“Gorus qəzasının rəisi Səlim bəy Tex kəndinin də bəy babama veriləcəyini vəd edibmiş...”
Köşə
Oxunub: 2624
14 Jan 2022 | 13:41
“Gorus qəzasının rəisi Səlim bəy Tex kəndinin də bəy babama veriləcəyini vəd edibmiş...”
“Şükürlər olsun ki, həmin kəndlərdəki erməni əkinçi və çobanlar  hazırda yaxın güllə atəşi məsafəsində Azərbaycan Milli Ordusunun nəzarətində dolanırlar...”  
 
Öncəki yazılarımda dediyim  kimi, soyumuz Qarabağ-Zəngəzur bəylərindən gəlir... Zəngəzurun indiki Laçın rayonu ərazisindəki Bağırbəyli elində - Ağanus və Fətəlipəyə kəndlərində böyük torpaq sahələri və mal-qaraya sahib olan babam Əbdüləli bəy 1905-1906 və 1918-1920-ci illərdə  erməni terrorçuları digər kəndlərlə bərabər Ağanus kəndimizi də 3 dəfə işğal edib yandıran zaman onlara qarşı döyüşlərdə fəal iştirak edib.  
 
Çar Rusiyası dövründə bilərəkdən müsəlmanları, xüsusən Azərbaycan türklərini məcburən hərbi xidmətə və müharibələrə cəlb etmir, bunun əvəzinə varlılardan, zadəgan və bəylərdən hökumətin hesabına ordu üçün pul ödənilirdi. Amma ermənilər və digər xristian təbəələr məcburi olaraq hərbi xidmətə, eləcə də savaşlara göndərilirdi...   
 
1905-1906-cı illərdə Çar casus şəbəkəsi tərəfindən qızışdırılmış erməni-müsəlman savaşında  babam Əbdüləli bəy ermənilərin atıcı silahlarla daha yaxşı davrandığına və taktiki hiylələri bildiyinə diqqət edir. Ona görə də odlu silah və qılınc, xəncərlə daha mükəmməl döyüşməyi öyrənmək məqsədi ilə babam 1914-cü ildə Yelizavetpol quberniyasının Görus qəzasının polis rəisi, eyni zamanda Rusiya Xarici İşlər Nazirliyinin İranla sərhəd idarəsi komissarının köməkçisi olan  Səlim bəy Rüstəmbəyova müraciət edərək könüllü şəkildə I Cahan savaşına yollanır. Qeyd edim ki, xalq qəhrəmanı Qaçaq Nəbidən bəhs edən “Qanlı zəmi” filmində xalq artisti Rasim Balayevin ifasında Səlim bəyin obrazı yaradılıb...   
 Səlim bəy babamın müharibəyə yollanmaq barədə xahişini dinlədikdən sonra bildirir ki, çar II Nikolayın fərmanına görə,  könüllü olaraq müharibəyə yollanan azərbaycanlı bəylərə  geri döndükdən sonra iki kənd hədiyyə edilməlidir. Və soruşur ki, bəy, inşallah, müharibədən sağ-salamat geri döndükdən sonra hansı kəndi götürmək istəyirsən. Babam bir az fikirləşir  və deyir ki,  Səlim bəy, Gorus yaxınlığındakı Dığ(“Tex”) və Gorunzur(“Kornidzor”) kəndlərinin ağası olmaq istərdim. Orada yaşayanlar erməni olsa da, qoçaq, zəhmətkeş camaatdır, torpaqları da münbitdir.  Həm də qoy o kəndlərimizin başçısı hansısa erməni yox, özümüz olaq... Səlim bəy babamın təklifi ilə razılaşır və  savaşdan döndükdə həmin kəndlərə sahib olması üçün ona yazılı, müvafiq möhürlü və imzalı sənəd verir.  
Qeyd edək ki, bəhs edilən kəndlər hazırda Laçın  rayonu ilə  Ermənistan sərhədində yerləşir. Və  ermənilər mütəmadi olaraq daha çox Dığ kəndi yaxınlığındakı postlardakı Azərbaycan hərbçilərinin guya onların at, yaxud mal-qara və ya qoyunlarını  aparmalarından, çoban və əkinçilərini əsir götürmələrindən şikayətlənirlər. Yanvarın 13-də də rəsmən “Tex” adlandırılan Dığ kəndinin çobanlarından biri azaraq Azərbaycan tərəfə keçib  və sonra hərbçilərimiz tərəfindən geri qaytarılıb. Məhz bu olaydan sonra bir daha Əbdüləli babamın həmin kəndlərlə bağlı hekayətini xatırladım...
