"Ayaz Mütəllibov zəng vurub məsələni tez bitirməyi tapşırmışdı"
Oxunub: 6704
28 Apr 2016 | 01:19
Dəyərli oxucu, iki gündən sonra - aprelin 30 - da Azərbaycanın ən uğurlu hərbi əməliyyatlarından biri kimi tariximizə düşən Göygöl rayonunun ermənilər yaşayan Çaykənd kəndinin köçürülməsinin ildönümüdür. Ona görə də həmin hadisələrin birbaşa iştirakçısının xatirələri oxucular üçün ikiqat maraqlı olduğundan onu da sizlərə təqdim edirik...

Yeri gəlmişkən, Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...


Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. 

Əvvəlini bu linkdən oxumaq olar---


UNUDULMUŞ QƏLƏBƏ

Stanislav Rostotski sevdiyim kinorejissorlardan biridir. “Bazar ertəsinədək gözləyək”, “Sakit üfüqlərdə” kimi məşhur filmlərin müəllifidir. İkinci Dünya Müharibəsindən 27 il sonra çəkilmiş “Sakit üfüqlərdə” filmində müharibənin gurultusu, tankı, topu yoxdur. Böyük müharibənin gedişində döyüş tapşırığını yerinə yetirən qızlardan ibarət  döyüşçülərin xarakteri, faciəli taleləri əks olunub. 

Tapşırıq  yerinə yetirilir. Qızların həyatı  bahasına. Filmin sonunda  məşhur Levitanın səsi ilə informasiya səslənir: “Cəbhədə xüsusi dəyişiklik olmamışdır. Bəzi bölgələrdə  isə yerli əhəmiyyətli döyüşlər keçirilmişdir”.
“Yerli  əhəmiyyətli   döyüşlər”. Bəzən kiçik görünən, miqyası az olan işlər, böyük əhəmiyyət daşıyan hadisələrin, uğurun açarı olur. Dünya müharibələrində də...

Bu filmin başqa bir epizoduna da  qayıdacağam, amma sonra.

Ermənistan-Azərbaycan müharibəsinin ağır, vacib döyüşləri, təbii ki, Qarabağda olub. Amma Qarabağın sərhədlərindən kənarda da - Qazaxdan Naxçıvana qədər - elə hadisələr, döyüşlər olub ki, az əhəmiyyət daşımır.
 
Çaykəndin azad edilməsi SSRİ-nin rəhbəri Mixail Qorbaçov, SSRİ müdafiə naziri, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycanın rəhbəri Ayaz Mütəllibov səviyyəsində müzakirə olunmuş, respublika rəhbərlərinin hamısı Xanlara (indiki Göygöl) gəlmiş və 1991-ci ilin aprelin 30-da başlamış əməliyyat mayın 4-də tamamlanmışdı. Bu günlərin hər biri tarixi hadisələrlə doludur. İlk gündən sonunadək iştirakçısı və şahidi olduğum bu hadisələr tariximizin qələbə səhifəsidir. Az yada salınan, danışılmayan, unudulmuş qələbə...

Çaykəndin azad edilməsinə qədər onun ətrafında baş verən hadisələr və kəndin tarixi haqqında məlumat verməyi zəruri heçab edirəm. 

Ermənilər bu kəndə 1896-cı ildə Türkiyədən köçüblər. Sultan Əbdülhəmidin dövründə Anadoluda yaşayan ermənilər və türklər arasında ilk ciddi qarşıdurmalar baş verən zaman Çar Rusiyasına sığınan erməniləri Gəncə ətrafında yerləşdirirlər. Çaykənddə, Martunaşendə (Qarabulaq) tikilən kilsələrin üzərində də 1896-cı il yazılmışdı. 
Çaykənd erməniləri də söhbət  zamanı babalarının Türkiyədən köçdüyünü söyləyirdilər. Çaykənd Kürəkçay boyu, çayın hər iki sahilində  salınıb. Bir tərəfi  meşəli dağlar, bir tərəfi Kamo və Azad kəndləridir. Gəncə-Göygöl yolundan keçəndə  kənd çox aşağıda, dərədə olduğundan görünmür. Çaykənd sonradan Murovdan çəkilmiş Kəlbəcər-Gəncə yolunun, Toğanadan, Göygöl, Maral göldən gələn yolun, keçmiş Şaumyan rayonundan (Ağcakənd) Gəncəyə gələn dağ yolunun üstündə yerləşmiş strateji əhəmiyyətli, 1000-dən çox evi olan bir kənddir. Tarixçilərdən eşitdiyimə görə, 1918-ci ildə Azərbaycana gələn türk ordusu Çaykənddə döyüşməyi riskli sayıb, kəndi bir müddət mühasirədə saxlasa da, ora girməyib... 
                                              
1991-ci il aprelin 26-da DTK-nın sədri Vaqif Hüseynov Gəncəyə gəldi. Şöbənin əməkdaşları ilə əməliyyat müşavirəsi keçirildi. 2 günə Çaykənddə əməliyyat aparılacağını və kəndin köçürülməsinin prinsipcə həll olunduğunu söylədi. Əməliyyatın adı “KOLTSO” idi və tarixə də bu adla düşdü. Xanlar rayonunun kuratoru kimi mənə xüsusi göstərişlər, tapşırıqlar verildi. 
Respublika rəhbərliyi Çaykənd ətrafında nələrin baş verdiyi barədə gün ərzində bir neçə dəfə məlumatlandırılırdı. Ayın 28-də daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Mərkəzi Komitənin ikinci katibi Viktor Polyaniçko və digər rəsmi şəxslər Gəncəyə gəldilər. 
29-da Hacıkənd qəsəbəsindəki pioner düşərgəsinin qərargah kimi hazırlığını apardım. Həmin gün saat 3-də Hüseynov, Əsədov, Qayıbov, Polyaniçko, sovet ordusunun Gəncədə dislokasiya edilmiş qüvvələrinin komandiri polkovnik Maşkov və bir neçə yüksək rütbəli rus zabiti, Gəncə, Xanlar rayonlarının rəhbərləri - Səbuhi Abdinov, Tofiq Kazımov, daxili işlər nazirinin müavini Ramiz Məmmədov, Gəncə Şəhər Milis İdarəsinin rəisi polkovnik Eldar Həsənov, DTK-nın Gəncə Şəhər Şöbəsinin rəisi polkovnik Rəhman Mikayılov, DTK-nın şöbə rəisi Yasif Nəsirlinin və bu sətirlərin müəllifinin iştirakı ilə uzun çəkən müşavirə keçirildi. 

Hazırladığım arayış əsasında Vaqif Hüseynov kənddə yaraqlıların harada silahlı postlar qurduğunu, neçə nəfərin hansı silahlarla təchiz edildiyini, kənddə yerli əhali ilə Yerevandan gələnlər arasında hansı narazılıqlar olduğunu məruzə etdi. 
Məhəmməd Əsədov OMON-un Çaykəndə hansı istiqamətdən və neçə nəfər döyüşçü ilə girəcəyini, pasport yoxlaması aparılacağını iştirakçıların nəzərinə çatdırdı. 
Ordu nümayəndələri səhər erkəndən kəndin üstündə mövqe tutub səsgücləndiricilərlə silahların təhvil verilməsinə, təslim olmağa çağırış edəcəklərini, silah işlətməyəcəklərini, məsələnin danışıqlarla, dinc yolla həll edilməsinin vacibliyini bildirdilər. 
Müşavirədə kəndin köçürülməsi məsələsi qəti şəkildə qoyulmadı. O gecə Hüseynov da, Əsədov da, Polyaniçko da Hacıkənddə qaldılar. Mənə onları səhər saat 6-da oyatmaq tapşırıldı. 
Hava soyuq olduğundan  Vaqif Hüseynov məndən isti buşlatımı istədi. Fürsətdən istifadə edib kəndin köçürülməsinin qəti şəkildə qoyulmamasının səbəbini soruşdum. General “Hər şey yaxşı olacaq” dedi. 
Artıq DTK-nın xüsusi dəstəsi də gəlib çıxmışdı. Dəstəyə sonradan Daşaltı əməliyyatında itkin düşən Milli Qəhrəman Riyad Əhmədov başçılıq edirdi. Riyadla universitetdən tanış idim. Həyatsevər, şən, ucadan gülməyi sevən, ən əsası qorxmaz, cəsur zabit idi. Qeyd edim ki, əməliyyat keçirilən zaman Riyadın bir qız övladı da dünyaya gəlmişdi. Hacıkənd poçtundan zəng edib öyrənən kimi çox sevindi və çılğınlıqla havaya atəş açdı. 
Aprelin 30-da, sübh tezdən 10-dan çox zirehli hərbi maşın Kamo və Azad kəndlərindən keçib Çaykənd qəbiristanlığı tərəfdə mövqe tutdu. Çaykəndin radiostansiyasını iflic etmişdik. Bütün efiri pelenqasiya edib xarici aləmlə əlaqələrini tamam kəsmişdik. Ermənilər dalğaları dəyişdirdikdə tezliklə müəyyən edir, dərhal 3 saylı radiostansiyanın köməyi ilə dalğaları vururduq. Hər dəfə bundan ötrü Hacıkənddən Xanlara gəlir, tezliklərin rəqəmlərini verirdim. 
Polkovnik Maşkov BTR-lə kəndə girəcəyini deyib bələdçi istədi. Kəndi yaxşı tanıdığımdan bələdçilik etmək istədiyimi bildirdim. Rəisimiz Rəhman Mikayılov icazə vermədi, “Sən hər an burda lazımsan” dedi. Xanlarda avtovağzalda işləyən Aydın adlı gənc bələdçilik edəcəyini söylədi və BTR-ə mindi...

Səsgücləndiricilərlə kənd əhalisinə müraciət, silahların təhvil verilməsinə  çağırış aramsız səslənirdi. Əks tərəf heç  bir addım atmadı. Belə olan halda Əsədov OMON-a Toğana istiqamətindən kəndə girmək göstərişi verdi. 
Polkovnik Maşkov BTR-lə kəndə  getdi. Bizim dəstəyə hələ ehtiyac olmadığını, guya sülh yoluyla çaykəndliləri tərksilah edəcəklərini, kəddə bir nəfər də silahlının qalmayacağını vəd etdi.  Yarım saat sonra Tatul Krpeyanın  dəstəsi BTR-i əsgərlərlə birlikdə əsir aldı. Saat 14-də əməliyyat dayandırıldı.
 
Burda haşiyəyə çıxıb Qarabağ konfliktindəki indiki vəziyyətlə paralellər aparaq. 24 ildir ki, bütün dünya, Minsk Qrupu birmənalı şəkildə problemin yalnız sülh yoluyla həll olunmasını təkid edir, amma problem həll olunmur. Sabah polkovnik Maşkov kimi Minsk qrupunun rəhbərləri  zirehli maşında Ağdama gedib desələr ki, gəlmişik Ermənistan silahlı qüvvələrini  ərazidən çıxaraq, “ikinci Tatul” onları mütləq əsir götürəcək. Sülh yaxşıdı, bir yerə qədər, bir zamana qədər, təəssüf ki, biz ”“torpağı işğal olunmuşlar o vacib zamanı əldən vermişik və belə getsə artıq de fakto deyil, de yure Qarabağı , hələ demirəm ki, müstəqilliyimizi də itirə bilərik. İtirmədiyimiz, hələ ki, ümidimizdi”¦

Yenidən həmin heyətlə təcili müşavirə çağırıldı. Rus əsgərlərinin əsir düşməsi işləri korlamışdı. OMON kəndin Toğana hissəsində bir neçə erməni yaraqlını məhv etmişdi. Hərbçilər narazılıq  etdilər. Zabitlər OMON-un aşırı güc tətbiq  etdiyini, lazım olmadan atəş açdıqlarını, dinc sakinlərə zərər vurduqlarını deyirdilər. 
Mərkəzi Komitənin birinci katibi Ayaz Mütəllibov zəng vurub  məsələni tez bitirməyi, Moskvadan narazılıq başlandığını demişdi. Polyaniçko sanki bu durumdan razı idi: “Yaraqlılardan silahları alıb kənddə normal həyata başlanmalıdır” kimi real olmayan mülahizələri təkrar-təkrar söyləyirdi. Polyaniçkoya qarşı açıq irad bildirən olmayanda son sözü Vaqif Hüseynov dedi. O, tutarlı dəlillər gətirib kəndin deportasiya edilməsinin yeganə çıxış yolu olduğunu qəti şəkildə qoydu. 
DTK sədri indiyədək azərbaycanlıların bir çaykəndlini də öldürmədiyini, onların isə 10-dan çox azərbaycanlını qətlə yetirdiklərini, qonşu kəndlərin gəliş-gedişinə mane olduqlarını, hər gün vertolyotla kəndə silah gətirildiyini faktlarla danışdı. Polyaniçkoya sual etdi: “Viktor Petroviç, bu gün rus əsgərlərini, zabitini əsir götürənlərin azərbaycanlılara qarşı hərəkətini təsəvvür edirsinizmi? Siz zəmanət verirsinizmi ki, bu kənddə bir daha atəş açılmayacaq və onun hədəfi azərbaycanlı olmayacaq? Siz burda, Qarabağdan kənarda “sülh adası” yaradacaqsınız? Bu gün yaradıb sabah ona zamin dura biləcəksinizmi?” 
Üzünü mənə tutub “Vremya”nın müxbiri Mais Məmmədovu otağa çağır” dedi. 

Mais Məmmədovu müşavirə otağına dəvət etdim. Vaqif Hüseynov “Mais, axşama xəbər hazırla. Rus analarına müraciət et. Erməni yaraqlıların onların övladlarını əsir aldığını bildir. Qoy analar ölkə rəhbərliyinə müraciət etsinlər”.
Sonra yenə davam etdi: “Həm çaykəndlilər, həm azərbaycanlılar üçün ən yaxşı yol bu kəndin köçürülməsidir və proses elə bu gün başlayacaq”. 
Hüseynovun çıxışı bitəndən sonra Polyaniçko bir qədər fikirləşdi və qarnının üstündə çarpazlamış əllərinin ikisini də stola çırpıb bir az təəssüf, bir az da qətiyyətlə dedi: “Da, yedinstvenniy vıxod - deportasiya”. 

Vaqif Hüseynov üzünü Eldar Həsənova tutub “Sənin işçilərin və bizim uşaqlar əsirləri azad etmək üçün hazırlaşsınlar” dedi. 
Rus zabitləri də ayağa qalxdı: “Biz yoldaşlarımızı azad edəcəyik”. Onlar tərpənənə qədər Gəncənin milisləri və bizim xüsusi dəstəmiz kəndin içərisinə irəlilədik. Kəndin içindən axan Kürəkçayın üstündə bir neçə körpü var, birinə çatanda ermənilər atəş açdı. Mövqe tutub əks tərəfə atəş açdıq. Bizə çətinlik yaradan əsir rus hərbçilər idi. Tatul Krpeyan  əlində avtomat Maşkovun arxasında dayanmışdı və rus dilində qışqırıb onu, əsir əsgərləri öldürməklə hədələyir, atışmanı kəsməyi tələb edirdi. İknci dəfə atışma başlayan kimi Maşkov Tatulu bedro fəndiylə başının üstündən aşırıb önündən çəkildi, onun arxasına keçdi.  Həmin anda hamımız dayanmadan atəş açdıq.İlk atəşlə Tatul və ona köməyə gələn döyüşçüləri yerə sərildilər. Maşkov tez zirehli maşına oturub əsgərlərlə birlikdə bizə tərəf sürdü, əsirlər azad olundu. 

Təəssüf ki, bələdçi Aydın əsirlərin arasında yox idi. Ermənilər onu tanıyıb işgəncə ilə öldürmüşdülər. Atışma şiddətlənirdi. OMON kəndin aşağısından, biz yuxarıdan erməniləri tam sıxışdırmışdıq. Kənd sakinləri ”“qocalar, arvadlar küçəyə çıxıb atəşi dayandırmağı yalvarırdılar. Diqqət etdim ki, Martunaşen istiqamətində ermənilər geri çəkilir. Martunaşendən keçib, Sarısu kəndinin üstündən Şaumyan rayonu ərazisinə - Buzluq kəndinə girə bilərdilər. Çaykənd hələ təslim olmurdu.
 
Hacıkəndə dönüb vəziyyəti rəhbərliyə dedim. Əmin olmaq üçün Martunaşenin üstündəki Quşçu kəndində yerləşən şəmkirli milis işçilərini xəbərdar etmək lazım idi. Quşçuya arxa yoldan getmək çox vaxt aparacaqdı. Hacıkənddə həmin vaxt milis vertolyotu vardı. Şəmkirin milis rəisi Vaqif Quliyevlə vertolyota əyləşib Quşçuya uçduq. Martunaşenin üzərindən keçəndə hər an vurula bilərdik. Çox hündürdən uçmağa məcbur idik. 
Quşçuya gəlib yolların kəsilməsini tapşırdıq və geriyə uçduq. Vaqif Hüseynov rəisimizi çağırıb, DTK-nın xüsusi dəstəsini götürüb arxa yolla Quşçuya getməyi və sabah erkəndən Martunaşen istiqamətində hücuma keçməyi tapşırdı. 
Hava qaralırdı. Quşçuya çatanda artıq gecə saat 10 idi. Kəndin klubunda və yerli adamların evində az da olsa dincimizi aldıq. 
Tezdən milislər və bizim dəstə qatı dumanda Martunaşen istiqamətində hərəkətə keçdik. Dumandan göz-gözü görmürdü. Qəflətən duman çəkiləndə qarşımızda erməni evləri və yaraqlılarını gördük. Bizim üstünlüyümüz aşkar idi. Ermənilər - həm kənd sakinləri, həm yaraqlılar - Çaykəndə doğru qaçırdı. Bir atlı erməni  kəndin kənarıyla  atını Çaykəndə tərəf çapırdı. OMON-un komandiri üzünü mənə tutub: Səndə pulemyotdu,  o atlını vura bilərsənsə vur. Atlını vura bilərdim, amma vurmadım. Bu, Şahin adlı erməni idi, Guşçuya köç edən Laçınlı bir kişiylə  qoyun alvei  etdiyini bildiyimdən Laçınlıya demişdim ki, onunla görüşməzdən qabaq mənə xəbər yolla, söhbət edəcəyəm. İki dəfə erməni Şahinlə  görüşmüş, Çaykənddən xeyli informasiya əldə etmişdim. Atın üstündəki həmin erməni idi. Güllələri  yan atdım. İndi də hesab edirəm ki, o vaxt düz etmişəm.O silahsız idi və canını götürüb qaçırdı...Müharibə olsa da onun da yazılmamış qanunları var.

Ardı var...
Oxşar xəbərlər
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
GÜNLÜK
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng