““QRU” Bakıdakı ali məktəblərin bəzi tələbələrini də fəaliyyətə cəlb edib və...”
Müsahibə
Oxunub: 6930
20 Oct 2021 | 18:55
““QRU” Bakıdakı ali məktəblərin bəzi tələbələrini də fəaliyyətə cəlb edib və...”
“SSRİ-də etnik münaqişələrin yarandığı ərəfədə DTK-nın respublikalardakı şöbələrinin rəhbərliyinə, o cümlədən Bakıya xüsusi adamlar gətirilib...”
 
“Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov bir dəfə mətbuatda “QRU” ilə əməkdaşlıqla bağlı  55 min nəfər rəqəmini səsləndirmişdi...”
 
 
Son 30 illik müstəqillik dövrü, I və II Qarabağ savaşları, eləcə də ölkəmiz ətrafında baş verən son siyasi olaylar əyani şəkildə göstərdi ki, Azərbaycandakı həm siyasi, həm hərbi proseslərə xarici kəşfiyyat və xüsusi xidmət orqanlarının xeyli müdaxiləsi olub. Və həmin qurumlar daim Azərbaycan xalqına, dövlətinə bütün sahələrdə problemlər yaratmağa, Qarabağ torpaqlarının işğalına, sonradan isə azad edilməsinin qarşısını almağa çalışıblar. Azərbaycanın müvafiq dövlət qurumlarının xarici kəşfiyyat və agentura şəbəkələrinə qarşı  mübarizəsi sayəsində həmin cəhdlərin bir çoxunun qarşısı alınıb. Və həmin mübarizə bu gün də davam etməkdədir... 
Keçmiş təhlükəsizlik əməkdaşı Ərəstun Oruclu ilə Moderator.az üçün söhbətimizdə hələ sovet dövründə Qarabağ münaqişəsinin qondarılıb ortalığa atılmasında, eləcə də son 30 illik dövrdəki Qarabağ savaşlarında SSRİ “KQB”-si ilə yanaşı digər güclü xarici kəşfiyyat qurumlarının(ABŞ MKİ, Britaniya- “Mİ-6”) qurumları, xüsusilə yaxın qonşularımız Rusiya və İran xüsusi xidmət orqanlarının mənfi rolunu təhlil etməyə çalışdıq...
 
-Ərəstun bəy, 1988-ci ildən bəri Ermənistanla Azərbaycan arasında Qarabağ məsələsindəki ziddiyyətlərin körüklənərək “münaqişə”, daha sonra müharibə müstəvisinə gətirilməsində xarici kəşfiyyatların rolu haqqında nə demək olar?
 
-Hesab edirəm ki, 1988-c ildən Qarabağ məsələsinin “münaqişə”, daha sonra müharibə müstəvisinə gətirilməsində xarici kəşfiyyatların  rolu bəzən ortaya çıxan müəyyən məlumat və açıqlamalarda deyildiyi qədər olmayıb.  Postsovet məkanında SSRİ-nin dağılması ərəfəsində yaradılan bütün etnik münaqişələrə ilk növbədə  SSRİ DTK, başqa cür desək, “KQB” nəzarət edirdi.  Desəm ki, həmin münaqişələri “KQB” yaradıb, yəqin ki, yanılmaram. Və bu barədə hazırda  məlumatlı mənbələrin xeyli  açıqlamaları var...  
 
SSRI-nin çökməsində  Stalindən sonrakı mərhələdə - Xruşovun dönəmindən “KQB” ilə kommunist partiyası arasındakı çəkişmələr böyük rol oynadı.  Tarixdən gördüyümüz kimi, həmin münaqişə 30 ilə qədər çəkdi. Və son nəticədə Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Burada əsas dağıdıcı, detonator rolunu isə məhz SSRİ DTK oynayırdı. 1980-ci illərin ortalarında Qorbaçovun hakimiyyətə gəlməsi ilə “KQB”-nin partiya üzərində nəzarətinin zəifləməsindən sonra dağıntı prosesinə start verildi. Məsələn, Qarabağ münaqişəsinin körüklənməsində məhz SSRİ DTK-nın 5-ci baş idarəsinin rəisi və sonradan eyni zamanda DTK sədrinin birinci müavini vəzifəsini tutmuş general Filip  Bobkovun müstəsna xidmətləri olub. Bunu şahidlər deyirdi... Generalı dəfələrlə müşayiət  edən şəxlər danışırdı ki, Qarabağ münaqişəsi ərəfəsində və onun yarandığı  dövrdə F.Bobkov dəfələrlə  xüsusi komanda ilə həm Azərbaycan, həm də Ermənistanda olub.  Və o, Azərbaycan-Ermənistan münaqişəsini faktiki olaraq həm yaradıb, həm də idarə edib. Şübhəsiz ki,  yerli DTK orqanları da bu işdə fəal iştirak ediblər...
 
