"Çox istərdim ki, adımı çəkib, soruşsun ki, Canka, bu gün nə hazırlamısan..?"
Müsahibə
Oxunub: 5265
06 Dec 2021 | 01:41
 Xalq artisti, sevilən sənətkar Lütfəli Abdullayevin qızı, əməkdar artist Xurşud Abdullayeva Moderator.az-ın suallarını cavablandırıb.
 
- Xurşud xanım, siz böyük sənətkarımız Lütfəli Abdullayevin qızısınız. Uşaqlıqdan necə bir mühitdə böyümüsünüz?
- Ən xoşbəxt illərimi atamla birlikdə keçirmişəm. Atam bizə heç vaxt “yox”, “olmaz” kimi sözlər deməyib. Onun elə bil ürəyinə dammışdı ki, dünyadan tez gedəcək. Ona görə də anama demişdi ki, Sevda, evdə qızlara ciddiliyi sən göstər. Atam bizə hər şeyə icazə verirdi. Biz də bilirdik ki, evə qonaq gələndə onlar üçün şeir deyib, yaxud mahnı oxuyub getməliyik. Salamlaşıb gedirdik, masa arxasında əyləşə bilməzdik! O illərdə bütün ailələrdə belə idi, böyüklərlə masa arxasında oturmaq, böyüklərə söz qaytarmaq olmazdı. Sevgi bizim ailəmizin ən vacib amili idi. Atamın anama böyük sevgisi var idi, övladlarına, mənim bacıma. Atam dostlarını çox sevirdi, heç vaxt eşitməmişik ki, onların arxasınca danışsın.
 
- Lütfəli müəllim komediya aktyoru idi. Bəs evdə necə xarakterə malik idi?
 
- O, təbiətcə çox ciddi insan idi, mən onu evdə heç vaxt gülən görməmişəm. Gülümsəyirdi, amma mənə elə gəlir ki, ürəkdən gülümsəmirdi. Daxilən kədərli və çox ciddi insan idi. Mən uşaqlıqda həmişə atamla harasa gedəndə hamı ona baxıb gülürdü. Gəlib evdə ağlayırdım, anama deyirdim ki, başa düşə bilmirəm niyə hamı atamı görəndə gülür? O axı gülməli deyil! Mənim üçün o böyük stress idi. Çünki mənim üçün atam heç də gülməli deyildi. 
 
- Hansı xasiyyətinizlə atanıza oxşayırsınız?
- Yəqin ki, səmimi olmağım mənə atamdan keçib. Amma onu da deyim ki, mən daha çox anama oxşayıram, amma bacım Gülnarə xasiyyətdən atama çox bənzəyir.
 
- Atanızın sizə tövsiyələri nələr olurdu?
 
- Yadıma gəlir ki, 2-ci sinifdə Bülbül adına orta ixtisas məktəbində oxuyanda tədbirlərdən birində fortepianoda yaxşı ifa etmişdim. Evə gəlib dedim ki, gördün də, ay papa, mən də sənin kimi səhnəyə çıxıb gözəl ifa etmişəm, çünki sənin qızınam. Atam mənə dedi ki, qızım, yadında saxla ki, birinci növbədə sən Əhməd bəy Pepinovun nəvəsi, Həsən bəy Ağayevin nəticəsisən. Birinci onlara layiqli ol. Mən onların yanında heç kiməm. Mən o vaxt heç bir şey başa düşmədim. Necə yəni heç kiməm? Sən Lütfəli Abdullayevsən, insanların əlindən küçəyə çıxa bilmirsən, camaat ətrafına yığışır! 
 
- Mən bilirəm ki, ananızla atanızın izdivacı çox çətinliklə baş tutub. Çünki bəy nəslindən olan ananızı Lütfəli müəllimə vermək istəməyiblər.
 
- O başa düşürdü ki, Sevda xanımı ona niyə vermirlər! Bunu çox yaxşı başa düşürdü. Anamın anası rəhmətə getmişdi, anamın nənəsi Xədicə xanım isə toya gəlməmişdi. Anam danışırdı ki, gördüm toyun səhəri Lütfəli yığışır harasa getsin. Soruşdum ki, ay Lütfəli, sən hara gedirsən? Dedi ki, gedim görüm Xədicə orada neynir? Anam deyir ki, mən düşünürdüm ki, o məni daha Xədicə xanımın yanına buraxmaz. Çünki nənəm 15 il anamı atama verməmişdi, üstəlik toya da gəlməmişdi. Çox az bir müddət sonra atam Xədicə xanımla iki can, bir qəlb olmuşdular. Xədicə xanım can verəndə anama deyib ki, bilirəm ki, mənim bir səhvim var, bu dünyada mən başa düşmədim Lütfəli kimdir? (kövrəlir)
 
- Atanız haqqında bu gün də danışanda kövrəlirsiniz. 
- Mənim üçün o illəri yada salmaq çox çətindir. Atamın adını çəkəndə çox pis oluram. Onun ölümündən 45 il keçib, amma o ağrı bu günə qədər kəsilməyib. Kəsilməyəcək də. Həyatım boyu mən ata həsrətində yaşamışam. Mən fərəhlənirəm ki, belə bir insanın övladıyam.
 
- Atanız çox xeyirxah insan olub. Hətta bir qızı övladlığa götürdüyü də deyilir. Bu həqiqətən də doğru məlumatdır?
 
- Atamla anamın yeni evlənən vaxtları idi. Atam bir axşam tamaşadan qayıdanda görüb ki, parkda skamyada 15 yaşlı bir qız oturub. Ona yaxınlaşıb deyib ki, burada neynirsən? Qız iş axtardığını bildirib. Deyib ki, gedək bizə. Əlindən tutub evə gətirib. 1957-ci ildən Dulsya evimizdə atamın böyük qızı kimi yaşayıb, böyüyüb. O bizə də baxıb, bacım Gülnarənin uşaqlarına da. Təəssüflər olsun ki, artıq o rəhmətə gedib. Atam anama deyirdi ki, Dulsyanın xətrinə dəymə, onun ağlı olsaydı ailə həyatı qurub, övlad dünyaya gətirib öz uşaqlarına baxardı. O amma sənin uşaqlarına baxır. Dulsya evdə komandir idi. Harasa getmək lazım idisə birinci Dulsyadan soruşurdum, sonra anamdan. Anam qoysaydı, Dulsya qoymasaydı, getməyəcəkdim. Atam hədiyyə alanda birinci Dulsyaya, sonra anama, sonra bizə alırdı. Atam Dulsyanı çox istəyirdi, Dulsya da atamı.
 
- Ən yaddaqalan xatirəniz hansıdır?
- Yaddaqalan xatirələrim çoxdur. Ən gülməlisini istərdim sizinlə bölüşüm. Bir dəfə mən kimya fənnindən 3 almışdım, anam məni o ki var danladı, mən də oturub ağladım. Dedi ki, dayan, atan da gəlib səni danlasın. Atam gələn kimi anamın səsini eşidirəm, ona deyir ki, kimyadan 3 alıb, get ona bir söz de. Atam otağıma daxil oldu, gəlib mənə dedi ki, qızım, kimyadan 3 almısan? Dedim ki, hə, 3 almışam. Dedi ki, mənim heç xəbərim yoxdur ki, kimya nədir? Əcəb etmisən! (gülür). Anam sonra bir həftə onunla danışmadı.
 
- Atanız istəyərdimi onun sənət yolunu davam etdirəsiniz?
 
