"Kəlbəcərdə elə bir müdafiə rayonu qurmuşuq ki, ermənilər min il də əlləşsə,  yara bilməz…”
Müsahibə
Oxunub: 5310
20 Sep 2021 | 21:32
“Orada  hər daş, hər cığır 1-ci Qarabağ savaşındakı şəhidlərimizin bir tarixçəsini danışır…” 
 
“İşğal illəri boyu çalışırdıq, xəyal edirdik ki, İlahi, imkan ver, Murovdağ silsiləsinin hansısa zirvəsinə çıxaq və o üzə - Kəlbəcərə, Laçına sarı baxaq…”
 
“Hansı əsgərimin, döyüş yoldaşımın ayağı hara dəyibsə, sanki gözümün qabağında idi…”
 
Tanınmış Qarabağ qazisi Gəray Əsədov Qarabağ savaşları tarixinə 1993-1994-cü illərdə Kəlbəcərin azadlığı uğrunda “Murovdağ əməliyyatı” kimi düşmüş,  öncə çox uğurlu başlanan, təəssüf ki, sonda məğlubiyyətə düçar olan döyüşlərin fəal iştirakçılarından biridir. O, həmin döyüşlərə keçmiş 701-ci moto-atıcı briqadanın tərkibində “Bərdə” taborunun komandiri kimi qatılıb... Bu günlərdə isə istefada olan mayora bir qrup veteran yoldaşıyla birgə artıq işğaldan azad olunmuş Kəlbəcər rayonunda döyüşdükləri məkanları ziyarət etmək qismət olub. 
 
Moderator.az əməkdaşıyla söhbətində Gəray Əsədov maraqlı olduğu qədər də ağrılı səfər təəssüratlarından danışıb.
- Gəray bəy, bildiyimizə görə, bu günlərdə Kəlbəcərin 27-28 il öncə ağır döyüş yolları keçdiyiniz yollarından, sıldırımlı, qarlı dağlarından bu dəfə veteran döyüşçü kimi bir daha keçmək nəsibiniz olub... 
 
- Bəli. Səfərimizə Göygöl rayonunun Toğanalı kəndində başladıq və Koroğlu dağının yanından Ömər aşırımından, Yanşaq kəndindən keçib keçmiş döyüş yerlərimizi bir-bir gəzməyə çalışdıq…  
Öncə onu  deyim ki, bu saat dövlətimiz Kəlbəcərdə, Laçında böyük quruculuq işləri görür. Murovdağ silsiləsi boyu artıq geniş yollar çəkilir, yeni tunellər də qazılmağa başlanıb. Laçına yol çəkilir, Laçındakı gələcək hava limanına doğru da ayrıca yol çəkilir. Kəlbəcər şəhərinə, kəndlərə işıq çəkilir… Yaylaqlarda arıçılıq, qoyunçuluq təsərrüfatları fəaliyyət göstərir… Bunları gördükcə insanın qəlbini misli görünməyən bir fərəh hissi bürüyür…
 
- O vaxt gördüyünüz təbiət, kəndlər nə qədər dəyişilib?
 
- Təbiət, insan ayağı dəyməyən meşələr həddindən artıq vəhşiləşib. Hətta Meydançayın yatağında da meşələr o qədər sıxlaşıb ki,  keçilməz olub. Yanşaq, Zallar, Qasımbinəsi,  Qamışlı, Nadirxanlı, Qılınclı, Lev, Təkəqaya və s. kəndlərdə demək olar ki, bir ev də salamat qalmayıb. Kəlbəcər rayon mərkəzində 4 gecə qaldıq. Tam salamat yalnız 3 mərtəbəli məktəb binası var idi, orda gecələdik. Kəlbəcərin muzeyinin binasının quru divarları qalıb… Kəndlərin içindəki yolları da kol-kos basıb… Təsəvvür edin ki, Qəbələ və Zaqataladan 4 keçmiş döyüşçü də getmişdi bizimlə - onlar 1-ci Qarabağ savaşında, Kəlbəcərin işğalı zamanı Nadirxanlı kəndi yaxınlığındakı dağda şəhid olmuş əsgərlərinizin meyitlərini dəfn etmişdilər. Lakin 4 gün ərzində onlar həmin yeri tapa bilmədilər. Bizim tabordan 25 nəfər itkin düşmüşdü. Onlardan nəsə bir nişanə tapmağa çalışdıq. Amma heç nə alınmadı... Bilirsiz, artıq bir qərinə vaxt keçib, yerlərin səthi çox kəskin dəyişib…  - Ömər aşırımı istiqamətinə ayaq basanda öncə hansı döyüşünüzü xatırladınız?
 
- Ömər aşırımında olanda sağdakı Koroğlu dağı uğrundakı döyüşlərimiz yada düşüdü... O hissi ifadə etmək çox çətin və ağırdır. Aradan 28 il keçib. 28 ildən sonra bizimlə o döyüşlərdə iştirak edən oğulların bəziləri elə həmin vaxt, xeylisi isə 1-ci Qarabağ savaşından sonra dünyasını dəyişib. Baxırsan, deyirsən, Allah biz doğrudan da Murovdan, Ömər aşırımından o üzə aşa bilirik? İşğal illəri boyu çalışırdıq, xəyal edirdik ki, ilahi, imkan ver, Murovdağ silsiləsinin hansısa zirvəsinə çıxaq və o üzə - Kəlbəcərə, Laçına sarı baxaq... Amma indi o aşırımları qalxıb-enəndə sanki hər qarış, hər daş, hər qaya, hər cığır bir tarixçə danışır, şəhid olan və ya sağ qalan döyüş dostlarının, tabeliyində olmuş əsgərlərin simasını, fədakarlığını göz önündə canlandırır. Həm də elə bilirsən ki, o yerlərdə 28 il öncə yox, dünən olmusan...
 
- O vaxt üçün əsas hansı strateji döyüş məntəqələrində oldunuz?
 
- Köhnə tuneldən keçəndən sonra Mərcimək, Almalı kəndində olduq, Zülfüqarlının İstisuyu əvvəlki kimi qaynayır, dadı da eynidir. Amma salamat bir tikili qalmayıb. Sonra Laçın kəndində də olduq. Keçmiş baş prokuror Eldar Həsənovun atası Hümbət kişinin ermənilər tərəfindən viran qoyulmuş evini də gördük... 
Laçın kəndindən Ağqaya kəndinə yol çəkilir. Ancaq Ağqaya kəndində artıq təmas xəttidir. Orada Rusiya sülhməramlıları dayanır. Ağqayadan Sərsəng su anbarı da görünür... 
 
Sonra biz Zod istiqamətində Çopurlu, Çəpli kəndlərində də olduq. Daha sonra geri qayıdıb Yanşaq kəndinin yanından Kəlbəcərin Qaragölünə tərəf keçdik. Bağırlı dağı, Bağırlı kəndində olduq...  Neçə yerdə 2 min metrdən yuxarı qalxdıq. Artıq belə yüksəkliklərdə ağaclar bitmir, çılpaq dağlardı. Baxdım dəhşətə gəldim ki, ilahi,  biz 1993-1994-cü illərdə, qışın oğlan çağında Koroğlu dağından – 3500 metrə yaxın yüksəkliklərdən piyada keçib on kilometrlərlə yolu necə düşmənin üzərinə getmişik...  
 
Döyüşdüyümüz, neçə-neçə əsgərimizi, döyüş yoldaşımızı itirdiyimiz yerləri gəzdikcə ürəyimiz parçalanırdı...
Amma adam ayrıla bilmir Kəlbəcərin gözəlliyindən. Sanki təbii muzeydir... Allaha çox şükür ki, Allah qismət elədi, biz bir daha o yurdların gözəlliyini gördük... 
- Bayaq dediniz ki, o yerlərdən keçdikcə oralarda şəhid olmuş əsgərləriniz, döyüş yoldaşlarınız gözünüz önündən keçirdi... Hansı şəhid oğullarımızı xatırladınız?
 
- Elədir.... Murovu o üzə aşanda Murovdağ əməliyyatı zamanı Meydançay yaxınlığında ilk şəhidimiz Aydınov Rəfi Telman oğlunu xatırladım. Həmin vaxt biz ermənilərə pusqu qurmuşduq. Döyüş zamanı onların, demək olar ki, hamısını məhv etdik, bizim tabordan isə yalnız Rəfi şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Qızılqaya istiqamətində 2628 yüksəkliyində Qulam Qəbilovu, Xalid Soltan oğlu Bəylərovu, bundan başqa digər döyüşlərdən birində Cavanşir Məmmədovu itirdik. Buzluqda da ağır döyüşlər getdi. Orada Mübariz Pənahov (Bakıdan idi), Nurlan Kərimov (Bərdə), Mobil Həsənov və başqaları şəhid oldu. Təəssüf ki, düşmənin atəşi altında və relyef cəhətdən çox çətin yerdə olduğundan onların meyitlərini çıxara bilmədik... Buzluqdan o tərəfə artıq Ağdaban – rəhmətlik Aşıq Şəmşirin kəndi başlayır... 
 
2298 metr yüksəkliyindəki Bağırlı dağında Mehman Əsədulla oğlu Dadaşov,  Ələddin Firəddin oğlu Ələkbərov, Rəşadət Əli oğlu Piriyev (Bakı Dövlət Yol Polisi İdarəsinin hazırkı rəisi Rəşadət Piriyevin qardaşı) və digərləri şəhid oldu. Allah digər şəhidlərimiz kimi onlara da rəhmət eləsin!..  
2475 yüksəkliyinə də çıxdıq. Hansı əsgərimin, döyüş yoldaşımın ayağı hara dəyibsə, sanki gözümün qabağında idi. Məsələn, yadıma salırdım ki, bura ilə Ələkbərov Ələddin gedirdi, ora ilə isə Rəşadət Piriyev addımlayırdı... Eyni zamanda bu günlərdə Bərdənin Kətəlparaq kəndində dəfn etdiyimiz Xanlarov İlham Xanlar oğlunu xatırladım. Yadımdadır ki, mən 2668 yüksəkliyində dayanıb komanda verirdim, rəhmətlik İlham da rabitəçi idi. Bölük sağdan-soldan yüksəkliyi götürürdü. Həmin dağda 57 erməni meyiti qaldı, bir nəfər yaralı ermənini isə əsir götürdük. Ölmüş zabitlərdən birinin çantasından qiymətli xəritələr ələ keçirdik. İlham isə əlində rabitə aparatı zirvəyə sarı qalxanda düşmən onu vurdu, uçuruma yuvarlandı. Sonra onu biz oradan çıxardıq, yaraları sağaldı və bu günlərədək yaşadı... Rəhmətliyin qayadan yıxıldığı həmin anı sanki yenidən gördüm... Sanki 28 ildən sonra video-lenti geri çəkirsən və şəhid olanlar da, sağ qalanlar da bir-bir gözünün önündən keçir... Və o vaxt 23-24 yaşlarında şəhid olanlarımızın ruhu indi o dağlarda dolaşır və bizləri qarşılayır...
 
O vaxt sol istiqamətində Gamışdağın ətəyindən gəldik, 3054 yüksəkliyini azad edəndən sonra həmin zirvədən aşağı erməniləri üzü enişə qova-qova çıxardıq.  2918, 2668, 2475 yüksəklikıərini, sonra Bağırlı dağını azad etdik... Bələdçimiz isə Yanşaqdan İbrahim kişi idi. Hazırda Hacıkənddə yaşayır. Onunla sıldırım qayaların arasından iynə kimi dar bir qarlı cığırla getməyimiz indi də gözümüzün qarşısındadır. Həmin İbrahim kişinin Yanşaqdan aşağı enəndə Meydançaydan yuxarıda bir binəsi, yəni tənha bir koması var idi. O vaxt biz bir dəfə onunla birgə həmin komanın yanından keçəndə maşını saxlamağı xahiş etdi.  Başladı həmin kiçik evin başına flrlanıb daşlarını bir-bir öpüb ağlamağa... O zaman düzü, düşünürdüm ki, bu kişi bu komadan ötrü nə üçün ağlayır... İndi mənə çatır ki, İbrahim kişi ömrünün neçə ilini o evdə keçirib... Və komanın onun üçün nə qədər müqəddəs olduğunu yalnız indi dərindən dərk etdim... Bu dəfə gedəndə həmin kişini Hacıkənddə tapıb görüşdüm... 
 
Şükür Allaha, artıq Kəlbəcər rayonunun əksər hissəsinə Azərbaycan nəzarət edir.  Özü də Kəlbəcər şəhərindən xeyli irəlidə, Ermənistan istiqamətində bizim ordumuz dayanır.  Zoda, Basarkeçərədək tam nəzarət edirik.  Azərbaycan ordusu Kəlbəcərdə elə müdafiə rayonu qurub ki, ermənilər  bundan sonra 1000 il də əlləşsə, o müdafiəni yara bilən deyil... Bizim hərbçilər onların gözünü elə qırıb ki, erməni əsgərlərini döyə-döyə qovurlar, heç silah işlətmirlər... 
Sovet dövründə biz elə bilirdik ki, Kəlbəcərdə görünən yaylaqların çoxu erməni yerləridir. Əslində onlar hamısı Azərbaycanın imiş... Hazırda Moskvada sovet ordusu baş qərargahının xəritələri saxlanılır. Və həmin xəritələrə uyğun olaraq Kəlbəcər, eləcə də Laçın və digər rayonlarla sərhəd müəyyən edilir.... 
 
Kəlbəcərin ərazisini maşınla 10 gün ərzində də gəzib qurtarmaq olmur. Həm də Kəlbəcərin gözəlliyi, füsunkarlığı tam başqadır... Çox doğma, çox əziz gəlir insana... 
 
Zülfüqarlı kəndindəki İsti suyun başında yadıma düşdü ki, 1993-cü ilin əvvəllərində rəhmətlik Əvəz Şükürovla rastlaşıb xeyli söhbət etmişik. Nəvəsi – 1990-cı ildə şəhid olmuş övladı şəhid Milli Qəhrəman Şahlar Şükürovun oğlu da hərbi geyimdə yanında idi...
- Gəray bəy, 27-28 il bundan öncə sizdən asılı olmayan hərbi və siyasi səbəblərdən məğlub kimi çıxdığınız Kəlbəcər dağlarına, yaylaqlarına yenidən müzəffər ordunun veteranları kimi qayıtmaq  sizdə hansı hissləri oyatdı?
- O hissləri yaşamaq da çətindir, onları təsvir etmək də... Təsəvvür edin ki, səhranın ortasında bir adam uzun müddət susuzluqdan yana, suya təşnə ola, onu tapmaq üçün əlindən gələni edə və sonda uzun axtarışlardan sonra bir bulaq  tapa... Kəlbəcərə doğru, Murov dağları ilə hər qarışı keçdikcə, hər addımı atdıqca sanki milyonlar qazanırdıq... 50-60 yaşlı veteranlar o dağları elə qalxırdıq ki, elə bil elə 28 il öncəki 25-30 yaşlı gənclər idik... İnsanda nə  qədər həvəs yaranar, nə qədər Allah ona güc verər?! Çox qeyri-adi bi hiss, bir enerji gəlmişdi bizə... Məsələn, mən istəyirdim ki, məhz Bağırlı dağının başına çıxım, orada Ələkbərov Ələddin düşmənə əsir düşməmək üçün özünü partladıb, o yeri bir də görüm... 
Amma 4 gün az oldu... İstərdik ki, 40 gün də o gözəl, həm də müqəddəs məkanları gəzək ki,  şəhid döyüş yoldaşlarımızın ruhlarıyla bir növ ünsiyyətdə olaq və onları dönə-dönə, doyunca anaq...
 
