Asiya, Avropa "batır". Sən isə günü- gündən "gözəlləşirsən ". Barak Obama ABŞ-ın düşdüyü ağır, son olaylara ağlayır, gələcək təhlükələrdən onu qorumaq üçün tədbirlər görür, cəmiyyətə çağırışlar edir.Bizim iqtidar isə hələ də "yaz yuxusu"ndan oyanmaq bilmir.Ölkədə manat ABŞ dolları ilə boy mübarizəsində kəllə-mayallaq gedib. Manat reanimasiyada, sabahkı taleyi bəlli deyil. İqtidar bu devalvasiyanın Azərbaycan xalqına verəcəyi "xeyirdən " danışır.
Əfv olur...Siyasi məhbuslar əfvə düşmür.Bu əfv fərmanı iqtidarın əlində bomba partlayışı effektsizliyi verir. Hissiyatını itirmiş iqtidar bu dəfə də özünü hiss etmir. Dünya neft bazarını "don vurub ". Neft günü-gündən ucuzlaşır. Belə acınacaqlı durum da Azərbaycanın "xeyri"nə şərh edilir. Ölkəyə " neftli siyasətin " uğursuzluğunu yaşadan iqtidar indi də daha bir neçə on il " neftsiz həyat siyasəti " ilə özünü və xalqı girinc etmək istəyir.
Eləcə də məni bir vətəndaş kimi qanunlarımızın "buz bağlaması" narahat edir. Bu təsadüfi iqtidarın siyasi səbatsızlığı ucbatından ölkədə "mədə- bağırsaq", " xirtdək" davası gedir. İqtidar komandasının özü-özünə qarşı elan etdiyi "piylənmə müharibəsi"nin sonu görünmür. Qanunlarımız öldüyünə görə Azərbaycan evi "qumar masası"nı xatırladır. Bu qumar masasında bir anın içində milyonçu lütə, lüt də milyonçuya çevrilə bilər.
Halallıq itib. Çünki rüşvət və korrupsiya bu iqtidarın "ali məqsəd"inə çevrilib.
Azərbaycan, nə imişsən...!
Hikmət NİKBİN