Bakıda avtoritetin güllələnməsi ANBAAN kameralara düşdü - VİDEO
Oxunub: 1811
15 Oct 2021 | 17:44
Bakıda avtoritetin güllələnməsi ANBAAN kameralara düşdü - VİDEO
Bakıda kriminal avtoritetin öldürülmə anının görüntüləri əldə edilib.
 
Moderator.az Lent.az -a istinadən həmin görüntüləri təqdim edir:
 
Qeyd edək ki, məlum cinayət işi 2019-cu ildə törədilib.
 
CİNAYƏT İŞİ
 
İstintaq materiallarından məlum olur ki, öldürülən Mübariz Budaqlı ilə qətli törədən Taleh Cəlalovun arasında ədavət olub. Ədavət isə T. Cəlalovun həyat yoldaşının Tərtərin Seyidimli kəndində əxlaqsızlıq etməsi ilə bağlı yayılan iddialar səbəbindən meydana gəlib.
 
İndi isə əvvəlcə hadisə barədə qısa məlumat verək. 2019-cu il iyunun 7-də keçirilmiş baxış protokoluna əsasən, Azadlıq prospekti, 185 ünvanında “Mercedes” markalı avtomobilin qabaq sərnişin oturacağında vətəndaş Mübariz Budaqlının meyiti aşkar edilib.
 
Məlum olub ki, hadisə yerindən qaçmağa cəhd edən şəxs YPX əməkdaşları tərəfindən saxlanılıb və Binəqədi rayon Polis İdarəsinə təhvil verilib. Araşdırma zamanı, onun 1979-cu ildə Tərtər rayonunun Seydimli kəndində anadan olan Taleh Cəlalov olması müəyyən edilib. Həmin gün 1-ci Mədən qəsəbəsində yerləşən avtomobil təmiri sexində 16 kalibrli, lüləsi kəsilib qısaldılmış odlu silah götürülüb.
 

 

 
Qətl hadisəsi ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Məhkəmə-tibb ekspertizasının rəyinə görə, Mübariz Budaqlıya atəş yaxın məsafədən açılıb. Onun ölümünə güllə nəticəsində beynin tam əzilib dağılması səbəb olub.
 
1984-cü il təvəllüdlü Vüsal Hüseynov və qardaşı 1983-cü il təvəllüdlü Səxavət Hüseynov iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Hadisədə iştirak edən Tərtər şəhər sakini 1985-ci il təvəllüdlü İmran Bəbirov oktyabrın 19-da həbs edilib.
 
İstintaqla müəyyən edilib ki, iyunun 7-i saat 18 radələrində Taleh Cəlalov tanışları ilə görüşmək üçün Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexinə yollanıb. Orada olarkən həyat yoldaşı Şərafət Cəlalova haqqında guya, kənddə əxlaqsızlıqla məşğul olması barədə 2011-ci ildə həqiqətə uyğun olmayan şayiələr yayan həmkəndliləri İlqar Mədətov və Ariz Qəhrəmanlı ilə həmfikir olan Mübariz Budaqlı da sexin qarşısına gəlib. Taleh Cəlalov Vüsal və Səxavət Hüseynov qardaşları ilə birlikdə Mübariz Budaqlını öldürmək qərarına gəlib. Səxavət Hüseynov özünə məxsus “BMW X5”, Vüsal Hüseynov isə «BMW 745» markalı avtomaşınlarla, ön sərnişin oturacağında Mübariz Budaqlının, arxa oturacaqda Fuad Mirzəzadənin oturduğu, Nazim Qədirovun idarə etdiyi “Mercedes” markalı avtomobili təqib etməyə başlayıb. Hüseynov qardaşları, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yolda avtomobilləri yüksək sürətlə idarə edərək, davamlı şəkildə manevr qaydalarını pozmaqla, qarşıdan gələn maşınların hərəkət istiqamətinə çıxıblar. İctimai nəqliyyat vasitələrində olan sərnişinlərin, eləcə də piyadaların həyat və sağlamlıqları üçün təhlükə yaradıblar. Səxavət Hüseynov idarə etdiyi avtomobilin ön tərəfi ilə “Mercedes”i arxadan vurub, Vüsal Hüseynov isə öz avtomobili ilə həmin maşını sol tərəfdən sürtüb, qabaq sol qanad və yan güzgüsünü zədələyib. Eyni zamanda Taleh Cəlalov, niyyətlərini başa çatdırmaqdan ötrü pəncərəni açıb odlu silahdan bir dəfə atəş açıb. Nazim Qədirovun onlardan qaçmaq istədiyini görən Səxavət Hüseynov Binəqədi şossesindən Azadlıq prospektinə daxil olaraq “Mercedes”i arxadan 2-ci dəfə vurub. Azadlıq prospekti, 185-də tıxaca salaraq avtomobilin həmin ərazini tərk etmək imkanını məhdudlaşdırıb. Taleh Cəlalov əlində odlu silahla maşından düşərək, sağ tərəfdən Mübariz Budaqlının əyləşdiyi nəqliyyat vasitəsinə yaxınlaşıb və onun sifət nahiyəsinə atəş açıb. Bu hərəkəti ilə, o zərərçəkmişi qəsdən həyatdan məhrum edib.
 
İş üzrə dindirilmiş Taleh Cəlalov bildirib ki, 2007-2008-ci illərdə Ariz Qəhrəmanovla birlikdə Rusiyada taksi fəaliyyəti ilə məşğul olarkən ona borca 1000 manat pul verib. 2009-cu ildə borcunu istədikdə həmkəndlisi onun həyat yoldaşı Şərafət Cəlalovanın ünvanına nalayiq sözlər işlətməyə başlayıb, arvadının kənddə əxlaqsızlıqla məşğul olduğunu bildirib. Bu söz-söhbətlərlə bağlı 2011-ci ilin əvvəllərində Tərtər rayonunda, kafedə İlqar Mədətov, Ariz Qəhrəmanov və sonuncunun vasitəsi ilə tanıdığı Mübariz Budaqlı ilə görüşüb. Arvadının əxlaqsızlıqla məşğul olmasını sübut edə bilməyəcəkləri təqdirdə İlqarla Arizə onları vuracağını deyib. Hətta həmin görüş zamanı o, əl verib görüşmək istəyərkən Mübariz onun əlini sıxmayaraq “Mən yalnız kişilərin əlini sıxıram!” deyə cavab verib. Taleh həmin il sentyabrın 16-da rayonda olarkən, cəzalandırmaq məqsədilə bıçaqla İlqarı vurub. Bu əməlinə görə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 il müddətinə islah işləri cəzasına məhkum olunub. 2013-cü il aprelin 8-də çayxanada olarkən üzərindəki dəmir parçası ilə Ariz Qəhrəmanovu da vuraraq, ona xəsarət yetirib. Həmin fakta görə də xuliqanlıq maddəsi ilə təqsirli bilinərək Tərtər rayon məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 2016-cı ildə azadlığa buraxılıb. İlqarı və Arizi vurduğundan ədavəti yalnız Mübarizlə qalıb.
 
