Azərbaycan Dəmir Yolları beynəlxalq İSO 45001-2018 standartı sertifikatını alıb
İqtisadiyyat
982
06 May 2021 | 13:40

Azərbaycan Dəmir Yolları beynəlxalq İSO 45001-2018 standartı sertifikatını alıb

Standartın tətbiqində əsas məqsəd “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları üçün daha sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasıdır
 
“Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və enerji resurslarının idarə edilməsi departamenti beynəlxalq İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi” standartı üzrə uyğunluq sertifikatını alıb.
 
Cəmiyyət peşə sağlamlığı və təhlükəsizliyi sahəsində ən yüksək beynəlxalq standartın tətbiqi məqsədilə 2020-ci ildə dünyaca məşhur “Societe Generale De Surveillance” (SGS) şirkəti ilə əməkdaşlığa başlayıb. 2020-ci ilin iyun ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin 25 əməkdaşı SGS-nin təlimlərinə qatılaraq müstəqil audit sertifikatlarını alıb. Cəmiyyətin Yanacaq və enerji resurslarının idarə edilməsi departamenti və digər struktur bölmələrində çalışan bu mütəxəssislər İSO 45001:2018 standartının tətbiqinə nəzarət edəcəklər.
 
SGS tərəfindən 12 fevral 2021-ci il tarixində keçirilmiş son auditin nəticəsi olaraq Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İSO 45001:2018 standartının tələblərinə uyğun fəaliyyət göstərmək üçün hazır olduğu və standart üzrə sertifikatın verilməsi təsdiq edilib.
 
Sağlam iş şəraitinin təmin edilməsi ilə yanaşı, İSO 45001:2018 standartı əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlara riayət olunması, peşə xəstəlikləri və iş qəzalarının azaldılması, səmərəliliyin yüksəldilməsi, risklərin qiymətləndirilməsi və idarəedilməsi tələblərini də əhatə edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər