Bu haqda Moderator.az-a qalibin valideynləri məlumat verib. 10 yaşlı Azərbaycan qızı “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutmuş bəhs edilən yarış çərçivəsindəki müxtəlif nominasiyalar üzrə 1-ci və 2-ci yerləri qazanaraq qızıl və gümüş medallara, eləcə də müvafiq fəxri diplomlara layiq görülüb.
2018-ci ildən rayon ərazisindəki “Qara qaplan” karate klubunun(“Baku Maks” idman klubu) üzvü olan Z. Nəbiyevanın məşqçisi Xudavediyev Seymur Rəşid oğludur. Zeynəbin ilk döyüşü 2018-ci ildə “Qara qaplan” və “Budo-kan” klublarının birgə hazırladığı Aprel şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə olub. Həmin döyüşdə o, 10-11 yaşlılar arasında 2-ci yeri qazanaraq gümüş medala və fəxri diploma layiq görülüb.
5-ci sinif şagirdinin 2-ci döyüşü isə Heydər Əliyevin xatirəsinə həsr olunmuş karate-do üzrə turnirdə olub. Həmin yarışda da Z.Nəbiyeva 10 yaşlılar arasında 33 kq çəki dərəcəsində yüksək bacarıq nümayiş etdirərək 2-ci yeri tutub, gümüş medal və diplomla təltif edilib.
Qeyd edək ki, 10-dan artıq ölkədən 6-13 yaşlı 800 karateçinin qatıldığı iki gün davam edən beynəlxalq turnirdə birinci yeri məhz Zeynəb Nəbiyevanın üzvü olduğu "Qara Qaplan" komandası tutub. İkinci pillədə "Zirvə" komandası qərarlaşıb. "Arpaçay" karate klubu isə yarışı üçüncü yerdə başa vurub.
Onu da xatırladaq ki, 10 yaşlı Zeynəbin son yarışındakı qələbəsi barədə oktyabrın 9-da “Space” telekanalında yayımlanmış verilişdə də bəhs edilib.
Balaca idmançı qızımıza döyüşlərdə yeni-yeni uğurlar diləyirik.
Sultan Laçın