Azərbaycan kino tarixinin ilk ləzgi bədii filmixa0 - “Soyuq günəş”
Mədəniyyət
10097
26 Aug 2021 | 13:09

Azərbaycan kino tarixinin ilk ləzgi bədii filmixa0 - “Soyuq günəş”

 

Sən demə yeni simalarla çəkilən filmin də reytinqi olarmış 


Son günlərin mədəniyyət cameəsinin gündəmə olan mövzusu “Soyuq günəş” filmidir. İlk dəfə Azərbaycan və ləzgi dillərində çəkilmiş “Soyuq günəş” bədii filmi ləzgi xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərini əks etdirir. Ssenari müəllifi Sədaqət Kərimova, quruluşçu rejissoru Elşən Zeynallı olan filmin çəkilişləri Qusar rayonunun Həzrə kəndində və Türkiyədə aparılıb. Film pandemiya dönəmində Azərbaycan kinosunda yeni nəfəs hesab edilir. Sözügedən film hazırda “Youtube”-da  izlənmə rekorları qırmağa davam edir. 


 Müzakirə obyekti olan filmin baş rejissoru Elşən Zeynallı Moderator.az-ın suallarını cavablandırdı: 

 

- “Soyuq günəş” son zamanların ən çox izlənilən və müzakirə edilən filmlərindəndir. Gözləyirdinizmi ki, çəkdiyiniz film bu qədər marağa səbəb olar?


- Əslində biz festival deyil, tamaşaçı filmi çəkmək istəyirdik. Ancaq filmin qısa zaman ərzində trendə çevriləcəyini təxmin edə bilmirdik. 3 ay yarımdır ki, film “Youtube”-a yerləşdirilib və bu müddət ərzində Türkiyə, Rusiya, İran azərbaycanlıları mənə yazaraq öz təəssüratlarını bildirirlər. Açığı mən belə təsəvvür etməmişdim. Bugünün insanları ekrandan qaçır, daha çox kiçik həcmli videolara baxırlar. 10 dəqiqədən  artıq nəyəsə səbr edib, baxa bilmirlər, nəinki 2 saatlıq filmə.  3 ay yarıma filmin baxış sayı  2 milyonu  keçib. Allaha min şükür zəhmətimiz yerdə qalmadı.

 

 

- Hər bir rejissorun arzusu filmini ürəyi istədiyi şəkildə təqdimatını etməkdir. Ancaq siz digər rejissorlardan fərqli olaraq təqdimatı gözləmədiniz, birbaşa olaraq filmi sosial şəbəkədə tamaşaçılara təqdim etdiniz.


 - Açığı filmin təqdimatına ciddi və böyük həvəslə hazırlaşmışdıq. Demək olar ki, filmin afişaları da hazır idi.  
Çox heyf... Televiziyalarla danışıqlar davam edir, istəyirik ki, heç olmasa “Soyuq günəş”-i kanallarımızın birində təqdim edək.  

-    Adətən bu cameədə yazılmış bir qanun var, film çəkilir, kinoteatrda nümayiş olunur, üzərindən bir neçə il keçdikdən və filmə qoyulan xərc çıxdıqdan sonra “Youtube”-a yerləşdirilir. Sizdə isə biz bunun əksini gördük. 


-    Filmi “Youtube”-a özümüz yerləşdirmişik. Bu öncədən düşünülmüşdü. Mərhum sənətkarımız,  ustadım  Eldar Quliyev deyirdi ki, elm beyin üçündür,  incəsənət isə ürək üçün. İncəsənətin hansı növündən asılı olmyaraq bu hisslərlə, insan qəlbi ilə bağlıdır. Biz bunu çəkdik ki, tamaşaçılar baxsın. Buradan hər hansı maliyyə əldə etmək və ya başqa bir marağımız yoxdur.

 

 

-    “Soyuq Günəş” filmində diqqətimizi çəkən digər bir məqam isə filmdə məşhur simaların azlıq təşkil etməsi idi. Adətən rejissorlar reytinq əldə etmək üçün məşhur simalara daha çox üstünlük verirlər. Bu Azərbaycan kinosu tarixində çox az rastlanan haldır.


-    Bu tək Azərbaycanda deyil, dünya film sektorunda belədir.  Filmin  daha çox izlənməsi üçün məşhur simalar cəlb edilir.  Obrazlara uyğun aktyorlar seçilib və filmdə baş verən hadisələr real həyatdan götürülüb. 

Bu fiım onun göstəricidir ki, məşhur sima deyil filmin mesajının nə demək istədiyi daha önəmlidir. Film rus və ləzgi dillərinə dublyaj olunub. Filmin ssenarisi ləzgi həyatından götürülən və ləzgi xalqının taleyini əks etdirən filmdir.  Azərbaycan kino tarixində ilk  ləzgi bədii filmidir.  

 


 Xəyalə Rəis
 

Link kopyalandı!
Son xəbərlər