Xəbər lenti
15/12/2019 [00:43]:
“Qalatasaray” qələbəni son dəqiqədə əldən verdi - VİDEO
15/12/2019 [00:34]:
Rusiyada ərzaq anbarında güclü yanğın olub
14/12/2019 [23:57]:
"Bu qərar Ermənistanın Türkiyə ilə münasibətlərini daha da pisləşdirəcək..."
14/12/2019 [23:53]:
İranda məktəblər tətilə buraxıldı - SƏBƏB
14/12/2019 [23:47]:
Göyçayda 300 baş cücə yanaraq tələf olub
14/12/2019 [23:45]:
MSK BAXCP-nin səlahiyyətli nümayəndələrini qeydə alıb - Adlar
14/12/2019 [23:36]:
Azərbaycanlı tələbə Türkiyədə binadan yıxılaraq ölüb
14/12/2019 [23:18]:
Hindistanda etirazlar zamanı azı 5 qatar və 15 avtobus yandırılıb
14/12/2019 [23:14]:
Şəmkirdə 75 yaşlı piyadanı avtomobil vurub
14/12/2019 [23:09]:
Azərbaycanlı futbolçu üçün erməni baş məşqçi
14/12/2019 [22:32]:
Deputatlar "Lider" televiziyasında Parlamentin buraxılmasının səbəbini açıqladılar - VİDEO
14/12/2019 [22:30]:
Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçildi
14/12/2019 [22:27]:
“Azərbaycan Milli hərəkatı: dünən və bu gün” mövzusunda geniş dəyirmi masa keçirdi- FOTOLAR
14/12/2019 [22:12]:
Rusiyadan gələn kosmetika Azərbaycana buraxılmadı - FOTO
14/12/2019 [22:07]:
“Əsl kişi ailəsinin yanında olar” - Narkotikə görə həbs olunan musiqiçi - VİDEO
14/12/2019 [22:05]:
Bu ölkənin sabiq prezidenti korrupsiya ittihamı ilə 2 illik həbs olundu
14/12/2019 [21:57]:
Nigeriyada "Boko Haram" silahlıları şəhərə hücüm edərək 15 nəfəri qətlə yetirib
14/12/2019 [21:16]:
Safuradan səhnəyə qayıtması ilə bağlı açıqlama
14/12/2019 [21:12]:
Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb
14/12/2019 [21:12]:
İnan dünyagörmüş bu yalquzağa, canın qurtaracaq zülümdən, quzu...
14/12/2019 [20:43]:
FHN-in Mətbuat Xidməti yanğınla bağlı məlumat yayıb
14/12/2019 [20:37]:
Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub
14/12/2019 [20:32]:
Antarktidada planetin quru hissəsində ən dərin çökəklik aşkarlanıb
14/12/2019 [20:26]:
“Nəsimi ili” ilə bağlı “Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirildi -FOTOLAR
14/12/2019 [19:57]:
Səxavət Məmmədovun Amerikadakı yadigarı - FOTOLAR
14/12/2019 [19:47]:
"Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib"
14/12/2019 [19:44]:
Nəsimi rayonunda baş verən yanğında iki avtomobil yanıb
14/12/2019 [19:42]:
"Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub, xəsarət alan yoxdur"
14/12/2019 [19:01]:
“Lazarev klubu”nun bu dəfəki iclası birbaşa Putin tərəfindən maliyyələşdirilib...
14/12/2019 [19:00]:
"Valideynlərə üzümü tutub deyirəm ki, qızlara imkan verin voleybol oynasınlar, inkişaf etsinlər"
14/12/2019 [18:59]:
"3-cü mikrorayon bazarı"nda baş verən yanğın söndürülüb
14/12/2019 [18:57]:
Nəsimi rayonunda baş verən yanğında xəsarət alan olmayıb
14/12/2019 [18:56]:
Etibar Mirzəyev yanğın yerində
14/12/2019 [18:45]:
Bakıda "3-cü mikrorayon bazarı" yanır - YENİLƏNİB + VİDEO
14/12/2019 [18:20]:
"Mehriban Əliyevanın Moskvaya səfəri Azərbaycanla Rusiya arasındakı dostluğun əyani sübutudur"
14/12/2019 [18:18]:
Yanğınla əlaqədar 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət tam məhdudlaşdırılıb
14/12/2019 [18:10]:
Məsut Özil Həzrəti Əlidən sitat gətirdi
14/12/2019 [18:01]:
"ABŞ-dan “Patriot” sistemini almağa hazırıq, buna cavab gözləyirik"
14/12/2019 [17:58]:
Bakıda "3-cü mikrorayon bazarı" yanır
14/12/2019 [17:56]:
Boşandıqdan sonra ilk dəfə Bred Pitt Milad bayramını uşaqları ilə qeyd edəcək - FOTO
14/12/2019 [17:32]:
Polis Cəlilabadda xüsusi əməliyyat keçirdi - FOTOLAR
14/12/2019 [17:21]:
"Qarabağ" ölkəmizə qarşı olan təxribatlara qarşı yaxşı bir silahdır"
14/12/2019 [17:21]:
“Ürəyim ağrıyır, Xudu müəllim haqqında danışa bilmirəm, heyf...”
14/12/2019 [16:47]:
Amerikalı qız “öpüş xəstəliyi”ndən dünyasını dəyişdi
14/12/2019 [16:47]:
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
14/12/2019 [16:44]:
Həbib amerikalı idmançı ilə bu tarixdə görüşəcək
14/12/2019 [16:42]:
71 nəfərin namizədliyi təsdiq olundu
14/12/2019 [16:40]:
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib
14/12/2019 [16:36]:
İlham Əliyev icra başçısını təltif etdi
14/12/2019 [16:24]:
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
14/12/2019 [15:49]:
Bakıda dünyanın ən görkəmli tibb mütəxəssisləri bir araya gəldi
14/12/2019 [15:38]:
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
14/12/2019 [15:33]:
Vahid Mustafayevin mağazasından 36 min manatlıq oğurluq: Qol saatlarını taladılar...
14/12/2019 [15:32]:
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
14/12/2019 [15:28]:
Azərbaycan Azad Respublikaçılar Partiyası Ali Məclisinin toplantısı keçirilib
14/12/2019 [14:44]:
Məşhur aparıcının evinə polis basqını-Əlləri qanlar içində saxlanıldı- FOTOLAR
14/12/2019 [14:39]:
İran ABŞ hərbi bazasını hədəf aldı, dövlət katibi qətiyyətli cavabla hədələdi
14/12/2019 [14:33]:
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
14/12/2019 [14:30]:
ABŞ yeni raketlərin istehsalını artırır
14/12/2019 [14:27]:
Yol qəzalarına görə bu rayonlarda qaz təminatı dayandırıldı
14/12/2019 [14:25]:
Tayvanda yanğın zamanı 7 nəfər ölüb
14/12/2019 [14:25]:
Fahriyə Evcən-Burak Özçivit cütlüyü oğullarının üzünü göstərdi - FOTO
14/12/2019 [14:15]:
MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib
14/12/2019 [14:13]:
Ərdoğan Qənirə Paşayevanın şeirini oxudu - VİDEO
14/12/2019 [14:10]:
“Hay-küylə danışıb gerçəkləri malalamaqdansa, lal-dinməz oturmaq yaxşıdır...”
14/12/2019 [14:07]:
Qənirə Ataşovadan maraqlı -FOTOLAR
14/12/2019 [14:03]:
“Qarabağ münaqişəsinin qurbanları haqqında beynəlxalq təşkilatlar ətraflı məlumatlandırılmalıdır”
14/12/2019 [14:03]:
Bakıda avtoxuliqan xanım qəza törətdi: İnsanlara hücum çəkdi - VİDEO
14/12/2019 [14:00]:
Avropalı deputat AzTV-dən yazdı...
14/12/2019 [13:33]:
FHN-də “Eurohome”dakı yanğınla bağlı müşavirə – Nazir müavini tapşırıqlar verdi
14/12/2019 [13:32]:
"Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək"
14/12/2019 [13:27]:
Azərbaycanlı olimpiya ÇEMPİONLARI –Onlar indi nə işlə məşğuldurlar?
14/12/2019 [13:25]:
Bazar gününün HAVA PROQNOZU
14/12/2019 [13:05]:
“Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb
14/12/2019 [13:02]:
LG şirkətinin 94 yaşlı rəhbəri vəfat edib
14/12/2019 [12:51]:
Dörd rayonda 760 fərdi evə qaz verildi
14/12/2019 [12:50]:
Eldar Həsənov ilin ən fəal səfiri seçildi
14/12/2019 [12:46]:
Kürdəxanı qəsəbəsində evlər su altında qaldı - Fotolar
14/12/2019 [12:44]:
Parkda öldürülən tələbənin qatili 13 yaşlı uşaq çıxdı - FOTO
14/12/2019 [12:40]:
“Bəlkə, başqa London var, xəbərimiz yoxdur?”
Bütün arxiv bir sırada
25/01/2016 [10:50] - Köşə - ( 2793 dəfə baxılıb)

Zakir Məmməd: Bir qəlbin havası

Nəriman Əbdülrəhmanlı

”¦Bəzən həyatın gerçəkliyini qavramaqda çətinlik çəkirsən, gözünlə gördüyünün, əlinlə toxunduğunun, ağlınla dərk elədiyinin belə həqiqi olduğuna inana bilmirsən.
Amma vaxt ötür, başa düşürsən ki, o gerçəklik həyatın özü qədər həqiqidi, həqiqətdən qaçmaqsa, mümkün deyil.

Bu günlərdə bənzərsiz insan, ziyalı, ədəbiyyatşünas, şair Zakir Məmmədin səssiz-səmirsiz 60 yaşını haqladığı barədə düşünəndə bu hissləri keçirdim. Sonra  fikrimdən keçdi ki, Zakir yaşadığı ömrə görə təəssüflənməməli, əksinə, qürur hissi keçirməlidi. Düzdü, o ömürdə əyalətdə yaşamağın əzabları, şan-şöhrət itkiləri var, amma əvəzində qismətinə insan və yaradıcı kimi bütöv qalmaq kimi gözəl bir fürsət düşüb. Mənə görə, Zakirin dostu Ramiz Qusarçaylı, Gəncədən Bahadur Fərman və İnqilab İsaq, Şəkidən Vaqif Aslan, Namizəd Xalidoğlu və Hədiyyə Şəfaqət, Yardımlıdan Sabir Bəşirov və Aslan Quliyev, Cəlilabaddan Bilal Alarlı, Lənkərandan Sərraf Talıb, Tərlan Əbilov, Şabrandan Aydın Tağıyev, Astaradan Mehman Qaraxanoğlu, Mingəçevirdən Elşən Əzim, Salyandan Eldar İsmayıloğlu, Oğuzdan Cəlil Cavanşir, Tovuzdan Elməddin Nicat... mənəviyyat çadırımızın sütunlarıdılar, onlar olmasalar, bütövlükdə millət kimi çox şey itirərik.

Zakir Məmməd Qubanın Əlik kəndində doğulub, Qonaqkənd məktəbini , ADPU-nin filologiya fakültəsini bitirib, rayonunun Zeyid, Dağüstü, Hacıhüseynli məktəblərində, Quba Özəl Türk Liseyində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında da müəllim kimi çalışıb, qısa müddətə  Hacıhüseynli kəndində icra nümayəndəsi də işləyib, indi kənd tam orta məktəbində müəllimliyinə davam eləyir. 

Bütün bunlar onun heç də asan olmayan ÖMÜR YOLUnun qısa xronikasıdı...

Bir də var, Zakir Məmmədin SÖZlə təmasının keçdiyi YOL. Yəqin ki, o yolun hardan başlandığını özü də deyə bilməz. Bir onu xatırlayır ki, ilk şeirləri xalq şairi Hüseyn Arifin "uğurlu yolu" ilə 1983-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilib. Həmin mehr nəticəsində də dörd kitabı, qəzet-jurnallarda, internet sayt və dərgilərində onlarla məqaləsi, şeiri çap olunub. Beynəlxalq R.Rza və Ə. Salahzadə adına "Avanqard" poeziya mükafatlarına layiq görülüb. İndi 1998-ci ildən üzv olduğu AYB-nin Quba filialında və “Ay işığı” ədəbi birliyində Ramiz Qusarçaylının uzun illər səbirlə və böyük zəhmət bahasına apardığı işi layiqincə davam etdirir.

***

Zakir Məmmədlə şəxsi tanışlığımın tarixi o qədər də uzun deyil. Cəmi üç il əvvəl qələm dostumuz Nurafizlə birgə getdiyim “Ay işığı” birliyinin tədbirində tanış olmuşuq , elə o təsadüfdə də aramızda proloqsuz-filansız  münasibət yaranıb. Amma Zakirin poetik və ədəbi nəfəsi mənə ötən əsrin 80-ci illərindən tanışdı, mətbuatda rast gəldiyim hər şeirində, hər ədəbi məqaləsində izaholunmaz hərarət və yaxınlıq duymuşam.
 
O, əyalət uzaqlığından baxıb ədəbiyyatımızın mənzərəsini əksər ədəbiyyat və tənqidçilərdən daha yaxşı görür, şəxsi münasibətlər bataqlığına düşmədiyinə görə, yaxşını-pisdən ayırmaqda, ədəbi mətnləri dəyərləndirmədə vicdan kateqoriyasından qorxusuz-ürküsüz yararlana bilir. Onun Ələkbər Salahzadə, Ramiz Rövşən, Ramiz Qusarçaylı, Nurafiz, Saday Şəkərli, Qəşəm Nəcəfzadə, Tərlan Əbilov, Rəşid Bərgüşadlı, Esmira Məhiqızının... yaradıcılığı barədə qələmə aldıqlarını yalnız bu kontekstdə qiymətləndirmək olar. 

Zakir Məmməd ədəbi meyarlarında qərəzsiz, iddiasızdı, öz elmi səviyyəsini, ədəbi istilah ehtiyatını göstərməyə çalışmır. Bəlkə elə buna görə də heç müdafiə eləmək, elmi dərəcə almaq fikrinə də düşməyib. Zakir zorakılıq düşüncəsindən də uzaqdı, yəni heç vaxt ədəbi hədəfilə bağlı hökm verib, qəti qərar çıxarmır. Bu cəhətdən özünün mülahizələri çox maraqlıdı:  “Mənə elə gəlir ki, bəzi tənqidçilər hətta özlərini polis rəisi kimi aparırlar. Bu, sovet ədəbiyyatından qalma vərdişlərin nəticəsidir. Tənqid öz əvvəlki məzmun və mahiyyətindən bir qədər uzaqlaşmalıdır. Mənim fikrimcə, tənqid hər hansı bir bədii mətnin içindən yeni bir neçə mətn tapıb eyni mövzunun davamını yazmalıdır. Hər hansı bir paradiqmaya nəzərən yeni paradiqmalar işləyib hazırlamaq tənqidin və ya tənqidçilərin işidir. Tənqidçi bütün fəaliyyətini yazıçıya qiymət verməyə sərf etsə, onun şəxsi ambisiyası daha qabarıq görünəcək, müəllifin maraqları oxucu maraqlarını üstələyəcək”. Elə bu məqsədlə də Zakir Məmməd öz üslubumu yeniləşdirməyə, kəmiyyətə yox, mətnin keyfiyyətinə çox diqqət ayırmağa çalışır, daha çox öz maraq dairəsinə daxil olan mətn üzərində iş aparmağa üstünlük verir. O,  çağdaş ədəbi prosesi əks etdirən icmal xarakterli yazıların faydalı ola biləcəyini düşünür, dediyinə görə, bu yönümdə çoxlu qeydləri var. Hazırda çapa hazır olan  iki-üç kitablıq materialı var. Poeziya və nəsr tənqidi məqalələrindən,  Feysbuk  materiallarından ibarət kitablarını çap etdirmək arzusundadı.

Zakir Məmməd ədəbi mühitin mərkəzindən uzaqda olmağın çətinliklərinin və üstünlüklərinin nədən ibarət olduğunu çox yaxşı bilir. Onun fikrincə, “indi Bakıda da ədəbi həyatın qaynarlığından danışmağa dilimiz qısadır. Bunun səbəbi internetdir. Sosial şəbəkə vasitəsilə fikir mübadiləsi apara bilməyimiz, buradan hər cür informasiyanı əldə etməyin mümkünlüyü digər kommunikativ vasitələri kölgədə qoyur. Deməli, ədəbi prosesi internet vasitəsi ilə izləməmək həmin prosesdən kənarda qalmaq deməkdir. Bu baxımdan, çağdaş ədəbiyyatımızda baş verən hadisələri həm yaxından izləyirəm, həm də onun içində olmağa çalışıram. İnsanların daha haradasa yaşamağının onun dünya ilə əlaqələrinin intensivliyinə mənfi, ya müsbət təsiri ola bilməz. "Uzaqda” yaşamağın daha ağrılı tərəfi var. Söylədiyin bir fikir kiminsə mənafeyi, ya mövqeyi ilə üst-üstə düşməyəndə dərhal əyalət qaxıncını işə salırlar”.

O, ədəbiyyatın əyalətində yaşamır, bayaq sadaladığım taledaşları ilə birgə əyalətin ədəbiyyatını yaşadır, onu məkan anlayışından çıxarıb bütövlüyə qovuşdurur. Həmin bütövlüksə Azərbaycan ədəbiyyatıdı...

***

Zakir Məmməd ədəbiyyatımızın səksəninci illərinə mənsubdu. Xoşbəxtliyi ondadı ki, heç vaxt tələsib-təntiməyib, “daha çox, çap olunmaq, daha çox tanınmaq” meyarını qəbul eləməyib, yazdıqlarını zamanın axarına buraxıb, nə vaxtsa öz qiymətini alacağına inanıb. Onun poetik mətnə öz münasibəti var. Fikrincə, “nəsə köhnəlirsə, bunun səbəbi şeirin sərbəstdə, ya hecada yazılmasında deyil. Şair metodoloji cəhətdən nə qədər hazırlıqlı olsa da, daim yeni üsul və priyomlar axtarıb tapmağa cəhd etməlidir. Şeir obrazlı təfəkkürün məhsulu kimi meydana çıxdığı üçün orada oxucunu əyləndirən yeganə cəhət bədii obraz ola bilər. Amma bu obrazlılıq orijinal deyilsə, təkrardırsa, deməli, köhnədir. Oxucu isə həmişə yeniliyə can atır, necə deyərlər, hər şeyin təzəsini axtarır”. 

Mənə görə, Zakir Məmməd ədəbiyyatın, əslində, nə olduğunu aydın dərk eləyən azsaylı qələm adamlarımızdandı. O, Sözün bir növ Ruhun mənzərəsini yaratmaq yolunda vasitə olduğunu, o  havanı yaratmaq üçün yaradıcı adamdan böyük istedad tələb edildiyini bilir, poetik mətnlərində də bu açıq-aşkar görünür. Zakir əmindi ki, hər bir yazıçı öz fərdi üslubuyla ədəbiyyatın tarixi yaddaşında qalmaq şansı əldə edir. 

Zakir Məmmədin “Əhvalat” adlı bir şeiri var. O şeiri müəllifin ruhi siqlətini ifadə elədiyinə görə çox sevirəm.

Yadımdan çıxmışdı, deyim:
Bir həyat borcluyam sənə.
Çapıb murada yetməyə
Bir də at borcluyam sənə.

Yağıb tez kəsən yağışam.
Çətin bir yana yığışam.
Bilməyib çox sındırmışam,
Qol-qanad borcluyam sənə.

Bu qəmdən doyaq, doymayaq?
Sirr edək, yayaq- yaymayaq?
Tapıb ad qoyaq, qoymayaq?
Yaxşı ad borcluyam sənə.

Ürək dilə gələ gərək.
Eşqdən bir zəlzələ gərək.
Başımıza gələ gərək,
Əhvalat borcluyam sənə.

Kimə ünvanlandığından asılı olmayaraq, bu şeir Zakir Məmmədin xarakterindəki borc hissinin ifadəsidi. O özünü xalqına, torpağına, Sözünə, ədəbiyyatına, hətta dostlarına borclu sayıb, həmişə də o borcu ləyaqətlə verməyə çalışıb.

Amma 60 hələ son deyil, sadəcə keçilmiş bir mərhələnin yekunudu. 

Zakir Məmmədin irəlidə görəcəyi işlər çoxdu. Təki sağlıq olsun.

loading...
loading...
Ərdoğan Qənirə Paşayevanın şeirini oxudu - VİDEO
200 il yaşamağın sirrini kəşf edən 11 dəfə Həccdə olan 83 yaşlı kişinin möcüzəsi + VİDEO
Polisdən qaçan oğrular bu cür yaxalandı - MARAQLI...+ VİDEO
“İlham Əliyev Cavid Qurbanovu buna görə təriflədi…”
"Mən özüm münaqişədən sonra Yerevanda 3 dəfə mətbuat konfransı keçirmişəm və..."
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
Maraqlı
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
Maraqlı
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
Gündəm
“Qarabağ münaqişəsinin qurbanları haqqında beynəlxalq təşkilatlar ətraflı məlumatlandırılmalıdır”
Cəmiyyət
“Zorlanma faktı yaxın adamlar tərəfindən törədildiyi üçün qadınlar bu haqda düşünmür...”
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
Tolik Damla ilə bağlı şok video yaydı: “Bəlkə də buna görə mənimlə düşmən olacaqsan” - VİDEO
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
"Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, deyə ki, Elnarə ev tikdirir..." - İRAD
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər
"Fərhad Əhmədov Azərbaycana dönəndə hiss etmişdim ki, bu, xoşniyyətli dönüş deyil..."
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247