Sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin guya polis orqanlarında bir şəxsin saçını qırxdığı ilə bağlı fotolar yayılıb. Birinci fotoda saçı iki tərəfdən yığılmış, ikinci şəkildə isə həmin şəxsin saçının qırxılmış şəkildə olduğu əks olunub. Şərhlərdə bu addımın polis orqanlarında atıldığı iddia olunub.
Məsələ ilı bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:
"Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Məsələ araşdırılır".
Alçina Amilqızı, Bizim.Media

