Fikrət Qocanın qızı: “Ruhəngiz Qasımova atamın qadın cildində kişi dostu idi” - MÜSAHİBƏ
Oxunub: 806
24 Jan 2022 | 14:30
Fikrət Qocanın qızı: “Ruhəngiz Qasımova atamın qadın cildində kişi dostu idi” - MÜSAHİBƏ

Xalq şairi Fikrət Qocanın qızı Gülay Fikrətqızı atası ilə olan xatirələrini bölüşüb.

Moderator.az Kulis.az-ın Gülay xanımla müsahibəsini təqdim edir:

- Gülay xanım, bura gələndə atanızla bağlı xatırladığınız ilk xatirə hansı oldu?

- O qədər xatirələr var ki... Ən əsası bizim balıq tutmağa getməyimiz... Mən o günləri tez-tez xatırlayıram. Məktəb oxuyan vaxtı bizi balıq tutmağa aparardı. Onun özü balıqçı idi, xoşuna gəlirdi balıq tutmaq. Bu onun hobbisi idi. Və hər zaman da məni özüylə aparırdı. Özünün professional qarmağı vardı, mənim üçün də “udıçka” almışdı. Bəzəkli, üstü oyuncaqlı “udıçka”. Mənim də marağım vardı balıq tutmağa.

- Adətən balıq tutmağa kişilər gedir, nə əcəb sizi də aparırdı?

- Nə bilim, vallah. Evin son beşiyi mən idim. O vaxt atamın bir maşını vardı, mən onu tez-tez yuyurdum.

- Nə maşını idi, xatırlayırsınız?

- “09” idi. O vaxt təzə çıxmışdı. Balaca vaxtı vedrəyə su doldurub gəlirdim maşının yanına, təmizləyirdim onu. Atam sürməyi də öyrədirdi mənə. Həyətdə qabağa, arxaya verə-verə öyrənirdim. Bir dəfə elə olmuşdu ki, maşını o qədər geriyə, qabağa vermişdim, axırda atam maşını sürəndə xarab olmuşdu. Anamla harasa gedirmişlər, yolda qalıblar. Düzdü, anam dedi ki, yolda çox hirslənmişdi. Amma maşın düzələndən sonra, evə gələndə hirsi soyumuşdu. Mənə dedi ki, bir də belə şey eləmə.

- Gülay xanım, Fikrət Qoca ata kimi necə biri idi? Sakit, təmkinli, yoxsa zəhmli, sərt?

- Mənim uşaqlıqda tanıdığım atamla bir az yaşlanmış atam tamam başqa insanlar idi. Uşaqlıq vaxtında o çox sərt ataydı.

- Qadağaları olurdu?

- Qadağa deyəndə ki, biz artıq onun nədən xoşunun gəlib-gəlmədiyini bilirdik.

- Nədən xoşu gəlmirdi ki?

- Məsələn, o otaqda olan vaxtda bizim ixtiyarımız yox idi ki, ora girək.

- Yazı masasına yəni?

- Yox, təkcə yazı masasına yox. Tutaq ki, qonaq otağında televizora baxırdı, bizim ixtiyarımız yox idi ki, onun olduğu otağa ayaq basaq. Uşaq vaxtı belə idi. O olan otaqlara girməzdik, öz otağımızda oturardıq. Bir az sərt idi. Çəkinirdik ondan. Özü də əməlli-başlı. Düzdü, mənə qarşı elə də sərt olmayıb. Dəcəl idim deyə, bəlkə də. Amma yenə mən də ondan çəkinirdim. Sonralar isə atam yumşalmağa başladı.

- Gülay xanım, atanızın atası və anası, uşaqlığı haqda nələr bilirsiniz? Uşaqlıq illərindən danışmışdı sizə?

- Açığı deyim, atam uşaqlığından heç vaxt danışmazdı. Bir-iki dəfə ötəri bir şeylər danışmışdı. Atam dayısı ilə, demək olar, yaşıd olublar. Bir yerdə oynayıblar həmişə. Bunu danışardı. Bir də danışmışdı ki, qaraçılar bir dəfə onu oğurlamaq istəyiblər. O, mavi gözlü idi, o biri uşaqlardan seçilirdi. Onu oğurlamaq istəyiblər, dediyinə görə, nənəm əllərindən alıb. Rayonda, Ağdaşda yaşayırdılar. Babam həkim olub. Vərəm dispanserində işləyib.

- Onda yaxşı yaşayıblar...

- Yox, sizə deyim, elə də yaxşı yaşamayıblar. Babam elə olub ki, xəstələrin pulu olmayanda öz cibindən onların xərclərini qarşılayıb. Orta yaşayıblar. Sonra da kasıblayıblar. Ondan sonra çətinlikləri olub. Özü bu haqda danışmışdı. Nənəm də həmişə danışardı ki, çətin, kasıb yaşadığımız günlər çox olub. Onlar həm də çoxuşaqlı olublar, səkkiz uşaq. Ona görə də ailə üçün çətin olub.

- Gülay xanım, Fikrət Qoca iki dəfə ailə həyatı qurmuşdu. Üç bacı, bir qardaş idiniz...

- Birinci evliliyindən iki uşağı, ikinci evliliyindən də iki uşağı olmuşdu.

- Uşaqlarla ünsiyyəti necə idi? Atanızla danışmağa çəkinmirdiniz ki?

- Danışırdı bizimlə. Amma o qədər yox. Yadımdadır ki, bacım şərqşünaslıqda oxumaq istəmişdi, bunu da atama demişdi. Atam da demişdi ki, şərqşünaslıqdansa tarix fakültəsi yaxşıdır. Amma bacım sözünün üstündə durdu, öz istədiyi fakültəyə qəbul olundu. Mən də iqtisadiyyatı istəyirdim, amma atam məni qoymadı. Dedi, yox, sən İncəsənətə gedəcəksən. Mən isə sözümün üstündə möhkəm dura bilmədim və getdim İncəsənətə, teatrşünaslıq fakültəsinə.

- Uşaqları haralara aparırdı? Sizə oyuncaq alırdımı?

- Düzü, o qədər vaxtı olmurdu. Həmişə rayonlara, ya xaricə tədbirlərə gedirdi. Amma çox vaxt yayı rayona, Ağdaşa aparırdı bizi. Bəzən hansısa rayonda olub sonra özünü Ağdaşa yetirirdi. Bir dəfə yadımdadır, maşını sürdü həyətə, dedi, görün sizə nə almışam. Getdim, gördüm ki, rolik alıb. O vaxtın roliki indikilərdən fərqli idi, dörd təkərli olurdu. Bir də ayı oyuncağı almışdı. Onda elə bilmişdim ki, dünyanın ən xoşbəxt adamıyam. O roliklərdən uzun müddət istifadə elədik. Hər deyəndə belə şeylər eləmirdi, ancaq eləyəndə də çox maraqlı ideyalarla eləyirdi.

- Gülay xanım, atanızın ilk evliliyi nə vaxt olmuşdu?

- Birinci ailəsindən xəbərim yoxdur. Bilmirəm. Maraqlanmamışam. Bildiyim qədəri ilə, lap cavan vaxtı olub, təxminən 19-20 yaşlarında. Ancaq mənim anamla ilk xanımından boşandıqdan xeyli sonra tanış olub.

- Necə olub onun tarixçəsi?

- Onda artıq atamın 30-dan çox yaşı olardı. Anam da, atam da ağdaşlıdırlar. İki ailə də bir-birini çoxdan tanıyırdılar. Onlar bir dəfə, indiki cavanların dili ilə desək, piknikə gedirlər. Şənbə-bazar günləri yığışıb Kürün qırağına gedibmişlər. Atamın tərəfi də, anamın tərəfi də orada bir araya gəliblər. Atam anamı həmin piknikdə görüb və bəyənib.

- Ayrıldıqdan nə qədər vaxt sonra?

- 7 il sonra.

- İlk xanımı ilə nəyə görə ayrılmışdı?

- Düzün desəm, bilmirəm. Heç vaxt dərinliyinə getməmişəm.

- Bəs əlaqələr necə? İtməmişdi ki?

- Yox, böyük bacım həmişə bizə gedib-gəlirdi. Qardaşım da. Yəni atamın birinci nikahından olan qardaşım və bacım. Anam heç vaxt onlarla bizim aramızda ayrı-seçkilik eləməyib. Heç vaxt!

- İki ailəsi olub. Atanızın birinci və ikinci ailəsinə münasibətində hər hansı bir fərq görürdünüzmü?

- Xeyr. Atam nə o biri ailəsinə, nə də bizə fərq qoyub. Heç vaxt heç birimizi diqqətdən kənar qoymayıb. Nə vaxt hansı uşağının problemi yaranırdısa, onun yanına gedirdi. Ümumiyyətlə, bizim aramızda elə bir uçurum olmamışdı. Onlar həmişə bizim yanımızda olub, biz də belə qəbul etmişik.

- Gülay xanım, mən bildiyim qədəri ilə, Fikrət Qoca zarafatcıl biri idi. Evdə də elə idi?

- Cavanlığında yox, amma sonradan çox zarafatlar eləyirdi. Bir dəfə saçımın rəngini boyamışdım, səhv eləmirəmsə, qırmızıya çalan rəng idi. Atama dedim, necədi, yaraşır? Dedi, hə, bizim Ağdaşın qaraçılarına oxşamısan (gülüşmə). Mənə “mamulya” deyirdi, çünki oğlumun adını Fikrət qoymuşdum. Qəribə zarafatları olurdu. Çəkilişləri olan vaxt mənə deyirdi ki, gəl sən də otur, qulaq as. Mən də həmişə belə şeylərdən qaçmışam, deyirdim, yox e, papa, gəlmək istəmirəm. Deyirdi, düz deyirsən, gəlmə, səni elə görməsələr yaxşıdır (gülür).

- Sizə, qızlarına xüsusi qadağaları olurdumu? Geyiminizə, məsələn...

- Bizə geyim alardı, özü də ancaq Azərbaycan istehsalı olan geyimlər.

- Niyə?

- Deyirdi, siz məktəbə gedirsiniz, orda kasıb təbəqə var, elə uşaqlar olur ki, valideynləri onlara pal-paltar ala bilmir. Siz belə qəşəng geyinib gedəndə onlar da o cür paltarlar geyinmək istəyəcəklər. Ona görə də həmişə bizə deyirdi, düşünməyin ki, kimsə sizdən aşağıdır, ya da yuxarıdır. Siz hamı kimisiniz. Biz ona görə də məktəbə heç vaxt dəbdəbəli geyinməmişik, heç kimdən seçilməmişik.

- Maddi durumu təmin olunmuş şair idi. Bəs pulla necə rəftarı necə idi, çox xərcləyən idi?

- Yığımcıl deyildi. Dostları ilə otursun, qonaqlıqlarda yeyib-içsin.

- İçki ilə siqaretlə arası necə idi?

- Siqareti əməliyyata qədər çəkirdi. Səsi tutulandan sonra çəkmədi. İçki də ki... bütün yazıçı, şairlər kimi. Qonaqlıqlar təşkil edirdi, yeyib-içirdilər.

- Kimlər gəlirdi? Kimlər Fikrət Qocanın dostları idi?

- Aleksandr Qriç bizə gəlirdi. Atanın yaxın dostu. O vaxtı “Dalğa”, yaxud “Bayatı” verilişini İntiqam Qasımzadə ilə birgə aparırdı. O, sonra ölkədən köçdü, indi Amerikada yaşayır. Hələ də münasibətlərimiz qalır. Çox yaxşı dost idi. Sonra Siyavuş Məmmədzadə gəlirdi, tərcüməçi şair idi. Mansur Vəkilov, Vaqif Səmədoğlu gəlirdi, o atamın ən yaxın dostu idi, münasibətləri də çox yaxşı idi. Polad Bülbüloğlu musiqilər yazılanda gəlirdi. Anar müəllim çox az-az bizdə olurdu. Onlar haradasa başqa yerlərdə otururdu. Müslüm Maqomayev tez-tez bizə zəng edirdi, musiqiləri ilə əlaqədar.

- Qadın dostlarından kimlər gəlirdi bəs?

- Əzizə Mustafazadənin gəldiyini xatırlayıram. Atam onun bəstəsinə şeir yazmışdı. Sonra Ruhəngiz Qasımova gəlirdi. Ruhəngiz xanım atamın qadın cildində kişi dostu idi. Çünki xasiyyəti kişi xasiyyəti idi.

- Ananız qısqanmırdı Ruhəngiz xanımı? Yaxud atanızın başqa qadın dostlarını?

- Yox. İnanırsınız, o qadınlar elə qadınlar idilər ki, kişi kimi xasiyyətləri vardı. Qadınlar dostları arasında atamın ən yaxın dostu da Ruhəngiz Qasımova idi.

- Bəs Fikrət müəllimin özü necə? Yoldaşını qısqanırdı? İşləməyinə icazə verirdi?

- Əvvəllər anamın işləməyinə ehtiyac olmadığı üçün heç anam da bu barədə düşünmürdü. Bir yaşdan sonra isə anam işləməyə başladı. Atam da dedi, problem yoxdur.

- Məsələn, sizinlə evlənmək istəyən olanda... bunu deyə bilmişdiniz?

- (gülür). Yox, atama deyə bilməmişdim. Deməli, mən, atam, anam eyni otaqda oturmuşduq. Mən xəlvət anama bunu dedim. Sən demə, atam da bunu eşidibmiş, sadəcə özünü eşitməməzliyə vurubmuş. Sonra qıraqda anama deyibmiş ki, mən narazı deyiləm. Ümumiyyətlə, atam həmişə bizə deyirdi ki, kimlə ailə həyatı qurmaq istəyirsiniz, qurun, ancaq bu ailənin uğuru da, uğursuzluğu da sizin olacaq, sonra məni günahlandırmayın. Düşünərək bu addımı atmağımızı istəyirdi. Deyirdi, səhvinizlə də sizin özünüz yaşayacaqsınız.

- Sizə, övladlarına, yaxud yoldaşına şeirlərini oxuyurdu?

- Anama oxuyurdu. Yaşlı vaxtlarında mənə zəng eləyib deyirdi ki, qızım, şeir yazmışam, amma səsim yoxdur, verirəm, anan oxusun. Onlarda olanda özü oxuyurdu. Yaxud haradasa çap olunanda deyirdi, oxu və fikirlərini söylə.

- Gülay xanım, Fikrət Qocanın səsinin tutulduğu vaxtları necə xatırlayırsınız?

- Səhv eləmirəmsə, bu 1986-cı ildə olmuşdu. Atamın ciyərində problem yarandı, getdi Yazıçılar Birliyinin poliklinikasına. Həkim yəhudi idi, baxan kimi dedi ki, sən təcili əməliyyat olunmasan ömrün qısa olacaq. Atamda xərçəng xəstəliyi başlamışdı. O vaxt atamın bir yaxın dostu var idi, İsaq İbrahimov. Əvvəllər vəzifədə işləmişdi, həmin vaxtlar isə vəzifədə deyildi. Bizi bağ evinə qonaq çağırmışdı. Onun yoldaşının Heydər Əliyevə qohumluğu çatırdı. Əlaqə yaratdılar, Heydər Əliyev də dedi ki, təcili Moskvaya gəlsin. Atam Moskvadakı xəstəxanaya gedir, yer olmadığı üçün mehmanxanada qalır. Onda Heydər Əliyev demişdi ki, siz niyə bu adama yer verməmisiniz. Bütün Moskvanı axtarıb atamı tapmışdılar və həmin xəstəxanaya yerləşdirmişdilər. Məşhur bir cərrah var idi, adı təəssüf ki, yadımdan çıxıb. O, başqa bir ölkədə simpoziumda idi, onu oradan çağırdılar. İlk əməliyyatı o eləmişdi. Xərçəng tamamilə bir ciyərini tutmuşdu. Əməliyyat sırasında səs tellərinə toxunmuşdular. Həkim demişdi ki, mən sənin səs tellərinə toxunmaya bilməzdim.

- Atanızın səsi dəyişəndə nə hisslər keçirmişdiniz? Səsi dəyişib evə gəldiyi gün yaddaşınızda necə qalıb?

- Moskvadan, əməliyyatdan qayıdanda, qaça-qaça pillələrlə aşağı düşüb atamı qarşıladım. Ona tərəf gələndə əli ilə işarə eləyib nəsə dedi, amma o dediyini eşitmədim. Əvvəl-əvvəl başa düşmədim, sonra anladım. Kor-peşman evə qalxdım və anama dedim ki, atamın səsi gəlmir. Onda səsi lap batmışdı. Sonralar yavaş-yavaş açıldı. Öyrəşmişdik onun səsinə, bizi çağırıb nəsə istəyirdi. Evə gələndə, bizi çağıranda, nəsə istəyəndə eşidə bilmirdik, üzünə diqqətlə baxırdıq ki, bəlkə, üz ifadəsindən nə istədiyini anlaya bilək. Özünə də bu çox təsir edirdi. Şeirlərini özü ifa edirdi əvvəllər. Əməliyyatdan sonra deyə bilmirdi, bu onu çox sıxırdı. Biz də, düzü, öyrəşə bilmirdik. Çağırırdı, nəsə deyirdi, başa düşmürdük. Elə bil tamam başqa bir adam qayıdıb gəlmişdi.

- Gülay xanım, ögey qardaşınız Yalçının faciəli ölümü Fikrət Qocaya bərk təsir eləmişdi. Atanızın o günlərdəki halını necə xatırlayırsınız?

- İtki onda ardıcıl oldu deyə atama çox ağır zərbə oldu. Birinci oğlunu itirdi, sonra yeznəsini. O, bacısının yoldaşı ilə qardaş kimi idi. Ondan sonra qardaşı Hamlet Qoca rəhmətə getdi. Bu ölümlərin aralarında iki-üç il fərq oldu haradasa. Yadımdadır, Vaqif Səmədoğlu öləndə ona çox pis təsir eləmişdi.

- Oğlunun qətl edilməsi, sonradan qatilin tapılması üçün müraciəti, qatilin tapılması və s. Bütün bu ağrıları evdə necə yansıdırdı?

- Səssiz və içində... Mən atamın ağladığını heç vaxt görməmişəm. Gözləri dolurdu... ancaq onun ağladığını görməmişəm. Ancaq onun fikir çəkdiyini hər zaman hiss eləmək olurdu. Otururdu və fikri harasa uzaqlara gedirdi. Bir ara oğlunun qatilinin tapılması üçün üstünə düşmüşdü. Sonra həmin adamları tapdılar da. Həmin adamın cinayət işinə neçə il kəsilməsi məsələsi vardı. Atama demişdilər ki, qatillərə az iş kəsilib. Onda atam demişdi ki, çox iş versələr, bu mənim oğlumu geri qaytaracaq? Onların neçə il içəridə yatmağı artıq məni maraqlandırmır.

- Dediniz, hər şeyi içində yaşayırdı. Ağrılarını gizlədirmiş onda...

- Elədi. Deyirdim, ata, nə olub. Heç vaxt deməzdi. Elə ağır xəstəliklərə tutulmuşdu ki... Malyariya tutmuşdu, lap ağrıdıcı xəstəliklər keçirdib. Dəfələrlə əməliyyat olunub. Ancaq heç vaxt ağrıyıram, özümü pis hiss eləyirəm deməzdi. Heç vaxt! Mənəvi ağrılarını da o cür.

- Deyəsən, ömrünün son günləri Fikrət Qoca belə bir fikir söyləmişdi ki, indiki pandemiya dövründə cavanlara yazığım gəlir, onlar necə yaşayacaqlar? Ümumiyyətlə, dünyanın yeni düzəni, pandemiya ona necə təsir etmişdi?

- Atam işə getməyi çox sevirdi. Evdə oturmağı sevməzdi. Yanına gələn hər kəsə də kömək eləyirdi. Bəzən elə olurdu ki, cibindəki axırıncı qəpiyi də ehtiyacı olana verirdi. Əliaçıq adam idi. Bir də gördün ki, kimsə gəlib nəsə istəyirdi. O da zəng eləyib yuxarı dairələrə o adamın işi üçün ağız açırdı. Ona görə də hər gün işə gedirdi. Bir dəfə ona dedim ki, ata, hava pisdi, bəlkə, qalasan evdə. Dedi, yox, gedim, ola bilsin, kiminsə köməyə ehtiyacı olar, gələr, qapıda qalar. Atam olduğuna görə demirəm, həmişə hamıya əl uzadırdı, kömək edirdi.

- Atanız vəzifədə idi, Xalq şairi titulu vardı və bu da çox vaxt onu açıq hədəfə gətirirdi. Onu tənqid edirdilər. Deyirdilər, saray şairidir...

- Sadəcə onu buna görə tənqid edən adamlara demək istəyirəm ki, onun əsərlərini oxusunlar, ədəbi irsini öyrənsinlər. Sovet dövründə çoxları çəkinirdi, susurdu, atam isə əsərlərində xalqların azadlıq uğrunda mübarizələrindən, cəmiyyətin problemlərindən yazırdı, sözünü deyirdi. Atam Çe Gevara, Xose Risal haqqında poemalar yazmışdı. Bu cür çox əsərləri var. Uzun illər əvvəl rüşvət haqqında yazdığı şeiri də xatırlatmaq olar. Açıb oxusunlar onun şeirlərini, sonra görsünlər ki, kimdi “saray şairi”...Saray şairi ömründə elə şeirlər yazmaz. Sadəcə... sizə bir şeyi deyim. O, həmişə deyirdi ki, Heydər Əliyev mənim həyatımı xilas etdi. Onun oğlu dəfələrlə məni xilas eləyib. Çünki atamın elə imkanları yox idi ki, getsin xaricdə müalicə olunsun. Hamısını dövlət eləyib, prezident şəxsən sərəncam imzalayıb, eləyiblər. Atam da ona görə həmişə deyirdi ki, mən bu cür yaxşılığı itirə bilmərəm axı, o yaxşılığı itirib necə bir insan ola bilərəm? Belə şeylərə görə saray şairi deyirlərsə, desinlər də, neyləyim? Heç olmasa açıb oxusunlar onu. Bir kitab üzü açıb oxumayanlar onu necə saray şairi adlandıra bilər? Oxusunlar, sonra fikir bildirsinlər.

- Fikrət Qocanın saflığından istifadə eləyənlər olurdu?

- Əlbəttə. Həmişə dostlarına görə dava edirdi. Elə ona görə də onun haqqında artıq-əskik sözlər deyirdilər. Yaxşı dost, yaxşı arxa idi. Demirəm, bu pis xasiyyətdir. Amma sonra onun bu saflığından istifadə edib arxasınca o qədər pis sözlər deyirdilər ki, mən götürə bilmirdim. Çünki mən tərbiyə almışam ki, özündən böyük haqqında heç vaxt pis şey danışma. Fikrindən razılaşmaya bilərdim və onu mədəni şəkildə dilə gətirərdim. Atamın özü də deyirdi ki, böyüyünə hörmət eləməyənin gələcəyi yoxdur. Ancaq bunlar yalnız təhqir eləməyi bacarırdılar.

- Kimlər?

- Yəni atamın fikrini qəbul eləməyənlər. Hesab edirdilər ki, atam onlar kimi düşünmürsə, deməli, saray şairidir. Onlar isə ancaq və ancaq düzgünlük tərəfdarlarıdır. Mən də onu götürə bilmirdim, atama deyirdim ki, niyə səni tanıyıb-tanımayan hər kəs ağlına gələni yazmalıdır. Elə cavan şairlər vardı ki, onlar atam haqqında fikir bildirəndə çaşıb qalırdım. Necə ola bilər ki, 15 il ömür çəkməyən adamlar 70 il ömrü olan adama söz deyirlər? Məsələn, mən bunu eləməzdim. Çünki onun yaşadıqlarını yaşamamışam. Ona görə də bu mənə haqsızlıq kimi gəlirdi. Qəbul edə bilmirdim.

- Bəs Fikrət Qoca özü necə qarşılayırdı bütün bunları?

- O, adi qarşılayırdı. İnanırsınız, deyirdi ki, sən bunlara niyə hirslənirsən, hər kəsin bir fikri var, hamı birini sevə bilməz. Deyirdi, məni hamı sevə bilməz ki, məni sevməyənlər də olacaq və mən buna hörmət edirəm. Xoş qarşılayırdı, hirslənmirdi. Cavanlar onu tənqid edəndə deyirdi ki, qoy tənqid eləsin, vaxt gələcək, mənim yaşıma çatanda hansısa gənc yazıçı onu tənqid edəcək, onda yadına mən düşəcəm.

- Gülay xanım, bilirəm, ağır olacaq, ancaq müsahibənin sonunda bunu soruşmaq məcburiyyətindəyəm: son gününü necə xatırlayırsınız?

- Mənim yadımda qalan elə ancaq son günləri oldu. Deyirlər e, övladların valideynlərin son günündə yanında olması ata-ana üçün xoşbəxtlikdir. Bəlkə, övladlar üçün də xoşbəxtlikdi, amma ağırdır. Və insanın yadında yalnız o günlər qalır (ağlayır). Xəstələnmişdi, həkim 10 gün müalicə yazdı. Mən də onda orda qaldım. Deyirdilər ki, idman elətdirmək lazımdı... Başını qatmaq üçün zarafatlar eləyirdik. Bir ara çox yaxşı oldu. Demişdi, yaxşıyam, çox yaxşı hiss edirəm özümü. Bir dəfə evə getdim, anam dedi ki, səni axtarır, deyir, Gülay haradadır (ağlayır). Gecə bir dəfə durdum, gördüm ki, oyaqdır, baxır. Oksigen balonu vardı, dedim, bunu çıxartma. Tərləmişdi, alnını sildim, öpdüm (ağlayır). Dedi, get qızım, salamat qal, narahat olma, get yat. Mən gedəndə anam oyanmışdı artıq. Atam anam nəsə deyirdi. Həmin gün də möhkəm külək əsirdi. Elə bil qurd ulayırdı. Pəncərələr silkələnirdi. Gözümə bir az yuxu getmişdi, səsə ayıldım. Elə bildim, küləyin səsidir. Sonra gördüm ki... (ağlayır) Anam ağlayırdı... Gəldim, gördüm atamı. Amma inanmadım öldüyünə... Səhərə yaxın idi...

Oxşar xəbərlər
N.Tusi adına Klinika
03:19, Bu gün
“Batıb-gedirik, Qənirə xanım bilsə səsimizi yuxarı dairələrə çatdırar...”
03:12, Bu gün
“Bu gün də onun atdığı böhtanlara dözürəm, ailəmə toxunanı isə heç vaxt bağışlamaram"
00:40, Bu gün
"Qolfstrim" yoxa çıxacaq, Asiya və Afrika yaşıl düzənliyə çevriləcək, səhralarsa..."
00:15, Bu gün
“O mahnılar artıq efirlərə çıxmayacaq, buna çox az qalıb...” - FOTOLAR
24 May 2022 | 23:44
Vasif Əlihüseynin “Azmış kimi”sinin imza günü keçiriləcək...
24 May 2022 | 23:42
Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqlayıb
24 May 2022 | 23:37
Xarici dövlətlərin hərbi attaşeləri Naxçıvana səfər ediblər
24 May 2022 | 23:33
"Əgər sizin hər hansı xəstəliyiniz yoxdursa, necə qocalmağınız özünüzdən asılıdır"
24 May 2022 | 22:47
"Xoşbəxtəm ki, taleyimi belə bir qadınla bağlamışam və onunla çox yaşamaq istəyirəm"
24 May 2022 | 22:18
"Rusların özlərinin Putinin terrorçu rejimindən müdafiəsinə ehtiyacı var..."
24 May 2022 | 21:57
AKINCI-nın HHQ-nin pilotsuz aviasiya parkına daxil edilməsi ehtimalı yüksəkdir - Hərbi ekspert
24 May 2022 | 21:16
Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib
24 May 2022 | 21:14
Dünyaca məşhur bloqer Kəlbəcərdə quzu bişirdi - VİDEO
24 May 2022 | 20:47
BDU-da Rəqəmsal Tədqiqatlar Laboratoriyası yaradılıb
24 May 2022 | 20:45
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə daxil olan strukturlarda işçilərin say həddi müəyyənləşib
24 May 2022 | 20:43
Fərid Əhmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub
24 May 2022 | 20:42
Qənirə Paşayeva Azərbaycan Vətən Müharibəsinin şəhid əsgərinin anası ilə görüşüb
24 May 2022 | 20:40
Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib
24 May 2022 | 20:39
Qazaxıstan millisinin daha bir futbolçusu Azərbaycana qarşı oynamayacaq
24 May 2022 | 20:36
Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib
24 May 2022 | 20:35
Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib
24 May 2022 | 20:33
Binəli Yıldırım: Elçibəy 4 helikopter istəyəndə... - Video
24 May 2022 | 20:30
Bakıda külək “TIR”ı aşırdı: Sürücünün qolu amputasiya olundu
24 May 2022 | 20:28
Cavanşir Paşazadə: “İstərdim ki, ölkəmizdə milyonerlər olsun” - VİDEO
24 May 2022 | 20:27
Macarıstanda fövqəladə vəziyyət elan olundu
24 May 2022 | 20:21
"Reuters": "Rusiya nefti daşıyan alıcısı olmayan tankerlərin sayı rekord həddə çatıb..."
24 May 2022 | 20:19
Qardaşından gizlin səhnəyə çıxdı, Rəşid Behbudov onun ailə qurmasını istəmədi – Əməkdar artist haqqında bilmədiklərimiz...
24 May 2022 | 20:17
"Müharibədə dönüş avqust ayında gözlənilir..."
24 May 2022 | 20:10
BDU və Konya Teknik Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib
24 May 2022 | 20:02
"İnsan Allahdan öncə anasını görür" - Xalq yazıçısı ilə MÜSAHİBƏ
24 May 2022 | 19:38
“Putin Ukraynaya təcavüzü də Kissincerlə bağlı dairələrlə koordinasiyalı şəkildə icra edir...”
24 May 2022 | 19:24
Dövlət Komitəsinin sədri: “Minalar işğaldan azad edilmiş torpaqların bərpasına maneələr yaradır”
24 May 2022 | 19:23
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib
24 May 2022 | 19:20
"Putinin neft sənayesinə zərbə vurulması həyati əhəmiyyətə malikdir"
24 May 2022 | 19:18
“Star” neft emalı zavodunun “Global Lighthouse” şəbəkəsinə daxil edilməsi ilə bağlı mükafat verilib - FOTO
24 May 2022 | 19:16
Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşləri Moskvada və Brüsseldə keçiriləcək
24 May 2022 | 19:11
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ilk görüşü keçirilib
24 May 2022 | 19:09
İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib
24 May 2022 | 18:59
Qebreyesus yenidən ÜST-ün baş direktoru seçilib
24 May 2022 | 18:55
Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
24 May 2022 | 18:51
Türkiyə qırıcıları Bakı səmasında - FOTOREPORTAJ
24 May 2022 | 18:42
"Rusiya 90 gündə ciddi uğurlara nail ola bilməyib"
24 May 2022 | 18:38
Lerikdə qaz təsərrüfatında dair ünvanlanan suallar cavablandırıldı
24 May 2022 | 18:36
“Bu rolda çəkilməyim deyəsən ermənilərin xoşuna gəlib, hətta iş də təklif edirdilər...”
24 May 2022 | 18:22
Azərbaycanda kişi keçmiş sevgilisi ilə QAÇDI: Arvadı boşanmaq üçün ərini axtarır - VİDEO
24 May 2022 | 18:20
Rövşanədən SƏRT REAKSİYA: "Getsin ayağını yusun, suyunu da içsin..."
24 May 2022 | 18:17
Podolyak: “Estoniya üç ay ərzində Ukraynaya hərbi büdcəsinin üçdəbirini verib”
24 May 2022 | 18:09
Qarabağdan əlavə BU ƏRAZİLƏR DƏ QAYTARILIR - Gözlənilən BAŞ VERDİ
24 May 2022 | 18:06
Türkiyə Suriyada yeni əməliyyata başlayır – Hədəf nədir?
24 May 2022 | 18:00
“Kişilər orda-burda yekəbaş kimi danışırlar” – Yazıçıdan sərt açıqlama
24 May 2022 | 17:45
Baş katib: “Heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb”
24 May 2022 | 17:42
Ukraynada rus generalı ÖLDÜRÜLDÜ
24 May 2022 | 17:36
Londonda Putinin hədiyyəsini oğurlamaq istəyiblər
24 May 2022 | 17:34
Finlandiya NATO ilə texniki saziş imzalayıb
24 May 2022 | 17:23
Vilyam Hacıyevin həbs qoyulmuş əmlaklarının tam siyahısı - ŞOK RƏQƏMLƏR
24 May 2022 | 17:20
Əfqanıstandakı dörd aeroportu Birləşmiş Ərəb Əmirlikləri idarə edəcək
24 May 2022 | 17:16
"Ramştayn-2": Ukraynaya yeni hərbi yardım paketi nədən ibarət olacaq?
24 May 2022 | 17:15
DTX işçilərinin aylıq vəzifə maaşlarının məbləğlərində dəyişiklik təsdiqləndi
24 May 2022 | 17:05
Müharibədən sonrakı savaş: Qazilər niyə intihar yolu seçir?
24 May 2022 | 16:58
İntihar etdiyi deyilən 22 yaşlı Elnarənin ailəsi: “Onu öldürüblər” - FOTO
24 May 2022 | 16:54
İngiltərənin Rusiya ilə bağlı yeni planı: Türkiyə buna zəmanət verməlidir
24 May 2022 | 16:46
Zəngəzur dəhlizinin açılmasına heç kim mane ola BİLMƏYƏCƏK
24 May 2022 | 16:38
Azərbaycanda bəzi dövlət rüsumları ləğv edildi - QƏRAR
24 May 2022 | 16:34
Azərbaycanda çörək bahalaşır? - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ
24 May 2022 | 16:25
"Ukrayna öz torpaqlarını azad edənədək mübarizə aparacaq..."
24 May 2022 | 16:22
Komitə sədri Qaxda vətəndaşları qəbul edəcək
24 May 2022 | 16:20
“Forbes”dən üç aylıq müharibə hesabatı: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya texnikaları... - FOTO
24 May 2022 | 16:18
Baydenin hədə notları: Çin müharibə üçün əsaslar axtarır – TƏHLİL
24 May 2022 | 16:16
İstanbulda öldürülən aktyor Azərbaycandan kimdən küsüb getmişdi?
24 May 2022 | 16:04
“Əsl alim, əsl yazıçı, əsl şair təvazökar olmaz…” - “Azərbaycan iqtisadiyyatı 100 ildə” 5 cildliyinin təqdimatı oldu
24 May 2022 | 16:00
Azərbaycanın irəli sürdüyü 5 təklifdən biri artıq reallaşır
24 May 2022 | 15:53
Naxçıvanın işğal olunmuş Kərki kəndi - Vacib hərbi-strateji məntəqə haqqında nə bilirik… - FOTOLAR
24 May 2022 | 15:51
Azərbaycanda 87 anbarda xüsusi təhlükəli gübrə aşkarlanıb
24 May 2022 | 15:47
Dünyanı gözləyən aclıq təhlükəsi: Azərbaycanda təşvişə ehtiyac varmı?
24 May 2022 | 15:43
Türkiyənin keçmiş XİN başçısı: “Rusiya indi də arxiv rıçağından istifadə etməyə çalışacaq”
24 May 2022 | 15:42
Gömrük Hospitalının tibb personalının iştirakı ilə elmi seminar keçirilib
24 May 2022 | 15:41
Mariupolda çoxmərtəbəli binanın dağıntıları altından 200-ə yaxın meyit tapılıb
24 May 2022 | 15:39
Vəzifəli şəxsi erotik görüntüləri ilə şantaj edən jurnalist kassasiya şikayəti verib
24 May 2022 | 15:36
Ədliyyə Akademiyasında il ərzində 7.000 şəxs ixtisasını artırıb
24 May 2022 | 15:34
Prezidentdən İTV ilə bağlı SƏRƏNCAM
24 May 2022 | 15:30
Azərbaycandan həcc ziyarətinə getmək üçün QİYMƏT müəyyənləşdi
24 May 2022 | 15:28
Neftçalanın həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
24 May 2022 | 15:26
Doqquz il əvvəl Bakıda tanışını boğaraq öldürdü: Narkotik vasitənin doza həddini aşma görüntüsü yaratdı
24 May 2022 | 15:26
“Bəzən bekar qalanda özüm-özümə məktub yazıram ki, qələmim korşanmasın...”
24 May 2022 | 15:22
Nursultan Nazarbayev İlham Əliyevə təbrik məktubu göndərdi
24 May 2022 | 15:15
BDU-nun Hüquq fakültəsi Avropa Şurası ilə birgə təlim keçirib
24 May 2022 | 15:15
Ermənistan Rusiyadan QOPACAQ - Kreml Paşinyana mane ola bilməyəcək
24 May 2022 | 15:12
Çex Respublikasının Prezidenti İlham Əliyevi təbrik etdi
24 May 2022 | 15:07
"Putin milyonlarla insanı acından qırır" – “Vaşinqton Post”
24 May 2022 | 15:05
Paşinyana müraciəti ilə məşhurlaşan əsgərin HAQQINA GİRDİLƏR - FOTO+VİDEO
24 May 2022 | 14:57
“Onun sənətini, xasiyyətini bir tərəfə qoyuram, bu böyük insanın böyüklüyü ondadır ki...”
24 May 2022 | 14:49
Azərbaycanlı aktyor Türkiyədə belə güllələndi - ANBAAN VİDEO
24 May 2022 | 14:35
Kremldə xaos hökm sürür - "Putin rəhbərlikdən kənarlaşdırıla, hətta qətlə yetirilə bilər..."
24 May 2022 | 14:33
Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
24 May 2022 | 14:30
Ermənistan XİN müavini "Qarabağ Azərbaycanın tərkibində olmayacaq” deməkdən imtina etdi... 
24 May 2022 | 14:30
Kapalıçarşıda yeddi nəfərin yaralandığı atışmanın səbəbi: Tüpürcək - FOTO
24 May 2022 | 14:24
Rusiyanın Qarabağ istəyi QIZIŞIR - Moskvadan KRİTİK ZƏNG: Hədələr artır
24 May 2022 | 14:18
Vilayət Eyvazov polkovniki yüksək vəzifəyə təyin etdi
24 May 2022 | 14:10
İçərişəhərdə inanılmaz rüşvət fırıldağı: "Bu vəzifəli şəxslər..." – Şok təfərrüat
24 May 2022 | 14:08
Britaniyalı analitiklər: “Severodonetskin tutulması bütün Luqansk vilayətinin işğalına səbəb olacaq”
GÜNLÜK
24 May 2022 | 09:19
Arman Tatoyan: "Ölkə geosiyasi maraqların qurbanına çevrildi"
24 May 2022 | 10:52
Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan ordusu bir il əvvəl Şükürtaz bölgəsində irəliləyib
24 May 2022 | 14:30
Ermənistan XİN müavini "Qarabağ Azərbaycanın tərkibində olmayacaq” deməkdən imtina etdi... 
24 May 2022 | 11:35
Sosial şəbəkədə video paylaşan hərbçiyə CİNAYƏT İŞİ açıldı
24 May 2022 | 09:48
ABŞ Rusiyanın Ukrayna ordusuna qarşı gizli planı haqda xəbərdarlıq etdi..
24 May 2022 | 08:03
Britaniya səfirliyinin "LQBT" bayrağı qaldırmasına rəsmi etiraz edildi və...
24 May 2022 | 10:49
Cümhuriyyət nazirləri: Əbdüləli bəy Əmircanov- Nəsiman Yaqublunun araşdırması...
24 May 2022 | 15:05
Paşinyana müraciəti ilə məşhurlaşan əsgərin HAQQINA GİRDİLƏR - FOTO+VİDEO
24 May 2022 | 11:09
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib - SİYAHI
24 May 2022 | 12:31
Kremldə Putinin varisləri haqda gizli müzakirə..-Rusiya KİV soyadları açıqladı...
HƏFTƏLİK
23 May 2022 | 11:24
Prezident İlham Əliyev Roma Papasına təbrik məktubu ünvanlayıb
19 May 2022 | 22:24
“Fəxri adı mənə Zeynəb Xanlarova verdirdi, kənd uşağı olduğuma görə mənə dəstək oldu...”
24 May 2022 | 00:44
“Həyat yoldaşım səhnədə hamının yanında mənə verilən gülü başıma çırpıb dedi ki..."
20 May 2022 | 11:09
"Əğər Milli Məclisin müdafiə komitəsinin sədri biz hərbçilərin müdafiəsinə qalxmırsa..."
22 May 2022 | 22:45
Əsgərlər döyüşməkdən imtina edir, "İsgəndər" raketləri qurtarıb, Çin ratsiyaları şifrələmir...
21 May 2022 | 00:39
Bakının mərkəzi küçəsində olay - aktyora sillə vurdu, işə polis qarışdı... - FOTOLAR
20 May 2022 | 19:19
"Rusiya-1"də qalmaqal: "Gerçəklikdən çıxış etməsək, tarix bizim dərsimizi verəcək..."
19 May 2022 | 10:26
“Bizi kənddən çıxarmaq istəsələr, silaha sarılacağıq...”-Laçının kəndindəki Andranik...
21 May 2022 | 21:56
SSRİ- nin sonuncu rəhbəri necə yaşayır?
19 May 2022 | 17:52
“Putini kəsdilər və bu, hələ son deyil... -O, artıq Türkiyəyə uçmayacaq...”-VİDEO
AYLIQ
24 May 2022 | 09:19
Arman Tatoyan: "Ölkə geosiyasi maraqların qurbanına çevrildi"
24 May 2022 | 10:52
Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan ordusu bir il əvvəl Şükürtaz bölgəsində irəliləyib
24 May 2022 | 14:30
Ermənistan XİN müavini "Qarabağ Azərbaycanın tərkibində olmayacaq” deməkdən imtina etdi... 
24 May 2022 | 11:35
Sosial şəbəkədə video paylaşan hərbçiyə CİNAYƏT İŞİ açıldı
24 May 2022 | 09:48
ABŞ Rusiyanın Ukrayna ordusuna qarşı gizli planı haqda xəbərdarlıq etdi..
24 May 2022 | 08:03
Britaniya səfirliyinin "LQBT" bayrağı qaldırmasına rəsmi etiraz edildi və...
24 May 2022 | 10:49
Cümhuriyyət nazirləri: Əbdüləli bəy Əmircanov- Nəsiman Yaqublunun araşdırması...
24 May 2022 | 15:05
Paşinyana müraciəti ilə məşhurlaşan əsgərin HAQQINA GİRDİLƏR - FOTO+VİDEO
24 May 2022 | 11:09
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib - SİYAHI
24 May 2022 | 12:31
Kremldə Putinin varisləri haqda gizli müzakirə..-Rusiya KİV soyadları açıqladı...