“18+ işarəsi pornoqrafiya demək deyil...”
Oxunub: 4028
13 Feb 2021 | 12:10
“18+ işarəsi pornoqrafiya demək deyil...”

Ramal Devran Hüseynov: “Yalan danışmayın, riyakarlıq etməyin, siz vətənpərvər verilişlərə baxmırsız”


“Bu televiziya rəhbəri hələ də anlamayıb ki, o zavod müdiri deyil, televiziya müdiridir”

 

Bu günə qədər aparıcısı olduğu layihələr geniş tamaşaçı auditoriyası qazanıb. O,  sözünün kəsəri olan və müzakirə etdiyi mövzuların aktuallığı ilə daima diqqət məkəzində qalmağı bacaran aparıcılardandır. Moderator.az-ın qonağı tanınmış aparıcı Ramal Devran Hüseynovdur. 

- Pandemiya və II Qarabağ müharibəsində əldə etdiyimiz qələbədən sonra yeni bir dönəmin başladığı deyilir.  Yeni dünyanın qaydalarının da fərqli olacağı gözlənilir və burada yalnız bir nüans önə çıxacaq-Peşəkarlıq. Siz buna nə qədər inanırsınız? 

 

- Əvvəla bu sualı icazənizlə hissələrə bölüb cavablandıracağam. Çünki bir sualda bir neçə geniş müzakirə edə biləcəyimiz mövzular var. Başlayaq yeni növ “Korona” virus pandemiyası ilə. Korona virusu ilk əvvəl yayılma sürəti və coğrafiyasına görə epidemiya kimi qəbul edilsə də, insanların bilgisizliyi və qaydalara tabe olmaq istəməməsi ucbatından təəssüf ki, pandemiya halını aldı. Tarix boyu epidemiya həddinə çatan xəstəliklər olub və onlardan bir neçəsi pandemiya mərhələsinə keçib. Vaksinlər tapılıb və insanlıq bu sürəci atladıb. Əlbəttə ki, insanlıq bu sürəcdən hansısa nəticələr çıxarmalı olub və düzənini yenidən qurub. Yəni hansı mərhələlərdən keçiriksə keçək ordan qazanclı çıxmalıyıq və yaşamağa davam etməliyik. Elə də edirik. Baxmayaraq ki, bu virus ilk aşkar edildiyi gündən bu yana müxtəlif alimlər tərəfindən müxtəlif cür şərh edildi. Hərə bir versiya irəli sürdü, amma olacaqların önünə keçə bilmədik. Nəticədə pandemiya ilə mübarizə üçün vahid qaydalar tərtib edildi və hər kəs bu qaydalara əməl etməli oldu. Pandemiyadan dolayı deyilən yeni dünya düzəni bundan sonra necə olacaq bunu birlikdə yaşayaraq görəcəyik. Bu haqda olan versiyalar gerçəkləşmədiyi üçün hələ ki versiya statusundadır və olmayan bir şey haqqında deyəcəyim hər bir fikir yenə versiya olaraq qalacaq. Bundan sonrakı mərlələni yaşayarıq görərik.

O ki, qaldı ikinci Qarabağ savaşına, bu isə Azərbaycan üçün yeni bir dövr olaraq qiymətləndirilə bilər. Çünki, Qarabağ problemi müstəqilliyimizi elan etməyimizlə birlikdə yaranan vəziyyət idi və bir ərazi bütövlüyü baxımından tam müstəqil ola bilməmişdik. İkinci Qarabağ savaşından və qalibiyyətimizdən sonra yarım qalan işimizi tamamlamış olduq və zəncirləri qırdıq. Müstəqilliyimizi və ərazi bütövlüyümüzü tamamladıq. Şəxsən mənim üçün müstəqilliyimizin tamamlandığı tarix oldu. 30 il əvvəl müstəqil olmaq üçün yola çıxdıq, lakin 30 ilə tamamladıq. Bundan sonrakı coğrafi olaraq ərazi bütövlüyünü bərpa etmiş, bütöv Azərbaycan mərhələsinə qədəm qoymuşuq. Azərbaycan sərhədlərini tamamlamaq üçün keçdiyimiz bu 30 ili isə keçid dövrü də daxil sancılı proses olaraq qiymətləndirirəm. Zaman gəldi və oldu. Amma bu dövrə qədər "Lazım gələrsə" torpaqlarımızı müharibə yolu ilə azad edərik cümləsi hamımızı bezdirmişdi. Axır ki, illərlə gözlədiyimiz o "Lazım" gəldi. Bu “lazım” özü ilə yalnız müharibə yox, həm də birlik, bərabərlik, sevgi, dostluq, yardımlaşma, türklük ruhu, mərdlik, savaş əzmi gətirdi. O tay, bu tay Azərbaycanı birləşdirdi. Dostu düşməni göstərdi, müxalifəti iqtidarla birləşdirdi. Xalqı prezidentlə, prezidenti xalqla birləşdirdi. Ölkə prezidentini sərkərdə etdi. Lazım gələndə, Canımızı, malımızı vətən uğrunda fəda edə bildiyimizi də göstərdi. 

