Ucarda bədbəxt HADİSƏ: Ölən var
439
05 Jun 2023 | 09:33

Ucarda bədbəxt HADİSƏ: Ölən var

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb. 

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın qabaq təkərinə hava vurarkən təkər partlayıb. Ağır xəsarət alan H. Əhmədov xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. 
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

Link kopyalandı!
Son xəbərlər