O, istintaq zamanı ifadəsində bildirib ki, həmkəndlisi kimi tanıdığı və yaxın münasibəti olduğu Səxavət Hüseynovla rayonda ferma yaradıb və ailəsini dolandırıb. Səxavət Bakıda yaşayıb, avtoservis işlədib. Onun qardaşı Vüsal Hüseynovla da münasibəti yaxşı olub. Səxavətlə olan ortaq biznesləri ilə bağlı ay ərzində 4-5 dəfə Bakıya gəlib-gedib. 2019-cu il iyunun 7-də Hüseynov qardaşları ilə avtoservisin həyətindəki kafedə olarkən Mübariz Budaqlının bacısı oğlu kafeyə daxil olaraq Vüsalın kim olmasını soruşub. Vüsal “Mənəm!” deyə cavab verdikdə həmin şəxs onu bayıra çağırıb. Bir neçə dəqiqədən sonra Vüsal qışqırıb, Mübarizin gəlməsini bildirərək qaça-qaça yenidən servisin həyətinə daxil olub və özünə məxsus “BMW 745” markalı avtomobilə oturub. Bunu görən Taleh maşınının qabaq oturacağında, qohumu İmran isə arxa oturacağa əyləşiblər. Vüsal servisin həyətindən çıxaraq Mübarizin gəldiyi “Mercedes” markalı avtomobili təqib etməyə başlayıb. Binəqədi şossesi ilə şəhərin mərkəzinə doğru hərəkət ediblər. Vüsal maşınında saxladığı ov tüfəngini götürərək, ona bir qədər geriyə çəkilməsini deyib və sonra Mübarizin olduğu avtomaşına doğru atəş açıb. Silahı Talehə verib içərisinə yenidən güllə yerləşdirməsini tapşırıb. Vüsal Mübarizin əyləşdiyi maşını vuraraq, onu irəlidə olan tıxaca salıb. O, dərhal avtomobildən düşərək “Mercedes”ə sağ tərəfdən yaxınlaşıb və qapının sınmış şüşəsinin arasından Mübarizin sifətinə bir dəfə atəş açıb. Atəş açarkən sürücüsü sükan arxasından düşərək yolun əks tərəfinə doğru qaçıb. Həmin an Vüsal da sol tərəfdən maşına yaxınlaşıb. Səxavət onlara doğru qaçarkən Vüsal qardaşını saxlayaraq geriyə qayıtmasını deyib. O, da əlində silahla maşına oturub. Bir qədər irəlilədikdən sonra Səxavət yolun kənarında avtomobilini saxlayıb. O, maşından düşüb qaçmağa başlayıb, Səxavət isə avtomobilin yanında dayanıb. Qaçarkən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, polis əməkdaşları təqib edərək, onu tutublar.
 
“Mercedes”in sürücüsü, zərərçəkmiş Nazim Qədirov ifadəsində göstərib ki, 2019-cu il iyunun 7-dək nə Taleh Cəlalovu, nədə Vüsal Hüseynovu tanımayıb. Mübariz Budaqlı ilə birlikdə Bakı Dövlət Universitetində təhsil alıb. Universiteti bitirdikdən sonra da dostluq ediblər. Dəfələrlə onunla bir yerdə Tərtər rayonunun Seydimli kəndinə toy və yas məclislərində iştirak edib.
 
Yalnız Mübarizin sözlərindən bilib ki, onunla Vüsal arasında 5 il əvvəl narazılıq yaranıb. Mübariz Budaqlı hədə-qorxu ilə tələb etmə cinayətinə görə “İnterpol” vasitəsilə Gürcüstanda tutularaq Azərbaycana gətirilib və ibtidai istintaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılıb. 7 aydan sonra cinayət işinə xitam verilib və 2019-cu il aprelin 25-də dostu məhkəmə zalında həbsdən azad edilib. Demək olar ki, hər gün Mübarizin yanında olub.
 
İyunun 7-də Mehdiabad qəsəbəsinə dönən işıqfora çatdıqda Mübariz ona avtomobili kənara çəkib saxlamasını deyib və “WhatsApp”la kiməsə zəng edib. O, zəng zamanı həmin şəxsdən “BMW maşını və deyilənə görə, Binəqədi ərazisində avtoservisi ya kafesi olan Vüsal adlı şəxsi tanıyıb-tanımadığını? soruşub. Təxminən 1 km-dən sonra Mübariz bacısı oğlu Fuada maşından düşüb avtoservisə yaxınlaşmasını və orda Vüsal adlı şəxsin işləyib-işləməməsini soruşmasını tapşırıb. 1 dəqiqə keçməmiş Fuad servisin həyətindən çölə çıxıb, arxasınca dolu bədən quruluşlu bir nəfər gəlib. Mübariz qəfildən qapını açıb və həmin şəxsə doğru qaçıb. Bunu görən sonuncu tələsik geriyə, servisin həyətinə qayıdıb. Artıq tam əmin olub ki, qaçan şəxs Mübarizin axtardığı Vüsaldır. Bir neçə dəqiqədən sonra Mübarizlə Fuad servisdən bayıra çıxıb maşına doğru qaçıblar. O, şəhərin mərkəzinə tərəf hərəkət edib. Restoranın qarşısına çatanda o, sol yan güzgüdən qara rəngli “BMW 745” markalı avtomobilin onu sıxaraq ötmə əməliyyatı etmək istədiyini görüb. Həmin maşının sürücüsü qarşıdan gələn avtomobillərin yoluna çıxaraq sol tərəfdən ona yaxınlaşıb. Avtomobilin salonundan kiminsə qışqıraraq bir neçə dəfə “vur” sözlərini deməsini eşidib. Qabaq sağ oturacaqda əyləşən sərnişin atəş açıb. Güllə alın şüşəsindən daxil olaraq sağ qabaq qapının şüşəsini sındırıb bayıra çıxıb. Qəlpələr onun sol bilək və sağ əlini yaralayıb. Atəşdən sonra “BMW” geridə qalıb və yenidən sıra ilə hərəkət edib. Hadisədən yayınmaq məqsədilə sürəti artırıb. Atəşdən sonra Mübariz şokda olub və heç nə danışmayıb. Avtomobili arxadan yenə də möhkəm zərbə ilə vurulub və o, bir qədər də irəliyə doğru gedib şadlıq sarayının qarşısında tıxaca düşüb. O, Mübarizin də qaçacağını düşünüb və tez telefonunu götürərək, maşından çıxıb və yolun əks tərəfinə qaçıb. Əyildiyindən ağ köynəkli, üzünə fikir vermədiyi şəxsin atdığı yumruq ona dəyməyib. Məhəllələrin arasında bir qədər gizlənib. Oradan keçən insanların danışıqlarından eşidib ki, yolda bir nəfəri gülə ilə vurublar və həmin şəxs maşında ölüb.
 
Məhkəmə iclasında Taleh Cəlalov, Vüsal Hüseynov, Səxavət Hüseynov, İmran Bəbirov ittihamlar üzrə özlərini  təqsirli bilməyiblər.
Məhkəmə nəticəyə gəlib ki, Taleh Cəlalovun, Vüsal və Səxavət Hüseynovun Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya gəzdirmə), 229.1-ci (qanunsuz olaraq odlu silah təmir etmə) və İmran Bəbirovun CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tam sübuta yetirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Cəlalov və Vüsal Hüseynov 17, Səxavət Hüseynov 16, İmran Bəbirov 4 il müddətinə azadlıqdan məhrum olunublar
Oxşar xəbərlər
22:24, Bu gün
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
22:18, Bu gün
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
22:14, Bu gün
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
22:07, Bu gün
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
22:03, Bu gün
UEFA “Barselona” klubunu cərimələyib
22:00, Bu gün
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
21:42, Bu gün
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
21:39, Bu gün
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
21:37, Bu gün
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
21:35, Bu gün
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
21:33, Bu gün
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
21:20, Bu gün
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
21:15, Bu gün
Abşeronda oğlan özünü yandırdı
21:09, Bu gün
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
21:06, Bu gün
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
21:05, Bu gün
May ayında pul içində üzəcək 3 bürc
21:02, Bu gün
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
21:00, Bu gün
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
20:58, Bu gün
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
20:52, Bu gün
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
20:47, Bu gün
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
20:33, Bu gün
Fransada uşaqları küçədə bıçaqladılar
20:25, Bu gün
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
20:17, Bu gün
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
20:14, Bu gün
Ailənizdə problem yaradacaq 5 SƏHV
20:13, Bu gün
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
20:09, Bu gün
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
20:01, Bu gün
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
19:55, Bu gün
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
19:42, Bu gün
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
19:41, Bu gün
Tokatda 5,6 maqnitudada zəlzələ olub
19:26, Bu gün
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
19:19, Bu gün
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
19:03, Bu gün
Həddindən artıq duz olan QİDALAR
19:01, Bu gün
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18:55, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18:53, Bu gün
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18:35, Bu gün
Mediasiyanın imkanları...
18:15, Bu gün
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18:13, Bu gün
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18:10, Bu gün
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
17:58, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
17:55, Bu gün
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
17:44, Bu gün
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
17:42, Bu gün
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
17:37, Bu gün
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
17:34, Bu gün
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
17:32, Bu gün
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
17:24, Bu gün
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
17:22, Bu gün
Sabiq nazir həbsdə qaldı
17:21, Bu gün
Azay Quliyev Almaniyaya səfər edəcək
16:58, Bu gün
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
16:36, Bu gün
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
16:33, Bu gün
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
16:31, Bu gün
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
GÜNLÜK
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER