“Ən yaxşı filmimdə hələ çəkilməmişəm...” - Mikki Rurk üçün yalnız bir Allah, bir cənnət var...
Oxunub: 7482
17 Oct 2021 | 11:26
“Ən yaxşı filmimdə hələ çəkilməmişəm...” - Mikki Rurk üçün yalnız bir Allah, bir cənnət var...

 

Serb mənşəli amerikalı aktrisa və rejissor Yelena Popoviçin Tanrı adamı filmində Mikki Rurk kiçik, lakin əhəmiyyətli bir rol oynayır. Onun qəhrəmanı qəza nəticəsində iflic olur, ancaq filmin həsr olunduğu müqəddəs Nektariy Eginski ilə görüşdən sonra möcüzəvi şəkildə sağalır. Film Rusiyada yayımlanmazdan əvvəl Mikki Rurk İzvestiyanın suallarını cavablandırıb.

 

Moderator.az amerikalı məşhur aktyorla həmin müsahibəni oxucularına təqdim edir.

 

“Rejissorun düz gözlərinə baxdım”

 

- Filmin müəllifi Yelena Popoviçlə necə tanış oldunuz?

 

- Mən öz instinktlərimə güvənməyəyə öyrəşmişəm. Mənə elə gəlir ki, bu dünyada yaşadığım müddət ərzində rastlaşdığım insanları “oxumağı” bacarıram. Ümumiyyətlə, mənə Yelena haqqında çox yaxşı şeylər deyirdilər, amma əslində belə şeylərə o qədər də qulaq asmıram. Kimin nə danışmasının mənim üçün nə əhəmiyyəti var ki? Ona görə də onunla görüşdük. Düz gözlərinə baxdım. Sadəcə, onunla oturduq. Demək olar ki, heç nə demədi, mən də çox susdum. Ancaq dərhal, ilk andan bir-birimizi mükəmməl başa düşdük. Artıq mən onun,o da mənim nə istədiyimizi bilirdik. Və mənə bu senarini verdi.

 

Tanrı adamı adlı bu layihənin başladığını biləndə, bir zamanlar dini mövzuda filmdə necə oynadığımı dərhal xatırladım. Bəlkə belə bir rejissor - Liliana Kavani haqqında eşitmisiniz?

 

 

Rurk filmdə Nektariy Eginski ilə görüşdən sonra möcüzəvi şəkildə sağalmış iflic adam rolunu oynayıb

 

- Əlbəttə eşitmişəm! Onun 1989-cu ildə Kannda təqdimatı keçirilən  Fransiskfilmində Fransisk Assizkini oynamısız. Bu sizin ən yaxşı rollarınızdan biridir!

 

- Belə düşünürsüz? Liliana Kavani əla rejissordur, amma o zaman filmin çətin dövrləri idi. Mövzusuna və onun necə açılmasına görə “Fransisk” filmi yalnız İtaliyada göstərildi, vəssalam. Tamam, bu o qədər də vacib deyil. Sadəcə demək istəyirəm ki, müqəddəslər haqqında filmlərə münasibətim başqadır, onlara qarşı biganə deyiləm.

 

- “Fransisk”in sonradan geniş kütlə filminə çevrildiyini bilirdinizmi? Avropada çox göstərildi, hələ də gənclər arasında populyardır, dəfələrlə izlənilir. Məsələn, Yelena Popoviç “Fransisk” filmini dəfələrlə izlədiyi və onu çox sevdiyi üçün sizi layihəsinə dəvət etmək qərarına gəldiyini söyləyir.

 

- Ciddi deyirsiz? Yox, bilmirdim. Mənim özümdə elə hiss var ki, o vaxtdan bəri bu filmi heç kim görməyib. Tanışlarım arasında, məsələn, fimə baxan adamlar yoxdur.

 

“Ölkəm çox parçalanıb”

 

- Görünür, bu gün sevgiyə və mərhəmətə inam aşılayan filmlər çəkmək aktual deyil. Sizcə, kiminsə belə filmə ehtiyacı var?