Bilirsiz ki, Qarabağ münaqişəsi keçmiş SSRİ məkanındakı (Abxaziya, Dnestryanı, Osetiya,  Özbəkistan və s.) bir neçə etnik münaqişədən biri idi. Və maraqlıdır ki, bunların hamısında  F.Bobkovun adı çəkilir. Amma tamam başqa kontekstdə. Guya o, milli münaqişələlərin profilaktikası və aradan qaldırılması üzrə mütəxəssis olub və s. Amma onun necə mütəxəssis olduğunu artıq yaxşı bilirik... 
 
Maraqlı məqamlardan biri də odur ki, etnik münaqişələrin yarandığı ərəfədə DTK-nın Sovetlərin tərkibindəki respublikalardakı şöbələrinin rəhbərliyinə xüsusi adamlar gətirilib. Məsələn, Azərbaycanda bu, Vaqif Hüseynov idi. O, hazırda Moskvada yaşamaqda davam edir.  V.Hüseynov Elçibəy hakimiyyəti dönəmində həbs olundu.  Onu 20 Yanvar faciəsi ərəfəsində, yəni 1990-cı il yanvarın 19-u axşam Azərbaycan televiziyasının enerji blokunun partladılmasında suçlayırdılar. Amma az sonra Rüstəm İbrahimbəyov kimi Moskva emissarlarının “ziyalılar adından” xahişi ilə prezident Elçibəy tərəfindən azadlığa buraxıldı və Rusiya paytaxtına yollandı. Bundan sonra  V.Hüseynov Azərbaycana qayıtmayıb.  Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qısa müddətə Bakıya gəldi və sonra yenidən Moskvaya qayıtdı... 
 
Sualınızın cavabına yekun olaraq deyim ki, şübhəsiz, Sovet İttifaqı qapalı ölkə olsa da, xarici kəşfiyyatlar: “CİA”, “Mİ-6”, “Mossad” və digərləri müəyyən dərəcədə proseslərə qatılırdı. Amma həlledici  və aparıcı rolu yenə də “KQB” oynayırdı. Etnik münaqişələri məhz “KQB” yaradırdı. Onun rəhbərlərinin məqsədi ya SSRİ-ni dağıtmaq idi,  ya  da onlar İttifaqın dağılacağını bilirdilər, ona görə də gələcəkdə Rusiyanın geostrateji mövqelərini qorumaq üçün mühüm strateji bölgələrdə həmin münaqişələri yaradır və onu idarə edirdilər...
 
-Bütün bunlara rəğmən belə versiyalar ki, postsovet məkanındakı digər konfliktlər kimi, Qarabağ məsələsinin də münaqişə səviyyəsinə gəlməsində  SSRİ-ni çökdürmək məqsədi güdən ABŞ MKİ- “CİA” da mühüm rol oynayıb, hətta “Mİ-6” və “Mossad” da ona dəstək verib... 
 
-Əslində öncəki sualınıza cavabda bu sualı da xeyli dərəcədə cavablandırdım.  Onu əlavə edim ki, sadalanan etnik münaqişələri Qorbaçovun tərəfdarları deyil, əleyhdarları yaradırdılar. Və təsadüfi deyil ki, onların bir çoxu məhz Qorbaçov tərəfindən istefaya göndərildi. O cümlədən adını çəkdiyim, bütün bu münaqişələrin müəllifi F.Bobkov Qorbaçov tərəfindən DTK-dakı vəzifəsindən azad edilərək Müdafiə Nazirliyində  müşavir işinə təyin olundu, sonra isə ümumiyyətlə, istefaya göndərildi... Mən belə düşünürəm...
 
-Amma  Qərb kəşfiyyatlarıyla paralel  və birgə SSRİ “KQB” və “QRU”-nun, (Sovet, indi isə Rusiya Ordusunda Baş Kəşfiiyyat İdarəsi) Qorbaçova işləyən  xeyli hissəsinin də  Qarabağda , Qərbi Azərbaycanda, o cümlədən Sumqayıtda, Bakıda olayların qızışdırılmasında böyük rol oynadığını da deyənlər var... Adı çəkilən qurumların agentura şəbəkələrinin müstəqil dövlətçiliyimizin formalaşdığı 1991-1993-cü illərdə də  dırnaqarası "müsbət xidmətləri" olub...
 
-Əlbəttə, bu proseslərdə, o cümlədən Qarabağ münaqişəsində  “KQB” və “QRU”-nun paralel iştirakı olub. Məsələ burasındadır ki, onların arasında bir iş bölgüsü var idi. “KQB” daha çox siyasi, iqtisadi, texnoloji casusluq və əks-kəşfiyyatla məşğul olurdu. “QRU”  isə əsasən hərbi kəşfiyyat sahəsində işləyirdi. Bu gün də eyni sahədə fəaliyyətini davam etdirir. Ancaq bu o demək deyildi ki, həmin qurum mülki işlərlə məşğul olmurdu. Məsələn, Azərbaycanda “QRU”-nun ən çox işlədiyi mülki qurumlardan biri Bakı Dövlət Universiteti olub. Və BDU tələbələri arasında “QRU” bəlkə də yüzlərlə fəalı əməkdaşlığa cəlb edib...
 
Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov bir dəfə mətbuatda “QRU” ilə əməkdaşlıqla bağlı  Azərbaycanda 55 min rəqəmini səsləndirmişdi... Bu adamların çoxu sovetlər dönəmində ali məktəblərdə təhsillərini bitirdikdən sonra hərbi toplantı-təlimlərinə cəlb olunurdu və bir neçə ay həmin təlimlərdə iştirak edirdilər. Həmin dövrdə o tələbələrin çoxu “QRU” ilə əməkdaşlığa cəlb olunuraq konservləşdirilmiş, yəni qeyri-fəal agent  şəklində saxlanılırdı ki, məhz bu gün də həmin şəbəkənin üzvlərinin bir çoxu aktivləşdirilərək Azərbaycanda fəaliyyətə cəlb olunublar... 1992-1993-cü illərdə də o agentlərin bir hissəsi aktivləşdirilərək yenicə qurulmaqda olan Müdafiə Nazirliyi sisteminə və digər dövlət orqanlarına yerləşdirildi və  onların vasitəsilə yalnız hərbi deyil, siyasi vəziyyətə də təsir göstərildi.  O dövrdə həmin casusların bir çoxu aşkarlanmışdı. Təəəsüf ki, siyasi haklimiyyət bir sıra hallarda onların zərərsizləşdirilməsinə imkan vermirdi. Digər tərəfdən isə Elçibəy hakimiyyəti dövründə “KQB” arxivlərinin qapalı olması xüsusi xidmət orqanlarının Azərbaycandakı agentlərin aşkarlanması üzrə fəaliyyətinə ciddi məhdudiyyətlər yaradırdı. Bundan başqa, AXC hakimiyyəti dövründə siyasi hakimiyyətlə xüsusi xidmət orqanları arasında müəyyən dərəcədə sıx əlaqə olmaması bir sıra hallarda  həmin orqanların verdiyi məlumatların açıq-aşkar inkar olunmasına gətirib çıxarırdı. Məsələn, o vaxtkı MTN hakimiyyətə kimlərinsə konkret hansı sahədə agentliklə məşğul olduğunu bildirirdi. Fəqət  sonra  gözlənilmədən baxırdın ki, həmin adamlar vəzifələrə irəli çəkilib. Bax belə müəmmalı məqamlar da var idi. Hazırda Elçibəy dövründə hakimiyyətdə olmuş şəxslər bu mövzunu sevmirlər  və mövzu açıqlanan kimi hücuma keçirlər. Amma bu, faktdır...
 
(Davamı var)  
 
Sultan Laçın
 
Oxşar xəbərlər
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:52, Bu gün
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 12:51
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 12:53
Günəşdə nadir HADİSƏ yaşanıb - 25-26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
24 Apr 2024 | 13:39
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 12:51
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 12:53
Günəşdə nadir HADİSƏ yaşanıb - 25-26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
24 Apr 2024 | 13:39
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB