Güc strukturları və Təhsil Nazirliyi üçün unikal imkan – TEKNOFEST
Oxunub: 2886
27 Jan 2022 | 10:55
Güc strukturları və Təhsil Nazirliyi üçün unikal imkan – TEKNOFEST
Türkiyə sərhədlərini aşaraq beynəlxalq səviyyəyə yüksələn və dünyanın ən böyük Aeronavtika, Kosmos və Texnologiya Festivalı olan TEKNOFEST 26-29 may tarixlərində Azərbaycanda keçiriləcək. Vətən Müharibəsində qardaş Türkiyənin mənəvi dəstəyi ilə əldə edilən Qələbədən sonra ölkəmizdə keçiriləcək TEKNOFEST texnologiya, elm, müsabiqə, həyəcan, dostluq və qardaşlıq duyğularıyla dolu bir festival olacağı şübhə doğurmur. 
 
İlk dəfə 2018-ci ildə təşkil edilən və “Milli texnologiya hücumu” devizi yoluna davam edən TEKNOFEST ölkəmizdə bir neçə müsabiqə üzrə həyata keçiriləcək. Müsabiqələrin bəziləri beynəlxalq iştiraka da açıq olacaq. 10 müsabiqə 3 kateqoriya üzrə keçiriləcək:
 
A (Məktəblər)
B (Universitetlər)
C (Fərdi).
 
Azərbaycanda keçiriləcək TEKHOFEST 10 müsabiqədən ibarət olacaq:
 
1. “Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. Onun təsiri kosmik sahədən tibbi cihazlara qədər hər bir sənayedə görülür. 3D çapındakı irəliləyişlər texnologiyanı daha əlçatan və münasib qiymətli edərək təhsil sahəsində məşhurluğunun artmasına səbəb oldu. 3D çapın akademik sahələr üzrə bir çox istifadə üsulu var: biologiya tələbələri orqanları çap edə bilər, kimya tələbələri 3D çap ilə molekulları öyrənə bilər, qrafik dizayn tələbələri 3D versiya ilə öz məharətlərini sərgiləyə bilər, tarix tələbələri tarixi əsərləri çap edə bilər və memarlıq tələbələri də binaların 3D model dizaynını çap edə bilər. 3D çap mahiyyətcə yaradıcıdır, tələbələrə CAD proqram təminatından istifadə edərək 3D çap, dizayn vasitəsilə problemləri necə həll etmək barədə düşünməyə fürsət verir. Bu müsabiqə 3D çap üzrə həvəskarların işə başladıqlarında qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Yalnız Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan müsabiqədə iştirak üçün son müarciət tarixi 2 fevral 2022-ci ildir.
 
2. “Ağıllı Qarabağ Hakaton” müsabiqəsi Azərbaycanın işğaldan azad edilən ərazilərində keçiriləcək. “Bir şəhəri nə ağıllı edir?” sualına müxtəlif yanaşmalar ilə müxtəlif cavablar mövcuddur. Ümumilikdə “ağıllı şəhər” “şəhər daxilində olan əməliyyatları daha yaxşı başa düşmək, onları idarə edə bilmək və məhdud resursların optimallaşdırılması” kimi şərhləndirilir. Digər bir yanaşmada isə, “ağıllı şəhər” əməliyyat səmərəliliyini artırmaq, məlumatı ictimaiyyətlə bölüşmək və daha keyfiyyətli dövlət xidmətləri və vətəndaşların rifahını təmin etmək üçün informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməsi kimi qiymətləndirilir. “Ağıllı şəhər” müsabiqəsinin məqsədi, müxtəlif proqram təminatlarından, istifadəçi interfeyslərindən və kommunikasiya şəbəkəsindən istifadə edərək əhaliyə yeni həlləri çatdırmaqdan ibarətdır. “Ağıllı şəhər” konsepsiyasında Əşyaların İnterneti (IoT) texnologiyası ən vacib həllərdən biridir. IoT bir-birinə bağlı olan cihazların bir-biri ilə kommunikasiya etməsi və məlumat paylaşması üçün mövcud olan bir şəbəkədir. Bu həllər bizə maşınlardan tutmuş, ev işlərinə, küçələrdə və bir sıra digər məqamlarda rast gələ bilər. Cihazlardan toplanmış məlumatlar bulud texnologiyası və ya fiziki serverlərdə toplanır, özəl və dövlət sektoru tərəfindən optimallaşdırılaraq ağıllı şəhər daxilində əhalinin rahatlığı üçün istifadəyə verilir. Əşyaların İnternetinin (IoT) bu layihədə önəmli olması ilə yanaşı, digər texnologiyalar da danılmaz rol oynamaqdadır. Bunlara misal olaraq, “Application Programming Interface” (APIs), “Artificial Intelligence” (AI), “Cloud Computing Services”, “Dashboards”, “Machine Learning”, “Machine-to-Machine Communications” və “Mesh Networks” və daha başqa texnologiyaları bildirmək olar. İstənilən ölkə vətəndaşları üçün nəzərdə tutulan müsabiqədə iştirak üçün son müarciət tarixi 16 mart 2022-ci ildir.
 