İllərlə özümüzün özümüzə haqsızlıq etdiyimizi göstərdi. Göstərdi ki, özünüzü çox da həfifə almayın, siz heç də özünüzü bütün günü söydüyünüz, tənqid etdiyiniz kimi deyilsiniz. Sadəcə zamanı gəldi və bu çətinlik bizə özümüzü yaxşı görək deyə bir ayna tutdu. İndi o aynadakı yansımada özümüzü gördük. Necə bir şanlı millət, xalq olduğunuzu gördük! Qəhrəmanlıq dastanı yazdığınızı gördük. Tək biz yox, bütün dünya gördü. Bizə, yəni yeni nəslə bu problemləri qoyan əvvəlki əzbərçi nəsildən daha üstün olduğumuzu göstərdik. Biz bəlkə tarixi əzbərləyə bilməyib, 2 qiyməti alırdıq, amma "Lazım" gəldiyində tarix yaratmağı, tarix yazmağı və yazdırıtmağı yaxşı bildiyimizi göstərdik. Bu baxımdan özümüzlə qürur duya bilərik.

Bu zamana qədər yaradılan bütün problemlər indiki hakimiyyətin üzərinə yük olaraq qoyulmuşdu və ölkə rəhbəri çox böyük iradə ortaya qoyub hər kəsin Azərbaycan üçün yaratdığı problemi həll etməyi üzərinə götürdü və prezident də bunu bizlərlə etdi. Əvvəlki nəslin bəyənmədiyi həmin yeni nəsillə. Birləşib bütünləşə bildik. Arındıq, içimizdəki iltihablardan təmizləndik. Bundan sonrakı düzənimizi də bu cür birlik və bərabərliklə qurmalıyıq.

 

- Bu gün Azərbaycan televiziyasında, mətbuatında o yeniliklərin şahidi olursunuzmu? Yoxsa dəyişən ancaq rəhbərliklər və həmin rəhbərliklərin gətirdikləri öz çevrəsindən başqa bir şey deyil?  

 

- Bu sualın qısa cavabı, bəlidir. Biraz izah et desəniz, izahıda budur: Yenilik dediyiniz zaman nəyi nəzərdə tutduğunuza bağlıdır. Yenilik, yeni simalar, yeni dekor, dizayn və hər il yeni logo düzəltməklə olmur. BBC, EuroNews illərlə eyni loqo, eyni rənglərlə yayımlanır. O zaman onlar bizim AZTV, İTV və digər TV-lərimizdən az bilir və yenilik edə bilmir? Çox yaxşı da bilir, demək ki, yenilik bu deyil. Mənim üçün yenilik o olardı ki, TV lərimiz peşəkarlara qapı açardı. Bizim televiziyalarımız hazırda göz boyamaqla məşğuldur. Gözəl evcik-evcik oyunu oynaya bilirlər. Gələn beyin dəyişdirmək əvəzinə aparıcı, studiya dekoru, loqo dəyişməklə məşğuldur. Bu tam olaraq təyin olunan televiziya rəhbərlərinin problemi olmasa da, qismən onların problemi sayılır çünki, tam olaraq televiziyaçı deyillər. Televiziya ilə nə vaxtsa əlaqəli olmaq hələ peşəkar televiziyaçı olmaq demək deyil. Geri qalan səbəb isə televiziyaya nəzarət edən qurumlardan qaynaqlanır çünki, o qurumlar televiziya rəhbərindən tələb etdiklərinin forma və üslubunun TV həllini bilmirlər. TV rəhbərləri də peşəkar olmadığı və ətrafına peşəkarları deyil, xoşuna gələn adamları yığdığı üçün qarşısında duran priaritetləri və tapşırıqları savadlılar, peşəkarlarla deyil, savadsız gözəlçələrlə yerinə yetirir və nəticədə bu həlli tapa bilmir. Amma öz aləmində guya tapdığını hesab edir. Bizim də gözümüzə yeni studiyaları soxurlar ki, mən və mənim gənc kamandam gəldik və müasir kanal qurduq. Müasir kanal sadəcə vizual olur? Vizuallıq televiziyanın tələbi və işidir. Sən bunu onsuzda etməlisən. Burda söhbət nəyin vizuallığından gedir? O vizuallıq nəyə xidmət edir? Gözəlliyə? Axı televiziyanın işi ancaq gözəllikləri göstərmək deyil. Əyləncəyəmi? Nəyin vizuallığından söhbət gedir? Həyatın reallığına dair vizuallıq yoxdur. Azərbaycan televiziya rəhbərlərinin peşəkar fobiası var. Heç biri əsil televiziyaçını müavin səviyyəsində demirəm, heç olmasa departament direktoru səviyyəsində belə işə götürmür. Səbəb? Guya yaş faktorunu əsas götürürlər, amma əslində gerçək səbəb başqadır. Öz qeyri-peşəkarlıqlarının günahını peşəkarlardan çıxırlar. Onlara hörmət etməlidirlər axı. Yüksək maaş verməlidirlər, onlar əmrlərinin sorğu-sualsız, müzakirəsiz icrasını tələb edirlər, amma qarşılarında peşəkar olanda onunla professional müzakirə edə bilməyəcəklər. Peşəkar televiziyaçı onların şəxsiyyətinə pərəstiş etməycək, çünki özünə və peşəkarlığına güvəni var. Bir sözlə televiziyada şəxsiyyətlərin formalaşmağına yönəlik deyil, onların sürgününə hesablanmış strategiya izlənilir.

Məsələn sizə misal çəkirəm. Bir televiziya rəhbəri deyib ki, mənim efirimdə yaşlı və gözəl olmayan insanlar olmayacaq. Lap yaxşı, olmasın. İndi təsəvvür edin. Yaşlı, savadlı bir tamaşaçı ekran qarşısında əyləşib çox önəmli bir hadisəni, müzakirəni ya da xəbəri 20 yaşında bir gözəl amma savadsız bir qızdan eşidir. Bu gözəl qız istər həyat, istərsə də savad baxımından qarşısısındakı tamaşaçıdan üstünlüyü yoxdur, öz sahəsində şəxsiyyət olaraq formalaşmış və qəbul edilmiş biri deyil. Bu zaman sual verirəm. Televiziya rəhbərinin “bu yeni və gözəl simadır, bunu efirə çıxaracam” deməsi hansı yenilik və müsbət dəyişiklikdir? İnformasiyaya və informasıyanı ötürən birinə inanmasa tamaşaçı niyə baxsın ki? Gözəl qız görmək istəyən insanlar bunu kənarda da görər. Vaxtını, ona ait olmayan şeylərə xərcləməz. Çünki televiziyada özünə aid olan heç nə tapmır.  Nə özü, nə çatdırdığı məlumat tamaşaçını qane etmir. Belə olduğu halda o TV rəhbərindən soruşuram, savadsız, xəbəri üzündən belə güclə oxuyan, nə oxuduğunu dərk edə bilməyən ya da müzakirə etdiyi mövzunu bilməyən, müzakirə formasını bilməyən, çatdırdığı informasiyaya özü belə inanmayan, inanadıra bilməyən, boş baxışlarla gözümüzün içinə baxan həmin o gözəl qızın ya da oğlanın gözəlliyinə hansı yerə qədər güvənib yatırım edəcəksiniz? İkinci sualım: Siz, efirində qocaman, təcrübəli, savadlı kadrları efirə çıxaran dünya kanallarının sahiblərindən dahamı ağıllısınız? Gözəlliyə önəm vermək onların ağlına gəlməyib, sadəcə sizinmi kəşfinizdir? Sis vizuallığınızı, standartlarınızı hansı kanallara baxıb götürürsünüz və hansı kanallarla müqayisə edirsiniz? Hər tamaşaçı da yaxşı bilir ki, hədəfiniz dünya kanallarıdır və əyalət kanallarına oxşamaq üçün dəyişiklik etmirsiniz. O zaman necə olur ki, siz o televiziyalara baxanda sadəcə gözəlliyi görə bilirsiniz? O gözəlliyin nəyə xidmət etdiyini necə görməzdən gəlib tamaşaçının başını aldada bilərsiniz? Xarici görkəminizi dünya kanalları ilə uyğunlaşdırmağa can atarkən, təfəkkürünüzü əyalət səviyyəsində saxlamaqla yenilik etmiş olmursunuz.

 

- Hesab edirsiniz ki, televiziyalarımızda çalışan savadlı gənclər yoxdur? 

 

- Əlbəttə ki var. Amma onlar ya o qədər azdır ki, işləri görünmür, qərar verib icra edə biləcək mövqedə deyillər, ya da mübarizə aparmaqdan yorulub, işindən olmasın deyə məcburən ona deyiləni etməklə gününü keçirir.

Bu sahədə mütəxəssis yetişdirmək illər alır. İlbəil televiziya sahəsində idarəçilik daha da pisləşir. Müstəqilliklə birlikdə yaranan televiziyaları gözünüzün önünə gətirin. İndi hörmət etdiyiniz və dəyər verdiyiniz, şəxsiyyət olaraq qəbul etdiyiniz bütün jurnalistlər o dövrdəki televiziyaçıların və TV sisteminin yetişdirdiyi nəsildir. Bəs yeni dövr simalar varmı? Kimləri şəxsiyyət olaraq qəbul edirsiniz? Sima olaraq tanıya bilərsiniz, amma birinci kateqoriya ilə müqaisə edərsinizmi? TV sisteminin bu kadrları yetişdırməyə illəri və kapitalı gedib. Hazırkı dövrdə dəyişən hər yeni televiziya rəhbərləri bu illərlə qazanılan təcrübəni çölə atmaqla məşğuldur. Əlindəki dəyərlini dəyərsizləşdirmək strategiyasını izləyir. Bunun nəticəsidir ki, tanıdığım o qədər peşəkar var ki, onlar başqa sahələrdədir. 

Yeni və savadlı gənc nəsil yoxdurmu? Var əlbəttə, lakin Yeni və savadlı gənclər TV də deyil axı. Onlar bu təfəkkürdə idarəçiləri olan TV sektoruna niyə gəlsin ki? Savaşına xərclədiyi zamanı və kapitalı pula çevirmək istəyir. Televiziyada əsəblərini korlamaq yox. Həm də biraz əvvəl dedim axı, televiziya rəhbərlərinin peşəkar və savadlı kadr fobiyası var. Hər sahədə özündən ağıllıya dözümsüzlük var deyə bunu yanaşmanı TV kimi əhəmiyyətli bir yerə gətiriblər. Öz işığına güvənməyən insanlar başqasının parıltısından qorxar. Savadlı gənclərin televiziyada olmamasının digər səbəbi isə, heç bir savadlı və peşəkar kadr aşağı maaşla televiziyada qul rəftarı ilə çalışmaz. 

 

- Televiziyada işçilərlə qul kimi rəftar edirlər?

 

- Ola bilər ki, quldarlıq dövründəki kimi yox, amma bunun müasir formasında. Bunu da izah edim. Həmin o televiziya rəhbəri  hamı deyir ki, o gəldi və televiziya düzəldi. Adını ona görə çəkmirəm ki, elə düşünməsinlər ki, onu hədəf alıram və qərəzliyəm. Qətiyyən, onun yanaşması elə demək olar ki, digərlərinin də yanaşması kimidir. Həmin rəhbər həmsöhbət olduğu insanların yanında deyib ki, mən kanalımda kənardan gələn bir aparıcı olsun istəmirəm. Çünki, lazım olanda onu cəzalandıra bilməyəcəm. Əlimin altında olmalıdır ki, onu cəzalandıra bilim. 

Bu televiziya rəhbəri hələ də anlamayıb ki, o zavod müdiri deyil, televiziya müdiridir. Televiziyada səhvlər savadsızlıqdan və qeyri-peşəkarlıqdan baş verir. Sən işini, “səhv etsə  cəzalandırım” prinsipinə uyğun qurmaqdansa, “maksimum az səhv” prinsipinə uyğun qursaydın o zaman peşəkarları önəm verəcəkdin və onları ətrafına toplayacaqdın. Və az səhv edən televiziya qura bilərdin. Bu olardı yenilik. 

Bizim televiziya rəhbərlərinin isə kriteriyaları fərqlidir. Gözəl olsun, gənc olsun, az maaşa işləsin, nə desəm “baş üstə” desin. “Baş üstə” məntiqi heç zavod, fabrik sistemində də yoxdur. Hər zavodda və fabrikdə işi aparan mühəndislərdir, mütəxəssislərdir və ona tabe olanlar da o işi ən yaxşı o bilir deyə tabe olur. Zavod müdiri də işi yaxşı getsin deyə mütəxəssis gətirir ki, istehsalı keyfiyyətli olsun. İndi televiziyalarımız zavod qədər də olmadı? Niyə mütəxəssis işlətmir ki? 

Televiziyada layihə hansı sahənin olursa olsun mənbə, istinad nöqtəsi elm və bilgidir. Əgər televiziya rəhbərinin etdiyi bir iş bu kriteriyalara cavab vermirsə peşəkar buna necə “baş üstə” deyə bilər? Çörəyi çörəkçi bişirir. Əgər çörək zavodunun müdiri ən yaxşı çörək bişirən mütəxəssisdirsə öz reseptini çörəkçilərə öyrədəcək və öz reseptini də tələb edəcək. Yox əgər mütəxəssis deyilsə ən yaxşı və fərqli resepti olan mütəxəssisi dəvət edəcək ki, zavodu yaxşı işləsin və sahəsində 1 nömrə olsun. İndi aclığımızı dadlı çörəklə doyduran zavod bu prinsiplə işləyirsə, ruhumuzun, beynimizin aclığını doydurmaqla mükəlləf olan televiziya niyə mütəxəssisə qapılarını bağlayır? Zavod istehlakçıya işləyir televiziya da tamaşaçıya. Zavod istehlakçıya zay məhsulu güclə yedizdirə bilər? Yox! İstehsalçı keyfiyyətli olanı alacaq. Tamaşaçı da keyfiyyətli olana baxacaq. Keyfiyyət də peşəkarda və mütəxəssisdə var. Televiziyada mütəxəssis olmadığı müddətcə heç bir yenilikdən söhbət gedə bilməz və peşəkar olmadan yenilik adına edilən bütün dəyişikliklər də yenilik adı ilə insanlara sırınan gözəl bağlamanın içində olan zay məhsuldu, göz boyamaqdı, oyun oynamaqdı, baş aldatmaqdı. Eyni konfetin bənövşəyi rəngidir. 

 

- “Dalan 18” adlı yeni layihəniz qısa müddət ərzində tutarlı oldu. Bizdə isə reytinq dedikdə bayağı musiqiçilərin iştirak etdiyi verilişlər nəzərdə tutulur. Reytinqlə onların adları bir çəkilir. Məşhurların iştirak etmədiyi verilişlər reytinq yığmaq çətin deyil ki?  

 

- “Dalan 18+” layihəsini birazdan izah edəcəm, amma bundan əvvəl bayağılıq və reytinq məsələsinə toxunmaq istəyirəm. Əvvəla mən bu sözü istifadə edənlərin səmimiyyətinə inanmıram. Bayağı sözü hər kəsin dilinə düşüb hamı təkrarlayır. Girin istənilən platformada hər kəsin bayağı dediyi musiqi ya da layihəyə baxın. Görün nə qədər baxılır. Bayağıdırsa və bəyənilmirsə niyə baxırlar? Baxırlarsa niyə bayağı deyirlər. Bu vəziyyətdə göstərici deyilən fikirlər yox, rəqəmlər olur. Buna görə də deyilən sözlərin səmimiliyinə inanmıram. Hamının bayağı dediyi Üzeyir Mehdizadə ilə Azərbaycanın pop ulduzu Aygün Kazımova duet oxudu. Niyə oxudu? Ona görə cəmiyyət nədirsə televiziyası da odur, layihələr də odur. Bu çox uzun müzakirə mövzusudur və bunu müzakirə etməyi lazımsız və boş yerə zaman itkisi hesab edirəm. 

Reytinq isə başdan ayağa bir oyundur. İstər biz televiziyaçılar, istərsə də tamaşaçılar, ölkə üzrə kimliyi, statusu, kateqoriyası bilinməyən 400 ailənin evdə televiziyasına və pultuna quraşdırılan bir sistemin oyununun qurbanıyıq. Heç bir şəffaflığı və ədalətliliyi olmayan bir sistem. 

Gələk yeni layihəm olan “Dalan 18+” -a. Layihəmiz ona görə səs gətirdi ki, biz səmimi olduq və real həyatı göstərdik. "Dalan 18 plus" layihəmiz yayımlandığı ilk bölümündən etibarən cəmiyyətdə böyük səs-küyə səbəb oldu. Mən bu işə başlayanda ziyalı dostlarımız mənə sual verdi. Səncə cəmiyyətin əyriliklərini göstərmək lazımdırmı? Buna nə ehtiyac var? Məqsədin nədir? Nəyə nail olmaq istəyirsən? 

Mən də onlara əks sual verdim. Nə üçün gizlətməliyik? Gizlətməklə siz nəyə nail olursunuz? Nə üçün gizlətməklə əxlaqsızlığa daha da geniş imkanlar yaradırsınız? Səhvlər izah edilərək, cinayətlər cəza verilərək düzəldilir. Maariflənmə istəyirsiniz amma maariflənmənin istiqamətlərini hələ müəyyənləşdirməmisiniz. Maariflənmə tarix, ədəbiyyat, kimya, biologiya deyil. Elm öyrənməklə maariflənməni ayırd etməyi bacarmayan insanlara bunları izah etmədiyimiz üçün heç nəyi dəyişə bilmirik. Tv universitet ya da məktəb deyil ki, sizi elmləndirsin. Bu ümumilikdə tv-nin funksiyalarından sadəcə biridir, tamamı ya da bütünü, əsası deyil. Həyata və insana dair nə mövzu və problem varsa bunu peşəkarca, standartlara uyğun müzakirə edib insanlara məlumat verməkdir həm də maarifləndirmək.

Biz cəmiyyətin toxunmağa qorxduğu, müzakirə etməsindən çəkindiyi, baxmağa ürək etmədiyi və ən əsası bəzi saxtakar, yalançı, riyakar "mentalitetçi", "əxlaq, namus keşikçiləri"nin əxlaqsızlığın təbliğatı kimi hesab etdiyi, amma əslində həyata, hadisələrə və problemlərə güzgü tutub cəmiyyətin əsil reallığını səhvləri və doğruları ilə əsil üzünü özünə göstərən mövzuları standartlara uyğun işləməyi qarşımıza məqsəd qoymuşuq. 

Peşəkar televiziyaçı üçün toxunulmaz, qadağa olunmuş, müzakirə olunmayacaq mövzu yoxdur. Düzgün və peşəkar yanaşma, forma və üslub olduqdan sonra yerdə və göydə nə varsa hər mövzu müzakirə oluna bilər. 

Mən mövzulardan qorxmuram, çünki müzakirəmi, söhbətimi standartlar və qaydalara uyğun qururam. Gerçəkləri eşitməkdən qorxanlar, özünü və səhvini görmək istəməyənlər, o aynaya baxıb özünü düzəltmək yerinə aynanı qırırsa bu mənim yox, hər birimizin problemidir. Ən başda da ziyalıların. Çünki onlar zamanında əyrilikləri düzəltməyə vaxt ayırmayıb, əziyyət çəkməyib, əvəzində ört-basdır ediblər. Nə yaşanıbsa pərdələr arxasında yaşanıb və istifadəçi bir zehniyyət formalaşıb. O zehniyyət ki, ört-basdır ədəbiyyatını fürsət bilib, altdan-altdan öz işini görüb. Bu ört-basdır ədəbiyyatının nəticəsidir ki, zorlayan yox, zorlanan ayıblanır, döyən yox, döyülən, öldürən yox, öldürülən, aldadan yox, aldadılan, xəyanət edən yox, xəyanətə uğrayan qınanır, utanır, lağ edilir, sorğulanır. Beləcə faillər fəal oldu, bizi susdurdu.

 

- Cəmiyyətdə baş verən çirkinlikləri göstərməklə nəyi dəyişəcəksiniz?

 

- Mən də suala sualla cavab verirəm. Dəyişəcəyimə inanmırsınızsa ört basdır etməklə siz nə etmək istəyirsiniz? Ört basdırla, gizlətməklə düzəlirsə o zaman niyə bir nəticə yoxdur? Niyə nümunələri görüb dərs çıxarıb özümüzü düzəltməyək ki? Sizi narahat edən nədir ki? Reallıq və fakt? Faktları bilməməklə bilmək arasında cəmiyyətin əxlaqına təsir edəcən hansı fərq var? Bunların cavabını bir-bir verəcəyəm.

Bizim layihə “Youtube” layihəsidir və mövzunu çılpaqlığı ilə müzakirə edirik. Bu çılpaqlıq əxlaqsızlıq yox, məsələləri ört-basdır etmədən, hadisələri olduğu kimi, yalandan, riyakarlıqdan uzaq anlamındadır. Bizim proqramımızda söyüş hesab edilən kəlimələr proqramda söyüş olsun deyə deyil, gercəkliyin özü olduğu üçün çıxarılmır. Ayıb hesab edilən məqamların olması da yersiz və süni şəkildə yox, yaşanmışlığın drammatizmini göstərməkdir və bu qəhrəmanlarımızın hekayəsinin bir parçasıdır. 

Dediyim kimi Dalan layihəsi “Youtube” layihəsidir və 18 yaşdan yuxarı kateqoriyalı izləyici kütləsi üçündür. Verilişin əvvəlində və adında da bu xəbırdarlıq edilir. İstər “Youtube” standartlarını istərsə də TV standartlarını pozmuruq. Pozulsaydı veriliş “Youtube”dan qaldırılardı. Heç kimin əlindəki telefonu alıb onlara verilişi zorla izlətmirik və istəyənlər izləyə bilir, ayrıca 18 yaşdan aşağı kafeqoriyanın da izləməsində problem olmayan bir layihədir. Sadəcə hər bir layihə düşünüləndə onun məqsədləri və kateqoriyası dəqiqləşdirilir. 

TV haqqında qanunda da 18+ yaş kateqoriyası üçün nəzərdə tutulan standartlar var və televiziya bu standartları pozmur. 18+ işarəsi pornoqrafiya demək deyil. Bunu belə anlayan insanların beyinlərində əxlaqsızlıq var deyə 18 yaş və üstü anlamına gələn, yaş kateqoriyalarını ayıran işarəni bu kontekstdə görür. Bu layihə bütün yaş kateqoriyalarına ona görə aid edilə bilməz ki, yaşı az olanların həyat təcrübəsi, anlama, dərk etmə qabiliyyəti az ola bilər. Bunun üçün biz 18+ kateqoriyasına xitab edirik. 

İnsanların əxlaqını verilişlər yox, düşdüyü mühit pozur. Tv narkotiki, içkini, siqareti göstərmir, bəs nə üçün Azərbaycan gəncliyi şüşə, kakos dediyilən narkotik vasitələrinə qurşanıb. 16 yaşlı qızları və oğlanları kim aludəçi edib? Verilişlərmi, televiziyalarmı? Valideynlər öz yükünü və bəzən bacarıqsızlığını televiziyanın üstünə yükləməsin. Bütün günü oturub hansı müğənni kimlə gəzir buna baxırlar, amma insanlara məsləhət verən, yol göstərən, ipucları verəndə, uşaqlarınızın davranışını müşahidə edin, nələrə diqqət etməlisiniz deyəndə o bəzi küt beyinli insanlar mənə etiraz edir ki, təbliğat edirsiz. Həmin küt beyinlərə necə izah edəsən ki, maarifləndirməyin yolu açıq şəkildə məlumatlandırmaqdır. Siz əlamətləri bilməsəniz, müşahidə edə bilməyəcəksinuz, etsəniz də bir nəticəyə gəlməyəcəksiniz.

Nə qədər ailə var ki, qızının, oğlunun narkotik istifadə etdiyindən xəbərsizdir. Halbu ki, əlamətlərindən məlumatı olsa və müşahidə etsə, iş işdən keçmədən, gec olmadan zamanında müdaxilə edə bilər və daha tez xilas edə bilər övladını. Amma hər kəs susduğu üçün neçə-neçə ana balasını narkotikdən itirir. Adı da olur ürək, sudurqa və s. Amma peredoz olduğunu bəlkə də bilmirlər.

Bu sadəcə bir misal idi. Yəni, əxlaqsızlıq danışılmaqla yox, susmaqla, gizlətməklə artır. Bu cür dar düşüncəli insanlar təəssüf ki, az deyil və ortalığa düşənlər də ancaq bunlardır. Oğru doğruluqdan, əyri düzlükdən, əxlaqsız əxlaqdan, mənəviyyatsız mənəviyyatdan, rüşvətxor Allahdan, haram yeyən dindən, halallıqdan danışır. Kimdə nə yoxdursa onun xəyalını qurur. Buna uyğun misallarımız var. Oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı. Ya da pozğun yanından gəlib baş yarır. İndi bu baş yaranlar o qədər çoxdur ki,  əxlaqı, mənəviyyatı olan insanlar bunların yanında kölgədə qalıb. 

Bizim “Youtube”da yayımlanan layihəmizi televiziya yayımlayanda müəyyən senzuraya tabe edir, amma bu "əxlaq, namus keşikçiləri" öz əxlaqsızlığını insanların həssaslığınğı ilə kamuflyaj edir, həssaslıqdan sui-istifadə edir və hər məsələdə şəhidlərimiz var deyib ortaya düşür. Guya bu adam şəhidləri düşünür. Yalansa Şəhidlərin ahı tutsun səni. Sonradan da məlum olur ki, efirə çıxan insana qarşı zorakılıq törədənlərin əli ilə edilən etirazdır. Çünki, proqramdan sonra cinayət işi başlanır və cinayəti törədən cəzalanacaq. Bu kinini qusma metodu forma dəyişdirir və şəhidləri, ülvi dəyərləri bəhanə gətirib layihəyə etiraz edənlərin saxta canfəşanlığıdır. Quyruq acısı olanlar əlbəttə ki, olacaq və onlar ortalıqda ürək bulandıracaq. 

Müharibəni əsas gətirərək zorakılıq reallığına maariflənmə gözü ilə baxmayan, əxlaqsızlıq kimi qiymətləndirən insanlar zorakılığa meyilli ya da törədicisidir. Müharibə zamanı bunlar kimi düşünən insanlar kim bilir neçə-neçə oğlan və qız uşaqlarının həyatını korlayıb. O zaman müharibə getdiyini düşünməyib. Şəhidlər olanda bəlkə də neçə qadını qətlə yetirib ya da ölümünə səbəb olunub, bəlkə də zorlanıb, heç o zaman şəhidləri düşünməyiblər. Çünki heç kim bilməyib, gizli ediblər, gizli ediləndə əxlaqsızlıq deyil, amma veriliş bunların əxlaqsızlığını göstərəndə bizə şəhidlər, vətən, müharibə nağılları ilə gəlirlər. Şəhidlərin ruhu qənim olsun sizin kimi zorakılıq törədənlərə, gəncləri korlayanlara, həyat qaraldanlara. 

Televiziyada yayımlanan hər bir veriliş şəhidlərə həsr edilə bilməz. Bu işlə məşğul olan kamanda olur və onlar sırf hərbi, vətənpərvər məzmunlu verilişlər hazırlayırlar. Bu onların sahəsidi. Sevil-Sevinc bacıları, hərbi vətənpərvərlik verilişi eləməməlidir. Edə bilməzlər, olmazzzz... 

TV 24 saat yayımlanır və 24 saat şəhid, Qazi, Milli qəhrəman yayımlaya bilməz. Özəl televiziyalara heç biriniz maaşınızdan pul ödəmirsiniz ki, televiziya əməkdaşlarına o puldan maaş versin. Özəl televiziyalar pulu özü qazanmalıdır. 

Yağ zavoduna deyə bilirsinizmi bizə yağı pulsuz verməlisən, ya da çörək zavoduna? Pul ödəyib alırsınız. Tv-nin də işi veriliş istehsal etmək və satmaqdır. Siz pulsuz oturub baxırsınız amma siz pulsuz baxa biləsiniz deyə televiziya o verilişin pulunu sponsordan çıxarmalıdır. Reklam verən şirkətlər sizin pafoslu danışığınıza pul ödəmir. Hansı verilişə çox baxırsınız, ona pul ödəyir. Ödəyir ki, o verilişə baxanda öz reklamını orda versin və siz onu da görəsiz, onun məhsulunu alasınız. 

Siz vətənpərvər verlişlərə baxmırsız. Yalan danışmayın, riyakarlıq etməyin. Baxsaydınız reytinqlər gələndə sponsor o verilişi seçərdi və o verilişlər çox olardı. Hələlik reallıq Sevil-Sevinclər, Toliklər və s... dir. 

Televiziya müğənnilərin, aktrisaların şpaqat açdığı yer deyil. Televiziya peşəkarların olduğu məkan olmalıdır. Televiziyada peşəkarlar olmadığı üçün bu gün insanlar sağlam müzakirə görmür. Müzakirəni peşəkarcasına edənlər olmalıdır ki, sizə nəsə çatsın o müzakirədən, yoxsa bazar arvadlarının boş vedrə danqıltısı kimi səslərindən başqa beyninizdə heç nə qalmır.  

Peşəkarların nazını çəkmək istəməyən televiziyalar hər şeyə razı olan ucuz insanlara, ehtiyat təkər kimi olan insanlara üstünlük verəndə siz də elə bilirsiniz peşəkarlar yoxdur. 

Hər sahənin mütəxəssisi olmalıdır. Əyləncə aparan biri debat ya da sosial talk show aparanda sosial siyasət və insan taleleri də əlində əyləncə vasitəsi olacaq və siz də söyəcəksiniz. Kimin əlinin kimin cibində olduğu bilinməyən dövrdə peşəkarları itirən siz olacaqsınız. Necə ki itirmisiniz. Onlar itirməyib, siz itirmisiniz. 

Bütün bunlardan sonra xatırlatmaq istəyirəm ki, içi mən qarışıq hər birimizin narazı olduğumuz məqamlarda payımız var və hansısa televiziyanın üstünə hücum etməyə haqqınız yoxdur. Hamının ağzına söz düşüb. Ailə baxır. Sizin hakkınız evinizdədir. Pultda. Pultu götürüb çevirirsiniz və bitir iş. Uşağınızı gecə saat 11 dən sonra ekran karşısından yığışdırın, gedin nağıl kitabları oxuyun və uşaqlarınız valideyn qayğısı görsün. Uşaqlar üçün ARB Günəş kanalı var. Cizgi filmləri verir 24 saat. AZTV və AZTV mədəniyyət kanalı var. Orda dərs də keçirlər, nağıl da danışırlar. Hansı verilişi uyğun hesab etmirsinizsə çevirin adını çəkdiyim kanallara. 

Bizim layihə isə Azərbaycanda və digər ölkələrdəki bənzəri programlardan fərqlidir. Bizim program psixoloq programı deyil, arınma, rahatlaşma programı deyil, kiminsə keçmişdə yaşadığı çətin günlərini ağlayaraq danışıb bahalı avtomobilinə minib getdiyi veriliş deyil. Bizim layihə yaşadığı ya da yaşamağa məcbur edildiyi hadisələrin altında əzilən, yaşadığı problemin içində ilişib qalan, çıxa bilməyən, tərkibində cinayət olan, yəni qısacası dalanda qalmış insanlarla jurnalist müsahibəsidir. Biz insanları müalicə etmirik, pul toplamırıq, yardımlaşma kampaniyası etmirik. Proqrama qatılan qəhrəmanlarımızın əksəriyyətinin anonimliyini qoruyuruq, onların istəmədiyi heç bir sualı vermirik, veriliş vasitəsi ilə onları əzmirik, ittiham etmirik, mühakimə etmirik, qınamırıq, sual veririk və cavab alırıq. Qəhrəmanımızın yaşadığı hadisələri öz dilindən eşidirik və öz dilindən sosial, içtimai mesaj veririk. Heç bir müsahib məqsədsiz deyil və hər bir verilişdə mətnaltı mesajlar var. Anlayana təbii ki, milçək səsi saz, anlamayana isə davul-zurna da az gələr

 

- Onsuz da tamaşaçılar süni hazırlanmış, ailə-məişət mövzuları üzərində qurulmuş tamaşa tipli verilişləri kifayət qədər izləyir. 

 

- Hər bir verilişin bir məqsədi olmalıdı və izləyici kateqoriyası hədəf seçilməlidir. Hər bir veriliş öz kateqoriyası üçün hazırlanır. Heç bir layihə hamı baxsın deyə olmur. Televiziyada yayınlanmağı o demək deyil ki, hər kəs baxmalıdır. Kanalların çoxluğu da onun üçündür. Seçim haqqı verir. Əgər tamaşaçı hesab edirsə ki, o, mənim ya da bir başqa aparıcının hazırladığı verilişin kateqoriyasına aid deyil, o zaman izləməsin. Özünün aid olduğu kateqoriyada veriliş izləsin. Bununla da hər veriliş öz kütləsini tapmış olur. Bir tamaşaçı sevmir deyə, sevənləri gözardı edib hər kəsin adından fikir bildirə bilməz. Həmin o tamaşaçının baxmadığı ya da izləmədiyi ülvi dəyərlər kontekstində olan verilişi tələb etmək hüququ yoxdur. Çünki o mövzularda verilişlər var, amma o baxmır. Baxmadığı üçün xəbəri yoxdur. Bəyənmirəm, baxmıram dediyi verilişi ən incə detallarına qədər analiz edir və pisləyir, tələb etdiyi məzmunda olan verilişin varlığını bilmir ya da pis hesab etdiyini pisləməsə sərf etdiyi zamanı, yaxşı hesab etdii verilişin tərifinə və təbliğatına ayırmır.

 

- Kənardan baxanda yerli televiziyalarımız necə görünür?

 

- İnsanlarımız kimi. Təklikdə başqa, cəmiyyətdə başqa. Qeyri səmimi... üzdə başqa içdə başqa. 

 

Xəyalə Rəis

Oxşar xəbərlər
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
GÜNLÜK
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...