“Son savaşda əsas hədəfimiz Xankəndindəki separatçı-terrorçu rejimi ləğv etmək olmalı idi...”
Köşə
Oxunub: 4785
20 Jan 2022 | 11:57
“Son savaşda əsas hədəfimiz Xankəndindəki separatçı-terrorçu rejimi ləğv etmək olmalı idi...”
“İspaniyanı parçalayıb “Kataloniya dövləti” yaratmaq istəyən,Karles Puçdemonun İspaniya dövlətinin barəsində İnterpolla axtarış elan etməsindən sonra taleyinin necə puç olması hamının gözü qarşısındadır...”
 
“Tam qələbə çalmaq üçün  Azərbaycanın bətnindəki  separatçı-terrorçu “xərçəng şişi”ni cərrahiyyə əməliyyatıyla  götürməli idik. Ancaq təəssüf ki, bunu edə bilmədik...”
 
FİKİR SAVAŞI...
 
Ötən ilin son günlərində  Xankəndinin, eləcə də Azərbaycanın həmin şəhərinə bitişik, Azərbaycan türklərinin kompakt yaşadığı Kərkicahan qəsəbəsinin işğalının 30 illik qara “yubiley”i ni qeyd etdik... Yeni ili  isə 30 il öncəki kimi Xankəndisiz, Əsgəransız, Xocavəndsiz, Ağdərəsiz qarşıladıq... 
 
"O halda Ermənistanla sərhəddə olsa da, heç olmasa, öz hüquqi-tarixi torpaqlarımızda – Şuşada, Ağdamda, Xocavənddə və s. xidmət edən hərbçilərimizin erməni terrorçularının gülləsindən şəhid olması xəbərini almazdıq..."
 
*** ***
 
Üstəlik, bir il üç aydır ki, dövlətimizin İnterpolla axtarışa verdiyi separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan dekabrın 31-də  Yeni il bayramını Kəlbəcər ərazisindəki erməni postlarında qeyd etdi və oradan Xudavəng məbədinə baxıb, badə qaldırıb tost deyərək bizlərə acıq verdi...
 
*** ***
 
30 il öncə də bu yanvar günlərində Xankəndində Azərbaycan bayrağı dalğalanmırdı, bu gün də dalğalanmır... 30 il öncə Xankəndində sovet-Rusiya qoşunları hökmranlıq edirdi, bu gün isə  oraya “sülhməramlı” adı altında Rusiya hərbi kontingenti nəzarət edir... 30 il öncə də bu şəhərimizdə Kremlin himayə etdiyi separatçı-terrorçu erməni xuntası at oynadırdı, Daşaltını, Malıbəylini, Quşçuları, Qaradağlını, Xocalını, Şuşanı, Laçını, Kəlbəcəri işğal etmək məqsədi ilə fəaliyyət göstərirdi,  bu gün də xeyli sarsıdılmış olsa da, orada yenə də eyni xislətli, eyni niyyətli rejim hakimdir...
*** ***
Bir vətəndaş, bir qələm sahibi olaraq bu mövzuda digər düşüncələrimi də dəyərli oxucularımıza çatdırmağı özümə borc bilirəm... 
 
*** ***
 
Öncə Allah 20 Yanvar qətliamında, 1-ci Qarabağ müharibəsində, Aprel, Tovuz döyüşlərində və 44 günlük savaşda şəhid olan oğul-qızlarımıza rəhmət eləsin, yaralı və xəstə qazilərimizə şəfa versin!.. 
 
*** ***
 
Əsla dövlət və ya ordu rəhbərliyinə nəsə məsləhət görmək, onları nədəsə qınamaq niyyətində deyiləm. Çünki əvvəla, siyasətçi, yaxud hərbçi deyiləm. İkincisi də, onların Azərbaycan və Qarabağla, konkret Xankəndi ilə bağlı bildikləri bir çox yerli və beynəlxalq gerçəklikləri bilmirəm. Və dövlət və ordu rəhbərliyinin yerində olsam, bu mövzularda hansı qərarlar verə biləcəyim haqda da bir öncəgörməm yoxdur... Sadəcə, öz fikirlərimi ifadə etmək istəyirəm. Buna Konstitusiyamız da, müvafiq qanunlarımız da imkan verir. Eyni zamanda Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə söyləyib ki, Azərbaycanda demokratiyadır, fikir, əqidə azadlığıdır, mətbuat üzərindən senzura qaldırılıb... Odur ki, hansısa dövlət qurumunun, yaxud rəhbər məmurun hər hansı jurnalisti, yazarı, o cümlədən bəndənizi hansısa məsələyə fərqli baxışına görə qınamağa, onun qanunlar çərçivəsində heç kəsi təhqir etmədən düşüncələrini ifadə etməsinə qadağa qoymağa  nə hüquqi, nə də mənəvi haqqı var...
 
*** 
 
Yalnız  avtoritar, totalitar rejimli ölkələrdə hamı inkubator cücələri təki dövlətin başında duranlar kimi düşünməli, danışmalı və yazmalı, onların qeyri-insani əmr və göstərişlərinə uyğun davranmalıdır, bunun əksini edənlər təqib olunmalıdırlar... Və belə rejimlərin sonunu on illərdir görürük və inşallah, görəcəyik...
 
****
Öncə bir sualı cavablandıraq:
Qarabağın, o cümlədən Xankəndinin, Kərkicahanın xəstə təxəyyüllü, neo-faşist ideologiyasına qurşanmış, “KQB”-“QRU” şəbəkəsinə xidmət edən ermənilərin  idarə etdiyi  Ermənistan tərəfindən işğal olunmasına, eləcə də Xankəndindən Xocalıya hücum edilərək oradakı minlərlə soydaşımızın soyqırımı aktına məruz qalmasına əsas hərbi və siyasi dəstəyi kim, hansı dövlət, hansı imperiya  verdi? Cavabı özünüz bilirsiz. Uzun-uzadı izahata ehtiyac yoxdur... 
 
***
 
10 noyabr 2020-ci il üçtərəfli bəyanat-razılaşmasından keçən bir ildən çox müddətdə 44 günlük savaş zamanı Azərbaycan ordusunun Xankəndinə girib-girməməli olduğu  haqda çox müzakirə və mübahisələr gedir... Peşəkar siyasətdən, politologiyadan-filandan uzaq əksəriyyət hesab edir ki, ordumuz Xankəndinə girməli, oradakı separatçı-terrorçu birləşmələrini təslim almalı, silahlı müqavimət göstərənləri məhv etməli, həbs edilmiş liderlərin  vasitəsilə Qarabağın digər ərazilərindəki separatçı və terrorçuları da tərksilah edərək ələ keçirməli və yalnız bundan sonra yerdə qalan dinc, mülki ermənilərə Laçından Ermənistana gediş-gəliş yolu verilməsi məsələsi həll edilməli idi...
 
******
 
Əks mövqedə olanların arqumenti ondan ibarətdir ki, guya Azərbaycan ordusu Xankəndinə daxil olacağı təqdirdə hayların fətvası ilə Rusiya da, ABŞ da, beynəlxalq təşkilatlar da bizi  soyqırımında suçlayacaqdı... İkinci də  Bakı, eləcə də Gəncə, Bərdə və s. Ermənistan tərəfindən daha güclü raket atəşinə məruz qalacaqdı...  
 
*** ***
 
Məsələ ondadır ki, biz mənəvi baxımdan Qarabağın ürəyinin Şuşa olduğunu hesab ediriksə, düşmənlərimiz, o cümlədən separatçı-terrorçu ermənilər üçün Qarabağın ürəyi də, beyni də məhz Xankəndidir... Separatçı və terrorçuların Azərbaycan ərazisindəki beyin mərkəzi oradadır... Moskvadan gələn təlimata uyğun əmrlər, göstərişlər oradan verilir, əsas canlı qüvvə, silah-sursat, texnika anbarları və s. Xankəndindədir... 
 
*** ***
 
Bir adam digər orqanlarından vurulsa, sağ qalmaq ehtimalı böyükdür. Ancaq ürəyindən, yaxud beynindən ağır və tutarlı zərbə alanın öləcəyinə şübhə yoxdur... Bu baxımdan biz Şuşanı azad etməklə işğalçı və separatçı-terrorçu hay-erməni qruplaşmasının qəlbinə, yəni mənəvi ürəyinə çox ağır və tutarlı zərbə vurduq... Lakin onların ürəyi və beyni olan Xankəndi, yalnız cüzi “qəlpə zərbələri” aldı... Buna görə də düşmən hələ ayaqdadır və maraqlı beynəlxalq güclər, eləcə də Rusiya, Fransa və ABŞ revanşizm hissini gizli-açıq formada körükləməklə,  yenə də “status”dan-filandan dəm vurmaqla ermənilərin separatçı, işğalçı, faşist xislətli qismini “Qarabağ uğrunda mübarizəni yenidən başlatmağa” qızışdırır və ruhlandırırlar... 
 
