“Çin ordusu Tayvanı bir həftəyə fəth edər...” - Pekin hansı şəraitdə müharibəyə başlaya bilər...
Oxunub: 6416
15 Oct 2021 | 22:39
“Çin ordusu Tayvanı bir həftəyə fəth edər...” - Pekin hansı şəraitdə müharibəyə başlaya bilər...

 

Çin Xalq Qurtuluş Ordusu (ÇXQO) Tayvan yaxınlığında hücum təlimləri keçirəcəyini elan edib. Taybeydə həyəcan təbili çalınır və “Pekinin artan təzyiqi”ndən şikayətlənirlər. Bir sıra Qərb analitikləri hesab edir ki, ABŞ kontingentinin Əfqanıstandan çıxarılması Çini hərbi müdaxiləyə təhrik edə bilər.

 

Moderator.az Gazeta.ru-nun Çinin hərbi fəallığının səbəblərini və ÇXR-in ada dövlətə müdaxilə etmə ehtimalını araşdırdığı məqaləni oxucularına təqdim edir.

 

Çinin “səhvini” tapdılar

 

Çin hərbçiləri “son günlərdə” hücum manevrləri keçirərək Pekinin  müstəqilliyini tanımadığı və öz ərazisi hesab etdiyi Tayvan yaxınlığındakı sahilə yerləşdilər. Çinin “Weibo” qəzetinin yazdığına görə, ordu “sahilə yerləşmək üçün geniş tədbirlər həyata keçirib”.

 

Daha əvvəl dünya mediası Çin hərbi aviasiyasının aktivliyinin artmasına diqqət yetirmişdi. Çin Hərbi Hava Qüvvələrinə məxsus 39 təyyarə Tayvan sularına doğru uş həyata keçirmişdilər. Bu, ÇXR ilə Tayvan arasındakı qarşıdurma tarixində eyni anda hava sərhədinə yaxınlaşan hərbi hava aparatlarının ən kütləvi uçuşu oldu.

 

Financial Times qəzeti Həqiqət anı Tayvan məsələsinə yaxınlaşır” başlıqlı məqalə dərc edib. Materialda bildirilir ki, Pekin Amerika kontingentinin Əfqanıstandan çəkilməsini səhv olaraq” Vaşinqtonun zəifliyi kimi başa düşərək Tayvana hərbi müdaxilə edə və ya xüsusi əməliyyat qüvvələrinin köməyi ilə dəniz blokadasının qurulmasını əhatə edən hibrid əməliyyatı” keçirə biləcəyini düşünə bilər.

 

Əslində Çin Amerikanın Əfqanıstandan çəkilməsini ABŞ-ın zəifliyi hesab etmir. Bəli, bu cür bəyanatlara Çin mətbuatında rast gəlmək olar, amma bunlar Amerika əleyhinə təbliğatdan başqa bir şey deyil. Reallıqda Pekin Vaşinqtonun Əfqanıstan ərazisindən çəkilməsi ilə Çin üçün böyük bir problem yaratdığını anlayır”, - deyə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəzdində Asiya və Afrika ölkələri İnstitutunun direktoru Aleksey Maslov bildirib.

 

Onun sözlərinə görə, əgər nə isə Çini əməliyyat keçirməyə təhrik edərsə, bu, ABŞ-ın təxribatı olacaq. Xüsusilə, Maslov ÇXR ərazi sularında Çinə məxsus gəminin vurulacağı və ya təyyarəyə hücum ediləcəyi senarisini istisna etmir. Bu halda Çin tərəfi çətin ki, susa bilsin.

 

Pekin üçün qırmızı xətt

 

“Tayvan indi Sakit okean Şərqi Asiyada ən təhlükəli qaynar nöqtədir. Ancaq bu vəziyyət əsasən ABŞ-ın özünün hərəkətləri nəticəsində baş verir, çünki Donald Trampın prezidentliyindən bəri amerikalılar Taybey ilə hərbi-siyasi əlaqələrini nəzərəçarpacaq dərəcədə gücləndirmiş, Tayvanın daxili siyasətinə daha fəal təsir göstərməyə başlamışdılar”, - deyə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun çinşünaslıq və regional layihələr mərkəzinin direktoru, Çin hərbi-sənaye kompleksinin mütəxəssisi Vasili Kaşin əminliklə bildirir.

 

Onun sözlərinə görə, Tayvan ilə Amerika Birləşmiş Ştatlarının müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı artır, hər iki ölkənin  rəsmiləri arasında əlaqələrin səviyyəsi yüksəliramerikalı təlimatçılar Tayvana gəlirlər.

 

Ali İqtisadiyyat Məktəbinin Şərqşünaslıq şöbəsinin dosenti, Uzaq Şərq İnstitutunun Rusiya-Çin Münasibətlərinin Araşdırılması və Proqnozlaşdırılması Mərkəzinin aparıcı elmi işçisi Andrey Vinoqradov da oxşar mövqedədir: “Pekin tərəfinin fəal hərəkətləri Tayvan rəhbərliyinin təxribatlarına (Tayvanın müstəqilliyi ilə bağlı növbəti referendum) və ya ABŞ və müttəfiqlərinin aktiv təxribatlarına cavab olaraq yarana bilər. Eyni zamanda Çin daxilində böhran (iqtisadi uğursuzluqlar səbəbiylə ictimai-siyasi böhran), fikrimcə, mümkün deyil.

 

Onun fikrincə, 10-15 illik perspektiv başqa məsələdir. Si Tszinpinin Çin Kommunist Partiyasının başında olduğu müddətdə Tayvanı siyasi yolla geri qaytarmaq məsələsi həll edilə bilməzsə, Çin daha qətiyyətli hərəkətlərə keçə bilər - dövlət başçısı Mao Tszedun və Den Syaopindən sonra tarixdə ölkəni birləşdirən növbəti lider olaraq qalmalıdır.

 

Ancaq münaqişə daha tez baş verə bilər. “Qırmızı xətt Tayvanda status məsələsi ilə bağlı ümumxalq səsverməsi keçirmək üçün istənilən bir cəhddir. Bu, dərhal münaqişəyə səbəb olacaq. Ancaq bu olmadan da çinlilər Tayvanda 2022-ci ilin sonunda keçiriləcək yerli hakimiyyət orqanlarına və 2024-cü ilin əvvəlində baş tutacaq ümumxalq seçkilər nəticəsində Pekin əleyhinə qüvvələr üstünlük təşkil edərsə, siyasi həll perspektivinin olmadığı qənaətinə gələ bilərlər”, - deyə Kaşin bildirib.

 

Onun sözlərinə görə, son illərdə Çinin hərbi fəallığını diktə edən belə düşüncələrdir. Bu, güc nümayişidir və yaxın beş ildə çinlilərin problemin həlli üçün hərbi senari nəzərdən keçirməyə hazır olduqlarına işarədir.

 

Eyni zamanda ÇXR nüfuz xərcləri riski ilə üzləşə bilər. Tayvana qarşı, xüsusən də insan tələfatı ilə müşayiət olunacaq hərbi əməliyyat Çinin dünya ictimaiyyəti qarşısında imicini həmişəlik  dəyişə bilər. Axı Pekin həmişə hər hansı bir problemin diplomatik yolla həllinin tərəfdarı olan bir ölkə mövqeyindən çıxış edir. Buna görə Çin tərəfinin buna getmək üçün potensial hazırlığı olması  əhəmiyyt kəsb edir", - deyə Maslov bildirib.

 

Müharibə bir neçə saat və ya bir neçə gün çəkə bilər

 

Mütəxəssislər hərbi senarinin əsasında Çin ordusunun uğur şansını fərqli qiymətləndirirlər.

 

“Uğura zəmanət verilir. Tayvan üzərində nəzarəti qurmaq üçün artıq bu gündən Çin ordusuna təxminən bir həftə lazım olacaq. Xatırladım ki, Tayvanın əhalisi 23,5 milyon nəfərdir. Ancaq eyni zamanda böyük bir çinpərəst lobbisi də var - onlar materikdə işləyənlər və ya ora ilə uzunmüddətli ticarət və iqtisadi əlaqələri olanlar”, - deyə Vinoqradov bildirib.

 

Orta Asiya və Afrika ölkələri institutunun direktoru Aleksey Maslov da Çin ordusunun asan qələbə qazanacağını düşünür: “Çinin Tayvanı ələ keçirməsi texniki cəhətdən realdır. ÇXR heç bir itki vermədən Tayvana hücum etmək üçün lazım olan hər şeyə malikdir. Əməliyyat Çinin hansı silahlardan istifadə edəcəyindən asılı olaraq bir neçə saatdan bir neçə günə qədər davam edə bilər”.

 

Vasili Kaşin isə Tayvan ordusunun “ciddi potensialına” diqqəti çəkir: “Tayvanın çox güclü, təxminən 300 min adamdan ibarət silahlı qüvvələri var. Ümumiyyətlə, Tayvanı ələ keçirmək vəzifəsi özlüyündə çox çətindir. O, müasir komplekslərə, Hərbi Dəniz Donanmasına, Hərbi Hava Qüvvələrinə və sahil mühafizəsinə malik güclü hava hücumundan müdafiə sisteminə malikdir. Onun silah və təlim keçmiş ehtiyatı var”.

 

Tərcümə və təqdim etdi: Miraslan

 

Oxşar xəbərlər
N.Tusi adına Klinika
22:59, Bu gün
Qarabağ qaziləri idmana cəlb edilir - FOTO
22:54, Bu gün
Erməni blogerdən ŞOK sözlər: "Yüzlərlə erməni hərbçi "generallar"ın əmri ilə öldürülüb"
22:24, Bu gün
Səudiyyə Ərəbistanı “omikron”a görə ümrə şərtlərini dəyişdi
22:18, Bu gün
Qaraheybətdə helikopterin qəzaya uğraması ilə bağlı deyilməyənlər
22:11, Bu gün
Avstriyanın yeni kansleri istefa verib
21:43, Bu gün
Delimitasiya məsələsində Azərbaycanın gözləntisi açıqlandı
21:36, Bu gün
"Petrosyanın mövqeyi erməni cəmiyyətində oturuşub, getdikcə..."
21:32, Bu gün
"İstəyirəm Azərbaycan yenə bizə həsəd aparsın" - Saakaşvili
21:24, Bu gün
Sabah Zaqatalada qaz təchizatında fasilə yaranacaq
21:16, Bu gün
MİT-dən uğurlu əməliyyat: PKK liderlərindən birinin cangüdəni Türkiyəyə gətirildi - VİDEO
21:11, Bu gün
BDU-da “Dəmir yumruq - Qarabağ müharibəsi 2020-ci il” kitabının təqdimatı olub - FOTO
20:52, Bu gün
Balakəndə karantin qaydalarını pozanlar cərimələnib - FOTO
20:47, Bu gün
Yüksək vəzifəli məmur-oliqarxın bacısının “falına baxıb” 2 milyon manatını alanlar...
20:40, Bu gün
"Azərbaycan üçün ən böyük təhlükə şantaj altındakı vəzifəlilərdir – onlar hər şey edə bilər...”
20:13, Bu gün
Rəisinin yanında qoçuya dönən DSX mayoru – VİDEO
20:12, Bu gün
Suriya parlamenti Türkiyəyə ərazi iddiası irəli sürdü
20:08, Bu gün
Ötən gün 73 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb
20:02, Bu gün
Sahil Babayev: "Azərbaycanda sosial müdafiə xərcləri artırılıb"
19:55, Bu gün
“Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım” - VİDEO
19:50, Bu gün
İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
19:02, Bu gün
Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzusunda tədbir keçirilib
18:54, Bu gün
UNEC İqtisadi Forumunun ikinci günü: “Postpandemiya dövründə elm və təhsil” və “İqtisadiyyatın rəqəmsal transformasiyası”
18:48, Bu gün
Mövlud Çavuşoğlu ilə Sergey Lavrov görüşüb
18:38, Bu gün
"Putin mənim doğma qardaşımdır" – Lukaşenko
18:34, Bu gün
Rumıniyanın ölkəmizdəki yeni səfiri ilə görüş olub - FOTO
18:33, Bu gün
İlham Əliyev dünya şöhrətli alim Əziz Sancarı qəbul edib
18:30, Bu gün
Ermənilərdən qənimət olaraq götürülən silahların aqibəti AÇIQLANDI - VİDEO
18:29, Bu gün
Ceyhun Bayramov: “Üçtərəfli bəyanatların tam şəkildə icra edilməsi vacibdir” - FOTO
18:21, Bu gün
"Birliyimiz hər bir hədəfə yüksək səviyyədə çatmağımızı təmin edir" - FOTO
18:15, Bu gün
Corc Dik: "Cənubi Qafqazda dayanıqlı sülh görmək istərdik"
18:09, Bu gün
Bakıda narkotik satan daha 27 nəfər saxlanılıb - VİDEO
18:08, Bu gün
Ceyhun Bayramov Entoni Blinken ilə görüşüb
17:29, Bu gün
“Nar” Qaxda yenilənmiş mağazasını təqdim etdi
17:18, Bu gün
“Azəriqaz” rəhbərliyi Lənkəranda vətəndaşlarla görüşüb - FOTO
17:10, Bu gün
“Həmin strukturların iş bacarıqları daha dəqiq göstərəcək ki, biz hansı yolla gedirik...”
17:08, Bu gün
Azərbaycan Britaniyanın qızıl-gümüş hasilatçısına "Vejnəli" yatağının istismarına icazə verib
17:05, Bu gün
Helikopter qəzasının bəzi detalları ilk dəfə açıqlandı - VİDEO
17:00, Bu gün
Maaş artımından danışırdı, Ərdoğanı görüb təkzib etdi - VİDEO
16:50, Bu gün
Zəngəzur dəhlizindən neft-qaz kəmərləri də keçəcək
16:49, Bu gün
Azərbaycanda daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
16:41, Bu gün
Azərbaycanda universitet açmağı planlaşdırırıq - Erol Özvar
16:37, Bu gün
Rafael Cəbrayılovun həyat yoldaşı: "Qaynım 7 milyon vergi ödənişindən yayınıb"
16:32, Bu gün
Elmar Məmmədyarov: “10 kiloqram arıqlamışam” - FOTO
16:30, Bu gün
Belarus Ukrayna sərhədində Rusiya ilə birgə hərbi təlim keçirəcək
16:24, Bu gün
UNEC İqtisadi Forumu 2021: “Postpandemiya dövründə elm və təhsil”
16:21, Bu gün
Gömrükçülər seminarda - VİDEO
16:14, Bu gün
Şəhid kapitanın atası: “Tamamilə yanmışdı, bədəninin quruluşundan, dişlərindən tanıdım”
16:09, Bu gün
Azərbaycan Milli İstiqlal Partiyasının BƏYANATI
16:03, Bu gün
Azərbaycan Ordusu “Bayraktar”ları havaya qaldırıb təlim keçdi - VİDEO
16:02, Bu gün
lham Əliyev bu agentliyə yeni səlahiyyət verdi
15:55, Bu gün
Hikmət Hacıyev: "Soçi görüşünün nəticələri Azərbaycan tərəfindən müsbət qiymətləndirilir"
15:49, Bu gün
Viktoriya Nuland: “Rusiyalıların çoxu Ukrayna kimi bir ölkədə yaşamaq istərdilər”
15:43, Bu gün
“Ölkədə milli düşüncəli adamları nazir müavini təyin etmək lazımdır...”
15:41, Bu gün
Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı
15:38, Bu gün
"Helikopterin texniki çalışma sistemi, motoru, onu havada tutan sistemlərdə problemlər yarana bilər"
15:02, Bu gün
Arvadının həkimlə münasibətini eşitdi, gecə yataq otağına girib... - Şok təfərrüat
15:00, Bu gün
“SOCAR Petroleum”un baş direktoru dəyişdi
14:17, Bu gün
Qənirə Paşayeva rəssam Yusif Mirzənin "Can Laçın” adlı fərdi sərgisinin açılış mərasimində çıxış edib
14:16, Bu gün
Dünya Bankı Əfqanıstanın dondurulmuş aktivlərinin bir hissəsini qaytaracaq
14:14, Bu gün
Elmar Məmmədyarov üzə çıxdı - FOTO
14:12, Bu gün
“Əvvəllər bir əskini alırdın, yuyurdun, qoyurdun uşağın altına...” – Əməkdar artist
14:09, Bu gün
Hikmət Hacıyev: "Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir”
14:07, Bu gün
Təhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"
13:40, Bu gün
“Omikron” klinikasının təsisçisi yeni ştammın adına görə ÜST-ü məhkəməyə verdi
13:35, Bu gün
“Qara qutu” açılmayınca hansısa rəsmi və ya qeyri-rəsmi şəxsin rəy verməsi doğru deyil...” 
13:31, Bu gün
UFAZ-ın İcraçı direktoru Fransanın Akademik Palma Ordeninin Zabit dərəcəsi ilə təltif edilib
13:18, Bu gün
Mobil cihazların orijinallığını onlayn yoxlamaq mümkündür
13:10, Bu gün
"Təəssüf ki, sosial media məkanında biz buna nail olmadıq" - Hikmət Hacıyev
13:08, Bu gün
Azərbaycanda İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər
13:01, Bu gün
Ölkəsini SSRİ-yə daxil etmək istəyən lider – Xruşov və Brejnev Jivkovun təklifinə “yox” deyib
12:52, Bu gün
Əziz Səncər: "Qarabağın azad olunması hər kəsdə özünəinam yaradıb"
12:49, Bu gün
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı
12:45, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:42, Bu gün
Regionlarda da vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayacaq
12:40, Bu gün
Azərbaycanlı kriminal avtoritet həbs edildi
12:32, Bu gün
“Arzu etməzdim ki, gələcək tariximizdə bu cür hadisə təkrarlansın...”
12:30, Bu gün
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib
12:20, Bu gün
Kontakt Home işarət dili bilən əməkdaş axtarır - VAKANSİYA
12:17, Bu gün
Fuad Nağıyev: “Təhlükəsiz səyahətlərin təmini əsas prioritetimizdir”
12:10, Bu gün
“Paşinyan hərbi gücdən istifadənin yolverilməzliyi haqda mühüm dərs aldı” - Metyu Brayza
12:07, Bu gün
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradıldı - FOTO
12:00, Bu gün
Petrosyan: "Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır!" - VİDEO
11:50, Bu gün
Əziz Səncər: "Son iki ayda işlədiyim universitetdə 4 tələbə pandemiyaya görə intihar edib"
11:46, Bu gün
Helikopter qəzasında həlak olan DSX zabiti ilə Beyləqanda vida mərasimi keçirilir - FOTO
11:44, Bu gün
Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb
11:43, Bu gün
“İran Qarabağdakı ermənilərin öz müqəddəratını təyinetməsindən danışsa, Cənubi Azərbaycan...”
11:30, Bu gün
“O vaxt Qarakənd faciəsində də bizim “qaymaqlarımızın” bir gülləylə hamısını qırdılar”
11:26, Bu gün
"Artıq bizim mədəni irsimizə qarşı törədilən vandallığı dünya bilsin"
11:23, Bu gün
ATƏT PA-nın Büro iclası keçirilib
11:13, Bu gün
Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimi olub
11:02, Bu gün
Gənc Vətənpərvərlər “Ictimai Birliyi konfrans keçirib
10:58, Bu gün
“Azəriqaz” media mənsubları üçün “Açıq qapı” aksiyası keçirəcək
10:54, Bu gün
“Onlar hansı, kimlərin sərhədlərini qorumalı olduqlarını bir qədər unudurlar...”
10:37, Bu gün
Azərbaycanda avtomobillərin nəğd satışı qadağan edilir
10:35, Bu gün
Kim könlümə toxunursa, gicitkəntək dalayıram, dar ağacı kəndirini öz boynuma dolayıram...
10:34, Bu gün
İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul etdi - FOTO
10:30, Bu gün
"Brüssel görüşü AB və Amerikanın Rusiyaya qarşı açdığı yeni bir cəbhəyə çevirilə bilər"
10:26, Bu gün
Mətbuat Şurası DSX-nin ərköyün mayorunun qoçuluğunu pislədi
10:19, Bu gün
“Bu addımı Yeltsinin təzyiqi ilə atdım” – Lukaşenkodan şok iddia
10:17, Bu gün
Keçmiş polis əməkdaşı və ailəsi yanğında həlak oldu
GÜNLÜK
07:55, Bu gün
"Dünən İrəvandan Bakıya təyyarə uçub - çoxlu sayda əsir gətirilməlidir..."
12:00, Bu gün
Petrosyan: "Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır!" - VİDEO
00:59, Bu gün
Tanınmış sənətçilər yanğından zəhərləndilər - “Öləndə qoy bir yerdə ölək...”
00:03, Bu gün
Ermənistan-Azərbaycan münaqişəsinin 3 nizamlanma variantı: Yeni "Qobl planı" haqqında
00:17, Bu gün
"Dostbazlıq çox şeylərin evini yıxır..."
10:26, Bu gün
Mətbuat Şurası DSX-nin ərköyün mayorunun qoçuluğunu pislədi
01 Dec 2021 | 23:09
Fəxrəddin Manafov onu aldatdı, dəlicəsinə aşiq oldu, Türkan Şoray ondan üz çevirdi...
16:09, Bu gün
Azərbaycan Milli İstiqlal Partiyasının BƏYANATI
11:43, Bu gün
“İran Qarabağdakı ermənilərin öz müqəddəratını təyinetməsindən danışsa, Cənubi Azərbaycan...”
09:44, Bu gün
“COVİD-19”-un bütün ştammlarına qarşı universal peyvənd hazırlamağın üsulu TAPILDI!..
HƏFTƏLİK
07:55, Bu gün
"Dünən İrəvandan Bakıya təyyarə uçub - çoxlu sayda əsir gətirilməlidir..."
29 Nov 2021 | 08:30
Erməni şirkəti Tərtərin bu kəndində qızılımızı çıxarmaqda davam edir?..-FOTOLAR+VİDEO
01 Dec 2021 | 19:08
“Ermənilər Ağdamı Ermənistana daşıdığı kimi, o da  Ağdərənin varını-yoxunu Dərbəndə daşıdı...”
30 Nov 2021 | 21:58
"Nəcməddin Sadıkov rusca dedi ki, sizə nifrət edirəm və Azərbaycanca da danışmayacam...”
28 Nov 2021 | 13:26
“Onlar 3 min əvvəl erməni çarı olmuş Tiqran barədə danışmağı sevirlər, amma bugünkü reallıq başqa söz deyir”
26 Nov 2021 | 09:55
“30 ildir, özümüzü aldatmışıq ki, Qarabağ Ermənistanındır”-  Paşinyan belə dedi?..
30 Nov 2021 | 09:20
Natiq, 1 nara görə ayaq itirib əlil olmağa dəyərdimi?
27 Nov 2021 | 08:24
Paşinyan Moskvada sülh vəd edərkən separatçı Araik əski parçasıyla İrəvana gəldi...-FOTO
27 Nov 2021 | 05:02
“Nazirlik ev vermir, heç olmasa 1700 manat ödəyib xəstəxanadan çıxmağımıza kömək etsin”
29 Nov 2021 | 13:10
Azərbaycanlı ilə evli olan erməni: “Bütün Qarabağ – Azərbaycanın ərazisidir” - VİDEO
AYLIQ
07:55, Bu gün
"Dünən İrəvandan Bakıya təyyarə uçub - çoxlu sayda əsir gətirilməlidir..."
12:00, Bu gün
Petrosyan: "Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır!" - VİDEO
00:59, Bu gün
Tanınmış sənətçilər yanğından zəhərləndilər - “Öləndə qoy bir yerdə ölək...”
00:03, Bu gün
Ermənistan-Azərbaycan münaqişəsinin 3 nizamlanma variantı: Yeni "Qobl planı" haqqında
00:17, Bu gün
"Dostbazlıq çox şeylərin evini yıxır..."
10:26, Bu gün
Mətbuat Şurası DSX-nin ərköyün mayorunun qoçuluğunu pislədi
01 Dec 2021 | 23:09
Fəxrəddin Manafov onu aldatdı, dəlicəsinə aşiq oldu, Türkan Şoray ondan üz çevirdi...
16:09, Bu gün
Azərbaycan Milli İstiqlal Partiyasının BƏYANATI
11:43, Bu gün
“İran Qarabağdakı ermənilərin öz müqəddəratını təyinetməsindən danışsa, Cənubi Azərbaycan...”
09:44, Bu gün
“COVİD-19”-un bütün ştammlarına qarşı universal peyvənd hazırlamağın üsulu TAPILDI!..