ABŞ-dan olan komediya aktyoru insana lazım olan ən vacib şeyləri özündə yerləşdirən kiçik mənzilini göstərib. İcarəyə götürülmüş mənzilin sahəsi 9 kvadratmetr, kirayə haqqı isə ayda 950 dollardır.
Moderator.az bu barədə “New York Post” portaına istinadla xəbər verir.
Oğlan kiçik bir studiyaya bir nəfərlik çarpayı, soyuducu və əlüzyuyan çanağı yerləşdirib, digər gigiyenik prosedurlar üçün isə otağı tərk etməli olur.
Ən kiçik mənzil
Amerikalı komediya aktyoru Ron Ervin Nyu-Yorkda ayda 950 dollara mənzil kirayələyir. Sakinlərin sözlərinə görə, onun mənzili şəhərin ən kiçik mənzillərindən biridir.
Ron bu yaxınlarda mənzildə ətraflı ekskursiya təşkil edib. Otağın çox hissəsini bir nəfərlik çarpayı tutur, onun yanında isə siyirtməli kompüter masasını görmək olar.
Məişət texnikası baxımından mənzilə kiçik soyuducu və elektrik sobası yerləşdirilib. Üstündə asma şkafları olan əlüzyuyan çanağına da yer tapılıb. Ronun mənzilində duş və tualet üçün yer qalmayıb. Bloger bildirir ki, qonşunun hamamından istifadə etməli olur.
Miraslan