*** ***
 
Bəndəniz də Xankəndinin azad olunmasının vacibliyinin tərəfdarı idi. Lakin əksəriyyətin düşündüyündən bir az fərqli formada... Belə ki, əslində Azərbaycan ordusunun hay-küylə, döyüşə-döyüşə Xankəndinə girməsinə ehtiyac yox idi.... Öncədən düşünülmüş dəqiq plan əsasında əvvəcə Laçın şəhəri azad edilməli,  Gorus-Laçın-Şuşa yolu tam nəzarətə götürülməli, Şuşanın azad edilməsi uğrunda döyüşlər gedə-gedə Xankəndi də mühasirəyə alınmalı və  Şuşa, eləcə də ətraf kəndlər tam azad edildikdən sonra mühasirə həlqəsi daraldılaraq düşməndən təslim olması tələb edilməli idi... Belə olacağı təqdirdə hətta paralel olaraq Ağdam, Kəlbəcər, Laçın və Ağdərə ərazilərində döyüşlər gedə-gedə belə, Xankəndindəki qüvvələr təslim olmağa məcbur olacaqdı. Çünki Laçın yolu bağlı olduğundan, Ağdərə-Kəlbəcər-Basarkeçər yoluna isə ən azı artilleriya və PUA nəzarəti həyata keçirildiyindən Kəlbəcər-Tərtər-Ağdərə istiqamətindəki erməni hərbi birləşmələri də mühasirədə qalacaqdı. Odur ki, separatçı hayların silah-sursat və canlı qüvvə təminatı kəsiləcəkdi...
 
****
 
Xankəndindəki düşmən təslim olduğunu bəyan edib ağ bayraq qaldırdıqdan sonra şəhərə yalnız kəşfiyyatçı və istehkamçıların müşayiəti ilə daxili qoşunlar girib lokal bir anti-terror əməliyyatı keçirərək  barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  8 maddəsi ilə cinayət işi qaldırıb İnterpolla axtarışa verdiyimiz Araik Arutyunyanı, həmçinin Xocalı soyqırımında təşkilində və icrasında iştirak etdiklərinə görə yenə də İnterpolla axtarışa verdiyimiz  Vitali Balasanyanı, Bako Saakyanı, Arkadi Qukasyanı, eləcə də son vaxtlar bizə qarşı David Babayan və s. başda olmaqla separatçı-terrorçu liderlər və onların əlaltılarını həbs etməli və bununla da Azərbaycan Respublikasının suveren tarixi-hüquqi torpaqlarında separatçı-terrorçu rejimin varlığına son qoyulmalı idi...
 
*** ***
 
Məgər dünya ictimaiyyəti,   Azərbaycanın öz hüquqi-tarixi torpağındakı separatçı-terrorçu şəxslərin həbs etməsinə və ya müqavimət göstərənləri zərərsizləşdirməsinə etiraz edəcəkdimi?..  ABŞ, Fransa, yaxud Rusiya, eləcə də onun sülhməramlıları hansı haqla Azərbaycan dövlətinin İnterpolla axtarışa verdiyi cinayətkarları himayə edəcəkdi?..
 
*** ***
 
İspaniyanı parçalayıb “Kataloniya dövləti” yaratmaq istəyən, qanuni Kataloniya Muxtar Vilayəti hökumətinin keçmiş rəhbəri,  özü də Avropa Parlamentinin deputatı olan Karles Puçdemonun İspaniya dövlətinin barəsində İnterpolla axtarış elan etməsindən sonra taleyinin necə puç olması, gah Brüsseldə, Almaniyada, gah İtaliyada həbs olunması hamının gözü qarşısındadır. Bu gün İspaniya dövləti  Kataloniyada tam sakitlik yaradıb. Və hazırda Puçdemonun İtaliyadan ekstradisiya olunması üçün Avropa Parlamentinin qərarını gözləyir... Baxmayaraq ki, Puçdemon İspaniya qanunları çərçivəsində qanuni qurum rəhbəri olub və Arutyunyandan fərqli olaraq dövlətə qarşı heç bir terror əməli və digər cinayət törətməyib...
 
*** ***
 
Bəs II Qarabağ  savaşından sonra Rusiya sülməramlılarının Laçın dəhlizinə, Yuxarı Qarabağın qalan hissəsinə girmələri zəruri idimi? Əslində dediklərimiz həyata keçdikdən, yəni Xankəndindəki separatçı-terrorçu liderlər həbs edildikdən sonra buna zərurət qalmayacaqdı... Çünki yerdə qalan ermənilərin böyük əksəriyyəti heç bir müqavimət göstərmədən təslim olacaq. Azərbaycan vətəndaşlığını qəbul edənlər edəcək, etməyənlər də Xankəndi-Şuşa-Laçın-Gorus yolu vasitəsilə dinməzcə ərazimizi tərk edəcəkdi...
Və əgər Rusiya və Ermənistan əraziyə sülhməramlı adıyla Rusiya ordusunun yeridilməsini tələb edəcəkdisə, yalnız Laçın şəhərinə, Şuşaya, Xankəndinə, Əsgərana, Ağdərəyə və Xocavənd rayon mərkəzinə bayrağımız sancıldıqdan sonra həmin ordu Laçın yolu vasitəsilə torpaqlarımıza daxil olub yalnız  Gorus-Laçın-Şuşa-Xankəndi yoluna, eləcə də  Qarabağ daxilində ermənilərin azərbaycanlılar yaşayan məntəqələrdən və əksinə, azərbaycanlıların ermənilər yaşayan ərazilərdən sərbəst gediş-gəlişinə nəzarət edə bilərdi... 
 
*** ***
 
Xankəndindəki separatçı-terrorçu rejimi yox edəcəyimiz halda Rusiya “sülhməramlıları”nın komandanı Rüstəm Muradov Xankəndinə daxil olanda artıq orada Araiki, Balasanyanı tapıb qucaqlaya bilən deyildi. Uzaqbaşı, oradakı doğrudan da öz liderləri tərəfindən aldadılmış, yaxud onlara uymuş gerçəkdən də məzlum erməni qoca, dığa və axçikləri ilə rastlaşacaqdı...
*** 
Təəssüf ki, Şuşa şəhərinin və rayonun yalnız bir- Daşaltı kəndindin azadlığına nail olsaq da, biz Xankəndinə bayraq sancmadan 27 sentyabr 2020-ci ildə başlatdığımız Qarabağ savaşında işimizi yarımçıq qoyduq... Və öz əlimizlə Güney Qafqazdakı iqtisadi-siyasi olaylara ən həssas təsir mexanizmini  məlum imperiyanın əlinə verdik... 
 
*** ***
 
Doğrudan da,  Xankəndindəki  separatçı-terrorçu rejim  həmin şovinist dövlətin əlindədi və onun üçün bir generator, yaxud “sürət qutusu”dur, həmin qutu vasitəsilə nəinki Azərbaycanda, bütövlükdə Güney Qafqazdakı proseslərin, Azərbaycanın işğaldan azad ərazilərdəki yenidənqurma və bərpa işlərinin, həmçinin soydaşlarımızın o torpaqlarda, eləcə də keçmiş Dağlıq Qarabağda məskunlaşmasının, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasının, o cümlədən Türkiyənin bölgədəki proseslərə sürətini müəyyənləşdirməyə çalışır və çalışacaq. Əgər Xankəndində, Xocalıda və s. separatçı-terrorçu rejim varlığını davam etdirdiyi şəraitdə Zəngəzur yolu açıldıqdan sonra məlum dövlət həmin proseslərin “əyləc” sistemini də öz əlinə keçirəcək. Çünki Zəngəzurdan Naxçıvana, oradan da Türkiyəyə keçən yolun Ermənistan hissəsinə onun xüsusi xidmət qurumunun qoşunları nəzarət edəcək və istədiyi zaman müxtəlif bəhanələrlə həmin yolu bağlaya və ya gediş-gəlişi məhdudlaşdıra biləcək... 
 
*** ***
 
Biz  II Qarabağ savaşında tam qələbə çalmaq üçün  Azərbaycanın bətnindəki  separatçı-terrorçu “xərçəng şişi”ni cərrahiyyə əməliyyatıyla  götürməli idik. Ancaq təəssüf ki, bunu edə bilmədik... Odur ki, həmin “şiş”in  ətrafında “müalicə” prosesləri aparılsa da, o, tədridəcən inkişaf etməkdədir və bir xalq, dövlət, ölkə olaraq gələcəyimiz üçün təhlükə mənbəyi olaraq qalır...
 
*** ***
 
Tarixən qalib dövlətləti işğalçı faşist xislətli orduları çıxdıqları yerə kimi qovublar... 
 
*** ***
 
Təsəvvür edin,  sovet ordusu  Almaniyanın bütün əsas şəhərlərini alaydı, Berlini və ətraf bir  neçə şəhərə daxil olmayaydı ki, dünya  SSRİ-ni soyqırımında suçlayar və dünyaya car çəkəydi ki, biz faşizmə qalib gəldik.  Hitler isə reyxstaqda oturub yarımçıq ordu ilə olsa da, hay-küy salacaqdı ki, alman xalqını qarşı soyqırım gedir, Sovet İttifaqını işğalçı kimi tanımaq lazımdır... 
Bu mənada Azərbaycanda erməni faşizminin sonuna çıxmaq və Ermənistana əsl kapitulyasiya aktını imzalatmaq üçün əslində 30 il olan-qalan torpaqlarımızın 20 faizini işğal altında saxlamış bu qəsbkar ölkənin ordusunu İrəvana qədər qovmalı idi. Ancaq gerçək beynəlxalq şərtlər daxilində bu mümkün olmadığından, heç olmasa, Xankəndində anti-terror əməliyyatı keçirməli idik...
 
*** ***
 
Bir sözlə, II Qarabağ savaşında əsas hədəfimiz ordumuzla Xankəndiyə girmək yox, sadəcə, oradakı  separatçı-terrorçu rejimi yox etmək olmalı idi...
Belə olsaydı, bu gün Araik “Artsax xalqının öz taleyini özü həll edəcəyi”, “Rusiya sülhməramlılarının Qarabağda daimi qalmalı olması”  və s. haqda danışa bilməz,separatçı xuntanın  qanunsuz “xarici işlər naziri” David Babayan deməzdi ki, “Artsaxın beynəlxalq səviyyədə tanınmasına nail olmalıyıq” və  “Bu gün Azərbaycanın Qarabağa hücum etməsi Rusiyaya hücum kimi dəyənləndirilməlidir”, “Minsk qrupu yenidən Xankəndinə gedib-gəlməlidir”, "Artsaxa status verilməlidir" və s. bəyanatlarını verə bilməzdi...
 
Bu halda Moskva, Paris, Vaşinqtondakı və s. erməni “aşiq”lərinin də, İrəvandakı revanşist, əslində “KQB”-“QRU” agentləri olan Köçəryan, Sərkisyanların da “Artsax azadlıq mübarizəsi”ni  yenidən başlatmaq üçün Xankəndində söykənəcəkləri bir dayaq da qalmazdı...
 
*** ***
 
Xankəndindəki separatçı-terrorçu rejimi ləğv edəcəyimiz və təbii ki, Qarabağın qalan ərazilərindəki əksər qanunsuz silahlı dəstələri də yox edəcəyimiz halda, bu gün Ermənistanla sərhəddə olsa da, heç olmasa, öz hüquqi-tarixi torpaqlarımızda – Şuşada, Ağdamda, Xocavənddə və s. xidmət edən hərbçilərimizin erməni terrorçularının gülləsindən şəhid olması xəbərini almazdıq...
 
Sultan Laçın 
 
Oxşar xəbərlər
N.Tusi adına Klinika
00:45, Bu gün
Rübabə Muradovanın əldən-ələ keçən qavalının aqibəti Moderator.az-ın xüsusi araşdırmasında...
00:42, Bu gün
Sonsuzluqdan əziyyət çəkən qadın 9 uşaq doğdu: "9 tək rəqəmdir, birini də istəyərdim..."
00:23, Bu gün
İsrailin kənd təsərrüfatı naziri: “Azərbaycandan buğda almağa hazırıq”
00:01, Bu gün
Məşhur filmlərin bəstəkarı vəfat etdi
19 May 2022 | 23:41
Bu tərəvəzlər siqaretin zərərini azaltmağa kömək edəcək - Kərəviz, cəfəri və kök...
19 May 2022 | 23:37
“Deyirdi ki, uşaqlar ağlamasın, amma özü bizi ağlar qoyub getdi...” - FOTO
19 May 2022 | 22:45
Broyler toyuqlara iynə vurulur? - Mütəxəssis Şəlalə Zeynalovadan AÇIQLAMA + VİDEO
19 May 2022 | 22:24
“Fəxri adı mənə Zeynəb Xanlarova verdirdi, kənd uşağı olduğuma görə mənə dəstək oldu...”
19 May 2022 | 22:07
İlham Əliyevlə Paşinyanın bu tarixdə Brüsseldə görüşəcəyi iddia edildi...
19 May 2022 | 22:03
ABŞ Ukraynaya əlavə 100 milyon dollarlıq yardım edəcək
19 May 2022 | 22:00
"Mən ona atəş açmaq istəmirdim, anlayırdım ki, qarşımdakı mülki şəxsdir..."
19 May 2022 | 21:47
“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır
19 May 2022 | 20:47
“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib
19 May 2022 | 20:32
BDU-da simvologiya haqqında təlim...
19 May 2022 | 20:30
"İnsanları qidalandıra bilmiriksə, deməli, münaqişələri qidalandırırıq"
19 May 2022 | 20:27
BDU kollektivi DTX-nın “Şöhrət” muzeyini ziyarət edib
19 May 2022 | 20:25
BDU-da “Kimya və kimya texnologiyası” mövzusunda Respublika elmi konfransı
19 May 2022 | 20:23
Biologiya fakültəsinin tələbələri istehsalat təcrübəsində...
19 May 2022 | 20:22
BDU-da elmi nəşrlərin beynəlxalq reytinq göstəricilərini yaxşılaşdırmaq imkanları müzakirə olunub
19 May 2022 | 20:18
Bugünədək Mediasiya Şurasına 15018 iş daxil olub
19 May 2022 | 19:19
"İran "Ağıllı kəndlər"in İsrail kəşfiyyatının bazaları olduğundan şübhələnir..."
19 May 2022 | 19:18
Ədliyyə naziri Şəmkirdə ətraf rayonlardan olan vətəndaşların qəbulunu keçirdi
19 May 2022 | 18:55
MN: “Azad edilən ərazilərdə 140 km-dən artıq yeni təminat yolu çəkilib” - FOTO/VİDEO
19 May 2022 | 18:41
SOCAR-ın vitse-prezidenti şirkətdə hansı kadrlara tələbat olduğunu AÇIQLADI
19 May 2022 | 18:30
Azərbaycana qarşı hücumlar və Ermənistanın himayəçiləri - ŞƏRH
19 May 2022 | 18:25
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ
19 May 2022 | 18:22
“Uşaq evində böyüdüm, 8 il həbs yatdım” - Nizami Rəmzinin oğlu
19 May 2022 | 18:21
Səfir: “Ukrayna Finlandiya və İsveç kimi tez bir zamanda NATO-ya üzv ola bilər”
19 May 2022 | 18:20
İki rayona yeni rəis TƏYİN EDİLDİ
19 May 2022 | 18:16
Bakıda oğlan ailə məsələsinə görə özünü öldürmək istədi
19 May 2022 | 18:12
İspaniyanın didərgin düşmüş keçmiş kralı illər sonra vətəninə qayıdır - FOTO
19 May 2022 | 18:05
"Bu gün mütləq şərin rəmzi olan bir ad və ona qarşı birləşən dünya mövcuddur"
19 May 2022 | 18:04
"Azəriqaz" İB-nin xanım əməkdaşı təqaüdə yola salındı
19 May 2022 | 17:54
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Qarabağa səfər edəcək
19 May 2022 | 17:52
“Putini kəsdilər və bu, hələ son deyil... -O, artıq Türkiyəyə uçmayacaq...”-VİDEO
19 May 2022 | 17:50
ABŞ-ın Ermənistandakı səfiri: "Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına..."
19 May 2022 | 17:49
Norveçin keçmiş deputatı Ukrayna uğrunda döyüşlərə qatılıb - FOTO
19 May 2022 | 17:48
ABŞ Rusiyanın neft gəlirlərinə zərbə vurmağa hazırlaşır
19 May 2022 | 17:47
Ukrayna kəşfiyyatı keçmiş deputatın qardaşını saxladı - şəhərdə partlayış planlayırmış
19 May 2022 | 17:40
Avropa Parlamentində Azərbaycanla əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO
19 May 2022 | 17:37
Məşhurlarımızın bilinməyən əsl adları - ARAŞDIRMA + FOTO
19 May 2022 | 17:31
Türkiyə razı olacaq, ancaq bunları alandan sonra...
19 May 2022 | 17:28
Fələstin səfiri: “Ümid edirəm ki, Qarabağda mina problemi tezliklə həllini tapacaq”
19 May 2022 | 17:25
Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”
19 May 2022 | 17:23
Bakıda polis maşını qadını vurub? - DYP-dən AÇIQLAMA - VİDEO
19 May 2022 | 17:12
Krım ssenarisi davam edəcək?.. - Kreml Xerson və Zaporojye barədə planlarını açıqlayıb...
19 May 2022 | 17:10
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ - FOTO/VİDEO
19 May 2022 | 17:10
Öhdəliklərə əməl etməyən İrəvan: Anklav, vassal, xidmətçi Ermənistan... - ŞƏRH
19 May 2022 | 17:08
Almaniya kansleri: "Putin daha sülh şərtlərini diktə etməyəcək"
19 May 2022 | 17:04
Sərdar Çam: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”
19 May 2022 | 17:04
Litvanın "INTA" şirkətinin nümayəndələri Azərbaycan-Litva biznes forumu səfəri çərçivəsində Gömrük Akademiyasında olublar
19 May 2022 | 16:59
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
19 May 2022 | 16:56
Bazarda qiymətlər AT BELİNDƏ - Ərzaq böhranından XİLAS YOLU...
19 May 2022 | 16:51
Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində İsveçdə keçirilən seminarda təmsil olunur
19 May 2022 | 16:48
Balıqovlama biletinin verilməsi dövlət rüsumuna cəlb olunacaq
19 May 2022 | 16:46
"Deyirlər sən düz söz deyənsən, yalandan tərifləməzsən, eləsi var, az qalır desin ki..."
19 May 2022 | 16:44
Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb
19 May 2022 | 16:43
BSU-da Məmməd Səid Ordubadinin 150 illik yubileyi qeyd olunub
19 May 2022 | 16:40
Türkiyənin tanınmış ədəbiyyatşünas alimi və yazıçısı Ali Kafkasyalı BDU-da
19 May 2022 | 16:40
Qusarda gənc oğlan anasının başını niyə kəsib? – ŞOK TƏFƏRRÜAT
19 May 2022 | 16:39
"Kadırovçular talançı, rusiyalı "spesnaz" daha qəddar və qaniçəndir, Omsk desantçıları isə..."
19 May 2022 | 16:35
Türkiyə və Azərbaycanda imtahan suallarını satan şəxslər həbs edildilər - RƏSMİ
19 May 2022 | 16:34
BDU alimlərinin həmmüəllif olduqları məqalə impakt faktorlu jurnalda çap olunub
19 May 2022 | 16:23
Azərbaycanda hibrid avtomobillərinə güzəştlər tətbiq edilməyə başlanılıb
19 May 2022 | 16:20
TDT-nin baş katibi: “Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyasının qələbəsidir”
19 May 2022 | 16:18
Bakının məşhur parkındakı yaşıllıqlar niyə məhv olur? - AÇIQLAMA
19 May 2022 | 16:17
Aydın Kərimov: “Şuşada birinci yaşayış kompleksinin tikintisi üzərində işlər aparılır”
19 May 2022 | 16:16
Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək
19 May 2022 | 16:11
İrəvan biolaboratoriyaları etiraf etdi: "Yalnız ermənilər çalışır"
19 May 2022 | 16:08
Rusiyalı deputat Finlandiya və İsveçi atom bombası ilə HƏDƏLƏDİ - VİDEO
19 May 2022 | 15:57
“Azəriqaz” İB yanında İctimai Şura növbəti monitorinq keçirib - FOTOLAR
19 May 2022 | 15:51
Çay daşlarından unikal sənət nümunələri yaradan Xaçmaz sakini - VİDEO
19 May 2022 | 15:44
Qənirə Paşayeva Xalq artistini 65 illik yubileyi münasibəti ilə təbrik edib - FOTO
19 May 2022 | 15:40
İndi də “Meymun çiçəyi” virusu yayılır - Ancaq kişilər yoluxur
19 May 2022 | 15:38
Qalmaqallı görüntülərindən danışan Renka: "Bu VİDEOdan sonra məclislərim çoxaldı"
19 May 2022 | 15:34
Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın tərkibini formalaşdırıb
19 May 2022 | 15:22
Hindistanlı turist Azərbaycan dağlarında YOXA ÇIXDI
19 May 2022 | 15:02
Arestoviç Rusiya ilə barışığın yeganə variantını AÇIQLADI
19 May 2022 | 15:01
Rusiya MN müharibədə istifadə olunan "Z" və "V" işarələrinin mənasına aydınlıq gətirib
19 May 2022 | 14:58
Prezident Administrasiyasında bu şöbə ləğv olundu
19 May 2022 | 14:56
“Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-da sertifikat və medala layiq görülüblər
19 May 2022 | 14:49
Sabah "Azəriqaz”ın növbəti “Açıq qapı” aksiyası keçiriləcək
19 May 2022 | 14:47
Zelenskinin Putinin qızı ilə görüşdüyü bəlli oldu...-"Der Spiegel” 
19 May 2022 | 14:41
Əli Həsənov Şahbaz Quliyevin ittihamlarına cavab verdi: “Şahbazı tanımıram"
19 May 2022 | 14:38
Azərbaycanlı tələbələr İsrailə səfər edəcəklər
19 May 2022 | 14:36
Ərdoğanın mesajından sonra geri addım – “Ankaranın şərtini yerinə yetirməsək..."
19 May 2022 | 14:36
"Hazırda ruslar səylərini bir şəhərin, bir kəndin, bəzən yolayrıcının ələ keçirilməsinə yönəldib"
19 May 2022 | 14:33
TƏBİB Qadir İbrahimlinin kəskin qaraciyər sirrozu olduğunu açıqlayıb, vəziyyəti ağırdır...
19 May 2022 | 14:33
Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb
19 May 2022 | 14:32
İrəvan "Qazaxıstan ssenarisi"nə hazırlaşır?
19 May 2022 | 14:30
Şuşada beynəlxalq konfrans başlayıb - FOTO
19 May 2022 | 14:28
Paşinyan Azərbaycanı aldatdı? - Ermənistan üçün "ölüm zəngi" ÇALINIR
19 May 2022 | 14:28
BDU-da Beynəlxalq Muzeylər Günü qeyd olunub
19 May 2022 | 14:25
Cabir İmanov biznesə başladı
19 May 2022 | 14:25
BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün yeni imkan
19 May 2022 | 14:14
SOCAR işçisinin adı keçən şok cinayət işi: Yarım milyona yaxın pul... – TƏFƏRRÜAT
19 May 2022 | 14:10
İranda bahalığa qarşı etirazlar qızışır: Tanklar şəhər küçələrində, ölən və yaralananlar var - VİDEO
19 May 2022 | 14:08
Gəncə Avtomobil Zavodu ilə Belarusun iki müəssisəsi arasında memorandumlar imzalanıb - FOTO
19 May 2022 | 14:06
Sabina Katanovanın 130 min manatını mənimsəyən vəkil HƏBS EDİLDİ
19 May 2022 | 14:01
Ərdoğan: “İsveç əsl terror yuvasıdır”
GÜNLÜK
19 May 2022 | 10:26
“Bizi kənddən çıxarmaq istəsələr, silaha sarılacağıq...”-Laçının kəndindəki Andranik...
19 May 2022 | 07:55
Ukrayna aviasiyası Rusiyanın 20-yə yaxın zirehli texnikasını məhv etdi...
19 May 2022 | 11:25
Bizim inşaatçılar ermənilərin arasında Laçın dəhlizinə alternativ yolu belə çəkir...-REPORTAJ
19 May 2022 | 08:32
Rusiyada 12-ci hərbi komissarlıq da yandırıldı...-VİDEO
19 May 2022 | 09:16
10 yaşlı bədii qiraətçi Zəhra İmranlı Azərbaycan radiosunun keçirdiyi müsabiqədə birinci oldu -VİDEO
19 May 2022 | 14:47
Zelenskinin Putinin qızı ilə görüşdüyü bəlli oldu...-"Der Spiegel” 
19 May 2022 | 07:09
"Vaxtlı-vaxtında namaz qılmaq insanın gündəlik həyata uyğunlaşmasını təmin edir..."
19 May 2022 | 09:24
Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - Özü açıqladı
19 May 2022 | 09:20
Taleh atasını öldürdüyü qızla 4 ay əvvəl evlənibmiş
19 May 2022 | 08:50
Vitse-spiker: “Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb”
HƏFTƏLİK
17 May 2022 | 01:19
“Zaura dedim ki, mənimlə zarafat etmə, canlı efirdə cavab qaytardım, dedi ki...”
16 May 2022 | 11:45
"Rusiya ordusu Sxinvalidə - Qarabağda ara qarışarsa, ora dəhliz açmaq üçün dayanıb...”
14 May 2022 | 11:25
“Bu dəfə atəşkəsin uzanmaması üçün ən əsas vəzifə Qarabağın məskunlaşdırılmasıdır...”
14 May 2022 | 12:59
Xüsusi təyinatlı komandirlər... - Əfsanəvi zabitlər kimlərdir?
16 May 2022 | 18:09
“Rusiyanın hazırkı elitası yalnız korrupsioner və oğrulardan ibarətdir...”
14 May 2022 | 17:54
“Hayastan” fondu Tərtər rayonu ərazisində yeni yol çəkilişini davam etdirir...-VİDEO
14 May 2022 | 12:51
"Nə zaman ki “biz” içimizdəki “mən”dən bir az yuxarı olacaq, onda xor oxuyacağıq..."
17 May 2022 | 21:08
Laçın rayonunun Rusiyanın nəzarətində qalan hissəsində son durum...-ARAŞDIRMA
18 May 2022 | 15:06
"Qarabağda erməni və azərbaycanlının belə yaxın dayandığını ilk dəfə gördüm..."-VİDEO
15 May 2022 | 10:21
“Bir gecəyə məşhurlaşdım, mahnımı oxuyaraq arxamca düşürdülər...”  - FOTOLAR
AYLIQ
19 May 2022 | 10:26
“Bizi kənddən çıxarmaq istəsələr, silaha sarılacağıq...”-Laçının kəndindəki Andranik...
19 May 2022 | 07:55
Ukrayna aviasiyası Rusiyanın 20-yə yaxın zirehli texnikasını məhv etdi...
19 May 2022 | 11:25
Bizim inşaatçılar ermənilərin arasında Laçın dəhlizinə alternativ yolu belə çəkir...-REPORTAJ
19 May 2022 | 08:32
Rusiyada 12-ci hərbi komissarlıq da yandırıldı...-VİDEO
19 May 2022 | 09:16
10 yaşlı bədii qiraətçi Zəhra İmranlı Azərbaycan radiosunun keçirdiyi müsabiqədə birinci oldu -VİDEO
19 May 2022 | 14:47
Zelenskinin Putinin qızı ilə görüşdüyü bəlli oldu...-"Der Spiegel” 
19 May 2022 | 07:09
"Vaxtlı-vaxtında namaz qılmaq insanın gündəlik həyata uyğunlaşmasını təmin edir..."
19 May 2022 | 09:24
Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - Özü açıqladı
19 May 2022 | 09:20
Taleh atasını öldürdüyü qızla 4 ay əvvəl evlənibmiş
19 May 2022 | 08:50
Vitse-spiker: “Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb”