Cənnət Kəlbəcərdən Cənnətə köçmək xoşbəxtliyi...- Hər kəsə nəsib olmur...
Köşə
Oxunub: 3504
05 Jun 2021 | 13:50
Cənnət Kəlbəcərdən Cənnətə köçmək xoşbəxtliyi...- Hər kəsə nəsib olmur...

“On minlərimiz “Bircə kərə doğma Qarabağdakı yurdumu görəydim, sonra Allah canımı alaydı”  arzusu ürəyindəcə dünyadan köçdü...”

“Bizi o yurdlara dönməkdən çəkindirməyə çalışan düşmənlərimizə elə bu dünyada cəhənnəmi yaşatmalıyıq...”

-Fikir savaşı...-
 
*** ***
28 il öncə tariximizə qardaş qanları, müəmmalı iblis oyunları  ilə  yazılmış 4 iyun tarixi  dünən də işğalçı-terrorçu Ermənistan tərəfindən namərdliklə axıdılan jurnalist, məmur qanları ilə bir daha qan yaddaşımıza həkk olundu...
 
*** ***
 
Bu anlarda son mənzilə yola salınan şəhidlərimizin doğmaları, əzizləri, dostları, həmkarları və heç onları yaxından tanımayan bir çoxumuz adətən belə faciələrdən sonra dərhal içimizdən  gələn suallar verməyə başlayırıq: 
“Ay aman! Niyə belə oldu?! Ay Allah,  axı bu oğullarımızın günahı  nə idi?.. Niyə ermənilərin cəzasını birdəfəlik vermirsən?!.”
 
Əlbəttə, dəhşətli faciədir. Şəhidlərimizin əzizlərinə təsəlli vermək çox çətindir. Gücümüz “Allah rəhmət eləsin! Allah səbir versin! Məkanları Cənnət olsun” deməkdən savayı heç nəyə çatmır... Fəqət, hər kəs bu dünyaya dar çərçivədən, yalnız Azərbaycan-Ermənistan-Qarabağ savaşı, Rusiya-Qərb-ABŞ qarşıdurmaları bucağından deyil, daha geniş prizmadan - Quran və yaradılış prizmasından baxa bilsə,  belə ölümlərlə qarşılaşanda bircə kəlmə “İnnə lillahi və inna ileyhi raciun”- “Allahdan gəlmişik və Ona dönəcəyik” Quran ayəsini tələffüz edərək təmkinlə həlak olanlar, şəhidlər, həmçinin yaralananlar  üçün dualar edəcək və həyatda varkən haqq davasından dönməyəcəkdir... 
 
*** ***
 
Əgər bu dünya həyatını imtahan, sınaq, mübarizə meydanı kimi qəbul ediriksə, burada daimi hüzur, dinclik axtarışından çəkinməli və həyatda varkən Xeyir, haqq uğrunda Şərə qarşı  mübarizədən, savaşdan dönməməliyik... Məşhur övliya, İslam filosofu İbn əl-Ərəbi əbəs yerə demir: “Cahanda hüzur arayan hüzursuz qalar...”
 
*** ***
Bu həyatda, özü də dünyanın, Azərbaycanın indiki durumunda hər an kimliyindən; vəzifəsindən, varından-dövlətindən, peşəsindən asılı olmayaraq hər birimizin başına gələ bilər oxşar faciələr...
 
*** *** 
 
Torpağı, daşları üzərində həmkarlarımızın və məmurumuzun həlak olduğu Kəlbəcərin öz möhtəşəm gözəlliyi və  bol çeşidli nemətləri ilə bu dünyada Cənnət timsalı olmasını, yəqin ki,  o yurdu, ən azı fotolarda görmüş heç kəs təkzib etmək iddiasında bulunmaz... Və belə bir əsrarəngiz gözəlliklər ağuşunda şəhidlik zirvəsinə ucalaraq ötəki dünyada Cənnət sakini olmaq şansını qazanmaq hər kəsə nəsib olmur. Bu xoşbəxtlik, dünən  iki peşəkar həmkarımıza və bir məmurumuza nəsib oldu...
 
***   ***
 
Eyni fikirlər həm birinci, həm ikinci Qarabağ savaşlarında Kəlbəcərdən savayı, Laçında, Şuşada, Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə,  Ağdamda, Qubadlıda, Cəbrayılda, Füzulidə, Zəngilanda, Xocavənddə və s. əsl anlamda şəhid olan bütün hərbçi və mülki vətəndaşlarımıza  aiddir...
 
*** ***
 
Qərbi Azərbaycandan soydaşlarımız zorla qaçqın salınandan, torpaqlarımız işğal  olunandan ötən bir qərinəyə bərabər dövrdə on minlərlə qaçqın-köçkünümüz “ Bircə kərə Zəngəzuru, Göyçəni, Qarabağı, Kəlbəcəri, Şuşanı, Laçını, Qubadlını, Cəbrayılı, Ağdamı... görəydim, sonra Allah canımı alaydı” kimi arzuları ürəyində dünyadan köçüb... Təsadüfi deyilən bir qəza, yaxud infarkt, insult, şəkər, xərçəng və ya koronavirusdan...  Hələ neçə yüz minlərimiz eyni arzularla bu günahlı cahanda yaşamaqdayıq... Onları, özümüzü bədbəxt sanaq, yoxsa  o  cənnət yurdlar uğrundakı savaşlarda şəhid olmuş hərbçi və mülkilərimizi, yaxud sonradan o torpaqlarda xidməti borclarının icrası zamanı minaya düşərək həlak olanlarımızı?.. 
 
*** ***
Kimin əsl mənada xoşbəxt, kimin bədbəxt olmasını yalnız Allah bilir... Fəqət, Qarabağın cənnət yurdları uğrunda sidqi-ürəkdən, səmimi-qəlbdən,  təmənnasız , ixlaslı döyüşərkən, yaxud eyni niyyətlə xidməti vəzifələrini yerinə yetirərkən şəhid olanlarımızın Cənnəti qazanaraq əbədi xoşbəxt olacağına inamımız, imanımız hədsizdir... O səadət  hər kəsə nəsib olmur. O xoşbəxtlik bayaq xatırlatdığımız on minlərə, yüz minlərə yox, məhz o yurdlara şəhid olanlarımıza nəsib oldu...
 
*** ***
 
Müharibənin, savaşın, cihadın qaydası budur. Üzbəüz döyüşlər bitəndən sonra da düşmən namərdliklərini davam etdirəcək, yollarımıza minalar basdıracaq, pusqulardan atəş aşacaq, hücum edəcək, arxadan vuracaq... 
*** ***
 
Şərəfsiz dığalar yollarımıza bir neçə mina basdırmaqla, bir neçəmizi şəhid etməklə, yaralmaqla bizləri dədə-baba yurdlarımıza dönüşdən çəkindirəcəksə, onda biz nə karəyik?    Şeytanlar vəzifələrini yapacaq deyə, biz insanlar Allah, Vətən qarşısındakı borc və vəzifələrimizdən əl çəkəcəyikmi?.. 
 
*** ***
 
Bizi o yurdlara dönməkdən çəkindirməyə çalışan düşmənlərimizə elə bu dünyada cəhənnəmi yaşatmalı deyilikmi?
 
*** ***
 
Şükür Allaha, müzəffər ordumuzun 44 günlük savaşı, şəhidlərimizin, qazilərimizin canı-qanı sayəsində  işğal altındakı torpaqlarımızın böyük bir hissəsi və ən başlıcası, Şuşa, Kəlbəcər, Laçın, Ağdam işğaldan azad olundu... Yenə də bütün təhlükələrə və əngəllərə  rəğmən ümid edərək  yolumuza davam edəcəyik!  Yenə də bir ölüb min diriləcəyik!  Necə deyərlər, düşməndə şər, oğuzda ər tükənməz!.. 
*** ***
 
Yenə də yeri gələndə düşmənin təxribat və hücumlarına həm hərb, həm siyasət, informasiya, tarix, elm, mədəniyyət  və s. cəbhələrində cavabını verəcəyik. Şəhidlərimizin qisasını alacağıq... Və  bunlarla paralel yenə də sülhə çağırışlarımızı da davam etdirəcəyik! Həm də böyük əzm və iradə ilə böyük quruculuq işlərini davam etdirəcək,  Böyük Qayıdışa, işğaldan azad bütün yurdlarımızda daimi məskunlaşmağa  hazırlıq görəcəyik... Daxilimizdə buna əngəl olacaq, haqq-hüquqlarımızı tapdamağa çalıışacaq nəfs qulları – korrupsionerlər, rüşvətxorlara qarşı da mübarizəmizdən geri dönməyəcəyik... 
*** ***
 
Allah bizi darda qoymaz, inşəAllah!..
 
Sultan Laçın
 
Oxşar xəbərlər
N.Tusi adına Klinika
19:57, Bu gün
Daha bir güləşçimiz Avropa üçüncüsü oldu
19:56, Bu gün
Baş nazir Ermənistanın mülki obyektlərə vurduğu ziyanın aradan qaldırılması ilə bağlı tapşırıqlar verib
19:51, Bu gün
UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü iclası Çində keçiriləcək
19:40, Bu gün
Ekspert: "Tez yoluxduğuna görə COVID-in Delta variantı daha çox yayılıb"
19:36, Bu gün
Oğuzda yük maşını qaz xəttini qırıb, 40 abonent qazsız qalıb - VİDEO
19:34, Bu gün
Kaliforniyada anomal isti səbəbindən fövqəladə vəziyyət tətbiq edilib
19:29, Bu gün
Prezident İlham Əliyev bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib -SİYAHI
19:16, Bu gün
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib – SİYAHI
18:59, Bu gün
“Ərdoğan Şuşadan Putinə mesaj verdi ki, gəl, normal dolanaq...”  
18:47, Bu gün
Türkiyə Rusiyanın payıza qədər onunla hava nəqliyyatı əlaqələrini bərpa etməyəcəyini ehtimal edir
18:41, Bu gün
“Oradakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlərsə, öz ölkələrinə getsinlər”
18:39, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
18:30, Bu gün
Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir
18:25, Bu gün
Azad edilmiş ərazilərdə rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı hazırlanıb
18:16, Bu gün
SSRİ vaxtı kəndləri Ermənistana verilən Nüvədi sakinləri geri qayıtmaq üçün dəstək istəyir
18:04, Bu gün
Milli Məclisin iclasının vaxtı və gündəliyi AÇIQLANDI
18:02, Bu gün
ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun anım günü keçirilib
17:59, Bu gün
Əhməd Davudoğlunu müşayiət edən avtomobil konvoyu qəzaya düşüb - VİDEO
17:34, Bu gün
Prezident Dövlət Komitəsinin əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
17:15, Bu gün
Koronavirusdan sağalan şəxslər immunitet sertifikatını necə əldə edə bilərlər? - RƏSMİ
17:13, Bu gün
Əlilliyi olan şəxslər üçün Virtual İnnovasiyalar Parkı yaradılır
17:03, Bu gün
Nabranda meşə və meşəətrafı zonada baş verən yanğın söndürülüb - VİDEO
17:01, Bu gün
Bakıda maska taxmayan sərnişinlər avtobusdan düşürülüb - VİDEO
16:57, Bu gün
Ailəsinin Arif Quliyevin qəbrini götürməyə pulu yoxdur? - Oğlu danışdı
16:55, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda - YENİLƏNİB + FOTO
16:46, Bu gün
"Həmin icra başçısına demək lazımdı ki, sənin adamlarının biri müharibəyə getməyib, ay əclaf"
16:44, Bu gün
“Allahın bizə verdiyi qardaşlığı sanki Şuşada rəsmiləşdirdik..."
16:43, Bu gün
Azərbaycanda daha 60 nəfər COVID-19-a yoluxdu, 2 nəfər öldü
16:42, Bu gün
Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb
16:40, Bu gün
UNEC-in şəhid məzununun diplomu ad günündə məzarı önündə təqdim edildi - FOTO
16:39, Bu gün
"Azərbaycan, Gürcüstan və Ukrayna həll edilməyən problemlərin çətinliklərini hələ də yaşayır"
16:36, Bu gün
Eldar Mirzəliyev: "Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirildi"
16:32, Bu gün
PAŞA Bank ilə BDU arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:30, Bu gün
Şuşa - Pənah Əlidən İlham Əliyevə qədər...
16:29, Bu gün
BMT QAK Azərbaycanın qaçqın və sığınacaq axtaran şəxslərə dəstəyini alqışlayıb
16:06, Bu gün
Məhkəmə önündə boğazı kəsilən qadın üç uşaq anası imiş
16:03, Bu gün
Bu il Bakı Limanında 1 milyon ton gübrə aşırılacağı gözlənilir
16:01, Bu gün
Gürcüstanın XİN başçısı: “Azərbaycanla Ermənistan arasında vasitəçilik rolumuzu artıra bilərik”
16:00, Bu gün
Antalya Diplomatiya Forumu başlayıb
15:58, Bu gün
Baş prokuror özünə yeni köməkçi təyin etdi
15:57, Bu gün
İdman zallarından istifadə qaydaları açıqlandı
15:56, Bu gün
Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər
15:54, Bu gün
Təhsilverənlərin sertifikatlaşdırması iki mərhələdən ibarət olacaq
15:53, Bu gün
Bu ilin sonunda müəllimlərin sertifikasiyasına başlanacaq
15:51, Bu gün
Ceyhun Bayramov: "Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir" - YENİLƏNİB
15:49, Bu gün
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib
15:48, Bu gün
FHN Masallıda “Meşələri yanğından qoruyaq” mövzusunda tədbir keçirib
15:41, Bu gün
Nazir üçtərəfli bəyanatların icrası haqda BMT Baş katibinin köməkçisini məlumatlandırıb
15:40, Bu gün
MM-in deputatları AŞPA-nın sessiyasında iştirak etmək üçün Strasburqa səfər edəcək
15:38, Bu gün
Müəllimlərin sertifikasiyasının keçirilmə qaydası açıqlanıb
15:35, Bu gün
"Laçın və Kəlbəcərdə 17 avtomobil mina basdırmışıq" deyən polkovnik axtarışa verildi
15:16, Bu gün
Bakıda 32 yaşlı qadını görüntüləri ilə şantaj etdilər
15:11, Bu gün
COVİD-19-a yoluxmuş şəxsə 1 doza vaksin vurula bilər - TƏBİB rəsmisi
15:11, Bu gün
Bir şəxs iki fərqli vaksin vurdura bilər?
15:07, Bu gün
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub
15:05, Bu gün
Bəzi xroniki böyrək çatışmazlığı xəstələrinə əlillik müddətsiz təyin olunacaq
15:00, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
14:39, Bu gün
Nazilə Səfərli polis tərəfindən saxlanılıb - Açıqlama
14:26, Bu gün
TƏBİB AstraZeneca vaksininin 60 yaşdan yuxarı şəxslərə vurulmasına aydınlıq gətirib
14:24, Bu gün
Vilayət Eyvazov Hacı Mazanın oğluna vəzifə verdi - İki təyinat
14:20, Bu gün
Suriyadan repatriasiya olunanlar reabilitasiya proqramına cəlb olunublar
14:18, Bu gün
"Kənardan elə gülünc görsənir ki..." - Könül Kərimova
14:16, Bu gün
Peskov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır”
14:08, Bu gün
"Jurnalistlərdən xahiş edərdim ki, belə xəbərləri yayımlayanda bir qədər məsuliyyətli olsunlar”
13:50, Bu gün
“Fulya” filminin çəkilişlərinə başlanılıb - FOTO
13:38, Bu gün
Türkiyə Azərbaycanda hərbi baza yaradır? - Lavrovdan REAKSİYA
13:36, Bu gün
Nazilə Səfərli Xoşqədəmin şikayəti ilə saxlanıldı
13:34, Bu gün
"Rusiyada bəziləri anlamaq istəmir ki, Türkiyə və Azərbaycan istədikləri qərarı verə bilərlər"
13:34, Bu gün
Şoyqunun qızı ana olacağını açıqladı - FOTO
13:22, Bu gün
İslamdan imtina etdi, atası üzündən öpəndə ağzını yudu, diri ikən yası verildi...
13:15, Bu gün
9 illik bazadan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat başlayıb
13:14, Bu gün
“Azəriqaz”ın baş direktorundan XƏBƏRDARLIQ: “Onlarla bağlı ciddi tədbirlər görüləcək”
13:13, Bu gün
Şənbə gününün havası açıqlandı
13:11, Bu gün
Azərbaycan-NATO yaxınlaşması: “Bu, Moskvanın qıcıqlanmasına səbəb ola bilər”
13:08, Bu gün
Masallıda reyd keçirilib, sürücülər cərimələnib
13:06, Bu gün
"Sərhəd 1921-ci il xəritələri ilə çəkilə bilər" - Kuznetsov
13:05, Bu gün
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Türkiyə səfiri ilə görüşüb
12:52, Bu gün
Elmar Qasımov eyvandan pul səpdi, millidən qovuldu - VİDEO
12:44, Bu gün
Moskvada azərbaycanlı biznesmenlərin bazarında bomba həyəcanı
12:44, Bu gün
"Azərbaycanda boşanmalı olan ailələr boşanmır, boşanmalı olmayan ailələr isə boşanırlar..."
12:35, Bu gün
Həbsdə olan sabiq nazir azadlığa çıxdı
12:33, Bu gün
Azərbaycanın axtarışa verdiyi üç ermənidən ikisi milyarderdir - FOTO
12:27, Bu gün
“Sözsüz, Şuşa Bəyannaməsindəki məsələlərin həllində Putinin də rolu özünü göstərəcək...”
12:21, Bu gün
Tərtərdə kişi arvadını qətlə yetirib
12:19, Bu gün
İyunun 20-də rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçiriləcək
12:16, Bu gün
Nazirlikdən əkin sahələrindəki yanğınlarla bağlı əhaliyə MÜRACİƏT
12:13, Bu gün
"Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək"
12:11, Bu gün
Xəyanətə daha çox meyilli olan bürclər - 4 bürclə ehtiyatlı olun!
12:09, Bu gün
Azərbaycan XİN beynəlxalq təşkilatlara çağırış edib
12:08, Bu gün
“Şəxsən ürəyim o sevincə dözmürdü, bu bir tarixi hadisədir...”
12:06, Bu gün
Tələbələrə verilən kreditlərə nəzarət mexanizmi olacaq
12:01, Bu gün
Ermənistan XİN-in beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir - XİN
12:00, Bu gün
Sevda toyuna hazırlaşır: “Hər şeyi özüm edirəm”
11:58, Bu gün
DTX-dən əməliyyat: Suriyada döyüşmüş azərbaycanlı tutuldu - VİDEO
11:38, Bu gün
“Dövlətimiz tərəfindən şəhidlərimizə qarşı bu cür diqqət göstərilməsini yüksək qiymətləndirirəm..."
11:08, Bu gün
Azərbaycanlı məktəblidən nümunəvi addım...
10:49, Bu gün
“Artıq insanlar fərqinə varır ki, canlı ünsiyyətin yerini heç bir şəbəkə vermir”
10:47, Bu gün
“Rusiya MN nədən Suqovuşanı  “Madagiz” adlandırdı?”- Bu sual niyə rəsmən verilmədi?..
10:47, Bu gün
Araz çayında batan şəxsin meyiti tapıldı
10:46, Bu gün
Eriksenin ürək əməliyyatı uğurla başa çatıb
GÜNLÜK
07:59, Bu gün
Ərdoğan Baydenlə görüşə hicablı tərcüməçi ilə qatıldı…-O xanım kimdir?..-FOTOLAR
17 Jun 2021 | 22:02
Paşinyançılar və polis Dərələyəzdə Köçəryan tərəfdarını bu günə saldı...-FOTO
12:27, Bu gün
“Sözsüz, Şuşa Bəyannaməsindəki məsələlərin həllində Putinin də rolu özünü göstərəcək...”
10:47, Bu gün
“Rusiya MN nədən Suqovuşanı  “Madagiz” adlandırdı?”- Bu sual niyə rəsmən verilmədi?..
09:24, Bu gün
"Bu necə bir təhlildir, bunlar nə yeyir, nə içir, fərqində belə deyil nə dediyinin..?" - VİDEO
09:06, Bu gün
"Məndə üzqırxan və yemək isitmək cihazı var ki, illər öncə ad günümdə bağışlayıblar, hələ də..."
08:41, Bu gün
ÜST xanımların alkoqol içməsinin qadağan olunmasını təklif etdi...-İBRƏTAMİZ
17 Jun 2021 | 23:54
Əgər Qarabağın “müstəqilliyini” tanısaq... - Paşinyan
09:14, Bu gün
"Bu bir başlanğıcdır, hələ bir çox tarixi ərazilərimizdə şanlı tarix yazılacaq..."
10:39, Bu gün
Şuşa Bəyannaməsində 1915-ci il hadisələri... - Nəsiman Yaqublunun yazısı
HƏFTƏLİK
13 Jun 2021 | 15:08
Qorxmaz Hüseynovun ərköyün kürəkəni generalla mübahisə etdi və işdən çıxdı...
14 Jun 2021 | 00:34
Köçəryanın sərsəm iddiası: Hadrutu alacam, Şuşanı isə...
12 Jun 2021 | 22:20
Özünə 2 böyrək, 7 dəfə ürək alan milyarder Rokfellerin - Ölümlə OYUNU...
12 Jun 2021 | 14:21
“Ermənilər Ağdama girəndə orada tank əleyhinə 76 mina basdırmağa məcbur olduq, amma...”
12 Jun 2021 | 10:43
Ermənilər: “Qarabağda tut arağı bol olacaq” – Azərbaycan kişisini aciz salan amillərdən biri...
12 Jun 2021 | 13:25
"Heç vaxt ağlıma gəlməzdi ki, Hacı ilə ilk görüşümüzdən o mənə evlilik təklifi edəcək..."
16 Jun 2021 | 16:48
Toy gecəsi intim münasibət zamanı bədbəxt hadisə
17 Jun 2021 | 17:06
“Bəlkə onun Baş nazir olmağım haqdakı təklifinə qəti razılıq versəydim, belə olmazdı...”
17 Jun 2021 | 09:12
Atası azərbaycanlı olan general Ağacanyan seçkilərdə Paşinyanı dəstəkləyir…
12 Jun 2021 | 21:38
"Əgər onların Ermənistana təhvil verilməsiylə Paşinyanın mövqeyi güclənəcəksə, qoy olsun..."
AYLIQ
07:59, Bu gün
Ərdoğan Baydenlə görüşə hicablı tərcüməçi ilə qatıldı…-O xanım kimdir?..-FOTOLAR
17 Jun 2021 | 22:02
Paşinyançılar və polis Dərələyəzdə Köçəryan tərəfdarını bu günə saldı...-FOTO
12:27, Bu gün
“Sözsüz, Şuşa Bəyannaməsindəki məsələlərin həllində Putinin də rolu özünü göstərəcək...”
10:47, Bu gün
“Rusiya MN nədən Suqovuşanı  “Madagiz” adlandırdı?”- Bu sual niyə rəsmən verilmədi?..
09:24, Bu gün
"Bu necə bir təhlildir, bunlar nə yeyir, nə içir, fərqində belə deyil nə dediyinin..?" - VİDEO
09:06, Bu gün
"Məndə üzqırxan və yemək isitmək cihazı var ki, illər öncə ad günümdə bağışlayıblar, hələ də..."
08:41, Bu gün
ÜST xanımların alkoqol içməsinin qadağan olunmasını təklif etdi...-İBRƏTAMİZ
17 Jun 2021 | 23:54
Əgər Qarabağın “müstəqilliyini” tanısaq... - Paşinyan
09:14, Bu gün
"Bu bir başlanğıcdır, hələ bir çox tarixi ərazilərimizdə şanlı tarix yazılacaq..."
10:39, Bu gün
Şuşa Bəyannaməsində 1915-ci il hadisələri... - Nəsiman Yaqublunun yazısı