 

- Doğrusunu deyimmi? Bu barədə Mel Gibsondan soruşun! Nədənsə bu suala onun məndən daha yaxşı cavab verəcəyini hiss edirəm. Başa düşürsüz, ümumi sözlərlə sizə cavab verə bilərəm, amma belə danışmaq istəmirəm.

 

Bu gün ölkəm o qədər bölünüb ki, içində o qədər nifrət və qəzəb var ki... Bu barədə danışmaq çox çətindir. Yaxınlarda Nyu Yorkda ev almaq haqqında düşünürdüm, amma ətrafa baxıram və artıq bu ölkədə qalmağın dəyəri olub-olmadığını başa düşmürəm. Tale mənə bəzən xoş olmayan işarələr verir.

 

- Deməli, bəlkə də nifrətə qarşı çıxan bir film buraxmağın vaxtıdır?

 

- Şübhə edirəm... İnsanlar hərəkətli bir şey istəyirlər, onlara “Forsaj” lazımdır. Kinoteatra gəlmək və bu müddət ərzində dünyada əslində baş verənləri tamamilə unutmaq istəyirlər. Düşünməyi dayandırmaq istəyirlər. Çox yaxın bir yerdə  yanğınlar, qlobal istiləşmə, nəsli kəsilməkdə olan heyvan və bitki növləri, nəsli kəsilməkdə olan qütb ayıları, qırılmış meşələr, buzların əriməsi, dünya okeanlarında suyun səviyyəsinin yüksəlməsi baş verir. Çox şey baş verir və bütün bunlar bu və ya digər filmdən daha vacibdir.

 

 

Elena Popoviç “Fransisk” filmini çox sevdiyini etiraf etdi və buna görə də Mikki Rurku Tanrı adamı filmində rol almağa dəvət etdi

 

Digər tərəfdən, kino gənc nəsli ilhamlandıra və tərbiyələndirə bilər. Çünki mənim nəslim hər şeyi boş buraxdı - bu dəqiqdir. Bəlkə də yeni nəsil dünyanı daha sağlam, daha təmiz, daha təhlükəsiz edə biləcək, bəlkə də yaşamaq indikindən daha yaxşı, daha xoş olacaq.

 

- “Tanrı adamı”nın aşıladığı əxlaq haqqında nə düşünürsüz?

 

- Qulaq asın, öz əxlaqımla məşğul olmaq üçün artıq kifayət qədər problemim var. Etmək istədiyim son şey əxlaqi tələbləri ümumiləşdirmək və bir anda hamıya tətbiq etməkdir. Bilirəm ki, onsuz da heç nəyi dəyişə və ya düzəldə bilmərəm.

 

Möcüzələrə inanıram

 

- “Fransiskkatoliklər, pravoslav xristianlar haqqındadır. Heç bu mədəniyyəti öyrənmisinizmi?

 

- Xeyr, səmimi deyə bilərəm ki, eyni uğurla, məsələn, yəhudi mömini oynaya bilərdim. Ya da müsəlmanı. Nə fərqi var ki? Mənim üçün yalnız bir Allah, bir cənnət var. Fərqli sözlərdən istifadə edirik, amma görüntü birdir. Hamımız eyni şeyə inanırıq.

 

Mən şəxsən möcüzələrə, seçilmiş insanların olduğuna inanıram. Yəqin ki, onların Allahla xüsusi münasibtləri var. Həyatımda ən azı iki dəfə fəlakətli vəziyyətlə qarşılaşmışam. İntihara yaxın olmuşam, ölüm lap yaxınımda olub. İki dəfə Fransaya, Lurda (Avropanın ən vacib ziyarət yerlərindən biri – red.) getmişəm. Orada dörd saat hamıyla bərabər növbədə dayanmışam. 200 il ərzində əhəmiyyətli dini dəlilləri qoruyan bütün bu əşyaları görmüşəm. Beləliklə, hər iki dəfə gəlib dua etmişəm və bilirəm ki, hər iki dəfə dualarım cavabsız qalmayıb. Cavab alırdım. Düzdur, dərhal deyil, təxminən iki həftədən sonra, amma alırdım. Hər dəfə mənim kimi minlərlə zəvvar dəstəsi olardı. Hamı da möcüzə, kömək üçün dua edərdi.

 

 

Rejissor Liliana Kavani ilə “Fransisk” dramının çəkilişində

 

- Arxangel Mixail ilə xüsusi əlaqəniz var. Danışa bilərsiz?

 

- Arxangel Mixail... Bu, müqəddəs səmavi döyüşçüdür.  Ona dua etməyi yaxınlarda öyrənmişəm. Bu duada şeytanın fitnə-fəsadlarından qurtulmağımı, Allahdan məni xilas etməsini və arxangel Mixaildən mənə xeyir-dua verməsini, daxili və ətrafımdakı iblisləri məğlub etməkdə mənə yardımçı olmağını xahiş edirəm. Hər axşam bu duanı təkrar edirəm.

 

 

“Fransisk” filmi 1989-cu ildə Kann festivalında təqdim edildi

 

- Kömək edirmi?

 

- Bəli, kömək edir. Hər gecə oxumalı olduğum beş duam var. Onları da mütləq oxuyuram. Xüsusilə  müqəddəs  Məryəm ana mənə kömək edir. Mən, ümumiyyətlə, gündə üç dəfə ona dua edirəm. Məni eşidən olsa, gülüb deyər ki, Mikki Rurk kimi oğlan gündə üç dəfə müqəddəs Məryəm anaya dua edir Amma bəlkə də mən bu dualar sayəsində hələ də yaşayıram. İndi sizə bir nümunə çəkəçəm. Tnıdığım bir ilahiyyatçı vardı - Piter ata. Nyu Yorkdan olan həmin məşhur Kolapyetrolu Piter. O bir dəfə mənə dedi ki, yanğın artıq başlayanda məbədə gəlib Allaha dua edə bilməzsən. Bu atəş başlamazdan əvvəl Allahla əlaqə qurmalısan. Bu sözlərlə hər şey artıq deyilir.

 

- “Tanrı adamı”nda sağalmaqda olan iflic adam obrazı canlandırdınız. Amma sonradan ona nə oldu, bu haqda heç fikirləşibsiz?

 

- Düşünürəm ki,o qalxıb evə getdi. Sevdikləri ilə orada görüşmək üçün. Onun yeriməyə başladığını görüb çox xoşbəxt oldular. Bax, belə! Möcüzə baş verdi - yeriməyə başladı. Daha nə arzulaya bilərsən? Möcüzələr daima baş verir, mən onlara inanıram. Qardaşım Cozefin vəd olunduğundan 30 il artıq yaşaması möcüzədir. Demək olar ki, bütün həyatımı həbsxanada keçirməməyim bir möcüzədir. Hər şeyə görə  qarşıma çıxan yaxşı insanlara minnətdaram. Onlar daxil aləmimi dəyişməkdə mənə çox kömək etdilər. Xüsusən də uşaqlıq illərində - o zaman tamamilə vəhşi idim. Ancaq xoşbəxtlikdən möcüzələr baş verir.

 

 

Mikki Rurk “Tanrı Adamı” filminin çəkilişində rejissor Yelena Popoviçlə

 

Kadr çəkilişinə başlayarkən toparlanıb özümə qapanıram

 

- Ümumiyyətlə, çəkiliş meydanında özünüzü necə hiss edirdiniz? Digər aktyorlarla ünsiyyət yaradırdınız?

 

- Bu filmin heç bir aktyoru ilə  bir kəlmə belə danışmamışam. Heç kimlə ünsiyyət qurmamışam. Çəkiliş prosesim çox sıx idi.

 

Bilirsiniz, mən Stanislavskinin metodu haqqında demək istəyirəm. İş orasınadır ki, bu sadəcə mövcud deyil. Bütün həyatınız boyu çox çalışmalı və Stanislavski metodu qaydalarından tədricən özünüz üçün öz metodunuzu yaratmalısınız. İnsanlar Stanislavskiyə görə işlədiklərini iddia edəndə gülməli çıxır. Onlar heç bunun nə olduğunu bilmirlər! Yadımdadır, otel otağında pəncərəyə televizor atan bir alçaq adamı tanıyırdım və polis gələndə Stanislavskinin metoduna uyğun olaraq qanqster obrazına girdiyini izah etməyə başladı. Kimi aldadırsan, dostum? Bəlkə obrazdan çıxmadan bütün günü qəhrəmanının yerində olduğuna əmin olanlar hələ də var. Təsəvvür edə bilirsiniz?

 

Şəxsən mən bilirəm ki, hansı anda kadra girməliyəm. Belə vaxtda toparlanıb özümə qapanıram. Toparlanmağıma kömək edən müəyyən musiqim var. Belə musiqilərim çoxdur və onlardan “Tanrı adamı” filmində də istifadə etdim - sadəcə, düşüncələrimi qaydasına salmaq üçün. Özümdə ehtiras tapmalıyam və bu anda verə biləcəyim hər şeyi verməliyəm.

 

Bir neçə il əvvəl qərara gəldim ki, nə qədər əziyyətli olsa da, çəkildiyim hər növbəti film  əvvəlkindən daha yaxşı olmalıdır. Tez-tez soruşurlar ki, ən yaxşı filmim hansıdır. Mən hələ belə filmdə çəkilməmişəm. Hər şey qabaqdadır.

 

- Yeni bir rol oynamaq üçün necəsə dəyişmək lazımdır?

 

- Bu rol üçün kiçik bir saqqal uzatdım. (Gülür.) Yaxşı: ciddi deyim, ayağa qalxıb gəzməyi bacarmayan, amma indi birdən-birə yeriyə bilən adamı canlandırmalıydım. Beləliklə, bir mahnı açıb otağımda ölmüş qardaşımın və itlərimin fotoşəkillərini düzdüm. Onları çox sevirdim və bu sevgini hiss etməliydim. Rejissordan xahiş etdim ki, kadrda ayağa qalxıb yeriyəndə həmin mahnını səsləndirsin. Və mən özümü sanki həmin otaqda hiss etdim.

 

Ölməkdən qorxuram, amma ölümün özündən qorxmuram. Çünki öləndə sevdiyim insanlarla görüşəcəyəm. Mən buna inanıram. Qardaşım, atam, dostum Riçi ilə. İtlərim və quşlarımla. Orada daha çox dostum var. Ona görə də heç narahat deyiləm.

 

 

Moderator.az-ın arayışı...

 

Mikki Rurk - amerikalı aktyor, “Oskar”a namizəd, “Qızıl Qlobus”  laureatı. 1952-ci ildə Nyu York ştatında anadan olub. 1980-ci illərdə çəkilmiş “Döyüşkən balıq”, “9 həftə yarım”, “Mələk ürəyi”, “Yaraşıqlı Conni”, “Vəhşi orxideya” filmlərindən sonra super ulduz oldu. 1990-cı illərdə aktyor “Harley Devidson və kovboy Marlboro” və “Güllə” filmlərindən sonra artıq bütün dünyada böyük fanat ordusuna sahib idi. Terrens Malikin “İncə qırmızı xətt” filmində rol alsa da, ancaq onun iştirak etdiyi bütün səhnələr kəsilmişdi. Bir sıra layihələrdən sonra Rurk özünün aktyorluq sənətinin zirvəsi saydığı “Restler” filmində oynadı. Bunun ardınca “Ələ keçməyənlər”, “Dəmir adam-2”, “Tanrıların savaşı: Ölümsüzlər” filmləri gəldi. O, peşəkar boksla məşğul olub.

 

Tərcümə və təqdim etdi: Miraslan

 

 

 

Oxşar xəbərlər
N.Tusi adına Klinika
19:08, Bu gün
Moskva hava limanlarında 50-dən çox reys təxirə salınıb
19:04, Bu gün
Türkiyə ermənilərinin etirafı: "Biz azərbaycanlılarla sülh şəraitində yaşamalıyıq"
18:39, Bu gün
Nahidə Babaşlı: "Məni heç vaxt elə görməyəcəksiniz"
18:30, Bu gün
Azərbaycanda 11 yaşlı oğlanın qardaşını güllələyərək öldürməsinin TƏFƏRRÜATI
18:27, Bu gün
“Paşinyan iqtidarda qaldıqca Putin İrəvandan narahat olacaq... -Bu, bizə sərfəlidir…”
18:21, Bu gün
"Bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir"
18:18, Bu gün
“Onlar mənim üçün əsir deyil, silahlarını atıb qaçıblar, təslim olublar...”
18:04, Bu gün
Sanksiyalar İranı ağır vurdu - Yüzlərlə təyyarə uça bilmir
18:01, Bu gün
NATO təcili iclas keçirib, Ukrayna sərhədindəki durum müzakirə olunub
17:58, Bu gün
Azərbaycanda DƏHŞƏT: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdi
17:57, Bu gün
“Gorus-Qafan yolundakı postdan milyonlarla vəsait toplanıb”
17:55, Bu gün
Ermənistan parlamentində dava: Paşinyanın tərəfdarları daşnakı döydü - VİDEO
17:53, Bu gün
Azərbaycan-İran sərhədində atışma: Ölən var
17:12, Bu gün
Yaponiyalı milyarder kosmosda nə edəcək… - Ona 100 bəndlik siyahı verilib - MÜSAHİBƏ
17:10, Bu gün
Yeni Azərbaycan Partiyası gələcəyə böyük inamla addımlayır - FOTO
17:07, Bu gün
Sumqayıtda həkim koronavirusdan öldü
17:00, Bu gün
Rusiya Milli Abilimpiya Mərkəzinin ölkəmizdə səfərdə olan nümayəndələrini təhsil nazirinin müavini qəbul edib
16:59, Bu gün
Buster doza vaksin vurduranların SAYI
16:54, Bu gün
Burundidə həbsxanada yanğın olub, 38 nəfər ölüb, 69 nəfər yaralanıb
16:49, Bu gün
Azərbaycanda son sutkada 21 nəfər koronavirusdan vəfat etdi - FOTO
16:30, Bu gün
Qənirə Paşayeva bir qrup görmə imkanları məhdud yaradıcı gənclə görüşüb - FOTO
16:19, Bu gün
FHN-nin səmti müəyyənetmə komandası yarışda uğur qazanıb - FOTO
16:13, Bu gün
Yeni sədr kimdir?
16:09, Bu gün
Azərbaycanda turizm bələdçilərinin sertifikasiyası prosesinə başlanılır - FOTO
16:00, Bu gün
İlham Əliyev Fərhad Adıgözəlova vəzifə verdi - FOTO
15:39, Bu gün
Qarabağ müharibəsindən bəhs edən film Türkiyədə mükafat qazandı - Fotolar
15:35, Bu gün
Ermənilər Qarabağ haqqında uydurma filmi “Oskar”-a verir, bizimkilər isə...
15:35, Bu gün
Məni xilas edin deyib kömək istədi, ölümünü qızından gizlətdilər, iynə vurub səhnəyə çıxdı...
15:31, Bu gün
Polis əməliyyatlar keçirib, daha 45 nəfər saxlanılıb - FOTO
15:19, Bu gün
“Yeni il”də ardıcıl 5 gün iş olmayacaq
15:18, Bu gün
“Baş nazirin proqnozu düz çıxsa, şəhərdə çılpaq gəzəcəyəm”
15:16, Bu gün
ABŞ təyyarəsinin sərhədboyunca uçuşunun ƏSL SƏBƏBİ
15:15, Bu gün
Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik – RƏSMİ
15:14, Bu gün
Sahibə Qafarova Türkiyəyə gedir
15:11, Bu gün
“Onun bütün ailəsi Azərbaycanın istiqlalının qurbanı oldu...”
15:09, Bu gün
“Dedi  şükür Allaha ki, anam torpaqlarımızın işğaldan azad edilməsini gördü...”
15:08, Bu gün
Dmitri Peskov: "Baydenlə Putinin görüşündə dönüş olmayacaq"
14:17, Bu gün
Telman İsmayılovun İsraildəki evlərinə həbs qoyulub
14:15, Bu gün
Hacıbala Abutalıbovun 29 il öncəki mitinqdə çıxışı yayıldı - VİDEO
14:10, Bu gün
Azərbaycan parlamentinin yaranmasından 103 il ötür
14:09, Bu gün
Ərdoğanın partiyası Ermənistana çağırış edib
13:47, Bu gün
Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi İbrahim İbrahimovun bacısı ilə  görüşüb
13:44, Bu gün
İşsizlərin nəzərinə! Dövlət boş iş yerlərini açıqladı - 2000 AZN maaş
13:35, Bu gün
Ənənələr ölkəsində şər cəngavərləri...
13:28, Bu gün
Sabiq deputat 32-ci dəfə Həcc ziyarətinə getdi
13:25, Bu gün
Çin yumoru Dillər Universitetində
13:21, Bu gün
“Oğlumu 3 gün dəfn etməyə qoymadım” - VİDEO
13:20, Bu gün
Sabah rayonlarda yağış, qar yağacaq
13:01, Bu gün
Azərbaycanda NATO-nun təlim kursları başlayıb - FOTO
12:59, Bu gün
Azərbaycanda polkovnikə cinayət işi AÇILDI
12:56, Bu gün
Prezidentin Zəngəzur XƏBƏRDARLIĞI - “Brüssel görüşü baştutmaya bilər”
12:54, Bu gün
"Azəriqaz" İB-nin rəhbər şəxsləri Gəncə sahibkarları ilə görüşəcək
12:32, Bu gün
“Bu, nə birincidir, nə sonuncu, ”qara qutu“ların oxunması haqda çox ciddi şəkildə düşünməliyik...“ - Hərbi ekspert
12:30, Bu gün
MKİ direktoru saçlarının çoxunu Rusiyada səfir işləyərkən ağartdığını söylədi...
12:24, Bu gün
Şəhid atasının arzusu reallaşacaqmı... - "Ümid edirəm ki, məsələ öz müsbət həllini tapacaq"
12:24, Bu gün
İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
12:06, Bu gün
Rövşən Rzayev BQXK-nın baş katibi ilə görüşüb
12:05, Bu gün
Ukrayna ABŞ-dan hərbi kömək istəyib
11:54, Bu gün
Zəngilanın Ağalı kəndindən yeni görüntülər - VİDEO
11:49, Bu gün
“Gələcəkdə mopedlərin iştirakıyla bağlı qanunvericiliyimiz təkminləşdirilməlidir...”
11:47, Bu gün
Azərbaycanın Baş nazirinə edilən xain SUİ-QƏSDİ...
11:32, Bu gün
“Jurnalistlərimiz məmurlardan hər şey soruşa bilərlər...”
11:30, Bu gün
Füzuli rayonunda silah-sursat aşkarlandı - VİDEO
11:28, Bu gün
Maştağada 8 evdən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
11:18, Bu gün
Türk kəşfiyyatı “Rubar” kod adlı terrorçunu öldürdü
11:15, Bu gün
Bakıda sürücülük hüququ olmadan avtomomil idarə edən şəxslərin sayı açıqlanıb
11:12, Bu gün
Kılıçdaroğlu bu hərəkətinə görə tənqid olundu - VİDEO
11:10, Bu gün
Bakıdan göndərilən təyyarə Ermənistanda niyə VURULDU...
