Bu gün "ADA" Universitetində beynəlxalq konfransda çıxış edən prezident İlham Əliyev Hikmət Hacıyevə zarafatla xitab edərək- ancaq əvvəldən hazırlanmış siyahı üzrə gedirsiniz. Bu nə sovet üslubudur?- dedi və masa arxasında oturan hər kəsə sual vermək imkanı yaratdı.
Jurnalistika təcrübəmdə dövlət başçıları iştirak edən çoxsaylı brifinqlərdə və tədbirlədə olmuşam. ABŞ prezidenti çıxış edən tədbirlərdə belə sualların kim tərəfindən verilməsi prosesi onun media komandası tərəfindən idarə olunurdu. Azərbaycan prezidentinin bu günkü yanaşması, onun öz işində tətbiq etdiyi böyük şəffaflıq və hesabatlıqdan xəbər verir. Həmçinin Azərbaycanda söz azadlığına ən yüksək səviyyədə necə yanaşıldığının göstəricisidir. Bravo, cənab Prezident!
Şəfəq Mehrəliyeva, Jurnalist
ADA Universitetinin Beynəlxalq və ictimai əlaqələr fakültəsinin müəllimi