Abortlardan uzaq durun...!
Köşə
Oxunub: 3451
02 May 2016 | 15:39
Abortlardan uzaq durun...!
Əziz xanımlar! Bu dəfə sizə onkoloq-mammoloq kimi məni ciddi narahat edən və zəmanəmizdə geniş yayılmış bir məsələdən ”“ abortdan söhbət açacağam. O abortdan ki, xanımlarımızda çox ağır fəsadlarının şahidi olmuşam. Xəstələrlə söhbət zamanı məlum olur ki, hər qadın azı 5-10 dəfə və ya daha artıq abort etdirib. Bu incə mətləb həkimi narahat etməyə bilməz.

Bəzi qadınlar belə düşünür ki, abort eləmək diş çəkdirmək, yaxud boğazdakı badamcıqların kəsilməsi kimi sadə əməliyyatdır. İnanın ki, bu belə deyil. Elmi araşdırmalar təsdiqləyir ki, doğulmamış uşağı ana orqanizminin bir hissəsi hesab etmək düzgün deyil. Yəni uşaq nə qədər kiçik olsa da, ayrıca şəxsiyyətdir. Və həmin şəxsiyyətin həyatı doğuş anından deyil, mayalanma anından başlayır.

Bu baxımdan 60 min abort etmış həkim Bernard Natarsonun təcrübəsi ibrətamizdir. Belə ki, abortu edəndən sonra bu əməliyyatın nə qədər təhlükəli olduğunu göstərmək üçün Natarson xüsusi texniki vasitələrlə araşdırmalar aparıb. Ultrasəs müayinəsi, embrionun ürəyinin elektron tədqiqi, embrionoskopiya, radiobiologiya vasitəsilə aparılan uzun araşdırmalardan sonra belə nəticəyə gəlib ki, embrion şəxsi xüsusiyyətlərə malik olan ayrica fərddir! Və bu qənaət müzakirə edilməzdir.

Həmin fikri təsdiq etmək üçün Natarson üç aylıq embrionun abortunu kino lentinə çəkib. “Səssiz nalə” adlanan bu lent isbat edir ki, döl əməliyyatı aparmaq üçün istifadə edilən alət tərəfindən gələn təhlükəni hiss edir. O daha tez və narahat hərəkət etməyə başlayır, dölün ürək döyünməsi 140 vurğudan 200 vurğuya qalxır, ağzını geniş açır, sanki səssiz nalə ilə qışqırır.

Bütün bunlara biganə qalmaq mümkün deyil. Və siz də əziz xanımlar, ailənizin maddi durumuna görə, istədiyiniz sayda övladlarınızın olması səbəbindən,

yaxud karyeranıza əngəl törədəcəyni düşündüyünüz üçün (səbəblər çox müxtəlif ola bilər) aborta gedərkən bətninizdəki dölün əsl vəziyyətini bilməlisiniz.

Nəzərinizə çatdırım ki, hal-hazırda dünyada aborta səbəb olan hallar aşağıdakılardır:

Qadınların 40%- i öz istəyi ilə;

25%-i həyati göstərişlərlə;

23%-i sosial səbəblər ucbatından;

yalnız 12%-i tibbi göstərişlərlə əlaqədar olaraq hamiləliyə son verir.

Sizli-bizli hamımızı bir sual düşündürür: Nə üçün hamiləliyin ən erkən vaxtlarında belə abort etmək qadın orqanizminə ciddi ziyan vurur?

Məsələ burasındadır ki, əziz xanımlar, analar və bacılar, hamiləliyin ən erkən vaxtlarından qadın orqanizminin bir çox sistemlərində, xüsusilə mərkəzi requlyator sistemdə (sinir və endokrin sistemlər) ciddi dəyişikliklər baş verir. Ana orqanizmi ilə embrion arasında sıx funksional əlaqə mayalanma anından etibarən başlayır. Mayalanmış yumurta hüceyrə uşaqlığın divarına yapışana qədər dölə müxtəlif hormonlar ”“ estrogen, progesteron, prostoqlandinlər və digər bioloji aktiv maddələr təsir edir. Bunlar həmçinin uşaqlığın daxili qışasını embrionun implantasiyasına hazırlayır. Hormonların təsirindən gələcək ananın orqanizmində dəyişikliklər baş verir ki, bu da ən çox hormondan asılı hesab edilən orqanlarda, yəni yumurtalıqlarda, süd vəzilərində, uşaqlıqda və xarici cinsiyyət orqanlarında özünü büruzə verir.

Buna görə də, hamiləliyin sonlandırılması ilə nəticələnən bütün müdaxilələr qadın orqanizmində kəskin hormonal partlayışa səbəb olur. Məhz bu səbəb abortun hətta ən erkən vaxtlarda belə təhlükəsiz olmadığını göstərir. Sinir və endokrin sistemi arasında harmoniyanın pozulması qadının hipofiz vəzində, qalxanabənzər vəzdə, yumurtalıqlarda normal finksiyanı pozur ki, bu da sinir sistemində müxtəlif dərəcəli dəyişikliklər yaradır. Nəticədə bəzən psixi pozğunluqlar, depressiya və nevroz əmələ gətirir.

Əziz qadınlar! Ailənizin durumunu nəzərə alıb aborta gedərkən öz sağlamlığınızın qeydinə qalmağı da unutmayın. Bilin ki, doğmamış qadının abort etməsi daha ağır fəsadlara yol aça bilir. Bunun ən ağır nəticələrindən biri həmin qadında SVX-nin (süd vəzi xərçənginin) yaranma riskinin kəskin artmasıdır. Tədqiqatlar göstərir ki, bu halda süd vəzində xərçəngin əmələ gəlmə ehtimalı

300% çoxalır. Əgər doğmamış qadın bir neçə abort edirsə və birinci uşağını 35 yaşından sonra dünyaya gətirirsə, o halda SVX-yə tutulma riski 8 dəfə çoxalır.

Nəticənin niyə belə olduğunu anlamaq çətin deyil:

Birinci hamiləlik zamanı süd vəzi toxumasında xüsusi dəyişikliklər baş verir. Bu zaman orqan yeni doğulacaq körpəyə süd verməyə hazırlaşır. Toxumaların belə formalaşması bütün hamiləlik müddətində davam edir və doğuş zamanı yekunlaşır. Əgər qadın aborta gedərək hamiləliyi sonlandırırsa (təəssüf ki, bu hal müəyyən səbəblər ucbatından özbaşına uşaqsalma ilə hamiləliyi sonlandıranlara da aiddir), bu zaman süd vəzi hüceyrələri formalaşmamış qalır və onların inkişafı tamamlanmır. İnkişafını sonlandıran, yaxud hələ inkişafa başlamayan hüceyrələrə nisbətdə belə hüceyrələrin xərçəngə keçməsi ehtimalı nəzərəçarpacaq dərəcədə yüksəkdir. Bu risk sonrakı hamiləlik və doğuş zamanı hüceyrələrin inkişafının başa çatması müddətinə qədər davam edir.

Ailədə həm qadın, həm də kişi (ər-arvad) bilməlidir ki, abortun ağırlaşmaları arasında xüsusi yeri postabort sindromu təşkil edir. Bu sindrom özündə müxtəlif fizioloji və psixoloji əlamətləri (simptomları) birləşdirir. Əksər qadınlar həmin vəziyyətin az öncə keçirdikləri abortla əlaqədar olduğunu bilmirlər. Ona görə də postabort sindromun əlamətlərini yadda saxlamağınız vacibdir. Əsas əlamətlər aşağıdakılardır:

- mayalanma ilə əlaqədar sonsuzluq;

- vaxtından əvvəl doğuş;

- uşaqsalma;

- uşaqlıqdan kənar hamiləlik;

- seksual pozuntular;

- depressiya, günah hissi;

- daha bir hamiləliyə meyllənmə;

- anoreksiya (iştahanın olmaması və qidalanmadan imtina etmək);

- uşaqlarla əlaqədar gecə qarabasmaları və s.

Abort qadını yalnız konkret zamanda istənilməyən hamiləlikdən azad edir, ancaq heç vaxt günah hissindən və ana ilə uşaq arasındakı bağların qopmasından azad edə bilməz.

Uşaqlıq tərəfindən, yəni ana bətnində abort nəticəsində ağırlaşmalara ilk növbədə uşaqlıq boynunun cırılması, qanaxma və uşaqlıq divarının perforasiyası kimi hallar aiddir. Hamiləliyin pozulması zamanı uşaqlıq daxilində manipulyasiya “kor-koranə” aparılır ki, nəticədə uşaqlıq divarının və uşaqlıq boynunun cırılma riski yüksəlmiş olur. Bu halda da zədələnmənin ölçüsndən və lokalizasiyasından asılı olaraq uşaqlıq tikilir, ya da zərurət yarandıqda uşaqlıq tam çıxarılır, yəni histerektomiya əməliyyatı aparılır.

Onu da bilin ki, uşaqlıq divarının çoxsaylı qaşınması, yəni abortlar zamanı divar o qədər nazilir ki, növbəti dəfə hamilə qaldıqda hamiləliyin sağ-salamat başa çatdırılması, yaxud elə abortun özü qeyri-mümkün olur. Çünki hamiləliyin süni yolla pozulması zamanı zədələnmiş uşaqlıq divarında iltihab əmələ gəlir. Və bilin ki, belə iltihabi proses asanlıqla müalicə olunmur. Bu da adətən, düşüklərlə və ya sonsuzluqla nəticələnir.

Abortsonrası ağırlaşmalar abortdan dərhal sonra da yarana bilər, bir neçə ay və ya il ötəndən sonra da yarana bilər. Alimlərin tədqiqatları göstərir ki, qadınların 18%-ində abortdan iki ay sonra uşaqlıq artımlarının xronik iltihabı, 11 %-ində uşaqlıq boynunun eroziyası, 7%-ində endoservisit, 4%-də isə menstrual siklin pozulması baş verir. Abortdan iki il keçdikdən sonra bu ağırlaşmalar bir neçə dəfə çoxalır.

Beləliklə, əziz xanımlar! Yadda saxlayın, təhlükəsiz abort olmur. Abort sağlam qadın orqanizminə ciddi zərbə vurur və istənilməyən hamiləliklərə qarşı kontraseptiv vasitələrdən istifadə etməməyin cəzası kimi qiymətləndirilir. Hətta subyektiv olaraq abortu pis keçirməyən qadınlarda da xərçəng xəstəliyinin inkişafı, müalicə edilməyən sonsuzluq kimi ağır nəticələr baş verə bilər.

Unutmayın ki, hər bir hamiləlik sizə ən böyük xoşbəxtlik olan analıq sevincini dadmağı, ana olmağı qismət edəcək!

Günay Əhmədova, onkoloq, tibb üzrə fəlsəfə doktoru,

Oxşar xəbərlər
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:57, Bu gün
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİR + FOTO/CANLI YAYIM
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
GÜNLÜK
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib