Yazar
Vasif Əlihüseyn
Bütün yazılar
kse
3197
30 Mar 2016 | 00:19

“Qızıl qələm”in həvəsinə düşənlər...

Günlərin bir günü Lənkəran rayonunun CTV ”“ kanalında işləyən dostlardan biri məni verlişə dəvət etdi. Dedi ki, iki yazar olacaqsınız verlişdə. Mövzu da “Vətənpərvərlik” olacaq. Danışa bilərsən? Dedim ki, hə, danışaram.

Durub Bakıdan Lənkərana getdim. CTV ”“ nin studiyasında verliş başlamamışdan öncə aparıcı xanım məni və digər yazarı danışdırıb haqqımızda məlumat topladı ki, verlişə dəvət edəndə, bizi tamaşaçılara təqdim etsin. Yanımdakı yazar Lənkəranda yaşayır və yaşı hardasa indi 50 ”“ i haqlamış olar. Dedi ki, oğul mən yazıçıyam. Bir neçə kitabım dərc olunub. Aparıcı xanım məndən soruşdu ki, sizi necə təqdim edim? Dedim ki, “Gənc şair”. Xanım yanımdakı yazıçıdan soruşanda ki, sizi necə təqdim edim. Kişi boğazını arıtladı “Yazıçı ”“ publisist və Qızıl qələm mükafatı laureatı” Xanım dedi ki, bəlkə heç qızıl qələmi deməyək, elə yazıçı ”“ publisist kimi təqdim edim. Yazıçı əsəbiləşdi ki, yox, siz nə danışırsınız. Mən o boyda mükafata layiq görülmüşəm. Xanım dedi ki, yaxşı, qeyd eləyərəm. Yaşlı yazıçı bu mükafat davasını eləyəndə, məni gülmək tutdu. Çevrilib mənə tərs ”“ tərs baxdı: “Nəyə gülürsən?” Dedim ki, heç ağsaqqal, bir şey yadıma düşdü. Kişi elə bildi ki, bu mükafatı necə almasından xəbərsizəm.

Əlindəki qalın, təxminən 500 səhifəlik kitabı alıb baxdım ki, görüm içində nə var. Gördüm ki, rayonda keçirilən tədbirlər. Bundan başqa rayon icra başçısının şəkilləri və daha gülməli şeylər. Dedi ki, bu kitabın çıxmasını rayon icra başçısı maliyyələşdirib. Ürəyimdə dedim ki, hər şey aydındı. Verliş başladı və biz müzakirəyə başladıq. İlk sualı elə yaşlı yazıçıya verdilər ki, bəs “vətənpərvərlik” nədir? Yazıçı başladı kəkələməyə. Az qaldı desin ki, vətənpərvərlik rayon icra başçısının yanında durub şəkil çəkdirməkdi. Sonra bir iki kəlmə də mən danışdım. Bir iki şeir də oxudum. Reklam fasiləsində aparıcının qanı qaraldı: “Siz yaşlı yazıçsınız bir az geniş danışın bu mövzuda. Bəs o boyda mükafatı sizə necə veriblər?”

Yazıçı əsəbi halda dilləndi: “Mən yazıçıyam. Bu gəncə baxmayın, gənc şairdi şeir filan oxuyur. Mən nə oxuyum? Nə bilirəm danışdım də”. Verlişi birtəhər başa vurduq. Hamıyla sağollaşıb Bakıya qayıtdım.

Bu günün özündə də yaradıcılığına hörmətlə yanaşdığım yazar dostlarım var ki, hər dəfə biri gedib o mükafatı alıb sosial şəbəkədə paylaşır. Hər dəfə də mən beləcə dostlarımı itirirəm. Adama deyərlər ki, sənin ömründə bir dənə tənqidi yazın olmayıb. Sən nə yazmısan ki, birdən ”“ birə sənin yaradıcılığın qızılla dəyərləndirildi. Bu gün ədəbi mühitdə ciddi imzalar tanıyıram ki, onların heç biri özlərini bu mükafata layiq bilməyiblər. Mükafatın verilmə qaydası isə hamıya məlumdur.

Yazıçı Seyran Səxavətin “Qızıl Qələm”i zibilə... döndərənlər adlı köşə yazısı var. Vaxtınız olsa, onu da oxuyun və onda aldandığınızı anlayacaqsınız.

Link kopyalandı!
Son xəbərlər