3. “Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi tələbələr arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə bir sıra ölkələrdə təşkil edilir. Bu müsabiqədə qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına şərait yaradır. Bundan əlavə olaraq, iştirakçılar komandada işləmə, təqdimat və planlaşdırma kimi faydalı bacarıqlara yiyələnirlər. “Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri  üçün nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, sensorlardan lazımi məlumatı toplayır və həmin məlumatı paket formasında müvafiq interfeysə göndərərək təyin olunmuş missiyanı yerinə yetirir. Yalnız Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan müsabiqədə iştirak üçün son müarciət tarixi 2 fevral 2022-ci ildir.
 
4. “Rocket Leagua” bir avtomobil futbol oyunudur. “The Esports Euro Cup Rocket League” Çempionat Seriyaları sırasında TEKNOFEST Azərbaycan çərçivəsində keçiriləcək. Ətraflı məlumat hələ paylaşılmayıb. 
 
5. “Sosial Yönümlü Texnologiyalar” müsabiqəsi Sosial innovasiya, GovTech, Sağlamlıq və ilk yardım kateqoriyalarını əhatə edir. Bu sahələrdə innovasiya və texnologiyaları orijinal və milli resurslarla həyata keçirmək əsas hədəfdir. Müsabiqə fərdlərin öz sosial məsuliyyət məlumatlılığı ilə texnoloji bilik və təcrübələrini inteqrasiya edərək cəmiyyət üçün faydalı layihələri ərsəyə gətirmələrinə dəstək olmaq məqsədi daşıyır. İnsan həyatına təsir edən bütün sahələrdə innovasiya və texnoloji inkişaf ilə tətbiq olunacaq layihələrin hədəfində faydalılıq, cəmiyyətə tövhə və asanlaşdırma dayanır. Bu istiqamətdə təqdim olunan layihələr qiymətləndirilərək tətbiq olunacaq. Yalnız Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan müsabiqədə iştirak üçün son müarciət tarixi 17 fevral 2022-ci ildir.
 
6. Beynəlxalq “Pilotsuz Uçuş Aparatları” (PUA) müsabiqəsi tələbələr arasında aerokosmik sahəyə, pilotsuz uçuş aparatlarına marağın artırılması və bu sahədə fundamental uçuş bilik və bacarıqları formalaşdırmaq məqsədilə bir sıra ölkələrdə təşkil edilir. Bu müsabiqədə qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına şərait yaradır. Bundan əlavə olaraq, iştirakçılar komandada işləmə, təqdimat və planlaşdırma kimi faydalı bacarıqlara yiyələnirlər. Beynəlxalq “Pilotsuz Uçuş Aparatları” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən uçuş aparatı dizayn edilir. Müsabiqədə komandalara özlərinin dizayn etdikləri PUA-ları nümayiş etdirmək şansı verilir. Yalnız Azərbaycan və Türkiyə Respublikası vətəndaşları üçün nəzərdə tutulan müsabiqədə iştirak üçün son müarciət tarixi 31 yanvar 2022-ci ildir.
 
7. “Planer” müsabiqəsi gənclərin təyyarə modeli hazırlamasına və təyyarə konstruktoru qabiliyyətinin inkişafına yönəldilib. İştirakçılara əfsanəvi “ASW 28” planerinin dəqiq surətinin yığılması, ona elektron sistemlərin, naviqasiya sistemlərinin, xüsusi kameralar və qurğuları göyərtə yükü şəklində əyləncəli, yarı peşəkar müsabiqə təklif olunur. Bütün bu proses iştirakçılardan hər qrama qədər həllərin dəqiqliyinə diqqət yetirməyi tələb edəcək, eləcə də təyyarənin dizaynını necə düzəltməyi, bort avadanlığı və telemetriyanı başa düşməyi, proqramlaşdırmağı və avtonom uçuş yaratmağı, həmçinin müxtəlif sensorlar və faydalı kameralar vasitəsilə uçuş zamanı ərazi məlumatlarını toplamağı öyrədəcək. Yalnız Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan müsabiqədə iştirak üçün son müarciət tarixi 17 fevral 2022-ci ildir.
 
8. “Aqrar Texnologiyalar” müsabiqəsi kənd təsərrüfatının ətraf mühitə, iqtisadiyyata və sağlamlığa təsir edən böyük problemlərinin həllinə yönəlib. Ərzaq tələbatı dünya əhalisinin artımı ilə birbaşa mütənasib olaraq artır. Daha çox insan daha çox tələbat deməkdir və bu da öz növbəsində istehsalın artmasına səbəb olur. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) görə, fermerlər 2050-ci ilə qədər 70% daha çox ərzaq istehsal etməli olacaqlar. Sual ondan ibarətdir ki, qlobal kənd təsərrüfatı tələb trendlərindən geri qalmamağı və həmçinin uzun müddət ərzində sabit və çevik ola bilməyi bacaracaqmı. Əslində təbii sərvətlərin mövcud istifadəsi olduqca streslidir. Dünya Kənd Təsərrüfatı sektorunda problemlərin natamam siyahısı var: yararsız torpaqların meşəsizləşdirilməsi, bitki örtüyünün həddindən artıq kəsilməsi, qeyri-adekvat mədən yataqlarının istismarı dövrü, həddindən artıq otlaq, uyğun olmayan əkin dövriyyəsi, balanssız gübrə istifadəsi və üzləşdiyimiz ən ciddi problem isə iqlim dəyişikliyinin məhsuldarlığı azaltmasıdır. Həmçinin Kənd Təsərrüfatı Təşkilatına (FAO) görə bu sektor, süni intellektin və yüksək texnologiyalı həllərin istifadə edilməsinin artıq gündəlik həyatın bir hissəsinə çevrildiyi və hələ də istifadə edilməmiş imkanlardan ibarət bir qaynaq mənbəyinin olduğu ən sürətli inkişaf edən sektorlardan biridir. Yalnız Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan müsabiqədə iştirak üçün son müarciət tarixi 17 fevral 2022-ci ildir.
 
9. “Robototexnika” müsabiqəsi insana gündəlik həyatda, kosmosda faydalı ola bilən və ya istehsalatda işinin müəyyən bir hissəsini yerinə yetirə bilən, günlük hər hansı bir işini sadələşdirən hətta əyləncəyə çevrilə bilən robotların dizaynını hədəfləyir. Robotlara müxtəlif növ mexaniki və ya pnevmatik əməliyyatları yerinə yetirmək üçün dizayn edilmiş, həmçinin materialın kinetik xüsusiyyətlərinə əsaslanan, öncədən proqramlaşdırılmış tapşırıqlar nəzdində fəaliyyət göstərən və ya süni intellekt tərəfindən idarə olunan, müxtəlif bort sensorları ilə yönləndirilən istənilən avtomatik qurğular daxildir. Yalnız Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan müsabiqədə iştirak üçün son müarciət tarixi 17 fevral 2022-ci ildir.
10. “Yaşıl Texnologiyalar” müsabiqəsi resursların qorunmasına yönəlib. Bu gün istifadə olunan texnologiyalar ətraf mühitə, qlobal ekologiyaya və gələcək nəsillərin sağlamlığına təhlükə yarada bilər. Müsabiqə sənaye sahəsində enerji səmərəliliyini artırmaq, bərpa olunan enerji mənbələrindən istifadə etmək, bərpa olunan enerji mənbələrinin həssaslığını artıracaq texnologiyaları aşkarlamaq, günümüzdə istifadə edilən texnologiyalarının təkmilləşdirilməsi, təbii sərvətlərin ehtiyatlı istifadəsi və gələcək nəsillərə ötürülməsini təmin edə bilən uyğun layihələr, sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyaların aşkar edilməsi məqsədi daşıyır. Yalnız Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan müsabiqədə iştirak üçün son müarciət tarixi 17 fevral 2022-ci ildir.
 
Azərbaycanda ilk dəfə keçiriləcək TEKNOFEST gənclərin süni intellekt, proqram təminatı, robotların və PUA-ların hazırlanması, standart planer modelində sınaqların keçirilməsi, uçuşun proqramlaşdırması və məlumatların toplanması, idarəetmə sistemlərinin layihələndirilməsi və inşası üzrə bacarıqlarını geniş şəkildə ictimaiyyətə təqdim edilməsi üçün unikal imkanlar yaradacaq. Gənclərin 3D proqramlarından istifadə zamanı təxəyyülünü sınamaq və onların dizaynlarını yaratdıqları layihələrdə tətbiq etmək imkanı da əldə edəcəklər. Beynəlxalq iştiraka açıq olan pilotsuz uçuş aparatları müsabiqəsində sabit qanad, dönən qanad, hibrid və hərəkətli qanad kimi kateqoriyalarda yarışlar keçiriləcək. Qaliblərin maddi və mənəvi mükafatandırılması da nəzərdə tutulur. Tələbələr və gənclər arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdırılması, yerli kadrların yetişdirilməsində mühüm əhəmiyyət daşıyacaq. 
 
Hesab edirəm ki, bu müsabiqədə Azərbaycan gəncləri kütləvi şəkildə təmsil olunmalıdır. Təhsil Nazirliyinin, Müdafiə Nazirliyinin və digər güc strukturlarının tabeliyinədə olan ali və orta təhsil müəssisələri bu festivalda yaxından iştirak etməklə öz nailiyyətlərini geniş ictimaiyyətə nümayiş etdirməlidir. Müsabiqələrdə keçiriləcək yarışlar, iştirakçıların elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına münbit şərait yaradacaq. Bundan əlavə olaraq, iştirakçılar komanda tərkibində çalışmaq, təqdimat və planlaşdırma kimi faydalı bacarıqlara da yiyələnəcəklər.
 
Ədalət Verdiyev, hərbi ekspert
Oxşar xəbərlər
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
09:11, Bu gün
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
09:05, Bu gün
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
08:48, Bu gün
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
08:46, Bu gün
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
08:44, Bu gün
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
08:42, Bu gün
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
08:41, Bu gün
Ağdamda minaatan qurğular aşkar edilib
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
05:52, Bu gün
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
04:57, Bu gün
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
04:56, Bu gün
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
04:54, Bu gün
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
GÜNLÜK
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 15:02
Aytən Səfərovanın düşdüyü QƏZA ANI - VİDEO
17 Apr 2024 | 15:54
Həkim hemofiliya xəstəliyindən DANIŞDI: yaş irəlilədikcə... - FOTO
17 Apr 2024 | 14:47
İşğal altında olan Krımda Rusiya ordusunun əsas logistika mərkəzi od tutub yanır
17 Apr 2024 | 14:08
Brüssel danışıqları: Ermənistanın Qərblə gizli danışıqları - SENSASİON FAKTLAR
17 Apr 2024 | 14:24
BDU-nun dosenti İsgəndər Quliyev vəfat etdi - FOTO
17 Apr 2024 | 14:41
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: "Anana oxşayırsan..." – Şok təfərrüat
17 Apr 2024 | 14:19
Naxçıvanda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
17 Apr 2024 | 14:35
Fransanın Azərbaycana qarşı qərəzli siyasətinin daha bir sübutu - RƏY + FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 15:02
Aytən Səfərovanın düşdüyü QƏZA ANI - VİDEO
17 Apr 2024 | 15:54
Həkim hemofiliya xəstəliyindən DANIŞDI: yaş irəlilədikcə... - FOTO
17 Apr 2024 | 14:47
İşğal altında olan Krımda Rusiya ordusunun əsas logistika mərkəzi od tutub yanır
17 Apr 2024 | 14:08
Brüssel danışıqları: Ermənistanın Qərblə gizli danışıqları - SENSASİON FAKTLAR
17 Apr 2024 | 14:24
BDU-nun dosenti İsgəndər Quliyev vəfat etdi - FOTO
17 Apr 2024 | 14:41
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: "Anana oxşayırsan..." – Şok təfərrüat
17 Apr 2024 | 14:19
Naxçıvanda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
17 Apr 2024 | 14:35
Fransanın Azərbaycana qarşı qərəzli siyasətinin daha bir sübutu - RƏY + FOTO