İki nazirin Azərbaycana sui-qəsd planı - VİDEO
Oxunub: 5913
30 Nov 2015 | 01:13
İki nazirin Azərbaycana sui-qəsd planı - VİDEO
“Delta Telekom”un direktoru Əli Abbasov və Eldar Mahmudovla bağlı şok açıqlamalar verdi.

Moderator.az müsahibənin ikinci hissəsini təqdim edir:

Müsahibənin birinci hissəsinə buradan baxa bilərsiniz:

Ramazan Vəliyevlə söhbətimizin davamını kabinetdə etdik. Bax, burada eşitdiklərimiz bizi doğrudanda heyrətləndirdi. Dövlətin öz təhlükəsizliyini etibar etdiyi bir qurumun təzyiqləri bir sıra hallarda provokativ, hətta diversiyon təzyiqləri qarşısında kiçik bir qurum necə davam gətirə bilib? Prezidentin köməyini “Delta Telekom” necə hiss edib? Bir sözlə, axı, niyə bütün bunlar baş verməliydi?

- Ramazan müəllim, indi hər şeyi öz adı ilə çağıraq. Artıq mənə məlumdur ki, tüstüləmə məhz Milli Təhlükəsizlik Nazirliyinin qoyduğu serverdən başlıyıb.

- Yanvar ayından bu hadisələr başlayanadan biz aparılan müzakirələrdə müəyyən etdik ki, axırıncı qoyulan “Alov” şirkətinin avadanlıqları I Avropa Oyunlarının təhlükəsizliyini qorumaq üçündür. Biz dəfələrlə məsələ qaldırdıq ki, bu avadanlığın özü artıq təhlükə mənbəyinə çevrilir. Çünki bizdə hər şey tam rezevlidir, hər şey normal çalışır. Lakin avadanlığın tək qoyulması çox böyük bir risk yaradır. Hazırda məlum hadisələrlə əlaqədar içəridə olan bu monitorinq idarəsinin rəhbərliyi ilə biz dəfələrlə bunu müzakirə etdik. Və bu tələbin ardınca həmin dövrdə milli təhlükəsizlik naziri vəzifəsini icra edən Eldar Mahmudov şəxsən özü mənə bildirdi ki, avadanlıq quraşdırılmalıdır. Biz bilirik ki, Avropa oyunlarında müxtəlif terror hadisələri gözlənilir və mən cənab prezidentə məruzə etmişəm, avadanlığın quraşdırlması üçün şərait yaratmağa borclusuz və hətta orada olan 1 milyon 700 min ABŞ dolları dəyərində olan əlavə avadanlıqlar operatorlar tərəfindən alınacaq. Bunların hamısı sizin tərəfinizdən təmin olunmalıdır və bu cənab prezidentin göstərişidir. Bunu da mən yenə bizə lisenziya verən təşkilata məruzə etdim ki, vəziyyət bu yerdədir. Yəni artıq cənab prezidentin adı ilə bizə göstəriş gəlir ki, bu qoyulmalıdır. Bizim çıxış yolumuz yoxdur.

- Lisenziya verən təşkilat da Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.

- Tamamilə doğrudur. Oradan o tərəfə biz atıq keçə bilmirdik.

- 2015-ci ilədək MTN-nin gətirib ora qoyduğu avadanlıq olmayıb. Buna qədər alternativ nə vardı? Axı, bunlar avadanlığı nə üçün gətirib qoymalıydılar? Bu nəyi dəyişdi? Orada hansı informasiyalar vardı?

”“ Əslində Milli Təhlükəsizlik Nazirliyinin avadanlıqları olub. Lakin bu avadanlıqlar artıq istismar müddətini başa vurmuşdu. İnternetdə bir çox məsələlər, protokollar dəyişmişdi və bu avadanlıqlar artıq işləmirdi. Ona gərə də o avadanlığın nə bizə, nə də onlara elə bir maneə yaratmırdı. Lakin yeni bir avadanlığın qoyulması bizim rezervləri tamamilə yox vəziyyətinə gətirdi. Ancaq Azərbaycan rabitəsi üçün olan rezervləri. Biz rabitə sxemini elə yaratmışıq ki, Azərbaycanın 8 rayonunda Bakıda gördüyünüz mərkəzi sayt kimi saytlarımız var. Və bu saytların hamısı biri-birinə yüksək sürətli, ayrı-ayrı istiqamətlərdən gələn çox böyük tutumları təmin edə biləcək saytlardır. Məhz bu problemin kökündə dayanan məsələ bu oldu ki, Naxçıvan daxil bütün Azərbaycan interneti bu avadanlığın üzərindən keçirilməsi haqqında texniki şərt qoyuldu. Ən böyük məsələ bu idi.

”“ Yəqin ki, siz də bilirsiz ki, konkret bu prosesin həyata keçirilməsi üçün müəyyən məbləğdə vəsait ödənilib. Nə qədər vəsaitdən söhbət gedirdi və nə qədər vəsaitin ortalıqda olub və ya olmaması sonradan üzə çıxdı?

”“ Apardığımız araşdırmalar onu göstərir ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bura qoyulan avadanlığın dəyəri maksimum 3 milyon ABŞ dolları civarındadır. Mən artıq dəqiq bilirəm ki, dövlət tərəfindən nəyinki “Delta”nın iki saytında, “Delta”nın bütün yaratdığı 8 saytda bu avadanlıqların qoyulması üçün lazımi maliyyə vəsaiti ayrılıb. Lakin bu vəsaitlər digər təşkilatlarda olduğu kimi normal xərclənməyib. Yəqin ki, bunu da artıq aidiyyati qurumlar araşdırıb tamamilə ortaya qoyacaq. 

- Bu həftə Milli Təhlükəsizlik Nazirliyi dırnaq arasında öz işini görmüş o serverləri buradan götürüb apardı. Və həmin ərazi belə çıxır ki, boş qaldı. Yəni faktiki olaraq bu gün “Delta Telekom” da 2015-ci ilin yanvar ayına qədərki vəziyyət höküm sürür. O avadanlığın mövcud olmadığı dövrdəki kimi. İndi təhlükəsizliyimiz üçün hər hansı bir risk var?

- Hazırda internetin təhlükəsizliyi üçün heç bir riskimiz yoxdur. Nəyə görə yoxdur? Əslində bu avadanlıqlardan aşağı rabitə təşkilatlarında da quraşdırılıb. Və o təşkilatlarda lazım olan bütün hərəkətlər, məlumatlar götürülə bilir. Düzü “Delta”da bunun nəyə görə quraşdırıldığını biz tam olaraq anlaya bilmirdik. 

”“ Ola bilər ki, yenidən gətirib quraşdırsınlar, bu dəfə hətta rezervlə?

”“ Yox. Bizə ən yüksək səviyyədə bildirilib ki, “Delta Telekom” bütün rezervlənmə sxemlərini təmin etməlidir. Rezervlənmə sxemləri təmin olunduqdan sonra artıq cənab prezidentin göstərişi ilə bütün siyasət dəyişib. O sistem operatorun sisteminə uyğunlaşdırlmalıdır, operator o sistemə uyğunlaşdırılmayacaq. Yəni tamamilə başqa bir prinsiplə işləyəcək. 

”“ Məndə olan məlumata görə, siz həbs olunmaq təhlükəsi ilə üzləşmişdiniz.

”“ Bir neçə dəfə biz bu təhlükə ilə üz-üzə gəldik. Və hər dəfə də böyük, qüdrətli bir əlin üstümüzdə olduğunu hiss etdik. Məhz cənab prezidentin bizim şirkətə diqqət və qayğısı olub. Cənab prezidentin qüdrəti, diqqəti üstümüzdə olmasaydı, biz yəqin ki, çoxdan başqa yerlərdəydik. Bizdə belə bir hadisə olub. Azərbaycana yönəlik hücümları dayandırmaq üçün “Delta Telekom” xüsusi avadanlıq gətirərək quraşdırıb. Bu avadanlığın köməyi ilə Avropada bizim saytlara gələn 80-10 qeqavit səviyyəsində gələn hücumları dayandıra bilir. Və bunun sayəsində Azərbaycan interneti müstəqil bir şəkildə öz fəaliyyətini davam etdirə bilir. Bu avadanlıqlar quraşdırılanda, istər-istəməz test edilməlidir. Yoxlama prosesi həyata keçirilən zaman Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi qurumları ilə birlikdə test edilir. Bu test proseslərinin belə Milli Təhlükəsizlik Nazirliyi ilə həmin dövrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizim işçilərin həbs prosesinə kimi gətirib çıxarmışdılar. Bununla bağlı Əli Abbasov məni yanına çağırdı və bildirdi ki, sizdə belə bir mühəndis var, cavab verdim ki, bəli bu bizim texniki direktorumuzdu. Sonra o, əlavə etdi ki, bəs o adam Azərbaycana hücümlar təşkil edir. Mən o vaxt ona öz ciddir iradımı bildirdim ki, bəs cənab nazir heç olmasa bizdən bir kəlmə soruşmaq lazımdır. Yəni bu məsələ Milli Təhlükəsizli Nazirliyi tərəfində qaldırılırsa, biz belə bir sistem quraşdırmışıq və bu sistem test olunmaldır. Bu testlər də məhz Xüsusi Dövlət Mühafizə Xidmətinin aidiyyatı qurumları ilə razılaşdırılmış şəkildə aparılır. Ən azından Xüsusi Dövlət Mühafizə Xidmətindən bunu soruşmaq lazım idi. Nazir onda mənə bildirdi ki, artıq “qara maskalı”lar sizin ofisin qabağındadır, həmin adamın həbsi üçün gediblər. Siz təcili olaraq Milli Təhlükəsizlik Nazirliyi ilə danışın, özünüz bir arayış hazırlayın ki, onları geri çağırsınlar. İşə dönərkən yolda əlaqə saxladım və əlavə məlumatlar verdim ki, çox ciddi bir problem yarana bilər. Axı biz bu sistemi quraşdıracağımızı və internetin təhlükəsizliyini təmin edəcəyimizlə bağlı cənab prezidentə bir neçə ilə əvvəl söz vermişdik və biz bunu etmişik və sadəcə olaraq bunun testləri aparılır. Bundan başqa, ikinci bir məsələ isə Eldar Mahmudova yaxın bir şirkətin rəhbəri illərlə bizim şirkətə çatacaq vəsaitləri mənimsəyib və bizim şirkətə qismən ödənilib. 5 il öncə bu hadisələrə görə məni quruma dəvət etmişdilər. Yaxşı ki, mənim əlimdə bütün sənədlər vardı. Bu məsələ birinci müavin tərəfindən araşdırıldı. Hazırda həmin şəxs başqa vəzifə tutmasına baxmayaraq həyatdadır. Çox sağ olsun ki, əlimizdə olan o sənədələrə əsaslanaraq qeyri-qanuni bir hərəkətə yol vermədiyimizi görərək məni yola saldı. Özü də açıq bir şəkildə bildirdi ki, məni bura başqa məqsədlə, həbs etməyə çağırmışdılar.

Əslində mən bunu hiss etmişdim. Azərbaycanda bir başqası ilə belə bir problem yoxdur. Ancaq bu şəxs mənə problem yarada bilər. O, şəxsin ora ilə bağlantısı var. Məhz ona görə də ora bir qədər hazırlıqlı getmişdim. Ardınca da baş verən hadisələr ona gətirib çıxartdı ki, borclar qalxa-qalxa getdi. Əslində “Delta Telekom” qarşı məqsədyönlü şəkildə hər iki nazirlik tərəfindən bir təxribat işlənilib. 

”“ Məhz bu serverdə toplanılan məlumatlar nə ilə bağlı idi? Tam təfərrüatları yəqin ki, sizə bəlli deyil, amma heç olamasa, funksiyaları və təyinatları sizə bəlli olmalıdır? Nə ilə bağlı idi ”“ bank hesablaşamarı, yoxsa başqa nəsə?

- Müəyyən texniki məsələlərin müzakirəsində biz başa düşürük ki, bu, nə üçün lazımdır. Əslində Azərbaycanda da müəyyən haker qrupları ola bilər. Və ya xaricdə də müəyyən haker qrupları Azərbaycanın hər hansı bir bank sektoruna hücum edib hesabları dağıda, vəsaitləri çəkə bilər. 

”“ Hətta belə bir şey olub. 

- Bəli. Tarix boyu belə bir hadisələr baş verib. Və ya başqa hadisələr ola bilər. Təkcə bank sektoru deyil, hətta hər hansı bir əraziyə xüsusi partladıcılar yerləşdirilib “Wi-Fi” birləşmələr üzərindən partladıla bilər. Biz bütün bunların hamısını başa düşürük. Buna görə də ən azı bu kimin tərəfindən törədilib? O mənbənin tapılması üçün bu avadanlıq bunu qeydə almalıdır. Bu araşdırma zamanı bu avadanlıqlardan bu məlumatar çıxarılıb verilməlidir. İstər Amerikanın, istərsə də Avropanın təhlükəsizlik orqanları terror və bank hadisələrinə qarşı birləşik bir şəkildə işləyirlər. Bu bütün dünyada var. Sadəcə qurulma mexanizmi düzgün olmayıb. Başdan da qeyd olunub ki, bu şəkildə qurulmamalıdır. Allah çox şükür ki, artıq məsələnin nə qədər ciddi olduğunu hər kəs anladı. Bir daha qeyd edirəm ki, bizə qəti bir şəkildə göstəriş olub ki, “Delta” bütün rezervlərini ayağa qaldırmaldır. Tam rezervlənmə sxemləri işləməlidir. Ancaq bundan sonra dövlət təşkilatları bu şəbəkəyə uyğunlaşaraq işləməlidir. Əks təqdirdə Ramazan Əliyev bu şirkətdən gedəcək. Başqa şəkildə olması mümkün deyil.

Təşəkkür edirəm


Mən enerji blokunun sıradan çıxarılması barədə ilk dəfə 1990-cı ildə eşitmişdim. 20 yanvar ərəfəsində. Bir də Ramazan Vəliyev burda Enerji Blokun sıradan çıxması barədə danışdı. O zaman enerji blokunu sıradan Moskva çıxarmışdı. 20 yanvarı ölkəmizə gətirmək üçün. Əmin deyiləm. Amma içimdə belə bir şübhə var ki, bu dəfə də enerji blokunua mina qoyublarmış. Sadəcə o dərhal yox illər sonra partlayıb. Görünür həmişə kiməsə 20 yanvar lazımdır. Olsun lap beş saatlığına. 
Oxşar xəbərlər
00:19, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: Böyük PROSES BAŞLADI -VİDEO
00:06, Bu gün
Sarımsaq qoxusundan necə qurtulmaq olar?
00:06, Bu gün
"Dünya savaşı başlayıb, avtokratiyalar bunu anlayıb, Qərb isə xəyallar aləmindədir" - "The Telegraph"
00:04, Bu gün
“Flydubai” Dubaydan aprelin 17-dək bütün reysləri ləğv edib
00:03, Bu gün
Türkiyə şirkəti ABŞ-də artilleriya mərmilərinin istehsalı üzrə zavod inşa edəcək
16 Apr 2024 | 23:57
Üzünüzü bu qarışımla nəmləndirin
16 Apr 2024 | 23:49
Politoloq Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı BMT-nin mövqeyini açıqlayıb
16 Apr 2024 | 23:47
Qərbi Azərbaycan Xronikası: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdı
16 Apr 2024 | 23:45
Brüsseldə Viktor Orbanın iştirakı ilə tədbirin keçirilməsi qadağan edilib
16 Apr 2024 | 23:44
Fransa Azərbaycandakı səfirini geri çağırıb
16 Apr 2024 | 23:42
Ancelina Coli bu dəfə yeni döyməsi ilə diqqət çəkdi - FOTO
16 Apr 2024 | 23:40
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
16 Apr 2024 | 23:33
Azərbaycanın futzal millisi Gürcüstana uduzub
16 Apr 2024 | 23:31
Qonşu ölkədə tikinti materialları kəskin bahalaşacaq
16 Apr 2024 | 23:29
Sevda bu dəfə fərqli tərzdə mesajını verdi – VİDEO
16 Apr 2024 | 23:28
İranın öz simasını qorumaq əməliyyatı - VİDEO
16 Apr 2024 | 23:25
Oksana səfirlə görüşdü - FOTO
16 Apr 2024 | 23:24
ABŞ London məhkəməsinə Culian Assancın işində tələb olunan zəmanəti verib
16 Apr 2024 | 23:20
İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş - FOTO 
16 Apr 2024 | 23:18
Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
16 Apr 2024 | 23:06
Güzəştli şərtlərlə pensiya alanların NƏZƏRİNƏ!
16 Apr 2024 | 23:03
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16 Apr 2024 | 23:01
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
16 Apr 2024 | 22:57
Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib
16 Apr 2024 | 22:50
"Zaporojye AES qəzaya təhlükəli yaxın məsafədədir" - MAQATE
16 Apr 2024 | 22:44
ABŞ Rusiyanın dondurulan aktivlərini müsadirə edə bilər
16 Apr 2024 | 22:34
Nazirdən yeni təyinat
16 Apr 2024 | 22:27
Tbilisidə aksiya zamanı DİN-in bir əməkdaşı yaralanıb
16 Apr 2024 | 22:24
Fuad Hüseynəliyev: “Ermənistan hökumətinin siyasətini Fransadan aldığı illüziyalar müəyyənləşdirir” - VİDEO
16 Apr 2024 | 22:22
Amerikada ərə gedən aparıcı oğlan DANIŞDI – NİYƏ? / FOTO
16 Apr 2024 | 22:20
Damla şəxsi təyyarə alıb? – VİDEO
16 Apr 2024 | 22:15
Baba Pünhanın vəfatından iyirmi il ötür
16 Apr 2024 | 22:08
“60 yaşlı kişinin əlinə silah verib qoyublar səngərə...”
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16 Apr 2024 | 21:58
Gürcüstanda iğtişaşlar: Parlament qarşısında etirazlar davam edir - VİDEO
16 Apr 2024 | 21:55
ADNSU ilə Vorvik Universitetinin İkili Diplom Proqramının Rəhbər Komitəsinin Böyük Britaniyada iclası keçirilib - FOTOLAR
16 Apr 2024 | 21:51
Bakıda dar küçədə böyük dərd: Nə təcili tibbi yardım maşını gəlir, nə də taksi - VİDEO
16 Apr 2024 | 21:40
Xarıbülbülü Cəlilabada gətirən Xalq artisti DANIŞDI: “Belə bir gülün olduğunu bilmirdim” - VİDEO
16 Apr 2024 | 21:30
BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək
16 Apr 2024 | 21:17
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
16 Apr 2024 | 21:15
"İsrail Baydenə böyük siyasi problemlər yaradıb" - "The Wall Street Journal"
16 Apr 2024 | 21:12
Brüsseldəki Ədliyyə Sarayında bomba təhlükəsi: İşçilər təxliyə edildilər
16 Apr 2024 | 21:06
Meyityuyan: “Heç biri yuxuma da girməyib” - VİDEO
16 Apr 2024 | 20:58
"Nədən İordaniyanın hava hücumundan müdafiə qüvvələri İran raketlərini vurub?.."
16 Apr 2024 | 20:51
Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi - VİDEO
16 Apr 2024 | 20:48
2000-ci illərdə reperlərin geyindiyi cinslər qadınlar üçün dəbə çevrilib - FOTO
16 Apr 2024 | 20:36
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
16 Apr 2024 | 20:33
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
16 Apr 2024 | 20:24
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
16 Apr 2024 | 20:19
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
16 Apr 2024 | 20:07
Səhər asanlıqla necə oyanmaq olar?
16 Apr 2024 | 20:04
Biləsuvarda əmək yarmarkası keçiriləcək
16 Apr 2024 | 19:56
Xəzərin suyunun duzsuzlaşdırılması Azərbaycanın su probleminə son qoya bilərmi?
16 Apr 2024 | 19:50
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
16 Apr 2024 | 19:45
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 19:35
Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
16 Apr 2024 | 19:34
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
16 Apr 2024 | 19:27
5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO
16 Apr 2024 | 19:24
Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib
16 Apr 2024 | 19:23
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
16 Apr 2024 | 19:20
Gündə 1 ovuc ərik tumu yemək görün nələrə faydalıdır - FOTO
16 Apr 2024 | 19:18
Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
16 Apr 2024 | 19:14
60 yaşdan sonra bu qidalardan imtina edin, yoxsa...
16 Apr 2024 | 19:05
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
16 Apr 2024 | 18:57
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
16 Apr 2024 | 18:54
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
16 Apr 2024 | 18:49
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
16 Apr 2024 | 18:47
Bakıda külək elektrik stansiyası tikiləcək
16 Apr 2024 | 18:45
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
16 Apr 2024 | 18:38
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
16 Apr 2024 | 18:33
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
16 Apr 2024 | 18:30
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
16 Apr 2024 | 18:24
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
16 Apr 2024 | 18:18
Bakıda yol qəzası sıxlığa səbəb olub
16 Apr 2024 | 18:16
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
16 Apr 2024 | 18:10
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
16 Apr 2024 | 18:08
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
16 Apr 2024 | 18:07
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
16 Apr 2024 | 18:03
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
16 Apr 2024 | 17:57
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
16 Apr 2024 | 17:54
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
16 Apr 2024 | 17:48
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
16 Apr 2024 | 17:46
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
16 Apr 2024 | 17:45
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
16 Apr 2024 | 17:42
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
16 Apr 2024 | 17:40
Qan laxtalanması riski kimlərdə olur?
16 Apr 2024 | 17:38
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
16 Apr 2024 | 17:35
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
16 Apr 2024 | 17:30
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
16 Apr 2024 | 17:26
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
16 Apr 2024 | 17:23
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
16 Apr 2024 | 17:19
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
16 Apr 2024 | 17:19
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
16 Apr 2024 | 17:15
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
16 Apr 2024 | 17:10
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
16 Apr 2024 | 17:05
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
16 Apr 2024 | 17:00
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
16 Apr 2024 | 16:56
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
16 Apr 2024 | 16:52
“Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO
GÜNLÜK
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
16 Apr 2024 | 06:48
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
16 Apr 2024 | 07:22
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
16 Apr 2024 | 07:50
Çətir şimşəkdən qoruyurmu?
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
16 Apr 2024 | 06:48
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
16 Apr 2024 | 07:22
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
16 Apr 2024 | 07:50
Çətir şimşəkdən qoruyurmu?