Şəmkirdə sürücü idarəetməni itirdi, 2 nəfər xəstəxanalıq oldu
1420
22 Nov 2022 | 22:51

Şəmkirdə sürücü idarəetməni itirdi, 2 nəfər xəstəxanalıq oldu

Şəmkirdə sürücünün idarəetməni itirməsi nəticəsində 2 nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərxan kəndində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər