Seyfəli hərbi birliyinin komandirini kim maskalılar vasitəsilə 3 sutka təcrid etdirdi?..
Müsahibə
Oxunub: 4503
14 Jan 2022 | 20:33
Seyfəli hərbi birliyinin komandirini kim maskalılar vasitəsilə 3 sutka təcrid etdirdi?..
“Surət Hüseynov dedi ki, qruplaşmanın dağıdılmasına göstəriş Prezident Aparatından və Müdafiə naziri Rəhim Qazıyevdən gəldi…”
 
Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov Moderator.az-a geniş müsahibəsində 1988-ci ildə Gümrüdəki sovet tank alayının komandir müavini kimi xidmət edərkən Ermənistanda Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə baş verən hadisələr, 1991-ci ildə Azərbaycanda Milli Ordunun bünövrəsinin qoyulması üçün gördüyü işlər, ordu quruculuğundakı çətinliklər, birinci Qarabağ müharibəsi zamanı bir sıra əməliyyatların təfərrüatından danışıb, həmin dövrdə bir çox müəmmalı olaylar, o cümlədən Rusiya kəşfiyyatının əməliyyatlara müdaxiləsindən bəhs edib...
 
-Mehman müəllim,  öncəki söhbətimizdə siz belə bir ifadə işlətdiniz ki, Seyfəlidə yaradılmış 18 taborluq hərbi birlik sonradan dağıdıldı. Bəs Qarabağı işğaldan azad etmək üçün yaradılmış o boyda hərbi birlik hansı səbəbdən, kimin göstərişi ilə dağıdıldı? Yoxsa burada da Rusiya kəşfiyyatının rolu oldu?..
 
-Bəli, Kərim Vəliyev, Hikmət Mirzəyev, Ənvər Əfəndiyev, Nizam Osmanov, Oleq Rəsulov və digər vətənpərvər zabitlərimizlə birgə  Seyfəli poliqonunda böyük zəhmətlər hesabına qurduğumuz o nəhəng hərbi birlik öncə bizə məlum olmayan səbəblərdən dağıdıldı. Bu məsələ indiyədək mənim üçün şübhəli olaraq qalır..
 
-Həmin proses necə baş verdi?
 
-Yadımdadır ki, 1992-ci il dekabrın 20-də  Seyfəlidə  birliyimizə ordu komandanlığı tərəfindən rəsmi təlim baxışı keçirildi. Müstəqilliyimizin bərpasından sonra  yenicə formalaşan  Milli Ordumuzun  ilk rəsmi baxışlarından biri olan həmin tədbirə o vaxtkı Müdafiə naziri Rəhim Qazıyev, Baş nazirin müavini, Prezidentin  Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, korpus komandiri Surət Hüseynov,  Prezident Aparatından isə Arif Hacıyev qatılmışdı. Surət Hüseynov mənim rəhbərliyimlə  iki aya yaxın intensiv təlimlər keçib formalaşmış hərbi hissə komandirlərinə döyüş bayraqlarını təqdim etdi. Sonra şəxsi heyətin, zirehli texnika, vertolyot və təyyarələrin iştirakıyla hərbi təlim  nümayiş etdirildi. Tədbirdə  o vaxt hələ Gəncədə olan keçmiş SSRI-nin 104-cü hücum-desant diviziyasının komandiri general Valeri Şerbak da iştirak edirdi... O, minlərlə Azərbaycan hərbçisinin qatıldığı hərbi təlimi müşahidə etdikdən sonra Rəhim Qazıyevə dedi ki, “Rəhim, nədi, İrəvanı almaq istəyirsən?”.. Nazir heç nə cavab verməyib gülümsündü. Mən isə rus generala yarızarafat-yarıgerçək cavab verdim ki, niyə də belə bir hücum olmasın... 
 
Bu minvalla təlim baxışı bitdikdən sonra Surət Hüseynov Seyfəli birliyinin də daxil olduğu korpusun komandiri kimi mənə dedi ki, Gəncəyə gələrsən, bəzi məsələləri müzakirə edərik.  Dəqiq xatırlamıram, həmin gün, yoxsa ertəsi gün axşam xidməti “Qaz-24” avtomobilimlə Seyfəli poliqonundan çıxıb Gəncəyə tərəf yollandım...
 
-Sizinlə bərabər rəhbər zabitlərdən kimsə var idimi avtomobildə?
 
-Xeyr, yalnız sürücüm idi... Poliqondan çıxıb sağa dönəndən sonra yol polisi postu yaxınlığında maşınımızı saxladılar...
 
-Kim idi sizi saxladanlar polislər idi, yoxsa hərbçilər?
 
- Xeyr, mülki geyimdə maskalı şəxslər idi...
 
-Silahlı idilər?
 
-Yox. Sadəcə, avtomobilimizin qarşısını da, arxasını da başqa maşınla kəsib bizi saxlamağa məcbur etdilər. Mən avtomobildən düşüb onlardan soruşdum ki, nə məsələdi, siz kimsiniz ki, yolumuz kəsmisiniz... Ondan sonra artıq heç nə yadımda deyil. Bilmədim, mənə arxadan boynuma iynə vurublar, nə ediblərsə,  huşum gedib. Bir də ayıldım ki, bir qaranlıq məkandayam...
 
-Həmin naməlum şəxslər sürücünüzü də aparmışdılar, yoxsa? 
 
-Xeyr, sonra mən sürücüdən soruşdum ki, o vaxt sənin başına nə gəldi. Dedi ki, siz onlarla nəsə dediniz, sonra nə etdilərsə, sanki özünüzdən getdiniz və sizi maşınlarına mindirib apardılar. Mən isə Seyfəliyə qayıdıb başımıza gələnləri oradakılara danışdım...  
 
-Sürücünüz də hərbçi idi?
 
-Xeyr, mülki adam idi...
 
-Adı yadınızdadırmı? Hazırda yaşayırmı, əlaqəniz varmı?
 
- Adı səhv eləmirəmsə, Tofiq idi, Gəncədən idi.  Mən nazir müavini olanda bircə dəfə Gəncədə təsadüfən görüşdüm, ondan sonra, təəssüf ki, əlaqəmiz olmayıb...
 
-Sonra nə vaxt ayıldınız? Özünüzə gələndə hansı məkanda idiniz?
 
-Nə qədər vaxt keçdiyini deyə bilmərəm... Bir də ayıldım ki, bayaq dediyim kimi, qaranlıq bir otaqdayam... Yanımda da  heç kəs yox idi. Nə qədər qışqırdım ki, kim var burda, məni buraya niyə salmısız, heç bir cavab verən olmadı... Təxminən 3 sutka ərzində mənə qapının arasından yemək, su qoyub gedirdilər. Gələnlərin üzləri görünmürdü və heç bir suala cavab vermirdilər...
 
-Saxlandığınız məkanda sizə qarşı hansısa zorakılıq hərəkətlərinə yol verilmədi ki?
 
-Xeyr. Heç barmaqları ilə də toxunmadılar... Sadəcə,  3 sutka məni ətraf aləmdən təcrid etdilər... Sonda da yenə də gözlərimi qara ilə bağlayıb maşına oturtdular. Gətirib bir yerdə düşürtdülər... Mən gözümdəki bağlamanı açınca onlar çıxıb getdi. Bir də gözlərimi açdım ki, Seyfəli poliqonuna yaxınlığındakı döngədəyəm. Yarımcan vəziyyətdə piyada gəlib çıxdım təlim mərkəzinə... Orada zabitlər, o cümlədən komandir müavini Kərim Vəliyev məni qarşıladı. Soruşdular ki, bəs neçə gündür sizdən narahat idik, harada idiniz. Başıma gələnləri onlara danışdım. Bir də diqqət etdim ki, poliqonda 18 taborluq qruplaşmadan əsər-əlamət qalmayıb, çox az sayda hərbçi görünür. Soruşdum ki, bəs haradadır qalan zabit və əsgərlər. Kərim Vəliyev məlumat verdi ki, nazirin yuxarı komandanlığın əmri ilə hərbi birliyi bölərək müxtəlif istiqamətlərə yolladılar. Sonradan öyrəndim ki, Seyfəli birliyinin çox hissəsini Nəcməddin Sadıkovun komandiri olduğu 703 saylı briqadanın tərkibinə qatıblar... 
 
-Bəs siz başınıza gələnlər barədə nazir Rəhim Qazıyevə və korpus komandiri Surət Hüseynova məlumat verdinizmi?
 
-Rəhim Qazıyev həmin vaxt artıq Bakıda idi. Və həmin hadisədən sonra, demək olar ki,  mən onunla qarşılaşmadım. Amma poliqondakı vəziyyəti görüb öyrəndikdən sonra  Gəncəyə korpus komandiri Surət Hüseynovun yanına yollandım və ona başıma gələnlər haqda məlumat verdim. Eyni zamanda qruplaşmanın dağıdılması səbəblərini də soruşdum... O, isə cavab verdi ki, sənin naməlum şəxslər tərəfindən aparılmağından mənim qətiyyən xəbərim olmayıb. Elə bildim, siz nə isə məndən incimisiz, ona görə bu neçə gündə yanıma gəlməmisiz və Bakıya getmisiniz. Əvvəlcə  dedi ki, Seyfəli qruplaşmasının niyə dağıdılmasından guya onun da dəqiq məlumatı yoxdur, yəqin, yuxarı komandanlığın, nazirin əmri ilə olub. Gah söylədi ki, narahat olma, sən sonra öyrənərsən nə baş verdiyini... Nə isə çox anlaşılmaz və dolaşıq cavablar verdi... 
 
-Bəs siz həmin məqamda Surət Hüseynovdan şübhələnmədiniz ki,  məni bir peşəkar hərbçi kimi dəvət edib o boyda hərbi birliyin formalaşması üçün əlindən gələni edən, Qarabağı birdəfəlik işğalçılardan azad etməyə çalışan bu adam, korpus komandiri baş nazir müavini, niyə indi belə danışır. Axı əslində Surət Hüseynov kimi o dövrdə ən azı Gəncəbasar və ətraf rayonlarda böyük nüfuzu olan, sözü keçən bir  adam sizin başınıza gətirilənlərdən, 3 gün  təcrid edilməyinizdən narahat olmalı idi və dərhal öz adamlarına, əlaltılarına  göstəriş verməli idi ki, polkovnik Mehman Səlimovun başına bunları gətirilənlər dərhal tapılsın və cəzalandırılsın...
 
-Doğrusu, mənim üçün də onun belə münasibəti maraqlı oldu... Surət Hüseynov, sadəcə, cavab verdi ki, qruplaşmanın dağıdılmasına göstəriş Prezident Aparatı və Müdafiə naziri Rəhim Qazıyevdən gəldi, mənim gücüm çatmadı... Zaman gələr, hər şeyi öyrənərsən...
Sonra  isə könlümü almaq üçün dedi ki, eybi yox, gəl indi yeni bir hərbi birlik yaradaq, sənə söz verirəm, bu dəfə onu heç kəs dağıtmayacaq və gedib torpaqları azad edəcəyik...
 
-Surət Hüseynov dedi ki, Seyfəli birliyinin dağıdılması üçün, Prezident Aparatından konkret kim göstəriş verib? O vaxtkı prezident Əbülfəz Elçibəyin xəbəri olmuşdumu bu məsələdən?..
 
(Davamı var) 
 
Qeyd: 
 
Sabiq nazir müavini Mehman Səlimovla müsahibənin ötən hissələrindən sonra bəzi oxucular kiminsə həddindən artıq təriflənməyindən, kiminsə xidmətlərinin şişirdilməsindən narahatlıqlarını ifadə edirlər.  Bir daha oxucuların diqqətinə çatdırırıq ki,  bu silsilə müsahibələrdə məqsədimiz həmsöhbətimizin özünün, yaxud digər keçmişdə və ya indi vəzifədə olmuş şəxsləri müdafiəsi, "təmizə çıxarılması" vəs deyil.  Hər bir normal media vasitəsində olduğu kimi məqsəd müsahimiz vasitəsilə əsasən 1-ci Qarabağ savaşı, ordumuzun formalaşması və çağdaş dövr barədə bir sıra gerçəklərin üzə çıxmasına çalışmaqdır. Və bir daha nəzərinizə çatdırırıq ki, müsahibələrdə adı çəkilən hər bir şəxs redaksiyamıza müraciət edərək şahidi olduqları faktlar haqda qanun və etika çərçivəsində şərhlərini təqdim edə bilərlər...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
20:04, Bu gün
Biləsuvarda əmək yarmarkası keçiriləcək
19:56, Bu gün
Xəzərin suyunun duzsuzlaşdırılması Azərbaycanın su probleminə son qoya bilərmi?
19:50, Bu gün
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:45, Bu gün
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
19:37, Bu gün
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19:35, Bu gün
Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
19:34, Bu gün
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
19:27, Bu gün
5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO
19:24, Bu gün
Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib
19:23, Bu gün
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
19:20, Bu gün
Gündə 1 ovuc ərik tumu yemək görün nələrə faydalıdır - FOTO
19:18, Bu gün
Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
19:14, Bu gün
60 yaşdan sonra bu qidalardan imtina edin, yoxsa...
19:05, Bu gün
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
18:57, Bu gün
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
18:54, Bu gün
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
18:49, Bu gün
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
18:47, Bu gün
Bakıda külək elektrik stansiyası tikiləcək
18:45, Bu gün
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:38, Bu gün
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
18:33, Bu gün
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
18:30, Bu gün
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:24, Bu gün
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:18, Bu gün
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:16, Bu gün
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
18:10, Bu gün
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
18:08, Bu gün
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
18:07, Bu gün
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
18:03, Bu gün
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
17:57, Bu gün
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
17:54, Bu gün
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
17:48, Bu gün
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
17:46, Bu gün
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
17:45, Bu gün
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
17:42, Bu gün
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
17:40, Bu gün
Qan laxtalanması riski kimlərdə olur?
17:38, Bu gün
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
17:35, Bu gün
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
17:30, Bu gün
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
17:26, Bu gün
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
17:23, Bu gün
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
17:19, Bu gün
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
17:19, Bu gün
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
17:15, Bu gün
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
17:10, Bu gün
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
17:05, Bu gün
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
17:00, Bu gün
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
16:56, Bu gün
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
16:52, Bu gün
“Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO
16:48, Bu gün
"ABŞ İran dronları kimi Rusiya dronlarını vurmayacaq" - Con Kirbi
16:44, Bu gün
Andrey Lunyov: “Tənqidlər mənə qətiyyən təsir etmir”
16:40, Bu gün
Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar - VİDEO
16:35, Bu gün
Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir - FOTO
16:30, Bu gün
YAP Xətai rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir
16:25, Bu gün
Masazırda narkotik anbarı kimi istifadə olunan ev aşkarlandı: Həbs edilənlər var - FOTO
16:22, Bu gün
Tiktoker "Semka" həbs edildi
16:20, Bu gün
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək - FOTOLAR
16:15, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi
16:11, Bu gün
BDU-da təlim: “Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili” - FOTO
16:07, Bu gün
"Əl-ayağımı, ağzımı bağlayıb, 10 min manat istədi"
16:05, Bu gün
“Bakcell” böyük yeniliklərə hazırlaşır
16:04, Bu gün
Vladimir Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - FOTO
16:02, Bu gün
Brüssel “sxodka”sının ŞOK gizlini açılır – Tələdəki pendir yemək üçün deyil!
16:00, Bu gün
Bakıda evdən meyit tapıldı
15:57, Bu gün
Xəzərdə süni torpaq sahəsinin yaradılması parlamentdə müzakirə olundu - FOTO
15:53, Bu gün
50 milyardlıq iş müqabilində 16 milyon əmək haqqı alan əsirlər – SENSASİON DETALLAR
15:48, Bu gün
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi - FOTOLAR
15:43, Bu gün
BDU-da “Gənclik həftəsi” keçirilir - FOTO
15:39, Bu gün
"Elə müasir silahlarımız var ki, İranı daş dövrünə qaytara bilər..."
15:36, Bu gün
BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir - FOTO
15:32, Bu gün
"Bu gün insanların küçə iğtişaşlarına çağırılması Vətənə və xalqa xəyanətdir" - Vüqar Rəhimzadə
15:30, Bu gün
Maksimum bal toplayan Bakı məktəbliləri - FOTO
15:28, Bu gün
Şimal-qərb regionunun daha 2 məktəblisi maksimum nəticə göstərdi
15:23, Bu gün
ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib - FOTO
15:19, Bu gün
FHN qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
15:15, Bu gün
Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər
15:13, Bu gün
Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy və…
15:12, Bu gün
Elşad Qarayev canlı efirdə AĞLADI: Ürəyi daş... - FOTO
15:10, Bu gün
Danimarkanın 400 illik mədəni irsi alovlar içində - VİDEO
15:09, Bu gün
İsrail və İranın aramsız savaş anonsu: Müharibə riski nə qədər ciddidir? - ŞƏRH + FOTO
15:08, Bu gün
Bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanda alovlandırılıb - VİDEO
15:07, Bu gün
DİN baş redaktor və müxbirin həbsi ilə bağlı məlumat yaydı
15:05, Bu gün
Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı
15:04, Bu gün
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyada layiqli təmsilçiliyinə böyük töhfələr verəcək - RƏY
15:02, Bu gün
Hərbi xidmətə aprel çağırışının gedişi ilə bağlı komissiya iclası keçirilib
15:01, Bu gün
Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli oldu
15:00, Bu gün
İnfarktı əvvəlcədən necə müəyyənləşdirmək olar? - MÜTƏXƏSSİS DANIŞDI
14:59, Bu gün
Ən çox balı onlar topladı - SİYAHI
14:57, Bu gün
Azərbaycan elektromobil idxalını 2 dəfə artırıb
14:55, Bu gün
Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO
14:53, Bu gün
"Terror hər yerdə məğlub edilməlidir" - Zelenski
14:47, Bu gün
Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir - FOTO
14:46, Bu gün
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
14:44, Bu gün
Kişilərin diqqətinə, bu xərçəng növü SÜRƏTLƏ ARTIR
14:42, Bu gün
İntibah dövrü yaşayan Füzuli - VİDEO
14:38, Bu gün
Oğuzda inşasına başlanılan su anbarından kimlər faydalana biləcək? - FOTO
14:33, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı layihə MM-in plenar iclasına tövsiyə olunub
14:29, Bu gün
Biznes subyektləri və potensial sahibkarlar biznes təlimlərindən yararlanıblar - FOTO
14:25, Bu gün
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:23, Bu gün
Gəncədə şagirdlər arasında DAVA: Xəsarət alan var - YENİLƏNİB
GÜNLÜK
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək
15 Apr 2024 | 20:58
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək
15 Apr 2024 | 20:58
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB