Kəlbəcərin 80 kilometrliyindəki kənddən REPORTAJ
Oxunub: 4019
13 Nov 2015 | 20:41
Kəlbəcərin 80 kilometrliyindəki kənddən  REPORTAJ

Kənd sakini: “Əsgərlərimizə arxayınıq, ona görə də burada, Kəpəzin döşündə rahatıq”; Toğanalı kəndinin sakinləri yol və qaz çəkilişi ilə bağlı müraciət etdilər

Göygöl rayonundan üzü Kəlbəcərə aparan mərkəzi yol Toğanalı kəndinin düz ortasından keçir. Bu kənddən 22 ildən çoxdur erməni işğalı altında olan Kəlbəcərin mərkəzinə qədər olan məsafə cəmi 80 km-dir. Toğanalının, ümumən ətraf yaşayış məntəqələrinin Azərbaycan üçün nə dərəcədə mühüm strateji əhəmiyyət kəsb etdiyini əsaslandırmaq üçün bircə faktı xatırlamaq kifayət edər:

1991-ci ilin məşhur Çaykənd əməliyyatı da bu ərazilərin mənfur ermənilərdən təmizlənməsinə hesablanmışdı və uğurla başa çatdırıldı. Bu gün də Toğana camaatı həmin əməliyyatın qəhrəmanlarını sayğı ilə anır.  

Düzdür, Toğanalı kəndi qoşunların təmas xəttindən xeyli uzaqdadır. Kəndi ön cəbhədəki mövqelərimizdən 35-40- kilometrlik məsafə ayırır.  Ancaq Toğanalı bu istiqamətdə mülki əhalinin yaşadığı sonuncu yaşayış məntəqəmizdir. Murov dağının o biri üzü erməni işğalında olduğundan Toğanalı elə ön cəbhə sayılır. Kənd əhalisi ordumuza arxayın olduğundan hər hansı təhlükə hiss etmir. “Allah əsgərlərimizin, zabitlərimizin canını sağ eləsin, bizi gecə-gündüz qoruyurlar, tam rahatıq. Özü də dövlətimiz əsgərimizin hər problemini həll edib, hətta dağda hamamlarına kimi tikiblər, müdafiə nazirimiz də bu yaxınlarda gəldi, yoxladı, getdi”. Bunları söyləyən 63 yaşlı Qurban Məhərrəmov əlavə edir ki, iki oğlu yanında, biri isə Gəncədədir: “Bir oğlum Göygöl qoruğunda işləyir, o birisi də işlətdiyim kafedə mənimlə birgədir. Şükür, dolanırıq”.   

Paytaxtın təqribən 400 km-liyindəki Toğanalı camaatının ölkə rəhbərliyindən xahişləri də var. Q.Məhərrəmov: “Bizim əsas istəyimiz, xahişimiz budur ki, imkan olsa, bizim  kəndin qazla təchiz olunmasına göstəriş versin. Bir də yollarımız pis gündədir, çox yaxşı olar ki, bu yollar bərpa edilsin. Allah erməniləri yer üzündən yox eləsin, yaxşı yolumuz vardı, müharibə vaxtı tanklar, zirehli maşınlar bu yolla daşındı, yolumuz dağıldı. Ayrı istəyimiz yoxdur, hamımız dolanırıq, heç bir şikayətimiz yoxdur”. Q.Məhərrəmov bildirdi ki, bura dövlət ehtiyacları üçün qaz xətti çəkilib və müvafiq ünvanlar 15-20 gün əvvəl mavi yanacaqla təmin olunub. Ancaq evlər qazlaşdırılmayıb. Qonşuluqda Çaykənd, Kamo, “Yeni Zod”, Hacıkənd kəndləri yerləşir.   

Qaz xətti isə Toğanalının aşağı tərəfində yerləşən Çaykənddən çəkilib: “Ora kimi ana xətt var idi. Çaykəndin bəzi yerində qaz var, bəzi yerlərində də bərpa işləri gedir”. Kənd sakini yaxınlıqdakı evinin həyətinə yığılmış odun parçalarını göstərir: “Görürsünüz, yalnız yıxılmış, qurumuş ağacları gətirməyə icazə verirlər. Camaat üçün də çətindir. Çox adam odunu atla gətirir. Qaz olsa, rahatlıq taparıq”.  

Kəndin iş qabiliyyətli adamları Göygöl qoruğunda, qızıl balıq artırma  zavodunda işləyir, həmçinin kənd təsərrüfatı ilə məşğul olur, mal-qara saxlayır. Rusiyada işləyənlər, burdakı doğmalarına dəstək olanlar da var. Kəndin münbit torpaqlarında hər cür meyvə yetişdirmək mümkündür. Toğanalının ortasından keçən, mənbəyini Murovdan götürən gur və saf sulu Kürəkçay isə gözəllik bəxş etməklə yanaşı, əhalinin suya tələbatında da mühüm rol oynayır. Bu çayın suyundan Göygöl əhalisinin su ilə təmin olunması üçün də istifadə olunur.

Hazırda isə Kürəkçaydan Toğanalı camaatının sudan əziyyət çəkən təsərrüfatlarına su çəkilir, anbar tikilib, yaxın günlərdə iş başa çatacaq. Qeyd edək ki, bu ilin yayında Göygöl Rayon İcra Hakimiyyətinin binasında Yaponiya hökuməti ilə Toğanalı kəndi üçün su təchizatı sisteminin inşası layihəsinin imzalama mərasimi keçirilib.  

Vaxtilə kənddən gedənlər olsa da, son zamanlar kənd əhalisi evlərini tərk etmir, Toğanalıda yeni evlərin sayı artır.  

 

Hazırda burada 400-ə yaxın ev var. Hətta burada ev tikib turistlərə kirayə təklif edənlər də var. Kirayə haqqı isə baha deyil, 100-150 AZN-ə bir aylıq ev tutmaq olar. Sakinlər deyir ki, Göygöl qoruğu vətəndaşların və xarici qonaqların üzünə təzə açıldığı üçün gələnlər seyrəkdir. Ancaq getdikcə turistlərin sayının artması gələcəkdə bura axının çoxalacağına inamı artırır.    Toğanalının qonşuluğunda yerləşən Göygöl qoruğunun gözətçisi Natiq Verdiyev turist azlığından şikayətçi deyil: “Əvvəlki 7-8 il ərzində bura qapalı idi, ona görə də gələnlər az idi. İndi isə artıq xalqın  üzünə açıqdır, təbii ki, getdikdə gələnlərimiz çox olacaq. Ancaq xahişimiz odur ki, bura gələnlər ərazinin təmizliyini qorusunlar, ətrafı zibilləməsinlər. Addımbaşı zibilqabıları qoyulub, hətta cərimələnir, ancaq təəssüf ki, yenə də bəziləri qaydalara əməl eləmir”.   

Göygöl istirahət parkının 56 işçisi var. Maaş elə də çox deyil, orta hesabla cəmi 160 manat. Amma işsizliyin olmasını nəzərə aldıqları üçün burada çalışanlar aza da qane olub. Həm də növbəli qaydada işləyirlər deyə, vəziyyətdən gileyli deyillər.   

Başı qarlı Kəpəzin ətəyində Göygöllə yanaşı, Maral göl, Zəli göl, Qara göl, Ördək göl, Güzgü göl kimi göllər də öz gözəllikləri ilə gələnləri  ovsunlayır. Ancaq hələlik gələnlərin üzünə yalnız Göygöl açıqdır. Burada tikilən mehmanxanada isə işlər başa çatmaq üzrədir. Bir azdan turistlər gecələri də burada qala biləcəklər. Dövlətin ixtiyarında olan tikililər də mehmanxana kimi istifadəyə veriləcək. Burada söhbət etdiyimiz işçilər də ordumuza güvəndiklərini dedilər:

“Əsgərlərimizə arxayınıq, ona görə də burada, Kəpəzin döşündə rahatıq. Onlar olmasa, təbii ki, biz burda rahat yaşaya bilmərik”.   

Qoruqda olarkən azsaylı turistlər içərisində xaricilərə də rast gəldik. İki həftədir Naftalanda müalicə olunduğunu deyən İlya Rusiyanın Nijni-Novqorod şəhərindəndir. İlya danışır: “Biz ilk dəfədir burdayıq. Təbiəti çox gözəldir, adamı heyran edir. Eşitmişdik ki, Göygöl Azərbaycanın gözəl istirahət zonalarından biridir, ona görə də Naftalana gəlmişkən buranı da görmək istədik. Çox xoşumuza gəldi, əla yerdi. İmkan düşən kimi bura gəlmək istərdim. Rusiyada da gözəlliklər var. Azərbaycan isə özünəməxsus gözəlliklərə malikdir, təbiəti gözəl, insanları mehribandır”.   

Taksi sürücüsü kimi çalışan 45 yaşlı Nəbi Allahverdiyev isə işsizlikdən gileyləndi. Gündəlik gəlirini soruşuram, “olanda 10-15 manat olur, bəzən də boş dayanıram”- deyir. 3 uşaq atası olan N.Allahverdiyev Qarabağ müharibəsi veteranıdır, 1990-94-cü illərdə Kəlbəcər, Laçın, Ağdərədə döyüşüb. Savaşda leytenant rütbəsi almış müharibə veteranı cəmi 45 manat təqaüd alır. Vaxtilə ANAMA-da çalışıb, ancaq ixtisarlardan sonra işsiz qalıb. N.Allahverdiyev deyir ki, əvvəlki ilə müqayisədə ordumuz xeyli dəyişib: “Mən özüm bütün Daşlkəsən, Gədəbəy, Tovuz istiqamətindəki postlarımızda olmuşam, şükür Allaha, vəziyyət çox yaxşıdır. Ali Baş Komandan əmr versə, erməni özünü ölmüş bilsin.

Nəinki ordumuz, hətta camaatımız düşməni qısa müddətdə məhv edəcək”. Keçmiş döyüşçü deyir ki, yaşı keçməsəydi, o da məmnuniyyətlə orduya qayıdardı: “Ən azı işsiz qalmazdım, xidmət edib maaş da alardım. Mən döyüşəndə əsasən yaşlılar idi, elə ən az yaşı olan mən idim. İndi isə cavan uşaqlarımız postda durur. İstərdim ki, bizim də imkanlarımızdan istifadə olunsun”.  

Toğanalı sakini Məmmədov Bakir də “Yeni Müsavat” vasitəsilə  Bakıya çağırış etdi: “Biz möhtərəm prezidentimizin siyasətini müdafiə edirik. Ancaq bizim dövlət başçımızdan istədiyimiz budur ki, kəndimizin qazla təmin olunması barədə qərar versin. Hər şeyə dözmək olar, amma qaz borusu kəndin içindən keçir, biz ondan istifadə edə bilmirik. Ətraf kəndlərin hamısında qaz var, bir bizdən başqa. Kəndimizdə 1000 nəfərdən artıq adam yaşayır. Allaha qurban olum, biz Azərbaycanımızın fəxri olan Göygöl guşəsində yerləşmişik, bura hər yerdən turistlər gəlir.

Buraya qaz çəkilsə, həyatımız qat-qat dəyişər”. B.Məmmədov  dedi ki, Toğanalı camaatı döyüşkən camaatdır: “Vaxtilə qonşuluqdakı kəndlərdə ermənilər yaşayanda bizim kəndin qadını, kişisi hamılıqla döyüşüb. Biz qocalı-cavanlı əlimizə silah  alıb gecə-gündüz postlarda dururduq.

Allah şəhid olanlara rəhmət eləsin, qalanların canı sağ olsun, nə yaxşı ki, o vaxt ətraf kəndləri ermənidən  təmizlədilər, yoxsa burada rahatlığımız  yox idi. Hazırda da döyüş bölgəsindəyik”.   Kənd sakini Muxtar Rzayev isə Göygöl qoruğunun mühafizəçisidir. Deyir kəndin abadlığına diqqət artsa, yolu bərpa olunsa, qoruğa gələnlərin sayı artar, bu isə nəticədə əhalinin dolanışığına da müsbət təsir edər.  

Seymur Həsənov da kənd yolundan şikayətçidir: “Düzdür, işsizlik də problemdir, birtəhər başımızı dolandırırıq. Ancaq ən ciddi problemimiz yolumuzun bərbad olmasıdır. Bu yol Kəlbəcərə aparır. Vaxtilə asfalt yol olub. Ancaq son illərdə tam  dağılıb, məhv olub. Prezidentimizdən çox-çox xahiş edirik, bizim yolumuzun bərpa olunması barədə tapşırıq versin. İnanırıq ki, cəbhə bölgəsində yaşayan əhalinin çağırışına müsbət reaksiya olacaq, odur ki,  əvvəlcədən təşəkkürümüzü bildiririk”.   




Elşad Paşasoy
Oxşar xəbərlər
23:29, Bu gün
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23:14, Bu gün
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23:12, Bu gün
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23:09, Bu gün
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23:03, Bu gün
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23:03, Bu gün
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23:02, Bu gün
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
22:58, Bu gün
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
22:51, Bu gün
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
22:50, Bu gün
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
22:48, Bu gün
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
22:47, Bu gün
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
22:45, Bu gün
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
22:38, Bu gün
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
22:31, Bu gün
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
22:27, Bu gün
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
22:18, Bu gün
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
22:10, Bu gün
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
21:59, Bu gün
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
21:49, Bu gün
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:29, Bu gün
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
21:25, Bu gün
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
21:22, Bu gün
Milyonçu səhvi ucbatından evsiz qaldı
21:17, Bu gün
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
21:15, Bu gün
Azərbaycanın U-17 millisi Belarusa uduzub
21:12, Bu gün
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
20:56, Bu gün
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
20:55, Bu gün
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
20:52, Bu gün
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
20:46, Bu gün
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
20:33, Bu gün
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
20:19, Bu gün
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
20:17, Bu gün
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
20:15, Bu gün
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
20:12, Bu gün
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
20:10, Bu gün
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
20:04, Bu gün
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
19:54, Bu gün
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
19:52, Bu gün
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
19:50, Bu gün
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
19:42, Bu gün
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
19:31, Bu gün
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
19:26, Bu gün
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
19:25, Bu gün
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:23, Bu gün
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
19:16, Bu gün
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
19:14, Bu gün
Xərçəngdən qorunmağın sadə yolu
19:11, Bu gün
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
19:09, Bu gün
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
19:07, Bu gün
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
19:05, Bu gün
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
19:02, Bu gün
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
19:01, Bu gün
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
19:00, Bu gün
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:58, Bu gün
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
18:48, Bu gün
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
18:43, Bu gün
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
18:41, Bu gün
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:32, Bu gün
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
18:31, Bu gün
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
18:31, Bu gün
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
18:00, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
17:54, Bu gün
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
17:51, Bu gün
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
17:48, Bu gün
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
17:46, Bu gün
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
17:45, Bu gün
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
17:43, Bu gün
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
17:42, Bu gün
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
17:39, Bu gün
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
17:35, Bu gün
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:28, Bu gün
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
17:25, Bu gün
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
17:21, Bu gün
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
17:17, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
17:14, Bu gün
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
17:11, Bu gün
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
17:08, Bu gün
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
17:05, Bu gün
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
17:04, Bu gün
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
17:00, Bu gün
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
16:55, Bu gün
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
16:53, Bu gün
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
16:50, Bu gün
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
16:48, Bu gün
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
16:46, Bu gün
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
16:45, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
16:40, Bu gün
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
16:16, Bu gün
Ağdamda əmək yarmarkası keçiriləcək
16:15, Bu gün
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:12, Bu gün
Başlayan delimitasiya prosesi: “Stəkanda fırtına”nı xatırladan maneələr - ŞƏRH + FOTO
16:08, Bu gün
Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur
16:06, Bu gün
Putinin andiçmə mərasiminin vaxtı məlum oldu
16:04, Bu gün
Aktyor Səmimi Fərhad: “Kinoya bir milyon manat ayrılır, onun cəmi 300 mini filmə xərclənir” - MÜSAHİBƏ + FOTO
16:00, Bu gün
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTO
15:57, Bu gün
“COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür”
GÜNLÜK
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO