"Bu dəhlizi Şərqlə Qərb arasında ticari körpüyə çevirmək türk dünyası üçün bir zərurətdir"
Oxunub: 2555
28 Nov 2021 | 13:50
Müsahibimiz Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri hüquq elmləri doktoru, professor Kayrat Mederbekoviç Osmanəliyevdir.
 
- Cənab səfir, yenicə fəaliyyətə başladığınız bu müddətdə Azərbaycanda özünüzü necə hiss edirsiniz?
 
- Öz yurdumda, öz ölkəmdə olduğu kimi desəm, səmimiyyətimə inanın, Türk kökənli, islam inanclı bir məmləkətdə başqa cür ola da bilməz. Sovetlər birliyi yetmiş il müxtəlif xalqları, o cümlədən türk xalqlarını da eyni bayraq, eyni ideologiya ətrafında birləşdirsə də, milli azadlıq, müstəqillik meylləri bu birliyi parçaladı, dağıtdı. Məcburən birləşdirilən respublikaların hər biri müstəqil bir dövlət oldu. İndi müstəqil dövlətçiliyimizin 30 yaşı olsa da, tarixən mövcud olmuş dövlətlərimizin ideologiyasına və atributlarına varislik edirik. Bu ənənə sizdə də, bizdə də demək olar ki, eyni şəkildə qorunur.
 
Tarixdən bilirəm ki, Azərbaycan 1918-ci ildə Şərqdə ilk Demokratik Respublika quran türk kökənli müsəlman ölkəsidir. Sizin ölkə bu tarixi təcrübədən yararlamaqla bu gün özünün yeni mövqeyini, yeni fəaliyyət proqramını, müstəqil daxili və xarici siyasətini formalaşdırır. Təbii ki, Qırğızıstan da Azərbaycanın xarici siyasətindən kənarda qalmır. Elə bu yaxınlarda Bakıda Qırğızıstan səfirliyinin yenidən fəaliyyətə başlaması bunun bariz nümunəsidir.
 
Əlbəttə, Azərbaycan gözəl ölkədir, Bakı möhtəşəm şəhərdir. Bəziləri Bakını Şərqin Parisinə, yaxud Dubaya bənzədir. Mən belə deməzdim. Fikrimcə, Bakı Azərbaycan xalqının minilliklərdən süzülüb gələn milli koloritinin şəhəridir. Bu şəhərdə müasirlik qədimliyi ört-basdır etmir. Sizin Qız qalası, Şirvanşahlar, İçərişəhər unikal tarixi abidələrdir.
 
- Sizcə, Bakı-Bişkek münasibətlərinin yeni və daha istiqanlı mərhələyə keçməsi üçün nədən başlamaq, hansı işləri görmək lazımdır?
 
- Düşünürəm ki, Zəngəzur dəhlizinin açılması Türk dünyasının Avropaya inteqrasiyasında böyük rol oynayacaqdır. Bizim ölkəmiz də bu dəhlizin açılmasında maraqlıdır. Çin kimi böyük dövlət də bundan yararlanmağa çalışır. Bir sözlə, Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya üçün yeni reallıqlar vəd edir. O ki qaldı məsələnin başqa tərəfinə, İran, Türkiyə, Azərbaycan, Rusiya, hətta Ermənistan bu dəhliz vasitəsilə iqtisadi münasibətlərini beynəlxalq platformalara çıxarmaqla ticari əlaqələrini daha da genişləndirə bilər. Əslində bu marşrut qədim ipək yolunun marşrutudur.
 
- Şərqdən Qərbə uzanan böyük ipək yolunun Avrasiya mədəniyyətinin tərəqqisində xüsusi rolu inkarolunmazdır. Çindən başlayıb Tyan-Sanın cənub silsiləsindən – Qaraşəhər, Küçör, Ağsu, İssık-Göl, Çu, Talas və İsfar vadilərindən keçən bu qədim karvan yolu "Manas” eposunda da xatırlanır.
 
- Doğrudur. Siz manasşünas olduğunuz üçün bunu yaxşı bilirsiniz. İpək və karvan yolunun keçdiyi ölkələrə, bölgələrə Çin tacirləri torpaqbasdı, indiki anlamda gömrük rüsumu verərmişlər. Bu rüsumu alan məmləkətlərdən biri də o zamankı Qırğızıstan olub. Zaman keçdikcə, dövlətlər və millətlərarası münasibətlərin yeni modelləri meydana çıxdıqca, elm, texnika inkişaf etdikcə ipək yolu da öz funksiyasını itirməyə başlamışdır. İndi bu yolu ən müasir qaydada Şərq ilə Qərb arasında ticari körpüyə çevirmək türk dünyası üçün bir zərurətdir.
 
- Kayrat Mederbekoviç, Azərbaycan-Qırğızıstan əlaqələrinin daha hansı istiqamətlərdə qurulmağını istərdiniz?
 
- Bütün istiqamətlərdə. Haqqında danışdığımız Zəngəzur dəhlizi bu strategiyanın bir hissəsidir. Biz Azərbaycanla siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrimizi, turizm və ticarət sektorundakı əməkdaşlığımızı yüksək səviyyədə inkişaf etdirmək niyyətindəyik. Yeri gəlmişkən deyim ki, turizm sahəsində əməkdaşlıq üçün hər iki ölkənin kifayət qədər resursları var. Azərbaycan Cənubi Qafqazın əsrarəngiz təbiətə malik bir parçasıdır. Dağlar, meşələr, çaylar, göllər, şəlalələr, saf iqlim, alp çəmənlikləri, narzan bulaqlar və s. bu ölkənin turizm üçün əlverişli məkan olduğunu təsdiqləyir. Qədim abidələri, qala və qəsrləri, xalçaçılıq, dulusçuluq, dəmirçilik kimi qədim el sənəti nümunələrini də buraya əlavə etsək, möhtəşəm bir mənzərə alınır.
 
- Sizin ölkəniz də turizm baxımından çox maraqlı məmləkətdir. Dəfələrlə olduğum İssık-Göl, Talas vadisi, Çolpon-Ata, Ala-Too, Çu çayı insanı ilk baxışdan valeh edir.
 
- Paytaxt Bişkekdən tutmuş Qırğızıstanın digər bölgələrinə kimi, əyalət və vilayətlərinə qədər hamısı zirvəsi qarlı, uca dağların əhatəsində yerləşir. O dağlar ki, dəniz səviyyəsindən yeddi min metr yüksəklikdə qərar tutub. İssık-Göl də dəniz səviyyəsindən beş min metr yüksəklikdə yerləşən, dünyanın nadir dağ göllərindən biridir. İssık-Göl "isti göl” deməkdir. Bu göl qış aylarında nəinki donmadığına, hətta müəyyən hərarətə malik olduğuna görə ona bu adı veriblər. Tyan-Şanın Ala-Too silsiləsi boyunca keçib getdiyin dağ yolları, ətri insanı məst edən alp çəmənlikləri, yaylaqlara səpələnmiş yurtalar (alaçıqlar - A.C.) olduqca cazibədar və valehedicidir. Yəni, demək istəyirəm ki, ölkəmizdə gəzməli, görməli və əylənməli yerlər çoxdur ki, bu da turizmin inkişafına öz töhfəsini verə bilər. Bakı-Bişkek hava marşrutunun da açılması bu əlaqələrin inkişafında əsas şərtlərdəndir. İnşallah, tezliklə ona da nail olacağıq.
 
Bir məsələni də qeyd edim ki, Qırğızıstanda iyirmi mindən artıq azərbaycanlı var. Onlar otuzuncu illərdə repressiyaya məruz qalmış, Qırğızıstana sürgün edilmiş azərbaycanlıların varisləridir. Turizmin, mənəvi əlaqələrin inkişafı sizin soydaşlarınızın da ata-baba yurdunu ziyarət etməsinə real şərait yaradar.
 
Bizim dilimiz, dinimiz, inancımız bir olduğu kimi, mədəniyyətimizin də ortaq və oxşar cəhətləri var. Məsələn, biz hər il köçəri xalqların beynəlxalq oyunlarını keçiririk – müxtəlif ölkələrdə. Gələn il bu oyunlar Türkiyədə keçiriləcək. Çox istərdik ki, növbəti dəfə bu tədbir Şuşada baş tutsun.
 
- Niyə məhz Şuşada?
 
- 44 günlük Vətən müharibəniz Şuşa zəfəri ilə sonuclandı. Mənə görə Şuşa Qarabağ zəfərinin simvoludur. Bu tarixi şəhərdə deyək ki, "Xarı bülbül festivalı”, "Vaqif poeziya günləri” və başqa mədəniyyət tədbirləri keçirilirsə, "köçəri oyunları”nı da o gözəl məkanda keçirməkdən qürur duyardıq. Əslində Azərbaycanın bu qələbəsi türk dünyasının qələbəsidir. Müzəffər Ali Baş Komandan, səriştəli siyasətçi, mütəfəkkir diplomat İlham Əliyev və onun yenilməz ordusu Azərbaycan xalqının dədə-baba torpaqlarını işğaldan azad etdi. Mən də çox şadam ki, bu zəfərin 8 noyabr təntənəsini Bakıda seyr etmək şərəfinə nail oldum.
 
- Cənab səfir, səmimi söhbətə görə sizə öz təşəkkürümü bildirir, fəaliyyətinizdə uğurlar diləyirəm.
 
 
Adil Cəmil
Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 01:18
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 01:18
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...