"Ən geci 1 aydan sonra Rusiyada terror aktları başlayacaq"
Oxunub: 7829
11 Oct 2015 | 18:56
Rusiya yarandığından bu günə qədər daxili problemlərinin həllinin ancaq bir yolunu qəbul edir -müharibə.
 
Eks - spiker Rəsul Quliyev Moderator.az - a bu dəfəki açıqlamasında Rusiyanın Suriyaya müdaxiləsini şərh edərək Putinin bu təxribatcı gedişinin iflasla nəticələnəcəyini bildirib:

"1979-cu ildə Baş katib Brejnyevin fiziki və intellekt zəifləməsindən istifadə edən Rusiyanın yastrebləri KQB-nin sədri (3 ildən sonra baş katib olacaq) Andropov, müdafiə naziri marşal Ustinov və xarici işlər naziri Qromıko Siyasi Büronu qoşunları Əfqanıstana yeritmək qərarını qəbul etməyə məcbur etdi. Məhdud qoşunla və əsasən hərbi təyyarələr və vertolyotlarla təcavüzə başlamış Sovet İttifaqı çox qısa bir müddətdə hərbi gücünü 10 dəfələrlə artırmağa məcbur oldu. Bütün ərazidə, yəni Pakistandan tutmuş Tacikistana və Hindistandan tutmuş İrana qədər uzanan Əfqan ərazisinin hər yerində geniş miqyaslı müharibəyə başladı. 9 il çəkən bu müharibə 2 milyona yaxın insanın qətlə yetirilməsi və Sovet İttifaqının dağılması ilə qurtardı. 

ABŞ-la 20 illik silahlanma yarışında bütün parametrləri ilə uduzmuş, ölkəsini iqtisadi bankrot həddinə çatdırmış, artıq ərzaq mallarını (olan-qalan pulunu hərbə sərf edən Sovetin başqa təsərüfat sahələrini, o cümlədən kənd təsərrüfatına investisiya qoya bilmədiyindən hər şey - çörək, ət, yağdan tutmuş qab-qacaq, pal-paltar da defisit olmuşdu.) xaricdən alan Sovetlər neftin qiymətinin 1977-78 ”“ci illərdə düşdüyünə görə ümumi aclıq və səfalətin astanasında idi. Əfqanıstana təcavüz neftin qiymətinin qalxmasına kömək etməli idi. Həmin ildə İranda baş vermiş İslam inqilabı da Sovet ittifaqının ömrünü bir qədər uzatdı. Çünki neftin qiyməti artıq 1979-cu ildən qalxmağa başladı və 1982-ci ilin axırında ən yuxarı həddinə çatdı.

Həmin vaxtlar ABŞ prezident seçkisi ərəfəsində idi. Sivil ölkələrin SSRİ-ni cəzalandırmasının tək Moskvada keçiriləcək olimpiya oyunlarını boykot etməklə qurtarmayacağı aydın idi.
O vaxt SSRİ-nin informasiya orqanları beynəlxalq borcunu yerinə yetirməsindən, necə müvəffəqiyyətli Əfqanıstanda imperialist qüvvələri artıq məhv edib qurtarmasından bol-bol yazırdı və danışırdı, ancaq sink tabutların gəlməsi gündən-günə artırdı.

1982-ci ildə Brejnyevin vəfatından sonra hakimiyyətə gəlmiş Andropovun ilk addımı "dissiplinanı" qaldırmaqdan başladı. Küçələrdə adamları tutub milisə aparıb sorğu - suala tutmaqla başladı. Yəni iş vaxtı nə üçün küçədə gəzirsən, kinoya gedirsən, kafedə oturmusan və sair. Bir sözlə, çox qısa bir müddətdə bu diktator metodunun işləməsi üçün tək milisə aparıb sorğu - suala tutmağın elə bir xeyri olmadığını anladılar. Effekti olması üçün 1920-ci illərdəki kimi 5-indən birini güllələmək lazım idi. Yadımdadır, milisdən bizim zavoda da zəng edirdilər. Biz onları zorla başa salırdıq ki, bizdə 3 növbəli işdir və onlar gündüz hara istəsələr gedə bilərlər.
 
Bundan bir şey çıxmadığını anlayıb müəssisələri partiyanın rəhbərliyi altında təsərrüfat hesabına keçirmək qərara alındı. Ancaq bu mexanizm işə düşməyə macal tapmadı. ABŞ-da prezident seçkilərini Reyqan uddu. Sovet İttifaqını "Şər imperiyası" adlandırdı və məqsədinin bu imperiyanı dağıtmaq olduğunu açıq elan etdi. Hərbi büdcəni 30 faiz artırmağa nail oldu və sovetlər hər şeyi bir kənara qoyub bütün resurslarını balans saxlamaq üçün hərbə xərcləməyə başladı.

Prezident Reyqan komandası ilə sovetlərin çörək ağacı olan neftin qiymətini aşağı salmaq proqramını ardıcıllıqla həyata keçirməyə başladı. Nəticədə 1987-ci ildə neftin qiyməti ən aşağı həddinə çatdı. Sovet İttifaqında hər şey yenidən 30-cu illərdəki kimi talon sisteminə keçdi. Sovet bir ölkə kimi bankrot oldu. 

Kiçik bir təkan, 1991-ci il avqust putçu onun dağılması ilə qurtardı.
 
Nə üçün 1979-cu ildə baş vermiş, sonra davamı 1991-ci ildə sovetlərin dağılması ilə qurtaran hadisələri geniş izah etdim? Çünki dünyada bu gün baş verənlər eyni ilə həmin 36 il bundan öncə baş verənlərin təkrarıdır.
 
1979-cu ildəki kimi indi də Rusiya addımbaaddım iqtisadi bankrota yaxınlaşır, çünki neftin qiyməti iki dəfə aşağı düşüb. ABŞ hərbi büdcəsini 632 milyard dollar səviyyəsində qəbul edib və Rusiya məcburən bütün resurslarını hərb üçün xərcləyir. Başqa sahələrə, o cümlədən kənd təssərrüfatına  investisiya qoymaq imkanı yoxdur. Suriyaya girməklə neftin qiyməti 5 faiz qalxdı, ancaq yenidən stabilləşdi. ABŞ neftin eksportuna qoyulmuş qadağanı (40 ildir ABŞ neft eksportuna qadağa qoyub) aradan götürüb Avropanın Rus neftindən asılılığına son qoymaq istəyir. Bu qanun qəbul edilsə və Rusiyanın bu günkü dostu İran bazara əlavə 2 milyon barelə yaxın neft çıxarsa Rusiyanın büdcə fəlakətinin qarşısını almaq mümkün olmayacaq. Rusiyada 1982-ci ildə olduğu kimi başda KGB polkovniki dayanıb. (Fərq ondadır ki, o vaxt KGB generalı dayanmışdı)  ABŞ Reyqanını gözləyir. Rusiyanın son aqressiv hərəkətləri istənilən seçiləcək prezidenti artıq Rusiyanı dağıtmaq siyasətini aparmağa məcbur edir.

İran Rusiyadan öz məqsədləri üçün ustalıqla istifadə edir. Özündən müştəbeh Putini təriflər və müxtəlif vədlərlə Suriyaya salmaqla bütün ərəb dünyası, o cümlədən Türkiyə və İsraili ona düşmən edib. Bu ölkələrin hamısı həm də İranın qatı düşmənləridir. Putinə İranın onunla birlikdə olduğunu və Qərblə düşmən olduğunu sübut etmək üçün İranın lideri Xomeneyi ABŞ-la bütün danışıqların və iş birliyinin yaranmasına xitam verdiyini elan edir. Baxmayaraq ki, İranın prezidenti Ruhani bir neçə gün əvvəl BMT çıxışında ABŞ-la əlaqələrin genişləndiriləcəyindən söhbət açmışdı. Düşünürəm ki, Xomeneyinin (İran İslam Respublikasının konstitusiyasına görə ölkənin 17 dindarından büro yaradılır. Sovetlərin siyasi bürosuna bənzər. Onun başçısı faktiki ölkənin başçısıdır, ordu, polis, KGB  və sair ona tabedir. Bir sözlə, İran diktaturasının sütunu bu siyasi bürolarıdır) bəyanatı  reallıqdan uzaqdır və Putinin daha da qətiyyətli olması üçündür. İran "düşmənimin düşməni mənim dostumdur" prinsipi əsasında çalışır və onun əsas düşmənləri Səudiyyə və Türkiyəni Rusiya ilə düşmən olmağa nail ola bilib.
 
Suriyada Rusiyanı nə gözləyir? Sovetləri Əfqanistanda nə gözləyirdisə Rusiyanı daha tez və ondan betəri gözləyir. Rusiya Çeçenistanı bombalamaqla (Qroznıda salamat heç bir ev də qalmamışdı) heç bir şeyə nail ola bilmədi. Sovetlər Əfqanıstanda və Ruslar Çeçenistanda istənilən şəhər və kəndi bombalayır, əsasən dinc əhalini qırırdılar. Ancaq Suriyada bu işi görmək mümkün olmayacaq. Çünki beynəlxalq aləm buna imkan verməz. Onların bombalamasının ( 90 faizi dəqiq olmayan) nə Xilifət, nə də rejimə müxaliflərin ordusuna elə bir ziyanı dəyə bilməz. Əsədin ordusu bu bombalamadan istifadə edib bu qüvvələri məğlub etmək imkanına malik deyildir. Addımbaddım Rusiya (Əfqanıstanda olduğu kimi) yerüstü ordusunu Suriyaya yeridəcək və sözsüz böyük itkilərə məruz qalacaq, ancaq heç bir qələbə çala bilməyəcək.
 
Ölkəsinin daxilində ən geci 1 aydan sonra terror aktları başlayacaq.
 
Rusiyanın əcaib və həyasız yalanlarla dolu təbliğatına baxmayaraq həqiqətən ordusunun, silah və texnikasının vəziyyəti ağlardır. Xəzər dənizindən atdığı raketləri ilə Azərbaycan, İran, Türkiyə və Ərəb ölkələrinə məndən qorxun mesajı göndərmək arzusu fiaskoya düşdü. Çünki atdığı 4 raketin İrana düşməsindən başqa yerdə qalan 22 raketin də heç birinin nəzərdə tutulan obyektlərə dəyməməsi bu qorxunu aradan götürdü".
Oxşar xəbərlər
20:16, Bu gün
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri yayıldı - VİDEO
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:53, Bu gün
Yevlaxda ailə münaqişəsi qanla bitdi: Arvadını öldürüb, özünə xəsarət yetirdi
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
GÜNLÜK
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər