Ermənipərəst  Volskini Şuşa, Laçın, Kəlbəcərdən deputat seçəndə də susduq və...
Köşə
Oxunub: 5733
17 Oct 2021 | 10:51
Ermənipərəst  Volskini Şuşa, Laçın, Kəlbəcərdən deputat seçəndə də susduq və...
“İşğaldan azad torpaqlarda şəkil, video çəkdirib paylaşmaqla iş bitmir –  haqsızlıqları bu gün demək gərəkdir ki, sabah başımıza yeni faciələr gələndə peşmançılıqla üzləşməyək...”
 
Fikir savaşı...
 
Susmaq – razılıq əlamətidir... Və həmin razılıq günlər, aylar, illər sonra narazılığa çevriləndə artıq gec olur. Artıq səni davamlı olaraq aldadırlar, əzirlər,  haqsız olaraq həbs edirlər, əsir götürürlər, qətlə yetirirlər, işgəncə verirlər, torpaqlarından qovurlar və ərazilərini işğal edirlər... Haqsızlığa susmağa vərdiş etmiş adam, cəsarətsiz adam, tamahkar, acgöz, gözükölgəli adam  hakimiyyət, vəzifə, rütbə, kreslo, deputat mandatı, ev, maşın, bir qarın çörək xatirinə  hər gün neçə-neçə fakta susur. Bu da sonda – illər, on illər boyu minlərlə, on minlərlə fakta çevrilir ki,  nəticədə onların məcmuyu bütöv bir xalqın faciəsinə gətirib çıxardır...
*** *** 
Bu gün  qəsbkar Ermənistana,   Qarabağdakı separatçı-terrorçu erməni rejiminə  on illərlə dəstək verən və özü də tarixi Azərbaycan torpaqlarının xeyli hissəsində bərqərar olmuş İrana qarşı kəskin çıxışlar edirik, kütləvi media hücumları təşkil edirik.  Haqlıyıq... Sözsüz... Fəqət Rusiya ilə münasibətləri pozmamaq xatirinə  Qarabağda və Laçının bir hissəsindəki – tarixi-hüquqi torpaqlarımızda müvəqqəti(?) yerləşmiş və rəsmən sülməramlı sayılan Rusiya hərbi kontingentini yumşaq tənqid edirik. Onların milli maraqlarımıza, özü də suveren dövlətçilik maraqlarımıza zidd olan bir çox konkret əməllərinə susuruq...
 
*** ***
 
Şükürlər olsun ki, Rusiya hökumətinin rəsmi alqı-satqı saytında “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətməsinə reaksiya verdik. Amma Rusiya Müdafiə Nazirliyinin öz rəsmi saytında artıq oktyabrın13-də  ikinci dəfə 2020-ci il dekabrın 1-də işğaldan azad edilmiş Laçın rayonunun humanitar 5 km enində dəhliz edilmiş hissəsini “Dağlıq Qarabağın Laçın rayonu” adlandırmasına susuruq(birinci dəfə iyulun 29-da -bax:  //moderator.az/qarabagh/397382/rusiya-mn-lacini-yene-de-daliq-qarabain-rayonu-kimi-teqdim-etdi-ve/ )... Üstəlik, Laçın rayonunun mərkəzində və Zabux kəndində qanunsuz məskunlaşmış ermənilərə humanitar yardım edilir və onlar “Dağlıq Qarabağın yerli sakinləri” kimi təqdim edilir?  Niyə?.. Hansı əsasla?  Azərbaycandan heç bir rəsmi və ya ciddi ictimai reaksiya yoxdur. Xarici İşlər Nazirliyinə xəbər veririk – susur. Müdafiə Nazirliyi susur... Adı çəkilən rayonun icra hakimiyyəti susur,  həmin rayonun sakinlərinin haqqını-hüququnu müdafiə etməli olanlar susur... 
 
*** ***
 
Bu azmış kimi, adını bir daha çəkmək istəmədiyim(erməni mediası görsə, tirajlayacaq)  mərkəzi qurumlardan birinin rəsmi saytında 2020-ci il dekabrın 1-dən, yəni Laçın rayonu işğaldan azad olunan gündən bəri  bu rayonun ərazisi sovet dövründən, müctəqillik illərindən bu yana bildiyimiz,  işğal dönəmində orta məktəblərdə şagirdlərə əzbərlətdiyimiz 1835 kv.km yox, 1800 kv.km göstərilir... Mediada yazılsa da, həmin qurumun elektron ünvanına sorğu göndərilsə də, artıq bir ilə yaxındır ki,  suverenliyimizə, ərazi bütövlüyümüzə xələl gətirən bu ciddi yanlışlığa heç bir cavab, heç bir izahat verilmir... Üstəlik, onun ardınca bir neçə rəsmi çıxışda Laçın rayonunun sahəsi yenə də 1800 kv.km göstərilir... 
Milli dövlətçilik maraqlarımıza zidd bu ciddi xətaya  nə rayon İcra Hakimiyyəti, nə ictimaiyyət,  nə rayonun tanınmış ziyalıları reaksiya verir... Heç kəs soruşmur ki,  bəs bizim doğma rayonumuzun 35 kvadrat kilometri hara getdi... 
 
*** ***
Xəritə ilə ölçüb biçirsən, məlum olur ki, Laçın rayonunun Rusiya MN-in nəzarətindəki humanitar dəhlizə dönmüş və təqribən 300-ə yaxın erməninin hələ də qeyri-qanuni  məskunlaşdığı torpağının sahəsi təxminən 35 kv.km-dir...
 
*** ***
 
Oktyabrın 5-dən düz 11-dək Laçın rayonunun “dəhliz”dən hava xətti ilə azı 10 km, Laçın şəhərindən  13-14 km məsafədə - Ermənistanla sərhədə yaxın ərazidəki Hüsülü kəndi Rusiya hərbi kontingentinin məsuliyyət zonası xəritəsinə daxil edilir... Yenə də müvafiq rəsmi ünvanlardan susqunluq... Özü də həmin kəndin yaxınlığında Ermənistanın işğal dövründə erməniləşdirdiyi qədim xristian Azərbaycan türk tayfalarına məxsus Ağoğlan məbədi yerləşir...
 
*** *** 
 
26 sentyabr 2021-ci il tarixdə Rusiya sülhməramlı(?) hərbi kontingentinin Rusiya MN-in rəsmi saytındakı bölməsində mütəmadi dəyişilən dislokasiya  xəritəsində Tərtər rayonunun Qapanlı kəndi də həmin kontingentin məsuliyyət zonası kimi göstərilir(bax: //moderator.az/qarabagh/395275/rusiya-mn-terterin-qapanli-kendini-de-mesuliyyet-zonasina-daxil-etdi-hedsizlik/ ). Halbuki bu yaşayış məntəqəsi  eyni rayonun ermənilərin nəzarətində qalan  Seysulan, Qırmızıkənd kəndləri ilə qonşu olmaqla 30 ilə yaxındır ki, Azərbaycan ordusunun nəzarətindədir... Və qəhrəman Qapanlı kənd camaatının 1990-cı illərdən bəri bir yandan, demək olar ki, həftədə azı bir dəfə açılan düşmən atəşlərindən, digər yandan da sosial çətinliklərdən, işsizlikdən, içməli su, suvarma suyu, işıq, qaz problemlərindən nələr çəkdiyini dəfələrlə jurnalist kimi orada olmuş bu sərtirlərin müəllifi də gözəl bilir.  2016-cı ilin Aprel döyüşlərində də,  son 44 günlük savaşda da bu kənd düşmənin daimi artilleriya, raket atəşi altında qalan ən gərgin cəbhə nöqtələrindən biri olub.  Təəssüf ki, nə Aprel döyüşlərində, nə də II Qarabağ savaşında Qapanlı ilə üzbəüz Seysulan və digər kəndlər işğaldan azad edilməyib...
 
*** ***
 
Xülasə, Tərtər rayonunun Qapanlı kəndi düz 5 gün Rusiya MN-in xəritəsində  “sülhməramlı”ların məsuliyyət zonası kimi təqdim edilir. Yenə də heç bir nə mərkəzi, nə də yerli qurum reaksiya vermir. Tərtər Rayon İcra Hakimiyyəti də, rayonu Milli Məclisdə təmsil edən deputatlar da susur...  Sanki elə belə də olmalı imiş...
Belə baxırıq, sabah Tərtər rayon mərkəzi də Rusiya “sülhməramlı”ların məsuliyyət zonası kimi
göstərilsə, yenə də əksəriyyət susacaq...
*** ***
 
Qarabağda və Laçın dəhlizindəki prosesləri gündəlik ciddi izləsək,  susduğumuz, göz yumduğumuz neçə-neçə belə məqamlar üzə çıxar...
Və birdən  bunlara qarşı susqunluğa o qədər təəccüblənirsən ki, içində qeyri-iradi bir sual yaranır: 
Görəsən, biz bu cür məqamları sadalamaqla cinayət məcəlləsinin hansısa maddəsi ilə cinayət tərətmirik ki?..
 
*** ***
Yadımıza düşür ki, biz, xüsusən rəsmilərimiz 1960-1980-ci illərdə - hələ Kremlin qılıncının dalı-qabağı kəsdiyi bir vaxtda  Laçında Qaragölün, Qazaxda Kəmərli kəndinin və s. minlərlə hektar ərazisinin Ermənistana verilməsini demirik, 1988-1990-cı illərdə, SSRİ dağılmamış, amma artıq  Qorbaçovun elan etdiyi “aşkarlıq, demokratiya” şəraitində kimin düşmən, kimin dost olduğu anlaşıldığı bir vaxtda da susduq.  O illərdə Moskvanın keçmiş Dağlıq Qarabağ ərazisində yaratdığı birbaşa Kremlə tabe olan müxtəlif  qurumların: Arkadi Volskinin “Xüsusi İdarə Komitəsi”, Polyaniçkonun Təşkilat Komitəsinin, həmin ərazidə və ətraf rayonlarda yerləşdirilən sovet-rus ordusunun, daxili qoşunların bir sıra yanlış və təxribatçı əməllərinə də susurduq...
 
*** ***
 
SSRİ-nin qaniçən lideri M.Qorbaçovun 1988-ci ilin yayından Qarabağda guya qayda-qanun yaratmaq üçün göndərdiyi avantürist Arkadi Volskinin 1989-cu ildə Moskvanın məsləhəti, əslində göstərişi ilə keçmiş Dağlıq Qarabağ, Şuşa, üstəlik, Laçın, Kəlbəcər, Qubadlı rayonlarından SSRİ Ali Sovetinin  xalq deputatlığına namizədliyi  göstərilmişdi. Halbuki,  Azərbaycanın “Kommunist” qəzetinin(1990, mart) yazdığına görə, Volskinin  rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsinin dövründə “Dağlıq Qarabağda bütün müəssisələr, bütün sahələr Mərkəzin(Moskva-S.L.) tabeçiliyinə keçirilmişdi. Bütün sənədlərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkib hissəsindən çıxarılmışdı” və s. və i.a. Bir sözlə, Azərbaycanın, o cümlədən Şuşanın, Laçının, Kəlbəcərin, Qubadlının ən azı partiya və komsomol rəhbərləri, milis rəisləri, kolxoz, sovxoz sədrləri, məktəb direktorları və s.  ermənipərəst olduğunu bilə-bilə Kremlin, Bakının göstərişlərinə “ baş üstə” deyib, zəhmətkeşləri(!) seçki məntəqələrinə sürdülər və  möhtərəm Arkadi Volskini deputat seçdirdilər... Halbuki, yenə eyni tarixli “Kommunist” qəzetinin yazdığına görə,  Moskvanın Qarabağ canişini A.Volski “xalq deputatı kimi bir dəfə də olsun, Şuşada, Kəlbəcərdə, Laçında, Qubadlıda öz seçiciləri ilə görüşməmiş, onları narahat edən, düşündürən məsələlərə münasibət bildirməmişdir”...
***
Deyilənlərə rəğmən nə Bakıda, nə Şuşada, nə Kəlbəcərdə, nə Laçında, nə Qubadlıda  bir nəfər rəhbər, rəsmi şəxs ciddi şəkildə ermənipərəst A.Volskinin həmin rayonlardan “xalq deputatı” seçdirilməsinə etiraz etdi. Bir kəs demədi ki,  nədən Azərbaycanın neçə-neçə qeyrətli, savadlı oğlu ola-ola biz bu rusu, özü də erməni tərəfdarı olan, ədalətsiz rusu deputat seçdirməliyik. Bir vəzifəli kreslosundan imtina edərək bu saxta seçki kampaniyasına qarşı çıxmadı. Nadir istisnalarla eşitmədik ki,  ali savadlı müəllim, həkim, mühəndislər və s. işlərindən qovulmaq hesabına belə,  bu qondarma “seçkilər”ə etiraz etsin.  Uzaqbaşı, vəzifədən çıxardacaqdılar, maksimum həbs edəcəkdilər hansısa rayon katibini, kolxoz sədrini, məktəb direktorunu... Əvəzində həqiqət deyiləcəkdi... Və bəlkə də həmin “seçkilər” baş tutmayacaqdı... 
 
*** ***
 
Məgər bu sətirlərin müəllifi  2012-ci ildə təhsildəki rüşvətxorluğa görə məktəb direktorluğundan öz ərizəsi ilə çıxdı, imtina etdi, acından öldü?.. Niyə getdiniz o saxta seçkilərə, niyə ermənipərəsti xalq deputatı seçdiniz, ay o vaxtın vəzifəliləri, ağsaqqalları, ziyalıları, müəllimləri, həkimləri?..
 
*** ***
Və yazıqlar olsun ki, Volskilərə və ardınca onun kimi xalqımıza düşmən kəsilənlərə nəinki  kirimişcə səslərimizi verdik, hətta bəzi "başbilən"lərimiz yaltaqcasına, məddahcasına belələrini  tərifləyib, gördükləri işləri təbliğ edib göylərə də qaldırdıq və həmin saxta təriflər səmalarda daş olub hələ bu günədək başımıza yağmaqdadır...
 
**** ***
 
Təhlil etsək, görərik ki, bu gün  Qarabağda, Laçın dəhlizindəki proseslərə nəzarət edən Rusiya hərbi kontingenti elə həmin Volskinin  Xüsusi İdarə Komitəsi kimi birbaşa Moskvadan idarə olunan bir qurumdur.  Həmin quruma komandanlıq edən generallar Rüstəm Muradov da, Kosobokov da, Anaşkin də elə Volski kimi  Qarabağın və Laçın rayonunun nəzarətlərində olan hisssəsinin  Azərbaycana birləşməsinə yox, dünya durduqca Rusiyanın əlində qalmasına xidmət edirlər.  Rusiya kontingenti separatçı erməni rejimini dəstəkləyir, Qarabağda, Laçın ərazisində ermənilərin sayının artmasına çalışır, bu məqsədlə onlara humanitar yardımlar edilir, onlar “yerli sakinlər” kimi təqdim edilir və s... 
 
*** ***
 
Bircə fakta diqqət edin. Rusiya MN-in saytında Ağdərədə  erməni traktorçunun öz təxribatları nəticəsində qətlə yetirilməsi haqda bir gün sonra məlumat verildi. Ancaq oktyabrın 14-də qanunsuz erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ordusunun hərbi qulluqçusu Əfqan Həmzəyevin şəhid edilməsi barədə eyni saytda bir kəlmə də yazılmadı. Halbuki üzərindən 3 sutka keçib... 
 
*** ***
 
Allah eləməmiş, tezliklə Qarabağ məsələsini tam bitirə bilməyəcəyimiz, Xocalını, Xankəndini, Əsgəranı, Ağdərəni, Xocavəndi, həmçinin Tərtər, Ağdam, Kəlbəcər rayonlarının hazırda faktiki Ermənistanın nəzarətində qalan kəndlərini, eləcə də Laçın dəhlizini birbaşa  Azərbaycanın yurisdiksiyasına qaytara bilməyəcəyimiz təqdirdə gələcək nəsillər də bizləri susqunluqda, qətiyyətsizlikdə qınayacaq... Bizlər Çar Rusiyası, sovet dövründəki xanlarımızı, bəylərimizi, respublika rəhbərlərini, nazirləri, raykomları, rəisləri, ziyalıları, müəllimləri, bir sözlə  böyükləri, başbilənləri, ağsaqqalları susqunluqda qınadığımız kimi... 
 
*** ***
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və cansağlığı diləyirik... 
İşğaldan azad torpaqlarda şəkil, video çəkdirib paylaşmaqla iş bitmir –  həyatımızın bütün sahələrindəki haqsızlıqları, o cümlədən Rusiyanın, Ermənistanın, separatçı-terrorçu rejimin Qarabağda, Laçındakı milli maraqlarımıza zidd addımlarını bu gün demək gərəkdir ki, sabah başımıza yeni faciələr gələndə peşmançılıqla üzləşməyək...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
N.Tusi adına Klinika
18:27, Bu gün
“Paşinyan iqtidarda qaldıqca Putin İrəvandan narahat olacaq -Bu, bizə sərfəlidir…”
18:21, Bu gün
"Bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir"
18:18, Bu gün
“Onlar mənim üçün əsir deyil, silahlarını atıb qaçıblar, təslim olublar...”
18:04, Bu gün
Sanksiyalar İranı ağır vurdu - Yüzlərlə təyyarə uça bilmir
18:01, Bu gün
NATO təcili iclas keçirib, Ukrayna sərhədindəki durum müzakirə olunub
17:58, Bu gün
Azərbaycanda DƏHŞƏT: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdi
17:57, Bu gün
“Gorus-Qafan yolundakı postdan milyonlarla vəsait toplanıb”
17:55, Bu gün
Ermənistan parlamentində dava: Paşinyanın tərəfdarları daşnakı döydü - VİDEO
17:53, Bu gün
Azərbaycan-İran sərhədində atışma: Ölən var
17:12, Bu gün
Yaponiyalı milyarder kosmosda nə edəcək… - Ona 100 bəndlik siyahı verilib - MÜSAHİBƏ
17:10, Bu gün
Yeni Azərbaycan Partiyası gələcəyə böyük inamla addımlayır - FOTO
17:07, Bu gün
Sumqayıtda həkim koronavirusdan öldü
17:00, Bu gün
Rusiya Milli Abilimpiya Mərkəzinin ölkəmizdə səfərdə olan nümayəndələrini təhsil nazirinin müavini qəbul edib
16:59, Bu gün
Buster doza vaksin vurduranların SAYI
16:54, Bu gün
Burundidə həbsxanada yanğın olub, 38 nəfər ölüb, 69 nəfər yaralanıb
16:49, Bu gün
Azərbaycanda son sutkada 21 nəfər koronavirusdan vəfat etdi - FOTO
16:30, Bu gün
Qənirə Paşayeva bir qrup görmə imkanları məhdud yaradıcı gənclə görüşüb - FOTO
16:19, Bu gün
FHN-nin səmti müəyyənetmə komandası yarışda uğur qazanıb - FOTO
16:13, Bu gün
Yeni sədr kimdir?
16:09, Bu gün
Azərbaycanda turizm bələdçilərinin sertifikasiyası prosesinə başlanılır - FOTO
16:00, Bu gün
İlham Əliyev Fərhad Adıgözəlova vəzifə verdi - FOTO
15:39, Bu gün
Qarabağ müharibəsindən bəhs edən film Türkiyədə mükafat qazandı - Fotolar
15:35, Bu gün
Ermənilər Qarabağ haqqında uydurma filmi “Oskar”-a verir, bizimkilər isə...
15:35, Bu gün
Məni xilas edin deyib kömək istədi, ölümünü qızından gizlətdilər, iynə vurub səhnəyə çıxdı...
15:31, Bu gün
Polis əməliyyatlar keçirib, daha 45 nəfər saxlanılıb - FOTO
15:19, Bu gün
“Yeni il”də ardıcıl 5 gün iş olmayacaq
15:18, Bu gün
“Baş nazirin proqnozu düz çıxsa, şəhərdə çılpaq gəzəcəyəm”
15:16, Bu gün
ABŞ təyyarəsinin sərhədboyunca uçuşunun ƏSL SƏBƏBİ
15:15, Bu gün
Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik – RƏSMİ
15:14, Bu gün
Sahibə Qafarova Türkiyəyə gedir
15:11, Bu gün
“Onun bütün ailəsi Azərbaycanın istiqlalının qurbanı oldu...”
15:09, Bu gün
“Dedi  şükür Allaha ki, anam torpaqlarımızın işğaldan azad edilməsini gördü...”
15:08, Bu gün
Dmitri Peskov: "Baydenlə Putinin görüşündə dönüş olmayacaq"
14:17, Bu gün
Telman İsmayılovun İsraildəki evlərinə həbs qoyulub
14:15, Bu gün
Hacıbala Abutalıbovun 29 il öncəki mitinqdə çıxışı yayıldı - VİDEO
14:10, Bu gün
Azərbaycan parlamentinin yaranmasından 103 il ötür
14:09, Bu gün
Ərdoğanın partiyası Ermənistana çağırış edib
13:47, Bu gün
Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi İbrahim İbrahimovun bacısı ilə  görüşüb
13:44, Bu gün
İşsizlərin nəzərinə! Dövlət boş iş yerlərini açıqladı - 2000 AZN maaş
13:35, Bu gün
Ənənələr ölkəsində şər cəngavərləri...
13:28, Bu gün
Sabiq deputat 32-ci dəfə Həcc ziyarətinə getdi
13:25, Bu gün
Çin yumoru Dillər Universitetində
13:21, Bu gün
“Oğlumu 3 gün dəfn etməyə qoymadım” - VİDEO
13:20, Bu gün
Sabah rayonlarda yağış, qar yağacaq
13:01, Bu gün
Azərbaycanda NATO-nun təlim kursları başlayıb - FOTO
12:59, Bu gün
Azərbaycanda polkovnikə cinayət işi AÇILDI
12:56, Bu gün
Prezidentin Zəngəzur XƏBƏRDARLIĞI - “Brüssel görüşü baştutmaya bilər”
12:54, Bu gün
"Azəriqaz" İB-nin rəhbər şəxsləri Gəncə sahibkarları ilə görüşəcək
12:32, Bu gün
“Bu, nə birincidir, nə sonuncu, ”qara qutu“ların oxunması haqda çox ciddi şəkildə düşünməliyik...“ - Hərbi ekspert
12:30, Bu gün
MKİ direktoru saçlarının çoxunu Rusiyada səfir işləyərkən ağartdığını söylədi...
12:24, Bu gün
Şəhid atasının arzusu reallaşacaqmı... - "Ümid edirəm ki, məsələ öz müsbət həllini tapacaq"
12:24, Bu gün
İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
12:06, Bu gün
Rövşən Rzayev BQXK-nın baş katibi ilə görüşüb
12:05, Bu gün
Ukrayna ABŞ-dan hərbi kömək istəyib
11:54, Bu gün
Zəngilanın Ağalı kəndindən yeni görüntülər - VİDEO
11:49, Bu gün
“Gələcəkdə mopedlərin iştirakıyla bağlı qanunvericiliyimiz təkminləşdirilməlidir...”
11:47, Bu gün
Azərbaycanın Baş nazirinə edilən xain SUİ-QƏSDİ...
11:32, Bu gün
“Jurnalistlərimiz məmurlardan hər şey soruşa bilərlər...”
11:30, Bu gün
Füzuli rayonunda silah-sursat aşkarlandı - VİDEO
11:28, Bu gün
Maştağada 8 evdən oğurluq edən şəxslər saxlanılıb - VİDEO
11:18, Bu gün
Türk kəşfiyyatı “Rubar” kod adlı terrorçunu öldürdü
11:15, Bu gün
Bakıda sürücülük hüququ olmadan avtomomil idarə edən şəxslərin sayı açıqlanıb
11:12, Bu gün
Kılıçdaroğlu bu hərəkətinə görə tənqid olundu - VİDEO
11:10, Bu gün
Bakıdan göndərilən təyyarə Ermənistanda niyə VURULDU...
11:07, Bu gün
Qazax DYP-yə yeni rəis təyin olunub
11:02, Bu gün
Bunu Bakı İrəvana qadağan edib – Rüstəmyan
11:01, Bu gün
İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
10:54, Bu gün
“İynə vurursuz ki, bağı 150 minə satmağınızdan xəbəri olmasın” - Nazilə Səfərli
10:51, Bu gün
Biləsuvarda “Mercedes”in mühərrikini oğurlayan qardaşlar saxlanılıb
10:47, Bu gün
Ağdamın Keştazlı kəndindən videogörüntülər - VİDEO
10:46, Bu gün
Bayden Putindən sonra Zelenski ilə danışacaq
10:42, Bu gün
Lider dövlətlər Rusiyaya qarşı birləşirlər
10:41, Bu gün
Dövlət uşaq müəssisələrinin məzunlarından bir qrupuna mənzil verildi - FOTO
10:38, Bu gün
Azərbaycanda turizm bələdçilərinin sertifikasiyası prosesinə başlanılır
10:04, Bu gün
“Azəriqaz” İB-nin əməkdaşı dünya çempionu oldu - FOTO
09:58, Bu gün
Masallıda şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib
09:56, Bu gün
Bakı məktəbində rüsvayçılıq - Oğlan şagird əxlaqsızlıq etdi
09:49, Bu gün
“Xəyanət və qorxaqlıq bu şəhərlərin sakinlərini xilas etmədi...”-ARAŞDIRMA
09:48, Bu gün
Ötən gün 172 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb
09:46, Bu gün
5-11 yaşlı uşaqlara peyvənd VURULACAQ
09:42, Bu gün
Jurnalistə qarşı kobudluq edən ərköyün DSX mayoru cəzalandırıldı...
09:40, Bu gün
Vahid Əhmədovdan “Cavan oğlana oxşayır” zarafatı - VİDEO
09:34, Bu gün
Helikopter qəzası ilə bağlı suallara generaldan cavab - DSX-nin Aparat rəhbəri ilə müsahibə
09:31, Bu gün
"Qəzaya uğrayan helikopter 2021-ci ilin aprelində əsaslı təmir olunmuşdu və...”
09:28, Bu gün
Dövlət qurumunun 19 əməkdaşı qanun pozuntusuna görə işdən çıxarılıb
09:14, Bu gün
“Vikipediya” Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği üçün uğurlu platformadır
08:57, Bu gün
Erməni müəllimə Laçının bu kəndini “mübarizənin simvolu” adlandırdı…-FOTOLAR
07:55, Bu gün
"Cəmi 10 dəqiqəlik qaçış beyin funksiyalarını gücləndirir..."-Yapon alimləri
07:04, Bu gün
"Bir şeyi yoxdan var edən Allah onu ikinci dəfə yaratmağa da qadirdir..."
01:49, Bu gün
"O zaman mənə çatmırdı ki, bu, ayıbdır..."
01:39, Bu gün
Brüssel sammiti - Revanş ideyaları Ermənistan liderini yeni qarşıdurmaya sürükləyir...
01:36, Bu gün
Rusiya Qarabağda “rus diaspor”u yaradır...
01:06, Bu gün
“Mənim anama qədər bunu Azərbaycanda heç kim etməyib”
00:42, Bu gün
“Həyat yoldaşımın baş daşını düzəltdirmişəm, Cəbrayıla yenidən gedəcəyim günü gözləyirəm”
00:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində Almaxanım Əhmədlinin təqdimat konserti baş tutdu
00:03, Bu gün
Dünya üçün təhlükəli dövr başlayır - İran, Rusiya və Çin Baydeni ciddi qəbul etmir... - TƏHLİL
06 Dec 2021 | 23:58
Dərdi dərd çəkən bilər...
06 Dec 2021 | 21:56
"İstənilən halda Brüssel görüşü Soçi bəyannaməsinin kölgəsində qalacaq"
06 Dec 2021 | 21:52
Azərbaycan Səhiyyəsi özü təcili müayinə edilməlidir...
06 Dec 2021 | 21:47
“Yarım saata gəlmişəm, düzdür, mən gələndə yollar açıq olur” - VİDEO
GÜNLÜK
06 Dec 2021 | 21:26
Erməni “polisi” Tərtərin kəndində Rusiya vətəndaşına qarşı zorakılıq etdi...
01:06, Bu gün
“Mənim anama qədər bunu Azərbaycanda heç kim etməyib”
00:42, Bu gün
“Həyat yoldaşımın baş daşını düzəltdirmişəm, Cəbrayıla yenidən gedəcəyim günü gözləyirəm”
06 Dec 2021 | 23:58
Dərdi dərd çəkən bilər...
08:57, Bu gün
Erməni müəllimə Laçının bu kəndini “mübarizənin simvolu” adlandırdı…-FOTOLAR
06 Dec 2021 | 21:56
"İstənilən halda Brüssel görüşü Soçi bəyannaməsinin kölgəsində qalacaq"
01:36, Bu gün
Rusiya Qarabağda “rus diaspor”u yaradır...
00:03, Bu gün
Dünya üçün təhlükəli dövr başlayır - İran, Rusiya və Çin Baydeni ciddi qəbul etmir... - TƏHLİL
01:39, Bu gün
Brüssel sammiti - Revanş ideyaları Ermənistan liderini yeni qarşıdurmaya sürükləyir...
06 Dec 2021 | 21:52
Azərbaycan Səhiyyəsi özü təcili müayinə edilməlidir...
HƏFTƏLİK
02 Dec 2021 | 07:55
"Dünən İrəvandan Bakıya təyyarə uçub - çoxlu sayda əsir gətirilməlidir..."
03 Dec 2021 | 14:07
"İşdən çıxarılmağım mənim üçün sürpriz oldu"
06 Dec 2021 | 16:37
“Ona nazir, komitə sədri vəzifələri təklif etdim, imtina etdi,  çünki...”
04 Dec 2021 | 10:06
Polkovnik erməniləri xəbərdar etdi: “Gəlirik, qanunsuz yerləşdiyiniz yurdlarımızdan çıxın!..”
02 Dec 2021 | 12:00
Petrosyan: "Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır!" - VİDEO
01 Dec 2021 | 19:08
“Ermənilər Ağdamı Ermənistana daşıdığı kimi, o da  Ağdərənin varını-yoxunu Dərbəndə daşıdı...”
06 Dec 2021 | 11:07
Azərbaycanlı məşhur aparıcı keçmiş vitse-spikerin gəlini imiş - VİDEO
05 Dec 2021 | 19:37
Erməni “çobanını” zərərsizləşdirən əsgərə cinayət işi açmaq yox, mükafat vermək lazım...
30 Nov 2021 | 21:58
"Nəcməddin Sadıkov rusca dedi ki, sizə nifrət edirəm və Azərbaycanca da danışmayacam...”
04 Dec 2021 | 10:57
“Orada Ermənistanla sərhədə dair 1 sm-də 10 m dəqiqliklə xəritələr var”– ANONİM EKSPERT
AYLIQ
06 Dec 2021 | 21:26
Erməni “polisi” Tərtərin kəndində Rusiya vətəndaşına qarşı zorakılıq etdi...
01:06, Bu gün
“Mənim anama qədər bunu Azərbaycanda heç kim etməyib”
00:42, Bu gün
“Həyat yoldaşımın baş daşını düzəltdirmişəm, Cəbrayıla yenidən gedəcəyim günü gözləyirəm”
06 Dec 2021 | 23:58
Dərdi dərd çəkən bilər...
08:57, Bu gün
Erməni müəllimə Laçının bu kəndini “mübarizənin simvolu” adlandırdı…-FOTOLAR
06 Dec 2021 | 21:56
"İstənilən halda Brüssel görüşü Soçi bəyannaməsinin kölgəsində qalacaq"
01:36, Bu gün
Rusiya Qarabağda “rus diaspor”u yaradır...
00:03, Bu gün
Dünya üçün təhlükəli dövr başlayır - İran, Rusiya və Çin Baydeni ciddi qəbul etmir... - TƏHLİL
01:39, Bu gün
Brüssel sammiti - Revanş ideyaları Ermənistan liderini yeni qarşıdurmaya sürükləyir...
06 Dec 2021 | 21:52
Azərbaycan Səhiyyəsi özü təcili müayinə edilməlidir...