- Xeyr, istəməzdi! Mənə dedi ki, mən öləcəm, amma bilsəm ki, aktrisa olmusan, qəbirdən çıxıb gəlib öldürəcəm səni. Ancaq məni də, bacım Gülnarəni də Bülbül adına orta ixtisas məktəbinə özü aparıb, o çox istəyirdi ki, biz savadlı insanlar olaq. Bizi rus sektoruna qoymuşdu, deyirdi ki, istəyirəm qızlarım Moskvada oxusunlar. Deyirdi ki, mən rus dilini bilmirəm, bilsəydim gedib Rusiyada tamaşalar oynayardım. Bu gün aktrisa olmasaq da, ikimiz də bu sahədəyik. Gülnarə uzun illərdir ki, AzTV-nin musiqi redaksiyasının rejissordur. Mən də 40 ildir ki, bu sahədəyəm. Azərbaycanda ilk peşəkar klavisin ifaçısıyam. Bakı Musiqi Akademiyasında klavisindən dərs deyirəm. Həm də Dövlət Xor Kapellasının direktoruyam, çox sevirəm xor sənətini. 20 ildir kapellada işləyirəm.
- Atanızın həyatda olmaması hansı arzunuzu ürəyinizdə qoydu?
 
- Mən bilirəm ki, atam sağ olsaydı, həyatım tamam başqa cür olardı. Bəlkə də başqa peşə seçərdim. Arzularımın hamısı yerinə yetib, gözəl nəvəmiz, kürəkənimiz, qızımız və oğlumuz var.
 
- Lütfəli müəllimin adını daşıyan nəvəsi, yaxud nəticəsi varmı?
 
- Xeyr! Lütfəli müəllimin adı təkrarolunmazdır. Mən əleyhinəyəm. O tamam başqa insan olacaqdı. 
 
- Bu gün komediya ucuzlaşıb. Sanki komediya janrının sanbalını da o illərdə unutmuşuq.
- Siz Lütfəli və Nəsibə xanımın tamaşalarını, filmlərini yəqin ki, izləmisiniz. Görmüsünüz ki, onlar ləhcə ilə danışsınlar?! Xeyr! Yaxud da səslərini dəyişib, başqa səslə danışsınlar? Əlbəttə ki, xeyr! Atamın yerişi də gülməli idi. Atam sözlə insanları güldürürdü. Bunun özü böyük bir mədəniyyət idi. İndi mən ümumiyyətlə, komik səhnəcikləri izləmirəm. 
 
- Atanız sağ olsaydı, ona nələr demək istərdiniz?
 
- Atam çox yaxşı bilirdi ki, qızları nəinki onu sevir, hətta ondan ötrü ölür. 12 yaşından evdə yemək hazırlayırdım. Mənə deyirdi ki, Canka, yeməyin iyi gəlir, bu gün nə hazırlamısan? Çox istərdim ki, adımı çəkib, soruşsun ki, Canka, bu gün nə hazırlamısan?
Oxşar xəbərlər
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 10:08
Bu səhvlər bürclərin həyatını məhv edir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 09:20
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
24 Apr 2024 | 08:48
Diqqət! Bu ərazilərdə saat 10:00-dan sonra qaz olmayacaq
24 Apr 2024 | 08:57
Avropada şahzadəni öldürməyi planlaşdıran narkobaron səhvən həbsxanadan azad edilib - FOTO
24 Apr 2024 | 09:01
İsti havalarda pişiklərə necə kömək etmək lazımdır?
24 Apr 2024 | 09:29
Cibuti sahillərində gəmi batıb: Ölənlər və itkin düşənlər var
24 Apr 2024 | 08:49
Cənubi Koreyanın kiçik peyki “Neonsat-1” orbitə buraxılıb
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 10:08
Bu səhvlər bürclərin həyatını məhv edir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 09:20
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
24 Apr 2024 | 08:48
Diqqət! Bu ərazilərdə saat 10:00-dan sonra qaz olmayacaq
24 Apr 2024 | 08:57
Avropada şahzadəni öldürməyi planlaşdıran narkobaron səhvən həbsxanadan azad edilib - FOTO
24 Apr 2024 | 09:01
İsti havalarda pişiklərə necə kömək etmək lazımdır?
24 Apr 2024 | 09:29
Cibuti sahillərində gəmi batıb: Ölənlər və itkin düşənlər var
24 Apr 2024 | 08:49
Cənubi Koreyanın kiçik peyki “Neonsat-1” orbitə buraxılıb