Pekindəki Qış Olimpiya Oyunlarının açılışında iştirak edən Rusiya prezidenti Vladimir Putinin video-görüntüləri yayılıb.
Moderator.az xəbər verir ki, "News Today" youtube-kanalının yaydığı video-görüntülərdən Ukrayna komandasının çıxışı zamanı Rusiya liderinin gözlərinin yumulu olduğu bəlli olur.
Putinin doğrudan da mürgülədiyi, yoxsa Ukrayna ilə düşmən münasibətlərə görə qəsdən gözlərini yumduğu məlum deyil...
Qeyd edək ki, Amerikanın "En-bi-si" telekanalı da gözləri yumulu olan Rusiya liderini izləyib.
"Bu gün burada olan Vladimir Putini bütün dünya izləyir. Rusiya Ukraynanın üç tərəfdən sərhədlərinə 100 mindən artıq hərbçi göndərib. Amerika hakimiyyəti Rusiyanın nəsə törədəcəyi təqdirdə ağır sanksiyalarla təhdid edir. Putinin 2008-ci ildə Gürcüstana qoşun yeritdiyi kimi, bu Olimpiada zamanı Ukraynaya soxulacağı da böyük sual altındadır... Ukrayna yığması sarı-mavi bayraq altında tribunanın önündən keçəndə Putin "oyanıb", - bunu şərhçi Savanna Hatri yayım zamanı deyib.
Reportajda o da bildirilir ki, Ukrayna idmançılarından fərqli olaraq, Rusiya idmançıları bu dünya səviyyəli tədbirdə milli rəmzlərsiz, Rusiya Federasiyasının Olimpiya komitəsinin bayrağı altında çıxış edir.
Mükafatlandırma mərasimində Rusiya himni əvəzinə Pyotr İliç Çaykovskinin fortepyano üçün 1 nömrəli orkestrinin konsertindən fraqment səslənəcək...