Prezident İlham Əliyevin Şuşaya səfəri, səfər əsnasında “güllələnmiş heykəllər”in yenidən öz məkanına qoyulması cəmiyyətdə böyük sevinc və məmnunluqla qarşılanıb.
Moderator.az-a açıqlamasında bu tarixi hadisəyə münasibət bildirən Xalq artisti Gülyanaq Məmmədov, baş verənlərdən böyük sevinc duyduğunu vurğulayıb:
“Dövlət başçısının Şuşa səfərini böyük fərəh hissi ilə izlədim. Şuşamızı, heykəlləri görüncə qeyri-adi sevinc hissi keçirdim. Bildiyiniz kimi, həmin heykəllər Bakıya gətirilmişdi və Milli İncəsənət Muzeyinin arxasında yerləşdirilmişdi. Mən “güllələnmiş heykəllər”ə mahnı oxumuşam. Bununla bağlı klip də hazırlamışdıq. Hər bir azərbaycanlı kimi mənim də ən böyük arzularımdan biri bu heykəllərin öz yerinə qayıtması idi.
Bu gün Şuşamız – alınmaz qalamız artıq bizim özümüzdədir. Mən bu böyük sevinci bizə yaşatdığı üçün prezidentimizə öz dərin təşəkkürümü bildirirəm”.
Seymur ƏLİYEV