Sultan Laçın
Oxşar xəbərlər
N.Tusi adına Klinika
28 Oct 2021 | 23:28
Ərdoğan İtaliya və Böyük Britaniyaya gedir
28 Oct 2021 | 23:17
Erməni deputatın sualı Paşinyanı özündən çıxardı - VİDEO
28 Oct 2021 | 22:38
Feysbukun adı dəyişdi
28 Oct 2021 | 22:32
“Səbrimiz tükənir” - Paris Londonla ticarət müharibəsinin bir addımlığındadır…
28 Oct 2021 | 22:23
Erməni mafiyası: Aşotu Avropaya burax - VİDEO
28 Oct 2021 | 22:21
Türkiyə şəhid verdi
28 Oct 2021 | 22:17
Fransa “Bayraktar”lara görə Ukraynaya qarşı çıxdı
28 Oct 2021 | 22:15
Bakı Olimpiya Stadionu Türkiyə bayrağı ilə işıqlandırılacaq
28 Oct 2021 | 21:48
Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
28 Oct 2021 | 21:28
Gəncədə lisey tələbəsi bıçaqlanıb
28 Oct 2021 | 21:21
“Qardaş respublikaya pay” nə deməkdir? - Nikolun şok etirafı
28 Oct 2021 | 20:32
“Qarabağdan sonra çoxları bu silahdan qorxur və düz edib qorxur...”
28 Oct 2021 | 20:28
Sarkisyan sərhədlərlə bağlı Putinə məktub yazıb
28 Oct 2021 | 20:24
Avropa Şurası məhkəmə-hüquq sahəsində islahatları maraqla qarşılayır
28 Oct 2021 | 20:19
"Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqları sırasındadır"
28 Oct 2021 | 20:16
Naməlum şəhid qəbirlərinə yeni başdaşı qoyulacaq - RƏSMİ
28 Oct 2021 | 20:14
Paşinyan rusiyalı generalla regionu müzakirə etdi
28 Oct 2021 | 20:01
Havanı təmizləyən avtomobil təqdim edildi - “Mercedes-Benz”dən YENİLİK - FOTO
28 Oct 2021 | 19:58
“Məndən yaşda da, sənətdə də balaca olsa da, bütün sirrimi, dərdimi Təyyarla bölüşürəm”
28 Oct 2021 | 19:54
Dünyanın ən bahalı boşanması reallaşacaqmı? - Dubay Şeyxinin məhkəməsi başladı...
28 Oct 2021 | 19:52
"Türkiyənin Qarabağın bərpasında da səmərəli fəaliyyəti qardaşlığımızın təcəssümüdür"
28 Oct 2021 | 19:29
Azərbaycanın Baş naziri Türkiyənin vitse-prezidentini təbrik edib
28 Oct 2021 | 19:27
Kriştianu Ronaldu 5-ci dəfə ata olacaq
28 Oct 2021 | 19:17
Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb
28 Oct 2021 | 19:07
“Boş-boş çərənləmək yox, işləmək lazımdır...” - Onişenkodan Jirinovskiyə tövsiyə...
28 Oct 2021 | 18:47
Şəhidlər Zəfər salnaməsinin unudulmaz qəhrəmanlarıdır
28 Oct 2021 | 18:46
"Qız pivə ilə arağı qarışdırdı, sevişdik" - Bakıda zorlamaya görə 3 il həbsdə yatan şəxs günahsız çıxdı
28 Oct 2021 | 18:36
Mingəçevir Texniki Humanitar Liseydə əyani tədris dayandırılıb
28 Oct 2021 | 18:32
“Kalmar oyunu”: 1xBet də mövsümün ən dəbli serialına mərclər
28 Oct 2021 | 18:20
Rusiya XİN: Bütün tərəflər Qarabağla bağlı Üçtərəfli İşçi Qrupun fəaliyyətini yüksək qiymətləndirir
28 Oct 2021 | 18:17
Niderland Krallığında yaşayan şəhid bacısı qardaşının şəhid olduğu yerə getdi-VİDEO
28 Oct 2021 | 18:10
Yaxınlaşan ürək tutmasının əlamətləri hansılardır?
28 Oct 2021 | 18:08
Gəncədə ata və övladlarının ölümünə səbəb olan hadisə necə baş verib? - TƏFƏRRÜATI + VİDEO
28 Oct 2021 | 18:04
İngilis nəşrindən sensasion Qarabağ iddiası: “Ərdoğan “baş düşməni”nə...”
28 Oct 2021 | 18:02
Niderlandda  yaşayan şəhid bacısı 28 il sonra doğma Ağdamını ziyarət etdi…-VİDEO 
28 Oct 2021 | 17:59
“Revanşist qüvvələr sona qədər dirəniş göstərəcəklər, amma...”
28 Oct 2021 | 17:50
“Yaşar bank yarıb, yoxsa mafioz olub?“ - Xanımından sərt sözlər
28 Oct 2021 | 17:48
Dəhşətli cinayət - Şəbnəmin ölüm səbəbi bəlli oldu - VİDEO
28 Oct 2021 | 17:37
"Azəriqaz" İB Siyəzən rayonunda sahibkarlarla görüş keçirib - FOTO
28 Oct 2021 | 17:36
Azərbaycanda daha 2420 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb
28 Oct 2021 | 17:32
Bərdə bombardımanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR
28 Oct 2021 | 17:21
Cavid Hüseynov qazini “Cəbrayıl”a transfer etdi - RƏSMİ
28 Oct 2021 | 17:17
Zəngəzur dəhlizilə bağlı Çinin, Rusiyanın və Avropa Birliyinin mövqeyi - AÇIQLAMA 
28 Oct 2021 | 17:03
"Müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun növbəti iclası keçirilib
28 Oct 2021 | 16:42
"Damlanın fotolarını heç bəyənmirəm"
28 Oct 2021 | 16:40
Sabahdan intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
28 Oct 2021 | 16:30
Atası neft fontanında öldü, Səməd Vurğun onu sevdiyi qıza qovuşdurdu, nökərçilikdən ən yüksək vəzifələrə qalxdı...
28 Oct 2021 | 16:23
"Şuşada çiynindən yaralanıb, yarasını sarıyaraq döyüşə davam edib və snayperlə vurulub..."
28 Oct 2021 | 16:15
Qənirə Paşayeva Qaraqalpaqıstanda 44 günlük Vətən Müharibəsindən danışıb - VİDEO
28 Oct 2021 | 16:09
UNEC-də XVI Beynəlxalq Strateji İdarəetmə beynəlxalq konfrans işə başlayıb
28 Oct 2021 | 16:03
Cəmi 2 belə təyyarə, 48 raket və bütün donanma “suyun dibinə” gedir... - “FORBES” ABŞ-IN HƏRBİ PLANLARI HAQDA
28 Oct 2021 | 16:00
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin ən yaxşı gəmilər divizionu müəyyənləşib - VİDEO
28 Oct 2021 | 15:59
Şəhid Babək Səmidlinin adından saxta səhifə açaraq insanlardan pul tələb edən şəxs saxlanılıb - VİDEO
28 Oct 2021 | 15:57
Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR
28 Oct 2021 | 15:55
Bu şəxslər 4-cü doza vaksin vurdura bilər - RƏSMİ
28 Oct 2021 | 15:53
Nadir Qafarzadə həmkarlarını qınadı: “Savadsız çıxışları ilə özlərini biabır etdilər...”
28 Oct 2021 | 15:38
"Nar" qazi müəllimlər haqqında kitabın çapına dəstək olur
28 Oct 2021 | 15:35
İrəvan Qarabağa “ordu” üçün gizli pul göndərir – Sensasion detallar
28 Oct 2021 | 15:31
"Şura ümidləri doğrultmadı demək, bir qədər ədalətsizlik olardı" - Sədr müavini  
28 Oct 2021 | 15:28
"Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir"
28 Oct 2021 | 15:22
Mirqasımov küçəsində “Yaşıl vadi”də olay... - "Bizi gecə saat 12 də məhkəməyə çağırıblar"
28 Oct 2021 | 14:59
MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının 34-cü iclası keçirilir
28 Oct 2021 | 14:56
“Təqdim eləyən də istədi ki, Firuzənin durumunu görsünlər, əməyini nəzərə alsınlar...”
28 Oct 2021 | 14:43
"Əgər Ermənistan 15 ədəd “Bayraktar-TB2” PUA-sını yerə endirərək zərərsizləşdiribsə..."
28 Oct 2021 | 14:41
“BDU rektorunun rəhbəri olduğu bu layihə erməni faşizminin ifşası baxımından böyük önəm kəsb edir”
28 Oct 2021 | 14:25
Ermənistanda sərhədyanı məntəqədə qumbara partlayıb, 4 hərbçi yaralanıb
28 Oct 2021 | 14:23
““Rolls Royce”un üçünü birdən sürməliyəm“ - Əməkdar artist
28 Oct 2021 | 14:14
“Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirdi
28 Oct 2021 | 14:13
Prezident: "Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır"
28 Oct 2021 | 14:10
“Nəfsinə qul generalların hakimiyyəti...- Koronavirusdan qorxulusu budur...”
28 Oct 2021 | 13:58
Məleykə Abbaszadə özəl kursları tənqid etdi
28 Oct 2021 | 13:46
“Bu cür gündəmə gəlmək istəsəydim, yazardılar ki, Yaşar Nurinin qızı lüt şəkillərlə poz verdi...”
28 Oct 2021 | 13:46
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək - FOTO
28 Oct 2021 | 13:34
İlham Əliyev Qırğız Respublikasının səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
28 Oct 2021 | 13:34
Sərkisyan: "Bunun naminə istefa verməyə hazıram"
28 Oct 2021 | 13:26
Prezident rumıniyalı səfirlə görüşdü - YENİLƏNİB + FOTO
28 Oct 2021 | 13:25
"Türkiyə bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir"
28 Oct 2021 | 13:21
“Gələn ay Qarabağa dair yekun deyil, ilkin saziş imzalana bilər” - Tofiq Zülfüqarov
28 Oct 2021 | 13:20
Sülhməramlılar 2030-cu ilə qədər Qarabağda QALA BİLƏR
28 Oct 2021 | 13:19
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib
28 Oct 2021 | 13:18
Sabah yağış, qar yağacaq, külək əsəcək
28 Oct 2021 | 13:10
Koronavirusun qurbanı olan alim - Seyidəli Məmmədlinin 70 yaşı tamam oldu
28 Oct 2021 | 13:01
“Reytinq xalqın deyil, kütlənin zövqünə uyğun qurulursa, çirkin mövzular gündəm olacaq...”
28 Oct 2021 | 12:57
Zahid Oruc: “Zəngəzura açılacaq yol, Şuşaya aparan Zəfər yolunun davamıdır”
28 Oct 2021 | 12:46
Bakıda əl qumbarası tapılıb
28 Oct 2021 | 12:41
"Ayaqlarımın bu torpaqlara dəydiyinə hələ də inana bilmirəm" - VİDEO
28 Oct 2021 | 12:39
Məleykə Abbaszadə: "Gələn il qəbul imtahanları iki mərhələdə keçiriləcək"
28 Oct 2021 | 12:27
"Bir qardaş olaraq hər kəsə Dilarə kimi bacı arzu edirəm..."
28 Oct 2021 | 12:16
Donbas separatçıları "Bayraktar"ın qarşısında aciz olduqlarını etiraf ediblər
28 Oct 2021 | 12:14
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb
28 Oct 2021 | 12:11
Şok hadisə: Kişi arvadını yataqda çəkdi, intim görüntüləri... - Təfərrüat
28 Oct 2021 | 12:08
Suriyadakı azərbaycanlı cihadçılar “Əl Qaidə” ilə TOQQUŞDU
28 Oct 2021 | 12:06
“Qarabağda 15 “Bayraktar” zərərsizləşdirilib” - Rusiyalı ekspert
28 Oct 2021 | 12:04
"Ermənistanla münasibətlər məsələsində Azərbaycanla məsləhətləşmələr aparırıq"
28 Oct 2021 | 12:03
“Şəhid anasını qəbul etməyən, onu get-gələ salan icra başçıları cəzalandırılmalıdır"
28 Oct 2021 | 11:56
"Kim arvadından, ərindən boşanmaq istəyirsə, getsin məhkəmədə boşansın, televiziya boşanma yeri deyil"
28 Oct 2021 | 11:53
Prokurorluq Ağdamda tapılan skeletləri ARAŞDIRIR
28 Oct 2021 | 11:52
Mövlud Çavuşoğlu: "Türkiyənin “F-35” və “F-16” qırıcıları ilə bağlı alternativləri var"
28 Oct 2021 | 11:40
İşğaldan azad edilmiş ərazidə qolları məftillə bağlı kişi və qadın meyiti tapıldı - VİDEO
28 Oct 2021 | 11:39
Türkiyədə məktəb direktoru: “Onlayn  təhsil  telefonun  enerjisi bitənə qədərdir”
GÜNLÜK
28 Oct 2021 | 14:43
"Əgər Ermənistan 15 ədəd “Bayraktar-TB2” PUA-sını yerə endirərək zərərsizləşdiribsə..."
28 Oct 2021 | 08:39
Maksim Musayev haqq dünyasına qovuşdu...
28 Oct 2021 | 07:53
Azərbaycan ərazisində çəkiliş aparan erməni saxlanıldı və...
28 Oct 2021 | 09:22
XTQ və Komando hissələrinin fərqi...
28 Oct 2021 | 12:06
“Qarabağda 15 “Bayraktar” zərərsizləşdirilib” - Rusiyalı ekspert
28 Oct 2021 | 15:22
Mirqasımov küçəsində “Yaşıl vadi”də olay... - "Bizi gecə saat 12 də məhkəməyə çağırıblar"
28 Oct 2021 | 10:01
"Ərəbcə danışa bilməyib Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən?"
28 Oct 2021 | 10:57
"Ermənistan keçən ilki atəşkəsin şərtlərinə əməl etsə, nəinki uduzmaz, hətta qazanardı..."
28 Oct 2021 | 10:32
“Bu məlumatı dərc edəcəyik ki, bütün dünya cinayətlərinizdən xəbər tutsun..."
28 Oct 2021 | 12:27
"Bir qardaş olaraq hər kəsə Dilarə kimi bacı arzu edirəm..."
HƏFTƏLİK
25 Oct 2021 | 16:21
"Atam dünyasını dəyişəndə Zeynəb Xanlarova heç başsağlığı vermədi, o ki, qalsın ki, bu gün əlaqəmiz olsun"
22 Oct 2021 | 11:41
“Rusiya bu gün bizim, dəqiq, dostumuz deyil... O, rəzil bir xaindir...” – Bunu biz demirik...
24 Oct 2021 | 23:23
"Restoranı almamışıq, kirayə tutub işlədirik"
24 Oct 2021 | 00:19
“Canəliyə kinim yox idi, olub-keçəni unutmuşdum, ölümünə də sarsılmışam”
23 Oct 2021 | 22:22
Macarıstandakı sabiq səfirimiz Ramil Səfərovun necə ekstradisiya olunduğundan yazır...
27 Oct 2021 | 10:23
22 il öncə parlamentdə baş vermiş terror aktının sifarişçisi hələ də tapılmayıb...-VİDEO
22 Oct 2021 | 19:42
“Azadlıqda həbsxanadan daha çətin olacaq” - Ən nüfuzlu qanuni oğru sərbəst buraxıldı...
22 Oct 2021 | 18:38
"İşgəncə verilən və həbs olunanların çoxu Aprel döyüşlərində xüsusi şücaət göstərənlər idi..."
26 Oct 2021 | 13:36
"Ermənidən yaxşı millət yoxdur, amma bir şərti var, gərək...”
25 Oct 2021 | 15:17
"Şəxsi qənaətimə görə, əgər ermənilər noyabrın 10-da təslim aktına imza atmasaydılar..."
AYLIQ
28 Oct 2021 | 14:43
"Əgər Ermənistan 15 ədəd “Bayraktar-TB2” PUA-sını yerə endirərək zərərsizləşdiribsə..."
28 Oct 2021 | 08:39
Maksim Musayev haqq dünyasına qovuşdu...
28 Oct 2021 | 07:53
Azərbaycan ərazisində çəkiliş aparan erməni saxlanıldı və...
28 Oct 2021 | 09:22
XTQ və Komando hissələrinin fərqi...
28 Oct 2021 | 12:06
“Qarabağda 15 “Bayraktar” zərərsizləşdirilib” - Rusiyalı ekspert
28 Oct 2021 | 15:22
Mirqasımov küçəsində “Yaşıl vadi”də olay... - "Bizi gecə saat 12 də məhkəməyə çağırıblar"
28 Oct 2021 | 10:01
"Ərəbcə danışa bilməyib Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən?"
28 Oct 2021 | 10:57
"Ermənistan keçən ilki atəşkəsin şərtlərinə əməl etsə, nəinki uduzmaz, hətta qazanardı..."
28 Oct 2021 | 10:32
“Bu məlumatı dərc edəcəyik ki, bütün dünya cinayətlərinizdən xəbər tutsun..."
28 Oct 2021 | 12:27
"Bir qardaş olaraq hər kəsə Dilarə kimi bacı arzu edirəm..."