26/01/2020 [15:32]:
Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi başa çatır - YENİLƏNİB
26/01/2020 [15:29]:
Bakıda dəm qazından kütləvi zəhərlənmə iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
26/01/2020 [15:27]:
Sabah növbədənkənar parlament seçkilərilə əlaqədar seçki bülletenlərinin çapına başlanacaq
26/01/2020 [14:59]:
İsrail HƏMAS-ın Qəzzadakı obyektlərinə zərbələr endirib
26/01/2020 [14:59]:
Tramp İranla sanksiyaların ləğvi şərti ilə danışıqlar imkanını rədd edib
26/01/2020 [14:57]:
“Boeing” 777X təyyarəsin təqdim edib:Sınaq uçuşu uğurla başa çatıb
26/01/2020 [14:53]:
“Mən hesab edirəm ki, islahatlar davamlı olacaq, heç zaman dayanmayacaq" - VAHİD ƏHMƏDOV
26/01/2020 [14:48]:
Qəbələ yolundakı dəhşətli qəzada bir ailənin üç üzvü ölüb -VİDEO
26/01/2020 [14:46]:
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb
26/01/2020 [14:44]:
Sosial şəbəkənin təyyarə yalanı: FHN-dən təkzib
26/01/2020 [14:42]:
İsmayıllı-Qəbələ yolundakı dəhşətli qəzanın görüntüləri - VİDEO
26/01/2020 [14:17]:
Günel Səfərova seçicilərlə görüşdü - Xutorda
26/01/2020 [14:09]:
Deputatlığa namizəd Etibar Abdullayev seçicilərinə videomüraciət etdi - VİDEO
26/01/2020 [12:57]:
Məşhurlar Ziyad Səmədzadənin “BÖYÜK İQTİSADİ ENSİKLOPEDİYA”SI HAQDA
26/01/2020 [12:47]:
"Adamla heç türk dunyasında söz güləşdirən tapılmayıb, sən nə karəsən ki..."
26/01/2020 [12:36]:
Zəlzələ zonasından tələbələr necə təxliyə edilib? - Səfirlik rəsmisi Moderator.az-a danışdı
26/01/2020 [12:35]:
Seçicilər öz isti münasibətlərini bu dəfə də Vahid Əhmədovdan əsirgəmədilər -FOTOLAR
26/01/2020 [12:31]:
Naxçıvani küçəsinin seçiciləri Azay Quliyevi hərarətlə qarşıladı - FOTO, VİDEO
26/01/2020 [12:25]:
Yelena Eyvazlı namizədliyini geri götürdüyünü təsdiqləyib
26/01/2020 [12:23]:
Çingiz Qənizadə Beyləqanın Bünyadlı və Gödəklər kəndində görüş keçirib -FOTOLAR
26/01/2020 [11:57]:
Zəlzələ zonasından təxliyə edilən 105 vətəndaşımızdan 42 nəfəri Naxçıvana çatıb
26/01/2020 [11:53]:
Gülməyin, musiqiyə qulaq asmayın: Məscidin, qəbiristanlığın yanından keçəndə niyə belə edirik...
26/01/2020 [11:52]:
Mütəllim Rəhimov: "İcra hakimiyyəti seçkilərə müdaxiləyə başlayıb"
26/01/2020 [11:50]:
Azərbaycanda dəhşətli qəza: Ölənlər və çox sayda yaralı var - FOTO
26/01/2020 [11:47]:
Əfqanıstanda toyda qumbara partladılıb, onlarla insan yaralanıb
26/01/2020 [11:44]:
40 yaşından sonra ana olan azərbaycanlı MƏŞHURLAR - SİYAHI
26/01/2020 [11:42]:
Bu gün Xalq artisti Aygün Kazımovanın doğum günüdür - FOTOLAR
26/01/2020 [11:35]:
Tehranda sərnişin təyyarəsi təcili eniş edib
26/01/2020 [11:25]:
Zəlzələnin qarşısını alacağını düşünüb 13 nəfəri qətlə yetirdi- Şizofreniya xəstəsindən dəhşətli addım+FOTOLAR
26/01/2020 [11:11]:
Peruda sisternin partlaması 14 nəfərin ölümünə səbəb oldu
26/01/2020 [11:03]:
Türkiyədə zəlzələ qurbanlarının sayı 31nəfərə çatıb
26/01/2020 [10:50]:
Xalq artisti qızına toy etdi - FOTOLAR
26/01/2020 [10:47]:
Xəzərdə zəlzələ oldu
26/01/2020 [10:46]:
Azərbaycanlıların Türkiyədəki zəlzələ zonasından təxliyyəsi gecə ərzində davam edib
26/01/2020 [10:10]:
“Zəlzələ bölgəsindən gələn həmyerlilərimiz İqdırda qarşılanıb Azərbaycana yola salındı...”-FOTOLAR
26/01/2020 [10:08]:
Bu gün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanları keçiriləcək
26/01/2020 [10:03]:
Çində dəhşətli virusdan ölənlərin sayı artır
26/01/2020 [10:02]:
ABŞ 2030-cu ilə qədər “uçan aviadaşıyıcı”dan istifadə edəcək - VİDEO
26/01/2020 [10:01]:
Obama Trampı “faşist” adlandırıb
26/01/2020 [09:51]:
Bütün arzuları reallaşdırmaq mümkündür: Təbii ki, orada Arzu varsa!
26/01/2020 [09:20]:
“Dükan sahibləri Elazığ –zəlzələ bölgəsi üçün  alınan malları pulsuz verirlər...”
26/01/2020 [08:45]:
Ölümdən dünyaya qayıtmaq istəyi: möminlər niyə istəyir, müşriklər niyə?..
26/01/2020 [02:21]:
Rəşad Mahmudov sərhəd kəndində: Seçicilər burada da namizədi coşqunluqla qarşıladı...
25/01/2020 [23:16]:
"Qocaların əlini öpməkdənsə bir kəndin mağazaya olan borclarını sildirəydiniz..."
25/01/2020 [23:09]:
Azərbaycan xilasedicilərinin təyyarəsi ELAZIĞDA + FOTO
25/01/2020 [23:03]:
"Bazarstore"a hücüm edən şəxs zərərsizləşdirildi
25/01/2020 [23:03]:
Qənirə Paşayeva bir sıra kəndlərdə seçicilərlə görüşüb, şəhid ailələrini ziyarət edib - FOTOLAR
25/01/2020 [22:39]:
“Facebook” işində nasazlıq yaranıb
25/01/2020 [22:34]:
Türkiyədəki zəlzələdən sonra dağıntılar altından ana ilə körpəsinin çıxarılma anı - VİDEO
25/01/2020 [22:12]:
Deputatlığa namizəd “Turan”lı seçicilərlə görüşdü - FOTOLAR
25/01/2020 [21:59]:
Qüdrət Həsənquliyev qəzalı binanın sakinləri ilə görüşüb - FOTOLAR
25/01/2020 [21:50]:
Yeni iddia: Ukrayna təyyarəsinin vurulmasında ABŞ izi var
25/01/2020 [21:50]:
Türkiyədə zəlzələ qurbanlarının sayı 29-a, xəsarət alanların sayı 1466 nəfərə çatıb
25/01/2020 [21:26]:
Türkiyədə daha bir zəlzələ
25/01/2020 [21:09]:
“Xalqın içindən olan gənc və əzmli namizədlərin uğur qazanacağına əminik” - FOTOLAR
25/01/2020 [21:03]:
Neftçi Mirvari Qəhrəmanlının SOCAR-la bağlı fikirlərini təkzib etdi...
25/01/2020 [20:19]:
Türkan Vəlizadə: "İnsan gərək nə qədər ağılsız olsun ki, 10 min manat pul versin" - VİDEO
25/01/2020 [20:15]:
Ərdoğan zəlzələdə yaralananları ziyarət edib - FOTO
25/01/2020 [20:07]:
Fransada zooparkda yanğın - 60 heyvan öldü
25/01/2020 [20:03]:
Bunu əsla etməyin -XƏBƏRDARLIQ...
25/01/2020 [19:58]:
Türkiyədə dağıntılar altından 40 nəfər çıxarılıb
25/01/2020 [19:53]:
Belarus “Hammer”ə rəqib ola biləcək avtomobil yaratdı...-FOTOLAR+VİDEO
25/01/2020 [19:39]:
Cavad Zərif: “Bizim üçün Ağ evdə kimin oturmağı deyil, necə davranmağı önəmlidir”
25/01/2020 [19:36]:
“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib
25/01/2020 [19:34]:
Zəlzələdən sonra etdikləri şok yaratdı - AĞLASIĞMAZ... + VİDEO
25/01/2020 [19:20]:
Yevgeni Koçuk “Sabah”a transfer olunub
25/01/2020 [19:18]:
“Türkiyə xalqı həmişə bütün çətinliklərin öhdəsindən gəlib” - Ərdoğan
25/01/2020 [19:10]:
Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr Naxçıvana yola salınıb
25/01/2020 [19:05]:
Dağıntılar altından çıxarılan ananın fəryadı ürəkləri parçaladı - DƏHŞƏT...+ VIDEO
25/01/2020 [18:37]:
Səsdən 5 dəfə sürətli raketlər gəlir: Radarları “lazımsız yükə” çevirən yenilik!
25/01/2020 [18:22]:
Rusiya Prezidenti Ərdoğana başsağlığı verib
25/01/2020 [18:17]:
Bakıda itin dişlədiyi məktəbli ölüb
25/01/2020 [18:07]:
"Günün birində ölkədə çox tanınan biri olacağını ağlına belə gətirməyən qız..."
25/01/2020 [18:03]:
"Uşaqlıqdan arzum ancaq və ancaq səhnədə olmaq olub və çox şükür ki..." - VİDEO
25/01/2020 [17:56]:
“Yazıçılar Birliyində ən azı 5 nəfər sədr olmaq istəyir, amma Anara görə səslərini içinə salıblar”
25/01/2020 [17:54]:
Rəşad Mahmudov Astaranın inkişafı ilə bağlı plan və proqramından bəhs etdi
25/01/2020 [17:54]:
Göyçay toyunda kütləvi dava — Qıza nömrə verən ofisiant döyüldü (VİDEO)
Bütün arxiv bir sırada
19/10/2016 [15:25] - Cəmiyyət - ( 1833 dəfə baxılıb)

Azərbaycanın ixrac imkanlarına dair Konfrans keçirilib



Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanında nəzərdə tutulan ixracın stimullaşdırılmasına dair dəstək mexanizmlərinin reallaşdırılması üçün 1 qayda və 4 meyar olmaqla 5 sənəd artıq təsdiq olunub, ilkin olaraq ixrac missiyalarının təşkil edilməsi, beynəlxalq sərgi və yarmarkalarda “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı meyar və prosedurlar müəyyənləşdirilib.

Bu barədə oktyabrın 19-da Bakı Biznes Mərkəzində 150-ə yaxın ixracatçı şirkətin iştirakı ilə keçirilmiş “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib. Vurğulanıb ki, ikin olaraq, ixrac missiyalarının Avropa İttifaqı, MDB, Körfəz və Ərəb ölkələrinə, eləcə də Çin, Yaponiya, Malaziya və s. ölkələrə təşkili nəzərdə tutulur. Noyabr ayında Çinə (Honq Konq və Quançjou) ilk ixrac missiyası təşkil olunacaq və bu missiyanın təşkili əsasən Azərbaycan şərabını bu ölkədə təbliğ edəcək. 2016-cı ilin noyabrında Çində keçiriləcək Beynəlxalq Şərab Sərgisində, gələn il isə Almaniyada təşkil olunacaq “Yaşıl həftə”də, Dubay Ərzaq, Düsseldorf Şərab, Moskva Kənd Təsərrüfatı sərgilərində Azərbaycan stendinin təşkili nəzərdə tutulur. Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində “Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğı planlaşdırılır. İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın və Fransanın tanınmış mağazalar şəbəkələrində, SOCAR-ın bir sıra ölkələrdəki yanacaqdoldurma məntəqələrindəki mağazalarında, xaricdə fəaliyyət göstərən Azərbaycan evlərində və mərkəzlərində “Made in Azerbaijan” rəflərinin yaradılması nəzərdə tutulur. Bundan başqa, Azərbaycanın bir sıra kənd təsərrüfatı və sənaye məhsullarının Avropa İttifaqı, Orta Asiya və Ərəb ölkələrinə ixracı üçün bazar araşdırmaları aparılacaq.

Konfransda nazir Şahin Mustafayev həmçinin, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə müstəqilliyimizin bərpa olunmasından ötən 25 il ərzində iqtisadi sahədə əldə olunan uğurları və əsas iqtisadi göstəriciləri diqqətə çatdırıb, qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın diversifikasiyasının və ixracın genişləndirilməsinin prioritet olduğunu qeyd edib. Bu istiqamətdə həyata keçirilən ardıcıl və sistemli iqtisadi islahatlar barədə məlumat verən Şahin Mustafayev görülmüş tədbirlər nəticəsində lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirildiyini, sahibkarlıq subyektlərində aparılan yoxlamaların sayının xeyli dərəcədə azaldığını və 2016-cı ildə cəmi 50 yoxlama keçirildiyini (müqayisə üçün 2015-ci ildə belə yoxlamaların sayı 50 mindən çox olub) qeyd edib. İndiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi verilib, hazırda bu sahədə 9 layihəyə baxılır. Ümumilikdə son 5 ayda verilmiş və baxılmaqda olan bu cür investisiya layihələri üzrə 800 mln. manatdan çox sərmayə qoyuluşu həyata keçiriləcək. Bu günədək sahibkarların 32 min investisiya layihələrinin maliyyələşdirilməsinə 2 mlrd. manat həcmində güzəştli kredit verilib.

Yerli istehsalın dəstəklənməsi və ixracın genişləndirilməsi istiqamətində görülən işlər barədə danışan nazir Şahin Mustafayev bildirib ki, son illərdə özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsullar istehsalını artırıb, ixrac imkanlarını genişləndirib. Bununla belə, sahibkarlığın inkişafı məqsədilə son dövrlərdə atılan addımlar, sənaye zonalarının, aqroparkların yaradılması işlərinin intensivləşdirilməsi, özünütəminetmə səviyyəsi

İqtisadiyyat Nazirliyi

yüksək olan bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının artırılması, dövlət satınalmalarında yerli şirkətlərə üstünlük verilməsi, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanunun qəbulu yerli istehsalın artırılmasına, ixracın genişləndirilməsinə əlavə stimul yaradıb.

Görülmüş tədbirlər nəticəsində 2016-cı ilin 9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr 18%, ixrac olunan məhsul çeşidləri isə 12% artıb. Bu dövrdə qeyri-neft məhsulları ixracı 844 mln. ABŞ dolları olub. Qeyri-neft ixracının 54%-i MDB üzvü olan dövlətlər və Gürcüstanın, 36%-i Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 11%-i isə digər ölkələrin payına düşür. Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, Azərbaycan mənşəli məhsullara veriləcək ixrac təşviqi, İxracatçılar Klubunun və ixtisaslaşmış assosiasiyaların (şərab, nar, meyvə-tərəvəz və s.) yaradılması, bu gün təqdimatı keçiriləcək ixrac portalı ixracın stimullaşdırıımasında əhəmiyyətli rol oynayacaq. Nazir Şahin Mustafayev dəstək tədbirlərindən faydalanmaq və ixracı genişləndirmək məqsədilə yerli şirkətlərə keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac departamentlərinin yaradılması, ixrac portalında məlumatların yerləşdirilməsi, AZPROMO ilə sıx əməkdaşlıq və İxracatçılar Klubunda fəal iştirakı tövsiyə edib.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların, o cümlədən sahibkarlığın inkişafı, daxili bazarın qorunması və ixracın stimullaşdırılması tədbirlərinin iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi və qeyri-neft məhsullarının ixracının artırılmasında əhəmiyyətini vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyri-neft sektorunun əsas sahələrindən olan kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin və məşğulluğun təmin olunması, daxili tələbatın ödənilməsi sahəsində əhəmiyyətini qeyd edib, aqrar sektorun geniş ixrac imkanlarına malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ölkəmiz hazırda bir sıra kənd təsərrüfatı məhsulları üzrə özünü təmin edir, meyvə-tərəvəz məhsulları, şərablar, şirələr və s. xarici ölkələrə ixrac edilir. Bununla belə, əlverişli torpaq-iqlim şəraiti, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün tətbiq olunan güzəştlər, yaradılmış müasir infrastruktur daha çox kənd təsərrüfatı məhsullarının ixracına geniş imkan yaradır. Qeyd edilib ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən diqqət və qayğı həmin məsulların istehsalının və ixracının artırılmasına əlavə stimul yaradır.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov gömrük prosedurlarının sadələşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı daşıma proseslərinin asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib, ixrac üçün lazım olan sənədləri və rəsmiləşdirmə prosedurlarını diqqətə çatdırıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev müvafiq sahədə görülən işlər, qanunvericilik və prosedurlar barədə danışıb, görülən tədbirlərin ixracın genişləndirilməsində əhəmiyyətini qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov yeni iqtisadi şəraitdə iqtisadi artımın təmin olunmasında ixracın stimullaşdırılmasının önəmini qeyd edib. Təhsil xidmətlərinin ixracı barədə danışan Ədalət Muradov İqtisad Universitetinin UNEC brendi ilə dünya bazarına çıxdığını, universitetin dünyanın nüfuzlu ali təhsill müəssisələri ilə əməkdaşlıq etdiyini bildirib, müasir çağırışlara cavab verən kadrların hazırlanmasına dair təkliflər səsləndirib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyri-neft sektorunun inkişafında və ixracın stimullaşdırılmasında sahibkarların rolunu qeyd edib, son dövrlərdə sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlərin özəl sektor tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ixracın stimullaşdırılmasına dair dəstək mexanizmləri və yeni yaradılan İxrac portalı barədə təqdimatla çıxış edib. Bildirilib ki, www.export.az portalında ixrac məhsulları və şirkətlər, ixraca verilən sertifikatlar, hədəf bazarlar və s. məlumatları əldə etmək mümkün olacaq. 3 dildə fəaliyyət göstərəcək saytda asan axtarış və qeydiyyat sistemi mövcuddur.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.


Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
"Qocaların əlini öpməkdənsə bir kəndin mağazaya olan borclarını sildirəydiniz..."
Qüdrət Həsənquliyev qəzalı binanın sakinləri ilə görüşüb - FOTOLAR
Bunu əsla etməyin -XƏBƏRDARLIQ...
Zəlzələdən sonra etdikləri şok yaratdı - AĞLASIĞMAZ... + VİDEO
Dağıntılar altından çıxarılan ananın fəryadı ürəkləri parçaladı - DƏHŞƏT...+ VIDEO
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Zəlzələnin qarşısını alacağını düşünüb 13 nəfəri qətlə yetirdi- Şizofreniya xəstəsindən dəhşətli addım+FOTOLAR
Maraqlı
Müəllim şagirdin çəkdiyi rəsmə müdaxilə etdi: Ölkə ayağa qalxdı!
Siyasət
Paşinyan 7 rayonun qaytarılmasından danışdı: "Onlar razılaşsa, dərhal masaya qoyulacaq..."
Gündəm
Ermənistan Xarici İşlər naziri deputatlarla qapalı görüş keçirdi -  Qarabağdakı 31 mart “seçkiləri” ilə bağlı...
Siyasət
İki ölkədən Türkiyəyə dəstək: “Köməyə hazırıq...”
Həftənin ən çox oxunanları
Aldadılan qadının qisası dəhşət saçdı - Ərinin cinsi orqanına... + FOTOLAR
İranlı general Elçin Quliyevin barmağına niyə üzük taxdı? – Üzüyün hərbi-siyasi anlamı...
Dünya bu fahişə qayınanadan danışır - Kürəkənindən hamilə qaldı...
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı- Bütün gecəni dayısı ilə nələrdən danışıb?
Gürcülər Ermənistana gedən  dövlət yolunu bağladı...-FOTO
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
“Qarabağa gedən cəmi bir turist avtobusu dronla vurulsa, turist axınına son qoyular...”
Paşinyan 7 rayonun qaytarılmasından danışdı: "Onlar razılaşsa, dərhal masaya qoyulacaq..."
ABŞ-ın yeni nəsil dronları Rusiya və Çini qorxuya saldı: Onları vurmaq mümkün deyil, çünki...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247