11:07, Bu gün
Qazax DYP-yə yeni rəis təyin olunub
11:02, Bu gün
Bunu Bakı İrəvana qadağan edib – Rüstəmyan
11:01, Bu gün
İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
10:54, Bu gün
“İynə vurursuz ki, bağı 150 minə satmağınızdan xəbəri olmasın” - Nazilə Səfərli
10:51, Bu gün
Biləsuvarda “Mercedes”in mühərrikini oğurlayan qardaşlar saxlanılıb
10:47, Bu gün
Ağdamın Keştazlı kəndindən videogörüntülər - VİDEO
10:46, Bu gün
Bayden Putindən sonra Zelenski ilə danışacaq
10:42, Bu gün
Lider dövlətlər Rusiyaya qarşı birləşirlər
10:41, Bu gün
Dövlət uşaq müəssisələrinin məzunlarından bir qrupuna mənzil verildi - FOTO
10:38, Bu gün
Azərbaycanda turizm bələdçilərinin sertifikasiyası prosesinə başlanılır
10:04, Bu gün
“Azəriqaz” İB-nin əməkdaşı dünya çempionu oldu - FOTO
09:58, Bu gün
Masallıda şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib
09:56, Bu gün
Bakı məktəbində rüsvayçılıq - Oğlan şagird əxlaqsızlıq etdi
09:49, Bu gün
“Xəyanət və qorxaqlıq bu şəhərlərin sakinlərini xilas etmədi...”-ARAŞDIRMA
09:48, Bu gün
Ötən gün 172 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb
09:46, Bu gün
5-11 yaşlı uşaqlara peyvənd VURULACAQ
09:42, Bu gün
Jurnalistə qarşı kobudluq edən ərköyün DSX mayoru cəzalandırıldı...
09:40, Bu gün
Vahid Əhmədovdan “Cavan oğlana oxşayır” zarafatı - VİDEO
09:34, Bu gün
Helikopter qəzası ilə bağlı suallara generaldan cavab - DSX-nin Aparat rəhbəri ilə müsahibə
09:31, Bu gün
"Qəzaya uğrayan helikopter 2021-ci ilin aprelində əsaslı təmir olunmuşdu və...”
09:28, Bu gün
Dövlət qurumunun 19 əməkdaşı qanun pozuntusuna görə işdən çıxarılıb
09:14, Bu gün
“Vikipediya” Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği üçün uğurlu platformadır
08:57, Bu gün
Erməni müəllimə Laçının bu kəndini “mübarizənin simvolu” adlandırdı…-FOTOLAR
07:55, Bu gün
"Cəmi 10 dəqiqəlik qaçış beyin funksiyalarını gücləndirir..."-Yapon alimləri
07:04, Bu gün
"Bir şeyi yoxdan var edən Allah onu ikinci dəfə yaratmağa da qadirdir..."
01:49, Bu gün
"O zaman mənə çatmırdı ki, bu, ayıbdır..."
01:39, Bu gün
Brüssel sammiti - Revanş ideyaları Ermənistan liderini yeni qarşıdurmaya sürükləyir...
01:36, Bu gün
Rusiya Qarabağda “rus diaspor”u yaradır...
01:06, Bu gün
“Mənim anama qədər bunu Azərbaycanda heç kim etməyib”
00:42, Bu gün
“Həyat yoldaşımın baş daşını düzəltdirmişəm, Cəbrayıla yenidən gedəcəyim günü gözləyirəm”
00:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində Almaxanım Əhmədlinin təqdimat konserti baş tutdu
00:03, Bu gün
Dünya üçün təhlükəli dövr başlayır - İran, Rusiya və Çin Baydeni ciddi qəbul etmir... - TƏHLİL
GÜNLÜK
01:06, Bu gün
“Mənim anama qədər bunu Azərbaycanda heç kim etməyib”
06 Dec 2021 | 21:26
Erməni “polisi” Tərtərin kəndində Rusiya vətəndaşına qarşı zorakılıq etdi...
00:42, Bu gün
“Həyat yoldaşımın baş daşını düzəltdirmişəm, Cəbrayıla yenidən gedəcəyim günü gözləyirəm”
06 Dec 2021 | 23:58
Dərdi dərd çəkən bilər...
08:57, Bu gün
Erməni müəllimə Laçının bu kəndini “mübarizənin simvolu” adlandırdı…-FOTOLAR
06 Dec 2021 | 21:56
"İstənilən halda Brüssel görüşü Soçi bəyannaməsinin kölgəsində qalacaq"
01:36, Bu gün
Rusiya Qarabağda “rus diaspor”u yaradır...
00:03, Bu gün
Dünya üçün təhlükəli dövr başlayır - İran, Rusiya və Çin Baydeni ciddi qəbul etmir... - TƏHLİL
01:39, Bu gün
Brüssel sammiti - Revanş ideyaları Ermənistan liderini yeni qarşıdurmaya sürükləyir...
06 Dec 2021 | 21:52
Azərbaycan Səhiyyəsi özü təcili müayinə edilməlidir...
HƏFTƏLİK
02 Dec 2021 | 07:55
"Dünən İrəvandan Bakıya təyyarə uçub - çoxlu sayda əsir gətirilməlidir..."
03 Dec 2021 | 14:07
"İşdən çıxarılmağım mənim üçün sürpriz oldu"
06 Dec 2021 | 16:37
“Ona nazir, komitə sədri vəzifələri təklif etdim, imtina etdi,  çünki...”
04 Dec 2021 | 10:06
Polkovnik erməniləri xəbərdar etdi: “Gəlirik, qanunsuz yerləşdiyiniz yurdlarımızdan çıxın!..”
02 Dec 2021 | 12:00
Petrosyan: "Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır!" - VİDEO
01 Dec 2021 | 19:08
“Ermənilər Ağdamı Ermənistana daşıdığı kimi, o da  Ağdərənin varını-yoxunu Dərbəndə daşıdı...”
06 Dec 2021 | 11:07
Azərbaycanlı məşhur aparıcı keçmiş vitse-spikerin gəlini imiş - VİDEO
05 Dec 2021 | 19:37
Erməni “çobanını” zərərsizləşdirən əsgərə cinayət işi açmaq yox, mükafat vermək lazım...
30 Nov 2021 | 21:58
"Nəcməddin Sadıkov rusca dedi ki, sizə nifrət edirəm və Azərbaycanca da danışmayacam...”
04 Dec 2021 | 10:57
“Orada Ermənistanla sərhədə dair 1 sm-də 10 m dəqiqliklə xəritələr var”– ANONİM EKSPERT
AYLIQ
01:06, Bu gün
“Mənim anama qədər bunu Azərbaycanda heç kim etməyib”
06 Dec 2021 | 21:26
Erməni “polisi” Tərtərin kəndində Rusiya vətəndaşına qarşı zorakılıq etdi...
00:42, Bu gün
“Həyat yoldaşımın baş daşını düzəltdirmişəm, Cəbrayıla yenidən gedəcəyim günü gözləyirəm”
06 Dec 2021 | 23:58
Dərdi dərd çəkən bilər...
08:57, Bu gün
Erməni müəllimə Laçının bu kəndini “mübarizənin simvolu” adlandırdı…-FOTOLAR
06 Dec 2021 | 21:56
"İstənilən halda Brüssel görüşü Soçi bəyannaməsinin kölgəsində qalacaq"
01:36, Bu gün
Rusiya Qarabağda “rus diaspor”u yaradır...
00:03, Bu gün
Dünya üçün təhlükəli dövr başlayır - İran, Rusiya və Çin Baydeni ciddi qəbul etmir... - TƏHLİL
01:39, Bu gün
Brüssel sammiti - Revanş ideyaları Ermənistan liderini yeni qarşıdurmaya sürükləyir...
06 Dec 2021 | 21:52
Azərbaycan Səhiyyəsi özü təcili müayinə edilməlidir...