Hal şahidi
Köşə
Oxunub: 4655
17 Nov 2015 | 14:59
Hal şahidi
Moderator.az tanınmış yazıçı İman Usuboğlunun yeni yazdığı “Hal şahidi” hekayəsini təqdim edir.

Gilənar ”“ o bizim kəndimizdi. Yer üzündə gilənarı ən bol olan kənd. Bəlkə, elə ona görə qızlara ən çox Gilənar, ya da Nargilə adı verirdilər. Oğlanların isə müxtəlif adları vardı. Bizim kəndin adamları, başqa kəndin adamlarına nisbətən fağır, utancaq, mənə görə, bəlkə də, qorxaq idilər. Qonşu kəndin adamları bizə ”“ gilənarlılara kölgəsindən qorxanlar deyirdilər.

Gilənar əhli üçün bircə rəis vardı, o da milis sahə müvəkkili, baş leytenant Nəriman müəllim idi. Gilənarlılar yer üzündə ən çox Nəriman rəisdən qorxurdular. İllər ötdükcə milis sahə müvəkkilləri dəyişirdi. Bu Nəriman müəllim gedir, yerinə gələn də elə yenə ayrı bir Nəriman müəllim olurdu. Köhnə Nəriman təzə gələn Nərimanı kəndin “hal biləninə” təqdim edir, halallaşır və təyin edildiyi ayrı bir yerə gedirdi. Tez, lap tez Gilənar əhlinə məlum olurdu ki, bu təzə gələn Nəriman da elə köhnə Nərimanın tayıdı və bu da əmcəkkəsəndi.

Köhnə Nəriman təzə Nərimana mütləq kəndin cikini-bikini öyrədir, kiminlə necə rəftar eləməyin yollarını başa salırdı. Deyirdi, bax adaş, Hüseyn dayı hal şahidin olacaq, dolandıracaqsan, arada bir görüm-baxım eləsən, yüzcə manata atasının üzünə dura bilər. Kəndin tüklənənini, qıllananını sağacaqsan. Bax o sağmaqda Hüseyn dayı baş sağıcın olacaq.

Gilənar rayon mərkəzindən, aralı idi. Əhalisi, yəni biz rahat, köhnə Nəriman rəisin təbirincə desək, qoyun kimi bir şey imişik.

Bir orta məktəbimiz vardı. Uşaqdan bol idik. Elə başlanğıcda, hərəsi otuz nəfər olmaqla, üç birinci sinifimiz vardı və bu, yeddinci ya səkkizinci sinfə qədər davam edirdi. Əlli müəllimin qırx beşi öz kəndimizin yetirmələri, beşi gəlmə idi.

Əhali yazdan payızın sonunacan kənd təsərrüfatı ilə məşğul olur, qışda isə Rusiyaya işləməyə gedirdilər. Yazda qayıdıb gələndə kimin necə gəldiyi hərəkətindən, danışığından, səsinin tonundan məlum olurdu. Tüklü gələn (yəni çox qazanıb gələn) gəlməyindən on beş gün-bir ay keçməmiş təzə məhlə yerinə Bakı daşı tökdürməsindən, evin üstünün kirəmitini götüzdürüb dəmir vurdurmasından, bu da azmış kimi, hamam qoydurmasından tükünün məxməri olması bəlli olurdu.

Nəriman rəis də burnunu uzadıb ov iti kimi iyləyə-iyləyə məhlələri gəzir, kimin nə  iş gördüyünü dəqiq bilir, yanındakı serjantı iki gün keçməmiş göndərirdi: “Get filankəsə de ki, bəs bizim şirinliyimiz nə oldu?” Ağlı olan filankəs də serjantın cibinə otuz manat basar, iki yüz də ayrıca verib, “Apar bunu da şirinlik kimi Nəriman rəisə ver, de ki, əlim aşağıdı, Rusiyada bu il qış sərt keçdi, tüklü gəlməmişəm mən” deyərdi. Serjant da otuz manatı şalvar cibində gizlədər (yəni bərkə düşəndə bu pulun öz pulu olduğunu demək üçün), iki yüz manatı da döş cibinə qoyardı. Və beləliklə serjant iki yüz manatla Nəriman rəisin hüzurunda bulunub həm pulu verər, həm də dilcavabı pul verənin dediyini çatdırardı.

Rəis tüklü gələnin kələyini başa düşürdüsə, serjant bir də o biri axşam filankəsin qapısını döyürdü və “Ay filankəs, Nəriman rəis kimin necə gəldiyini dəqiq bilir, sən öl, iki yüzə yaxın durmadı, deyir bəs rayondakı rəisə nə verim, Bir o qədər də üstünü düzəltsin. Ağlı başında olan Filankəs də üç-beş gün möhlət istəyib, üstünü düzəldib pulu təzədən Nəriman rəisə göndərirdi və bununla da məsələ bitirdi.

Yox, əgər tərəflər gözləmə mövqeyində qalırdılarsa, Filankəsin qapısı bir də yarım aydan sonra təkrar döyülürdü və bu dəfə gələn məhkəmələrdə üzəduran ”“ hal şahidliyi eləyən Hüseyn dayı olurdu. Hüseyn arvadı Güləsəri yanına alıb gedir, tapşırılan adamın qapısını döyürdü. Qapını açan kənd əhli, qabağında hal şahidi Hüseyni görəndə başa düşürdü ki, evi yıxılıb. Hüseyn ev sahibinə vəziyyəti başa salırdı: “Gözlətmisən rəisi. Dörd yüz demişdi, üstünə iki yüz də qoy işi bağlayaq. Yoxsa gələn ayın iyirmi ikisi məhkəmə olacaq. Qonşu kənddə dana itəcək, dananı sən aparmısan, mən də səni görmüşəm. Özün başa düş. Mən səni görməsəm, sənə yoldaş eləyəcək. Bir ayrısı ikimizi dana aparanda görmüş olacaq. Hərəmizə üç-beş il verəcəklər... Gəl işi uzatmayaq, yüz də mən gətirmişəm, al, qalanını da özün tap, aparım verim, işi bitirək.

 Hüseyn dayı bununla özünün yaxşı adam olduğunu döydüyü qapıların yiyələrinə anlatmağa çalışırdı.
Gilənarın Maqsudu Rusiyaya payızın əvvəli getdi. Yaz qayıtmadı, iki il ötdü, üçüncü ilə keçdikləri yaz Maqsud Rusiyadan qayıtdı. Amma hamı kimi piyada deyil, minik maşınıyla gəldi. Gələn kimi də yuxarı məhəllədəki yerə üç kamaz Bakı daşı tökdürdü. Qum-sement aldı, ustalar gətirib ev tikdirməyə başladı. Xəbər yayıldı ki, yəqin Maqsud evlənəcək.

Nəriman rəis məhəllələri gəzib, Maqsudun həyətinə də baş çəkdi. “Görək də, ay Maqsud, görək rəisini necə sevindirəcəksən” deyib getdi. Maqsud tərs adam idi və “Nəriman rəisin atasına borcum yoxdu” deyə fikrindən keçirdi. Nəriman rəisin gəlişindən düz bir həftə sonra serjant Maqsudun qapısını döydü və “Nəriman rəis soruşur, bəs bizim haqq-hesab nə oldu?” soruşdu.

Maqsud mindiyi maşına, cibindəki pula güvənib, “Get rəisinə söylə, dədəsinə borcum yoxdu” dedi. Serjant eləcə də çatdırdı: “Rəis, Maqsud çox tüklənib, yolmaq lazımdı, deyir, rəisinin atasına borcum yoxdu.
Hal şahidi Hüseyn iki gün sonra Maqsudun qapısını döydü. Həmişəki kimi arvadı Güləsər yenə yanında idi. Maqsud həm də Hüseynin yaxın qohumu idi. Darvaza açıq olsa da Hüseyn qapını döydü. İstəsəydi, Hüseyn heç qapını döymədən, Maqsudun həyətinə daxil olar, lap həyətin o başınacan keçib gedərdi. Amma bu gəliş, o gəlişdən deyildi. Bu gəliş hökumət gəlişi idi, yəni rəisin tapşırığına əsasən icra olunan bir gəliş idi. Ona görə də qapı döyülməli idi. Elə bu gün səhər Nəriman rəis çağırıb tapşırmışdı: “Hüseyn, get, o Maqsud bibioğluna de ki, bizim haqq-hesabı çatdırsın, rayondakı rəislər gözləyirlər. Ağlını başına yığsın, yoxsa elə sənin özünü üzünə durğuzub, beş il basaram qoduqluğa.

Maqsud qapı döyülməsinə qapıya tərəf boylandı, Hüseyni görcək məsələni anladı, öz-özünə pıçıldadı: “Hal şahidi Hüseyn”.

Hüseynin tökdüyü dillər Maqsud üçün yetərli olmadı. “Mənim heç kəsin atasına borcum yoxdur” dedi. Hüseyn yenə gələn ayın neçəsindəsə olacaq məhkəməni xatırlatdı. Nəriman rəisin qura biləcəyi torlardan danışdı və arvadı Güləsərlə durub Maqsudun həyətini tərk etdi.

Maqsud həmin gecəni narahat yatdı. Bütün gilənarlılar kimi, qorxaq olmasa da başa düşdü ki, daha kənddə qalmaq olmaz. Səhər tezdən durub maşını işə saldı. Əvvəl Bakıya, sonra Rusiyaya gedəcəkdi. Yola çıxanda maşının radiosunu açdı, Zülfü Livaneli oxuyurdu: “Ak denize bir at başı kibi uzanan... Bəbəklər kan içində... Bu vatan bizim, bu cennet bizim, cehennem bizim...”

Maqsud mahnının sözlərini dəyişib oxudu: “Dimdiyi Xəzərin mavi sularında, bir qartal kimi qanadlarını gərmiş bu vətən bizimdir. Bu cənnət bizim, cəhənnəm bizim...”

 
                                                                                                   
Oxşar xəbərlər
23:47, Bu gün
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
23:47, Bu gün
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
23:41, Bu gün
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
23:41, Bu gün
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
23:37, Bu gün
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
23:35, Bu gün
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
23:32, Bu gün
Bakıda bu evlər bahalaşdı
23:26, Bu gün
Gəncədə yaşayış binasın dam örtüyü yanır
23:20, Bu gün
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
22:55, Bu gün
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
22:50, Bu gün
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
22:47, Bu gün
İşıqforda güllə yağışı: Yaralılar var
22:44, Bu gün
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
22:43, Bu gün
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
22:41, Bu gün
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
22:38, Bu gün
İndoneziya Cakartaya xüsusi status verir
22:35, Bu gün
Dostunun ad günündə dava saldı: Həbs olundu
22:33, Bu gün
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
22:30, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
22:30, Bu gün
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
22:27, Bu gün
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
22:22, Bu gün
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
22:18, Bu gün
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
22:07, Bu gün
Quzu ətindən baha olan göbələk növü - VİDEO
22:03, Bu gün
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
21:59, Bu gün
Ən şanssız 4 bürc
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:30, Bu gün
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!