Gədəbəydə DƏHŞƏT – 17 yaşlı qız 50 yaşlı kişiyə ƏRƏ VERİLDİ - VİDEO
4786
12 Dec 2022 | 11:48

Gədəbəydə DƏHŞƏT – 17 yaşlı qız 50 yaşlı kişiyə ƏRƏ VERİLDİ - VİDEO

Gədəbəydə 17 yaşlı qız 50 yaşlı şəxsə ərə verilib.

Bizim.Media xəbər verir ki, sözügedən mərasimdən olan görüntülər sosial şəbəkələrdə yayılıb. 

Görüntülərdə yer alan kadrlar ciddi müzakirə doğurub və yaşı rəsmi nikaha çatmayan qızın özündən 33 yaş böyük şəxslə ailə qurması sərt qınanılıb.

Videodakı 50 yaşlı şəxsin adının Elfaq Şəkərbəyli olduğu iddia olunub.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya açıqlamasında bildirib ki, Gədəbəydə 17 yaşlı qızın yaşlı biri ilə nişanlanması ilə bağlı yerli polis idarəsində araşdırma aparılıb:

“Araşdırmalar zamanı məlum olub ki, qızın 17 yaşı tamamdır. Onların hər hansı nikaha daxil olması barədə məlumat daxil olmayıb. Araşdırmalar davam etdirilir”.

Alçina Amilqızı, Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər