11 səhifəlik Şuşa Bəyannaməsinin hərbi aspektləri - Hərbi ekspert açıqlayır...
Oxunub: 3384
16 Jun 2021 | 09:54
11 səhifəlik Şuşa Bəyannaməsinin hərbi aspektləri - Hərbi ekspert açıqlayır...
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə çoxdan gözlənilən  tarixi səfəri iynun 15-də baş tutdu. Əslində bu səfərin Şuşada keçirilməsi, hər iki Prezident tərəfindən keçən il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradının keçirilməsi zamanı razılaşdırılmışdı. Səfərin baş tutduğu tarixdə hər iki qardaş ölkənin ürəyi, Qarabağın ürəyi ilə olan Şuşada döyündü. 
 
Səfər çərçivəsində iki ölkə arasında bir çox mühüm məsələləri özündə əks etdirən 11 səhifəlik tarixi “Şuşa Bəyannaməsi” imzalandı. Tam olaraq “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” adlanan sənəd, Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalandı. Bəyannamə iki dost və qardaş ölkə arasında müttəfiqlik münasibətlərini tənzimləyir. 
 
Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri bu Bəyannamə ilə yeni bir mərhələyə qədəm qoydu.
 
Bəyannamədə Qarabağın gələcəyi, Zəngəzur dəhlizi, Türkiyə ordu modeli, müdafiə, təhlükəsizlik və müdafiə sənayesi kimi sahələri əhatə edəcək birgə əməkdaşlıq fəaliyyətləri üzərində bir qədər dayanmaq istəyirəm. 
 
“Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu daha da artırmaq məqsədi daşıyır.  
Şuşa şəhərində açılacaq Türkiyə konsulluğu, qardaş ölkənin azad edilən Qarabağda ilk diplomatik təşkilatı kimi tarixə düşəcək.
 
Hər iki ölkənin 100 ildən sonra məhz Şuşa şəhərində hər iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri barədə ortaq məxrəcə gəlməsi, müharibədən sonra “Qarabağ” kəlməsini dilinə pis niyyətlə gətirməyə cəhd edən qüvvələrə, o cümlədən bu tip bəyanatlarla Ermənistanda hakimiyyətə cəhd edənlərə və onları qızışdıran qüvvələrə verilən ən əhəmiyyətli və təsirli mesajdır.
 
Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması barədə bəyannamədə konkret hədəflər müəyyənləşdirilib. Bəyannamə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi ilə bərabər tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələrin aparılmasını nəzərdə tutur. Bəyannamənin bu bəndi Ermənistanda Qarabağı təkrar işğal etməyə çağıran ermənilərə və  onları qızışdıran xarici qüvvələrə imkanlarını təkrar qiymətləndirməyə impuls verməlidir. Çünki, artıq Azərbaycana atılan bir daş, Türkiyəyə təhdid kimi dəyərləndiriləcək. Əslində Azərbaycan ictimaiyyəti Rusiyanın Ermənistanda baza yaratmasına cavab olaraq, Qarabağda Türkiyə hərbi bazası yaratmağı çoxdan tələb edirdi. Bəyannamənin yuxarıdakı bəndi isə daha üstün təhlükəsizlik formatını özündə əks etdirdi. 
 
Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkil ediləcəyi də yer alıb. Burada ikitərəfli təlimmlər, birgə təcrübə mübadiləsi, kadr hazırlığı və s. Kimi fəaliyyətlər artan intensivliklə davam etdiriləcək. Silahlı qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə dair əldə olunan qərarlar, Azərbaycanın daha əvvəl hədəf olaraq təyin etdiyi “Türkiyə ordu modelinə” doğru fəaliyyətlərin məqsədyönlü şəkildə inkişaf etdirilməsi kimi qiymətləndirilir.
 
Hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi isə tam fərqli bir formatdır. Bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi artıq birlikdə aparılacaq. Siyasi, iqtisadi və diplomatiya sahələrdə hər iki ölkə əlaqələndirilmiş fəaliyyətləri daha əvvəl təşkil etsə də, Təhlükəsizlik Şuralarının birgə iclaslarının keçirilməsi ilk dəfə razılaşdırılır. Ümimiyyətlə dünyada hec bir müttəfiq ölkələr arasında təhlükəsizlik məsələlərində birgə iclas keçirilməsi nümunəsinə rast gəlinmir. 
 
Nəticə
 
R.T.Ərdoğanın NATO sammitində birbaşa  bir çox liderlərlə, o cümlədən C.Baydenlə Qarabağ məsələsini müzakirə etdikdən sonra Şuşaya səfər etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Şüşa səfəri Türkiyə rəhbərliyinin müstəqil Azərbaycan tarixində ilk Qarabağ səfəri olsa da, mühüm hadisələrlə zəngin oldu. 6 ay əvvəl planlaşdırılan səfər çərçivəsində Şuşada “Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi” imzalanması bütün regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İmzalanan sənədə işğalçı ölkənin və onun havadarlarının əsassız reaksiyalarını nəzərə alan tərəflər, Bəyannamənin heç bir dövlətə qarşı yönəlmədiyini də vurğulayıblar.
11 səhifədən ibarət yeni Bəyannamə, 2010-cu ildə Bakıda imzalanan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin və ardınca İstanbulda imzalanan “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə”nin məntiqi davamı kimi, hər iki qardaş ölkənin strateji tərəfdaşlığını daha yüksək səyivvəyə daşıyır.
 
Əvvəlcədən gözlənildiyi kimi, Türkiyənin Şuşada konsulluğunun açılması da razılaşdırılıb. Bu isə hər qardaş ölkə vətəndaşlarının, o cümlədən ərazilərin yenidən qurulmasında iştirak edənlərin hava limanları və ya yeni avtobanlar vasitəilə Qarabağa səfərlərini asanlaşdıracaq. 
 
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin həm zərbə tipli "Bayraktar" PUA-larını istehsal edən "Baykar Makina" şirkətinin texniki direktoru Selcuk Bayraktarı, həm də şirkətin Baş direktoru Halik Bayraktarı "Qarabağ" ordeni ilə təltif etməsi, bu pilotsuz vasitələrin Azərbaycanda istehsalını gözləməyə imkan verir. PUA-lar bəlkədə Qarabağda, məsələn Ağdamdakı Sənaye Parkında istehsalı həm də mənəvi əhəmiyyət daşıya bilər. Ümumilikdə isə Azərbaycanda müdafiə sənaye məhsulları istehsal edən Birgə Mırkəzin yaradılması nəzərdə tutulur.
 
İmzalanan “Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi”ndə əks olunan qərarlardan irəli gələn vəzifələrin yerinə yerinə yetirilməsi, Azərbaycan və Türkiyənin Qafqazla bərabər bütün regionda, o cümlədən Orta Asiyada nüfuz dairəsinin genişlənməsinə və möhkəmlənməsinə imkan verəcək. Region ölkələrinin təhlükəsizliyə olan böyük ehtiyacını nəzərə alsaq, iki qardaş ölkənin birləşməsi, yeni güc mərkəzinin yaranması ilə nəticələnə bilər.
 
Vərən Müharibəsindəki məğlubiyyətdən sonra yalnız hüzn günlərini və yas mərasimlərini keçirən Ermənistan 15 iyunda Bayraq günü keçirməyə çalışırdı. “Şuşa Bəyannaməsi”nin də məhz bu gündə imzalanması erməni bayramını zəhər zəqqutuna döndərdi. Ermənistan hərbi-siyası dairələrində isə ciddi ruh düşkünlüyü müşahidə olunur. Məsələn eks prezident Levon Ter-Petrosyan dünən verdiyi “Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitib” açıqlaması ilə erməni cəmiyyətindəki əhval ruhiyyəni əks etdirə bildi.
 
Müstəqilliyimizin ilk günündən, xüsusilə də Vətən Müharibəsi günlərində Azərbaycana böyük mənəvi və siyasi dəstək verən Türkiyə Prezidenti R.T. Ərdoğanın bu  səfəri, ilk növbədə Türkiyənin Azərbaycana verdiyi açıq hərbi-siyasi dəstəyin daha da intensiv şəkildə davam etdiyi göstərdi. Türkiyə Prezidenti bu səfər vasitəsilə Qarabağdakı prosesləri ləngitmək fikrində olanlara, o cümlədən heç bir fayda verməyən 30 illik danışıqlar aparan ATƏT “turistlərinə” , bir daha gələcəkdə də regionun təhlükəsizlik məsələlərində iştirakdan geri çəkilmək niyyətində olmadığını, əksinə buradakı iştiakını genişləndirməklə Qarabağda digər ölkələrin işğalçıya verdikləri birtərəfli hərbi-siyasi və diplomatik dəstək fəaliyyətlərini qəbul etməyəcəyini nümayiş etdirdi. Bir daha rəqiblərimiz aşkar şəkildə başa düşməlidirlər ki, Azərbaycanın imkanları Türkiyənin, Türkiyənin imkanları isə Azərbaycanın imkanlarıdır. Bəyannamə Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması məqsədilə bundan sonra da hər iki ölkənin imkanlarını səfərbər ediləcəyini rəsmən təsdiqlədi. Baş verən bu hadisələr, imzalanan sənədlər və səslənən bəyanatlar, Ermənistan tərəfinin ən qısa müddətdə və əlavə şərt irəli sürmədən sülh sazişinin imzalanmasına dair danışıqlara başlamasını şərtləndirir.
 
Ədalət Verdiyev, hərbi ekspert
 
Oxşar xəbərlər
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:06, Bu gün
Cavanşir Məmmədovla vida mərasimi başa çatdı - YENİLƏNİR + FOTO/VİDEO
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
GÜNLÜK
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri