“Uğrunda 3 babamın vuruşduğu imperiya yurdumu ermənilərə işğal etdirdi, indi isə...”
Köşə
Oxunub: 5498
10 May 2021 | 17:22
“Uğrunda 3 babamın vuruşduğu imperiya yurdumu ermənilərə işğal etdirdi, indi isə...”
“Doğma kəndimi  azı 5 illik  qoşun  yeritdiyi  Laçın “dəhlizi”nə daxil edib, babamın məzarına da gedə bilmirəm ...”
 
Fikir savaşı...
 
...Soyumuz Qarabağ-Zəngəzur bəylərindən gəlir. Atamın babası Əbdüləli bəyin söylədiyinə görə XVIII–XIX əsrdə yaşamış ulu babamız Həsən ağa Qarabağ xanı İbrahim xanın dostu olub. Onun bir xahişi ilə xan neçə şəxsi edamdan azad edib... Zəngəzurun (indiki Laçın rayonunun) Bağırbəyli elində - Ağanus və Fətəlipəyə kəndlərində böyük torpaq sahələri və mal-qaraya sahib olan babam Əbdüləli bəy 1905-1906 və 1918-1920-ci illərdə  erməni terrorçuları digər kəndlərlə bərabər Ağanus kəndimizi də 3 dəfə işğal edib yandıran zaman onlara qarşı döyüşlərdə fəal iştirak edib.  Odlu silah və qılınc, xəncərlə daha mükəmməl döyüşməyi öyrənmək məqsədi ilə babam 1914-cü ildə Yelizavetpol quberniyasının Görus qəzasının rəisi Səlim bəyə müraciət edərək könüllü şəkildə I Cahan savaşına yollanır. Könüllü olaraq Almaniya ilə savaşa yollandığına görə Səlim bəy babama hazırda Laçın  ayonu ilə  Ermənistan sərhədində olan Dığ və Gorunzur kəndlərinin  müharibədən döndükdən sonra Çar II Nikolay adından hədiyyə olaraq Əbdüləli bəyə veriləcəyini vəd edir... Babam qafqazlılardan ibarət  məşhur “Dikiy diviziya”nın tərkibində  Şimali Qafqazdan başlayaraq Ukrayna və Polşanın Krakov quberniyasınadək Almaniyaya qarşı döyüşlərdə iştirak edir. Əsas döyüşləri Ukraynanın Karpat dağları ərazsində olur. Çar II Nikolayın 3 xaç medalına layiq görülür. 4-cünü də alsaydı, o dövrün Rusiya qəhrəmanı adına layiq görüləcəkdi. Lakin 1917-ci ildə ağır yaralandığından Vətəninə - Azərbaycana məzuniyyətə göndərilir. Və həmin il Çar hakimiyyəti süqut etdiyindən geri qaytarılmır...  
1918-1919-cu illərdə Əbdüləli bəy kəndimiz və ətraf kəndlərin ərazisində Sultan bəyin dəstələri və Osmanlı qoşunlarının işğalçı-terrorçu ermənilərə qarşı döyüşlərinə dəstək verir. 1920-ci ildə XI Qızıl Ordunun Azərbaycanı işğal etməsi və  bolşevik hakimiyyəti qurulduqdan sonra  digər bəylər kimi babamın da torpaqları, mal-qarası müsadirə olunub. 1937-ci ildə inqilabi şura digər bəylər və mülk sahibləri kimi onu da sürgünə göndərməyi nəzərdə tutur. Bolşeviklər Əbdüləli bəyi xüsusən Çar ordusunda döyüşdüyünə görə ittiham edirlər. Lakin babam zəki və məntiqli cavablarıyla onları sürgün qərarından çəkindirir...   
1941-ci ilin iyununda Əbdüləli bəyin oğlu – bəndənizin babası sovet ordusuna çağrılaraq II Cahan müharibəsinə aparılır.  Maraqlıdır ki, atası kimi o da əsasən Ukrayna torpaqları uğrunda döyüşür və 1944-cü ilin fevralında – 33 yaşında Dnepr çayı yaxınlığında ağır yaralanaraq həlak olur.  Lakin onun həlak olması və ya itkin düşməsi haqda on illərlə dəqiq məlumat verilmir. Əbdüləli bəy və həyat yoldaşı da dünyadan gənc oğul həsrəti ilə köçürlər.  Uzun illərin axtarışından sonra babamın Ukraynada həlak olması haqda  məlumatı yalnız 2013-cü ildə əldə edə bildik. Və həmin ilin yayında atam Ukraynaya  gedərək  7 yaşından bəri üzünü görmədiyi atasının uyuduğu məzarlığı ziyarət etdi... 
Anamın babasının da mal-mülkləri 1920-ci ildən sonra əllərindən alınıb, özü isə güllələnməyə məhkum edilib. Ana babam isə Stalinqrad uğrundakı döyüşlərdə həlak olub... 
 
Göründüyü kimi ,Rusiya imperiyası uğrunda 3 babam vuruşub, ikisi həlak olub. Əvəzində nə qazandıq: məhz həmin imperiya tərəfindən babalarımın şəxsi mülk və torpaqları da əlindən alındı və sonda doğma ata-baba yurdumuz Laçın da ermənilərə işğal etdirildi... İmperiya, uğrunda döyüşmüş kişilərin oğul, nəvə-nəticələrinə 28 illik didərginlik taleyi də yaşatdı... 
İndi isə 44 günlük savaşda şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına əldə etdiyimiz Qələbəmizə şərik çıxmış Kreml sülhməramlı adıyla kəndimizin də daxil olduğu Laçın “dəhlizi”nə qoşun yeridib və deyir ki, hələ azı, 5 il həmin ərazidə nəinki adi Azərbaycan vətəndaşları, heç hərbçiləri də sərbəst gəzə bilməz, dövlət bayrağını qaldıra bilməz... Babalarımızın, nənələrimizin məzarına da gedə bilmirik... 
 
Azərbaycanda XIX əsrin əvvəllərindən bəri oxşar tale yaşamış yüz minlərlə nəsil var. Və  bütün deyilənlər hər bir Azərbaycan vətəndaşına ibrət olmalıdır. Hamı bilməlidir ki, imperiyalar önündə qul olsan da, heç vaxt sənin haqqını verməyəcək, heç vaxt sənin bir şəxsiyyət kimi başını qaldırıb dik gəzməni istəməyəcək... Torpağında  5 il yox, 10 il yox, əsrlərlə son məqsədlərinə çatanadək səni əzəcək, əzəcək... Uzaqbaşı, öz xalqına qarşı bir alət kimi yararlanmaq məqsədilə səni bir sadiq köpək kimi bəsləyəcək və yeri gələndə, istifadə müddətin bitəndən sonra boynunu da vuracaq...
 
Ancaq bütün bunlarla belə imperiyalara qarşı qışqırıb-bağırmaqla, söyüşlə tarana getmək olmaz. Yalnız düzgün strategiya və taktikalı səbirli, təmkinli, ağıllı, fəqət, yeri, məqamı gələndə ciddi tələbli  siyasət və diplomatiya, xalqımıza və qardaş Türkiyəyə güvənlə Laçın “dəhlizi” və Yuxarı Qarabağ, Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd məsələlərini də həll etmək mümkündür...
 
SSRİ-nin alman faşizmi üzərində tam və qəti qələbəsinin 76-cı ildönümünü qeyd etdik... Qarşıdan Laçının ermənilərə işğal etdirilməsinin 29-cu ildönümü gəlir... 
Laçında və Yuxarı Qarabağda erməni faşizmi üzərində Azərbaycanın(!) tam və qəti qələbəsinə doğru irəli!..
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və cansağlığı diləyirik.
 
Allahu Əkbər- xalqımız, dövlətimiz, ordumuz olsun daim müzəffər!
 
Sultan Laçın 
 
Oxşar xəbərlər
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 16:50
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:46
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
24 Apr 2024 | 16:44
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
24 Apr 2024 | 16:40
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:36
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
GÜNLÜK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb