Türkiyənin Rusiyaya məxsus “Su-24” təyyarəsini vurmasından sonra iki dövlət arasında yaşanan gərginlik getdikcə artmaqdadır. Təyyarə olayından dərhal sonra Türkiyəyə qarşı bütün müstəvi və parametrlərdə hücuma keçən Putin, hökumət səviyyəsindəki narazılıq və anlaşılmazlığı sadə vətəndaşlar səviyyəsinə endirib. Türkiyənin hava sərhəddini aşkar şəkildə pozan rus təyyarəsinin vurulmasını heç cür həzm edə bilməyən Kreml Türkiyə ilə iqtisadi, siyasi, mədəni əlaqələri maksimum səvyyədə azaldıb ki, məqsəd Türkiyəyə mümkün qədər çox iqtisadi ziyan vurmaq, Rusiyada çalışan, oxuyan sadə türk vətəndaşlarını rəsmi Ankaranın üzərinə qaldırmaqdır.
Şübhəsiz, Rusiyanın
Türkiyə ilə bağlı tətbiq etdiyi sanksiya və qadağaların türk iqtisadiyyatı üçün
təsirsiz ötüşməyəcəyi şübhəsizdir. Lakin iki dövlət arasında bugünə qədər
mövcud olan ticarət dövriyyəsinə nəzərə salsaq bəlli olar ki, Putinin diktəsi
ilə tətbiq edilən bu qadağalardan Rusiya Türkiyədən bir neçə dəfə çox ziyan çəkəcək.
Belə ki, Rusiya Türkiyəyə
bu dövlətin ona ixrac etdiyindən təxminən dörd dəfə artıq məhsul ixrac edirdi
ki, Putinin hikkəsi səbəbi ilə pozulan münasibətlər rus mallarını bu böyük ixrac
bazarından məhrum etdi. Qərbin sanksiyalarından onsuz da əziyyət çəkən və
Türkiyə ilə iqtisadi münasibətlərdə böyük qazanc əldə edən Rusiya, siyasi
ambisiyaları səbəbi ilə öz iqtisadi maraqlarını qurban verdi. Hansı ki, bu, sadə
rus vətəndaşlarının həyatının əhəmiyətli dərəcədə pisləşməsi ilə paralel
müşahidə edilməkdədir.
Putin rus turistlərin
Türkiyəyə axınını da yasaqladı ki, bu da Kreml rəhbərinin türk iqtisadiyyatını
çökdürmək arzusundan irəli gəlir. Lakin nəyin bahasına olursa-olsun rəsmi
Ankaranı geri çəkilməyə vadar etməyə çalışan Putin unudur ki, bütün anti-Türkiyə
qadağaları kimi bu qadağanın da əziyyətini sadə rus vətəndaşları bir neçə misli
ilə çəkəcək. Çünki hər kəs bilir ki, yüz inlərlə rusu Türkiyənin kurort şəhərlərinə
cəlb edən onların Türkiyəyə olan sevgisi, ona xeyir vermək niyyəti olmayıb. Rus
insanının Türkiyəyə axınına səbəb bu ölkədə istirahətin daha ucuz başa gəlməsi,
maddi baxımdan daha sərfəli olması olub. Hansı ki, Putin rusların Türkiyəyə
turist axınını əngəlləməklə sadə rus vətəndaşlarını bu imkandan ”“ ən ucuz
istirahət mərkəzlərində dincəlmək imkanından məhrum etdi. Bu günə qədər Türkiyənin
Antalya, Bodrum və s. şəhərlərində istirahət edən ruslar, bundan sonra ən yaxşı
halda taxta daxmalarında oturub qarın döyəclədiyi pəncərələrindən bayıra
boylana-boylana Putinin gözəl, firavan gələcəklə bağlı nağıllarına qulaq asaraq
“istirahət etməli” olacaq.
Bir sözlə, görünən odur
ki, Türkiyəyə səfəri zamanı qəddi əyilən və öz belini Rəcəb Tayyib Ərdoğanın
köməyi olmadan düzəldə bilməyən Putin, bu kəs Rusiyanın da qəddini əymək, onu
da öz gününə qoymaq niyyətindədir. Başqa sözlə desək, qəddi əyilən Putin öz qəddini
düzəltmək əvəzinə Rusiyanın da qəddini əymək əzmindədir ki, artıq bu istiqamətdə
kifayət qədər ciddi “uğur” əldə etdiyi göz önündədir.
Bəli, Putin ölkəsini özünə
bənzədən prezidentdir. Hansı ki, bu bənzərlik Rusiyaya fəlakətdən başqa bir şey
vəd etmir. Və bu fəlakətin rüzgarları artıq rus bayrağını dalğalandırmaqdadır.
Seymur Əliyev
e-mail: [email protected]