 
Xülasə, babam II Dünya savaşına yollanır, qafqazlılardan ibarət  məşhur “Dikiy diviziya”nın tərkibində  Şimali Qafqazdan başlayaraq Ukrayna və Polşanın Krakov quberniyasınadək Almaniyaya qarşı döyüşlərdə iştirak edir. Əsas döyüşləri Ukraynanın Karpat dağları ərazsində olur. Çar II Nikolayın 3 xaç medalına layiq görülür. 4-cünü də alsaydı, o dövrün Rusiya qəhrəmanı adına layiq görüləcəkdi. Lakin 1917-ci ildə ağır yaralandığından Vətəninə - Azərbaycana məzuniyyətə göndərilir. Və həmin il Çar hakimiyyəti süqut etdiyindən geri qaytarılmır. Odur ki, Dığ və Gorunzur kəndlərinin babama verilməsi baş tutmur... 
 
Sözümün canı ondadır ki, Zəngəzur, o cümlədən sovet dövründəki Gorus rayonu ərazisi və deməli, həmin rayonun 44 günlük savaşdan sonra adı erməni mediasında tez-tez hallanan  Dığ(“Tex”) və Gorunzur(“Kornidzor”) kəndləri də tarixən Azərbaycan ərazisi olub. Həmin kəndlərə Rusiya imperiyası tərəfindən köçürülmüş ermənilər bizim qəza rəislərinin, bəylərin əmri altında əkinçilik, çobanlıq edib... 
 
Çar Rusiyasının XIX əsrin sonundakı yeni inzibati ərazi bölgüsünə əsasən, indiki Qapan, Gorus, Meğri, Sisyan, Laçın, Qubadlı, Zəngilan rayonları Zəngəzur qəzası adı ilə Yelizavetpol (Gəncə) quberniyasına daxil edilib. Qərbi Azərbaycanın digər torpaqları, həmçinin çağdaş Naxçıvan ərazisi isə İrəvan quberniyasına aid olub. Yəni həmin ərazilərdə “Ermənistan” adı inzibati vahid kimi də xəritələrə daxil edilməyib.  
 
 
Təəssüf ki,  Azərbaycan Xaql Cümhuriyyəti işğal edildikdən sonra, 1920-ci ilin axırında qondarma Ermənistan ərazisində sovet hakimiyyəti qurulan kimi xüsusən Sovet Rusiyasının Xalq xarici işlər komissarı Çiçerinin, eləcə də Lenin, Stalin və Orconikidzenin təzyiqi ilə Zəngəzur iki yerə parçalandı — Laçın, Qubadlı, Zəngilan Azərbaycan SSR-in tərkibində qaldı, bolşeviklərin tabeliyinə keçmiş yeni sovet respublikasının "təhlükəsizlinin təminatçısı" olan XI ordunun qəsdən etinasızlığı ilə ermənilər tərəfindən işğal olunmuş digər dörd rayon isə, yaylaqlar istisna olunmaqla Ermənistana verildi. Sonralar həmin yaylaqlar da, o cümlədən Qaragöl yaylağının bir hissəsi əlaltından ermənilər tərəfindən özününküləşdirildi...
Sözügedən “erməni” kəndləri babamın, o cümlədən bizim 1992-ci il işğalınadək yaşadığımız Laçın rayonunun Ağanus kəndindən görünürdü. XX əsrin əvvəlində həmin kəndlərin yaxınlığından kəndimizə atılmış top mərmilərinin qalıqları sovet dövründə hələ də  tapılırdı. 1992-ci ilin mayında isə  yenidən həmin ərazidən  kəndimiz, eləcə Laçın şəhəri atəşə tutulurdu... 
 
Şükürlər olsun ki,  44 günlük savaşda şəhid və qazilərimizin canı-qanı sahəsində torpaqlarımızın, o cümlədən Zəngəzurun xeyli hissəsi işğalçılardan azad edildi və babamın bəylik etməyi arzuladığı  rəsmən Dığ və Gorunzur kəndlərindəki erməni əkinçi və çobanlar  hazırda  yaxın güllə atəşi məsafəsində Azərbaycan Milli Ordusunun nəzarətində dolanırlar...  
 
Sultan Laçın
 
Oxşar xəbərlər
N.Tusi adına Klinika
01:17, Bu gün
Türkiyə Ermənistana "böyük qardaş" olacaqmı?
00:03, Bu gün
“Rusiya qoşunlarının hərəkəti ilə bağlı təşvişə əsas yoxdur”
24 Jan 2022 | 23:50
Çin dünyadan nəyi gizlədir? - FOTO
24 Jan 2022 | 23:29
Burkina-Fasoda hərbçilər hakimiyyəti ələ keçiriblər
24 Jan 2022 | 23:25
Fatma Səttarova: “Bu gün həyatımda ən dəyərli hədiyyəni aldım”
24 Jan 2022 | 22:12
Körpəsinə süd verən qadına ərinin dəstəyi sosial mediada gündəm oldu
24 Jan 2022 | 22:10
Ah, İstanbul... - FOTOLAR
24 Jan 2022 | 22:05
"Komanda üzvlərimiz buraxdıqları bu acınacaqlı səhvə görə xalqın nifrətini qazandılar"
24 Jan 2022 | 21:39
Paşinyan: “Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”
24 Jan 2022 | 21:35
DGK sədrinin müavini onlayn seminara qatıldı
24 Jan 2022 | 21:33
Zaur Baxşəliyev koronavirusa yoluxdu
24 Jan 2022 | 21:30
Kişilərin tərəfini saxlayan qadın psixoloq kimdir? - VİDEO
24 Jan 2022 | 21:28
Baş Prokurorluq Eldar Mahmudovun həbsdən çıxan əmisi oğlu ilə bağlı protest verdi
24 Jan 2022 | 20:59
Ekspertlər şirin şeylərə həvəsə asanlıqla üstün gəlməyin sirlərini açdı...
24 Jan 2022 | 20:58
Paşinyan Sarkisyanın istefasına münasibət BİLDİRDİ
24 Jan 2022 | 20:57
Ərdoğan Ukraynaya səfərindən sonra Putinlə görüşə bilər
24 Jan 2022 | 20:54
Şuşadan çörək alıb Bakıya aparan Kamil dayının təəssüratları - VİDEO
24 Jan 2022 | 20:48
Kəlbəcərdə xidmət edən erməni keşişlər Xankəndində mükafatlandırıldı…-FOTO
24 Jan 2022 | 20:31
Zelenski ilə Şarl Mişel arasında telefon danışığı oldu
24 Jan 2022 | 20:11
“Kurtlar Vadisi”nin Şemosu vəfat etdi
24 Jan 2022 | 19:53
Paşinyan Qarabağda su anbarı, su kəməri, ev tikintisinə 290 mln. dollar ayırdı...-VİDEO
24 Jan 2022 | 19:46
Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri saxlanılıb
24 Jan 2022 | 19:44
“Nar” Azərbaycan çempionu tituluna sahib oldu - FOTO
24 Jan 2022 | 19:14
“Onlar həyatımızdan oğurladıqları hər ilə, hər günə, hər saata görə cavab verməlidirlər”
24 Jan 2022 | 18:59
Peyvənd olunanların sayı açıqlanıb
24 Jan 2022 | 18:56
"Bu önəmli vəzifələrin öhdəsindən gəlmək üçün əlimdən gələn hər şeyi etməyə çalışacağam"
24 Jan 2022 | 18:55
Müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilibsə...
24 Jan 2022 | 18:50
Azərbaycanda daha 757 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
24 Jan 2022 | 18:38
“Ölümdən həm də çox qorxuram...” - Məşhur aktrisanın son müsahibəsi...
24 Jan 2022 | 18:36
Azərbaycan - Türkiyə...
24 Jan 2022 | 18:30
Afrikadan Niderlanda təyyarənin şassisində uçaraq möcüzə nəticəsində sağ qalıb
24 Jan 2022 | 18:27
Zelenski Milli Təhlükəsizlik və Müdafiə şuralarını toplayır
24 Jan 2022 | 18:24
ABŞ və NATO Rusiyanın tələblərini rədd etdi
24 Jan 2022 | 18:03
Rasim Balayevdən türk aktrisası haqda etiraf: "Bir dəfə Ərzurumda..."
24 Jan 2022 | 18:00
"Sərkisyan uzun illər Britaniyada yaşayıb, istefa səbəbi..."
24 Jan 2022 | 17:53
AFFA Ermənistan Futbol Federasiyası ilə bağlı UEFA-ya müraciət etdi
24 Jan 2022 | 17:48
İlham Əliyevdən 100 yaşlı Fatma Səttarova ilə bağlı SƏRƏNCAM
24 Jan 2022 | 17:47
Məşhur model: “Yetkinlik vaxtı da milyarderlərlə görüşmüşəm”
24 Jan 2022 | 17:38
Almaniyada çalışan azərbaycanlı həkimlərin forumu keçiriləcək
24 Jan 2022 | 17:36
Qarabağ qazisinin "Adını sen koy" kitabının təqdimatı keçirildi - FOTOLAR
24 Jan 2022 | 17:36
Nazir polis polkovnikini yeni vəzifəyə təyin etdi
24 Jan 2022 | 17:35
“Rusiya və Qərb “elmi dairələri” daim Ərsakiləri Azərbaycana, türkə yad  kimi qələmə verib...”
24 Jan 2022 | 17:34
Alimlər az qala 70 il yuyunmayan kişinin "ideal sağlamlığı"na heyran oldular...
24 Jan 2022 | 17:28
AŞPA-nın yeni prezidenti seçilib
24 Jan 2022 | 17:24
Mətanətin keçmiş gəlini: "Deyir, Yasamala gəl, saçlarını yolacam"
24 Jan 2022 | 17:23
Müəllimlər niyə keyfiyyətli dərs keçə bilmir? - Yazı-pozu xəstəliyi
24 Jan 2022 | 17:20
Buraxılış imtahanlarının tarixləri AÇIQLANDI - VİDEO
24 Jan 2022 | 17:07
Bakıda mağazada baş verən oğurluq kameralara düşdü - ANBAAN VİDEO
24 Jan 2022 | 17:04
"İnanmazdım ki, bu qədər pul qazanacam" - VİDEO
24 Jan 2022 | 17:02
Azərbaycanda tələbə müəllimini "peşman etdi" - VİDEO
24 Jan 2022 | 17:00
Putin Aysel Teymurzadəyə və Araşa “Avroviziya” səhnəsində nə deyib? - VİDEO
24 Jan 2022 | 16:53
İsmayıllıda arıçılıq məhsullarının sərgisi olub - VİDEO
24 Jan 2022 | 16:50
İran ABŞ ilə məhbus mübadiləsinə hazır olduğunu bildirib
24 Jan 2022 | 16:49
Sabiq icra başçısı qanunsuz silah saxlamaqda ittiham olunur
24 Jan 2022 | 16:45
Türkiyənin Egey dənizi sahili yaxınlığında güclü zəlzələ baş verib
24 Jan 2022 | 16:44
Tacir Şahmalıoğlu: "Fərhad Bədəlbəyli məni konservatoriyadan qovub" - VİDEO
24 Jan 2022 | 16:39
Rusiyalı ekspert: “Biz Ukrayna ilə müharibə istəmirik”
24 Jan 2022 | 16:37
Karantin müddəti hansı halda uzadıla bilər? - İnfeksionist açıqladı
24 Jan 2022 | 16:34
Almaniya XİN başçısı: "Ukraynada diplomatik fəaliyyətimiz davam edir"
24 Jan 2022 | 16:30
Dəmir yolu stansiyasının hasarına “göz dikən” şəxs saxlanıldı - FOTO
24 Jan 2022 | 16:27
Şuşaya gedən azərbaycanlıları niyə İsa bulağına buraxmırlar? - Açıqlama
24 Jan 2022 | 16:25
Qərb ikiyə bölünür, Kiyev təklənir, Putin güclənir
24 Jan 2022 | 16:23
Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari
24 Jan 2022 | 16:22
Azərbaycanda problemli kreditlər 20%-ə yaxın azalıb
24 Jan 2022 | 16:19
İtkin düşən indoneziyalının qalıqları nəhəng timsahın mədəsində aşkar edildi - DƏHŞƏT
24 Jan 2022 | 16:18
Azərbaycandan Türkiyəyə 1 milyardlıq DƏSTƏK
24 Jan 2022 | 16:15
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək
24 Jan 2022 | 16:12
Mədəniyyət Nazirliyindən KVN-lə bağlı AÇIQLAMA
24 Jan 2022 | 16:07
Azərbaycanda amnistiyaya düşən qadın və yeniyetmələrin sayı açıqlanıb
24 Jan 2022 | 15:55
Fransa diasporu Laçınla sərhəddəki kənddə Qarabağ erməniləri üçün  mərkəz açdı...
24 Jan 2022 | 15:49
Almaniyada azərbaycanlı həkimlərin forumu keçiriləcək
24 Jan 2022 | 15:45
3 il əvvəl açılan bağça hələ də istifadəyə verilməyib - SƏBƏB
24 Jan 2022 | 15:43
Xan: “Rusiyanın Azərbaycandan öyrənəcəyi çox şey var” - MÜSAHİBƏ
24 Jan 2022 | 15:40
Hansı məhsullar ƏDV-dən azad olunub?
24 Jan 2022 | 15:39
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
24 Jan 2022 | 15:38
TƏBİB-də yeni kadr təyinatı olub
24 Jan 2022 | 15:28
Bayden "Putinin kandarı"nda 5 minədək əsgərin yerləşdirilməsi imkanını götür-qoy edir...
24 Jan 2022 | 15:27
Vəzifəli şəxs Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edib - VİDEO
24 Jan 2022 | 15:23
“İlk dəfə narkotiki anam mənə verdi” - VİDEO
24 Jan 2022 | 15:18
İran təyyarəsi Füzuli aeroportunda - İLK DƏFƏ
24 Jan 2022 | 15:18
Koronanın gələcək variantları omikrondan daha yoluxucu ola bilər - ÜST eksperti
24 Jan 2022 | 15:13
"Qarabağ" 1 milyon avroya futbolçu alır?
24 Jan 2022 | 15:11
Meksikada qubernatora qarşı iddianı udan jurnalist qadın qətlə yetirildi
24 Jan 2022 | 15:02
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
24 Jan 2022 | 14:54
Azərbaycanın tanınmış idmançısı polis idarəsinin həyətində qarət olundu
24 Jan 2022 | 14:52
Roberto Mançini daha iki braziliyalı futbolçunu İtaliya millisinə cəlb edir
24 Jan 2022 | 14:49
Azərbaycanda karantin müddəti niyə azaldıldı? - SƏBƏB AÇIQLANDI
24 Jan 2022 | 14:49
60 yaşlı kişidən məktəbli qıza əxlaqsız təklif: "Sən atanın canı, gəl..." – Şok təfərrüat
24 Jan 2022 | 14:47
“Vmedia”: “Erməni kilsəsi “Həvari” kilsəsi adlana bilməz” - VİDEO
24 Jan 2022 | 14:43
Bakıda uşaqlarını görməyə gedən şəxs döyülərək öldürüldü
24 Jan 2022 | 14:40
Burkina-Fasoda hərbçilər hakimiyyəti ələ keçirib
24 Jan 2022 | 14:36
Aleksandr Lukaşenko: "Belarusun işğalına imkan vermərəm"
24 Jan 2022 | 14:30
Fikrət Qocanın qızı: “Ruhəngiz Qasımova atamın qadın cildində kişi dostu idi” - MÜSAHİBƏ
24 Jan 2022 | 14:25
İranlı nazir və nümayəndə heyətinin təyyarəsi Füzuliyə endi - VİDEO
24 Jan 2022 | 14:22
“Zəngilanda “Ağıllı kənd” çərçivəsində bir sıra qurumlar, sahibkarlar fəaliyyət göstərir”
24 Jan 2022 | 14:19
Qohumlarından Ronaldonun Corcinası haqda şok sözlər
24 Jan 2022 | 14:17
“Biz haray çəkib etirazımızı bildirəndə, onlar özlərini görməməzliyə vururdu”
24 Jan 2022 | 14:12
Avtomobilini yolun hərəkət hissəsində saxlayanlar 40 manat cərimələnəcək
24 Jan 2022 | 14:09
Gürcüstanın tanınmış azərbaycanlı jurnalisti vəfat edib
24 Jan 2022 | 14:04
Bakı polisi əməliyyat keçirib, daha 11 nəfər saxlanılıb - VİDEO
GÜNLÜK
24 Jan 2022 | 10:47
Sezen Aksu Ərdoğana cavab qaytardı: “Əzə bilməzsən“
24 Jan 2022 | 11:46
Rusiyanın Ukraynaya müdaxiləsi Amerikanın bütün müttəfiqlərinə hücum deməkdir... - ŞƏRH
24 Jan 2022 | 12:33
“Hamısı qələt edirlər, başlarını daşa döyürlər"- Müşfiq Abbasovdan tənqidlərə reaksiya
24 Jan 2022 | 11:26
Sərkisyanın istefasının şok səbəbi: “Paşinyan tezliklə Azərbaycanla...”
24 Jan 2022 | 09:16
"ABŞ rəsmiləri Ukrayna ərazilərinin 8 il əvvəl işğal edildiyini unutmalı deyil"
24 Jan 2022 | 07:38
"Prezidentin istefası Ermənistanın xarici siyasətini dəyişməyəcək..."-Rusiya deputatı
24 Jan 2022 | 08:39
Təmizləyici robot oteldən qaçdı və ulduza çevrildi...
24 Jan 2022 | 19:53
Paşinyan Qarabağda su anbarı, su kəməri, ev tikintisinə 290 mln. dollar ayırdı...-VİDEO
24 Jan 2022 | 14:00
"De ki, mənim adım “Şuşa”dır, qəbul edirsən et, etmirsən etmə, çıx gəl..."
24 Jan 2022 | 16:23
Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari
HƏFTƏLİK
19 Jan 2022 | 11:16
"Üç həftəyə Azərbaycanda qırğın günlər başlayacaq" - Vasif İsmayıldan xəbərdarlıq...
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
21 Jan 2022 | 14:07
"Laçın dəhlizində qayda müəyyənləşdirmək səlahiyyətini ölü daşıyan rus generalına kim və nə zaman verib?"
19 Jan 2022 | 19:15
“Putin Lavrovu Bakıya göndərəcək, Azərbaycan Süniki işğal edəcək, sonra isə...” - ŞOK SSENARİ
23 Jan 2022 | 15:37
Gəlin bir şilləyə görə toyu ləğv etdi və ertəsi gün öz qohumuna ərə getdi...
23 Jan 2022 | 13:05
"Anar Məmmədxanova "Şuşa"nın adını dəyiş desəydilər..."
23 Jan 2022 | 16:12
Polis "parkovşiklərə" qarşı reydlərə başlayır: "Pul ver" deyənlərdən canımız qurtaracaq...
19 Jan 2022 | 09:04
“Azərbaycanda qaldığım otelə silahlı basqın olmuşdu, qorxsam da geri çəkilmədim”
21 Jan 2022 | 08:05
Qazaxıstan dövlət telekanalı Nazarbayev prospektini keçmiş adı - rus yazıçının adı ilə verdi...
21 Jan 2022 | 18:01
Cavid Qurbanov dünyasını dəyişmiş atasına şeir həsr etdi, xalq şairi həmin şeirə nəzirə yazdı...
AYLIQ
24 Jan 2022 | 10:47
Sezen Aksu Ərdoğana cavab qaytardı: “Əzə bilməzsən“
24 Jan 2022 | 11:46
Rusiyanın Ukraynaya müdaxiləsi Amerikanın bütün müttəfiqlərinə hücum deməkdir... - ŞƏRH
24 Jan 2022 | 12:33
“Hamısı qələt edirlər, başlarını daşa döyürlər"- Müşfiq Abbasovdan tənqidlərə reaksiya
24 Jan 2022 | 11:26
Sərkisyanın istefasının şok səbəbi: “Paşinyan tezliklə Azərbaycanla...”
24 Jan 2022 | 09:16
"ABŞ rəsmiləri Ukrayna ərazilərinin 8 il əvvəl işğal edildiyini unutmalı deyil"
24 Jan 2022 | 07:38
"Prezidentin istefası Ermənistanın xarici siyasətini dəyişməyəcək..."-Rusiya deputatı
24 Jan 2022 | 08:39
Təmizləyici robot oteldən qaçdı və ulduza çevrildi...
24 Jan 2022 | 19:53
Paşinyan Qarabağda su anbarı, su kəməri, ev tikintisinə 290 mln. dollar ayırdı...-VİDEO
24 Jan 2022 | 14:00
"De ki, mənim adım “Şuşa”dır, qəbul edirsən et, etmirsən etmə, çıx gəl..."
24 Jan 2022 | 16:23
Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari