“Daşaltı uğursuzluğunun ilkin səbəbi Şuşa türməsindəki terrorçuların buraxılması oldu…”
Oxunub: 4090
26 Jan 2022 | 19:56
“Daşaltı uğursuzluğunun ilkin səbəbi Şuşa türməsindəki terrorçuların buraxılması oldu…”
“Həmin terrorçular arasında  Xocavəndin Qaradağlı kəndinin kənarındakı fermada bütöv bir azərbaycanlı ailəsini güllələyərək yandırmış ermənilər də var idi...”
 
“1991-ci ilin yayında  Şuşa polisi Daşaltıda ciddi şəkildə pasport-qeydiyyat yoxlaması apardı və...”  
 
Qəsdən hər hansı bir ağır cinayət törətmiş məxluqun, o cümlədən kütləvi insan qatillərinin, terrorçuların cəzasız buraxılması çox təhlükəli tendensiyadır. 1988-ci ildən Ermənistanın və Qarabağdakı işğalçı və terrorçuların Azərbaycan xalqının başına gətirdiyi faciələrdə, öz rəhbərliklərimizin də qətiyyətsizliyi və səhlənkarlığı ucbatından meydana çıxmış bu amilin də önəmli rolu olub.
Bu mövzunu Moderator.az-a açıqlamasında 30 il öncə bu gün -1992-ci il fevralın 26-da cəmi bir neçə ay öncə yaradılmasına başlanmış milli ordumuzun keçirdiyi Daşaltı əməliyyatının faciəvi uğursuzluqla nəticələnməsinin səbəblərindən danışan peşəkar döyüşçü polkovnik Azay Kərimov yadımıza saldı... Təəssüf ki, 44 günlük savaşdan sonra keçən müddətdə də eyni tendensiya özünü Rusiyanın rəsmən sülhməramlı sayılan  hərbçilərinin Şuşa yaxınlığında Azərbaycan hərbçilərinin postuna qumbara atmış erməni terrorçusu Norayr Mirzoyanı yaxalanandan az sonra Xankəndindəki separatçı-terrorçu rejimə təhvil verməsi nümunəsində göstərməyə başladı...
 
Polkovnik Azay Kərimov o günlər Şuşanın təhlükə altında olan digər kəndində - Malıbəylidə olduğu üçün özü şəxsən Daşaltı əməliyyatında iştirak etməsə də, həmin torpaqlarda böyüyüb-boşa çatmış bir şəxs və peşəkar hərbçi kimi ərazidəki əməliyyat şəraitinə kifayət qədər bələd olduğundan bəhs edilən əməliyyatın faciə ilə nəticələnməsinə gətirib çıxaran səbəblər haqda ətraflı danışıb. 
 
“1989-1990-cı illərdə keçmiş Dağlıq Qarabağın yalnız ermənilər yaşayan əsasən 3 kəndinə Ermənistandan hay terrorçuları  göndərilirdi. Onlar xaricdə və sovet ordusunda xüsusi təlim keçmişdi. Belə kəndlərdən ikisi Xocalı rayonunun Ballıca və Həsənabad kəndləri, digəri isə Şuşa rayonunun Daşaltı kəndi idi.  Həmin kəndlərin yerləşdiyi ərazi relyef baxımından artilleriya üçün əlçatmaz olduğundan erməni yaraqlıları üçün təhlükəsiz sayılırdı. Xüsusi təyinatlı erməni  terrorçularının məhz həmin kəndlərə yerləşdirlilməsinin əsas səbəblərindən biri bu idi. O yaraqlıların arasında atıcı silahlar, partlayıcılar, terror aktları, diversiya, kəşfiyyat və s. üzrə sağlam, iri gövdəli, idmançı mütəxəssislər var idi.   
 
Daşaltını da  Şuşadan topla, “Alazan”la, “Qrad”la vurmaq mümkün deyildi. Həmin kənddə yerləşmiş hay terrorçularının əsas vəzifəsi yaxınlıqdakı Şuşa-Laçın yolu ilə hərəkət edən azərbaycanlı avtomobillərinə, xüsusən günün qaranlıq vaxtlarında  atəş açaraq soydaşlarımızı qətlə yetirməklə əhalidə kütləvi xof yaratmaq idi. Eləcə də onlar Şuşa-Laçın arasındakı elektrik xətlərinin dirəklərini partladaraq rayon mərkəzləri və ətraf azərbaycanlı kəndlərinin günlərlə işıqsız qalmağına səbəb olurdular”- bunları söyləyən həmsöhbətimiz Daşaltı əməliyyatından 4-5 ay öncə həmin kənddəki erməni terrorçularının həbs edilərək Şuşa türməsinə toplanmasından da bəhs edib. 
 
“Bunu birinci dəfədir ki, mediaya açıqlayıram…Yadımdadır ki, 1991-ci ilin yayında  Şuşa rayon polis şöbəsinin rəis müavini Eldəniz Quliyevin rəhbərliyi ilə rayon polisi Daşaltıda ciddi şəkildə pasport-qeydiyyat yoxlaması apardı.  Mən də həmin əməiyyatda  post-patrul xidmətinin qərargah rəisi kimi iştirak edirdim. O vaxt biz Ermənistandan gəlmiş, Azərbaycanda, Daşaltı kəndində qeydiyyatı olmayan, eləcə də müxtəlif təxribat və terror aktlarında şübhəli bilinən bütün erməni kişiləri həbs edib Şuşa türməsinə topladıq. Öncəki söhbətlərimizdən birində dediyim kimi, Qarabağın digər şəhər və kəndlərində həbs edilmiş terrorçular da olduğu üçün Şuşa türməsi doldu və biz qalan terrorçuları, səhv etmirəmsə, musiqi texnikumunun zirzəmisində düzəltdiyimiz məkana yerləşdirdik. Bir sözlə, 1991-ci ilin 20 noyabr vertolyot faciəsinədək yalnız Şuşada 600-ə yaxın hay terrorçusu saxlanılırdı. Təəssüf ki, cəmi bir neçə ay sonra, yəni 1991-ci ilin sonunadək həmin hay terrorçuları Moskvanın təzyiqi və Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi səbəbindən hissə-hissə Xankəndinə qaytarıldı. Həmin terrorçular arasında hətta Xocavənd rayonunun Qaradağlı kəndinin kənarındakı fermada bütöv bir azərbaycanlı ailəsini güllələyərək yandırmış ermənilər də var idi. O vaxt hadisə yerində olduğum üçün o dəhşətli mənzərə gözümün qarşısındadır.  O teraktı törədənlərin cəzasız şəkildə buraxıldığını hər yadıma salanda sarsılıram… Halbuki, Respublika Prokurorluğundan gəlmiş istintaq qrupu şəhid Baş Prokuror İsmət Qayıbovun da bilavasitə iştirakıyla digər erməni cinayətləri kimi, bunu edənlərin də günahını təsdiqləmişdi. Qalırdı onların məhkəmədə mühakimə olunaraq həbsə, yaxud o dövrün qanunlarına uyğun olaraq güllələnməyə məhkum edilməsi…  Və deyərdim ki, Xocalı, Qaradağlı, Meşəli və s. soyqırımları kimi, Daşaltı əməliyyatının faciəvi uğursuzluğunun da əsas səbəblərindən biri və ilkin səbəbi məhz Şuşa türməsinə və digər həbsxanalarımıza yığılmış erməni terrorçularının cəzasız şəkildə buraxılaraq Xankəndindəki separatçı-terrorçu rejimə qaytarılması oldu. Çünki nəticədə həmin hay terrorçuları daha qisasçı duyğularla yenidən silahlanıb bizə qarşı terakt və döyüşlər təşkil etməyə başladılar…     
 
Daşaltı əməliyyatının uğursuzluğa düçar olmasının ikinci əsas səbəbi isə həmin əməliyyatı o dövrdəki komandanlıq tərəfindən səriştəsiz, qeyri-peşəkar şəkildə hazırlanması oldu”- peşəkar döyüşçü polkovnik belə deyib.
 
Polkovnik Azay Kərimovun 30 il öncəki Daşaltı əməliyyatının sırf hərb elmi baxımından bu günədək deyilməmiş bəzi detalları haqdakı söhbətini yaxın müddətdə saytımızda oxuya bilərsiniz. 
 
Moderator.az-ı izləyin!
 
Sultan Laçın
 
Oxşar xəbərlər
N.Tusi adına Klinika
17:56, Bu gün
Ümumdünya Ətraf Mühit Günü münasibətilə təmizlik aksiyası keçirilib - FOTO
17:53, Bu gün
Ərdoğan UEFA Prezidentini qəbul edib
17:50, Bu gün
Şahzadə Uilyam atasının şərəfinə keçiriləcək paradın əsas məşqində iştirak edib
17:47, Bu gün
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Müşahidə Şurasının iclası keçirilib - FOTO
17:42, Bu gün
Coğrafiyaçı alim su ehtiyatlarına dair beynəlxalq konfransda çıxış edib - FOTO
17:36, Bu gün
Emin Ağalarov bulvarda: “Dondurma - bərabərdir uşaqlığım” - VİDEO
17:31, Bu gün
COVID-19-dan sonra yaddaş zəifliyi... – Professor
17:24, Bu gün
Səudiyyə Ərəbistanı+BƏƏ Türkiyəyə 90 milyard dollarlıq dəstək verdi...
17:17, Bu gün
Sabunçu rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb - FOTO/VİDEO
17:12, Bu gün
Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO
17:08, Bu gün
Azərbaycanda daha iki nəfər COVID-19-a yoluxub
17:05, Bu gün
Ədliyyə Nazirliyindən növbəti rəqəmsal yenilik: “ƏN TEZ” innovativ xidmət istifadəyə verildi 
17:01, Bu gün
UNEC-ə mənsub elmi əsərlərin xarici müəlliflik göstəriciləri açıqlanıb
16:56, Bu gün
Nərmin Kərimbəyova: “Verilişlərdə həmkarlarım üzümə xoşagəlməz sözlər deyirlər” - VİDEO
16:52, Bu gün
Gəncədə torpağa basdırılan silah-sursat aşkarlanıb
16:48, Bu gün
"USQ-nin əks-hücumu dörd istiqamətdə davam edir, taktiki uğurlar əldə edilib..." - ISW
16:43, Bu gün
Naxçıvanda 4756 şagird monitorinqdə iştirak edib
16:40, Bu gün
Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb
16:35, Bu gün
Hansı hallarda məhkum vaxtından əvvəl cəzadan azad edilə bilər? - VİDEO
16:31, Bu gün
San-Fransiskoda atışma: Doqquz yaralı - FOTO
16:27, Bu gün
Paşinyanın Rusiya və ABŞ arasında təhlükəli “rəqsi” – “İki dovşanın dalınca qaçan...”
16:23, Bu gün
"BMT həmişə olduğu kimi impotent təşkilat olaraq qalır..."
16:21, Bu gün
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
16:17, Bu gün
"Qəbələ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadır
16:13, Bu gün
Putin-Paşinyan görüşü: Baş nazir prezidentin qabığına girir - TƏHLİL
16:08, Bu gün
İran rejimi çox təhlükəli silahlar əldə edib - Mahmudəli Çöhrəqani ilə MÜSAHİBƏ - VİDEO
16:03, Bu gün
“Onu müğənni etmək üçün fil həkimi olmalısan”
16:00, Bu gün
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı
15:56, Bu gün
Şolts sığınacaqla bağlı qanunu sərtləşdirən Aİ ölkələrinin razılaşmasını dəstəkləyib
15:52, Bu gün
"S&P": "2027-ci ilə qədər Azərbaycan iqtisadiyyatı orta hesabla 1,4 % artacaq"
15:47, Bu gün
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanında iştirak edənlərin sayı açıqlandı
15:42, Bu gün
Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng xidməti DOST Mərkəzində istifadəyə verildi - FOTO
15:36, Bu gün
Səfir: “Rumıniya Azərbaycanın strateji tərəfdaşıdır”
15:30, Bu gün
"Azərbaycanca-Koreyaca lüğət” çapdan çıxıb
15:26, Bu gün
Çoxüzlü fiqur – Paşinyan fərqli paytaxtlarda fərqli mesajlar verməkdə rekord qırır
15:20, Bu gün
OPEC+ qəti döyüşə gedir - TƏHLİL
15:14, Bu gün
"S&P" :"Azərbaycanın dövlət idarəçiliyi sektorunun profisiti ortamüddətli perspektivdə davam edəcək"
15:11, Bu gün
Növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib - FOTO
15:07, Bu gün
Kanadanın Baş naziri Kiyevdədir
15:03, Bu gün
Riyakar demokrat - Paşinyanın ikiüzlülüyü - ŞƏRH + FOTO
15:00, Bu gün
Qarabağın erməni sakinləri Xankəndi-Gorus istiqamətində maneəsiz keçirlər - VİDEO
14:58, Bu gün
“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir
14:56, Bu gün
BDU-nun kafedra müdiri, tarixçi Kərəm Məmmədli vəfat edib
14:54, Bu gün
"Kağızsız Hökumət" layihəsinə dair yeni həll təqdim edilib - FOTO
14:51, Bu gün
IV sinif şagirdləri monitorinqə cəlb olunub - FOTO
14:48, Bu gün
Azərbaycan millisinin velosipedçisi: "İlk mərhələdən qırmızı formanın sahibi olmağa çalışırdım"
14:45, Bu gün
Akademik Milli Dram Teatrının yeni mərhələsində üç tamaşa hazırlanacaq - FOTO
14:40, Bu gün
Oynayarkən əlini və ayağını itirən Zəhranı himayə edən Səyyad: “O mənə Allahın əmanətidir” - REPORTAJ + FOTO
14:37, Bu gün
Türkiyənin müdafiə naziri raket fabrikindəki partlayışa görə Hataydan Ankaraya qayıdıb
14:34, Bu gün
"Rusiya Ukrayna ilə müharibə üçün İrandan yeni pilotsuz uçuş aparatları əldə edib" - Ağ ev
14:30, Bu gün
S&P: “Azərbaycanın qaz sektoru üçün perspektivlər əlverişlidir”
14:26, Bu gün
"Əziz Şuşa"da dördüncü mərhələnin qalibi: "İndidən sabahkı şah yarışını düşünürəm"
14:24, Bu gün
Əməliyyat olunan Elza: “Anam elə bilib ki, qəzaya düşmüşəm” - VİDEO
14:22, Bu gün
Beş bələdiyyə sədri cərimələndi - FOTO
14:18, Bu gün
"Əziz Şuşa" beynəlxalq velosiped yarışının dördüncü mərhələsi başa çatıb
14:13, Bu gün
Ukraynanın Almaniyadakı səfiri: “Kaxovka SES-in partladılması nəticəsində dəymiş ziyan 14 milyard dollardır”
14:08, Bu gün
Son bir ay ərzində Azərbaycanda 20 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb - VİDEO
14:02, Bu gün
Prezident İlham Əliyevin tapşırığı ilə SOCAR Ukraynaya 20 ton yanacaq verib - FOTO
14:00, Bu gün
"S&P": "2027-ci ilədək Azərbaycanın xalis beynəlxalq investisiya mövqeyi ÜDM-in 65%-ni təşkil edəcək"
13:57, Bu gün
Dərdimizə dərman olmaq yerinə, səhhətimizə bəla olan SAXTA ƏDVİYYATLAR... 
13:51, Bu gün
Qənirə Paşayeva Milli Məclisin iclasında vacib məsələlərə toxundu - VİDEO
13:46, Bu gün
DSX-nin hərbçisi özünü güllələyərək öldürdü
13:40, Bu gün
Daşkəsəndə bir neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb
13:36, Bu gün
Yuxarı Şirvan kanalında boğulan gəncin meyiti tapıldı - YENİLƏNİB + VİDEO
13:33, Bu gün
Yaponiyada aeroportda sərnişinlərlə dolu iki təyyarə toqquşdu - FOTO/VİDEO
13:31, Bu gün
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
13:27, Bu gün
Fransa Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
13:22, Bu gün
Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi - FOTO
13:15, Bu gün
Bakı qonaq qəbuluna hazırlaşır: Şəhəri yudular - FOTO
13:09, Bu gün
Suriyadan ABŞ-nin qovulmaq planı - TƏHLİL
13:04, Bu gün
Əlaqələndirmə Qərargahının Laçın şəhərində növbəti iclası keçirilib - FOTOLAR
12:59, Bu gün
Qənirə Paşayeva Qazaxıstana səfər edəcək
12:56, Bu gün
"Mançester Siti" İngiltərə futbolunun tarixinə düşə bilər
12:52, Bu gün
Bakıda duman, rayonlarda leysan... - İstirahət gününün havası
12:48, Bu gün
Təhsilin keyfiyyəti nə ilə ölçülməlidir? - 700 balla, yoxsa… 
12:42, Bu gün
Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib - FOTO
12:37, Bu gün
Ombudsman hərbçimizin həbs müddətinin uzadılmasına etiraz edib
12:34, Bu gün
“Toppuş bacı”nın əri: “Qayınatam evlənməyimə icazə verib”
12:31, Bu gün
KİV: ABŞ və İran rəsmiləri arasında Omanda vasitəçilik yolu ilə danışıqlar olub
12:28, Bu gün
Azərbaycanda tədarük məntəqələrinə 290 ton yaş barama təhvil verilib - FOTO
12:25, Bu gün
"Jurnalistin haqqını yemək heç kimə hörmət gətirmir" - Seymur Verdizadə 
12:22, Bu gün
Fərhad Hacıyev: “Hazırda “Yüksəliş” müsabiqəsinin imtahanlarında qayda pozuntusu qeydə alınmayıb"
12:19, Bu gün
Avtodayanacaqlarda “BakıKart” terminalları ilə bağlı mübahisəli vəziyyət yaranıb
12:16, Bu gün
İran seçim qarşısında - Tehran pisi, yoxsa daha pisi seçəcək?
12:13, Bu gün
Prokurorluq: "Abşeronda qadının atraksiondan yıxılaraq ölməsi faktı araşdırılır"
12:11, Bu gün
Şahin Mustafayev: “Naxçıvanı qərb rayonları ilə birləşdirən yeni yolların tikintisi nəzərdə tutulur”
12:08, Bu gün
Üçüncü “Yüksəliş” müsabiqəsində əyani mərhələnin imtahanlarına start verilib
12:05, Bu gün
Təxirə düşən Vaşinqton görüşü, “suyu” bulandıran Moskva - Pərdəarxasında nə baş verir?
12:02, Bu gün
Şuşa həbsxanasında ermənilərin işgəncə verdikləri qazi: “Bıçaqla gözümü çıxartdılar” - MÜSAHİBƏ + FOTO
12:00, Bu gün
Türkiyədə raket fabrikində yanğın olub, 5 nəfər ölüb
11:55, Bu gün
Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medal qazanıblar
11:51, Bu gün
“Azərbaycan Xankəndinə hücuma keçərsə, Kreml qondarma qurumu tanıya bilər...”
11:51, Bu gün
Hazırkı vəziyyətə görə bir ailənin gəliri nə qədər olmalıdır? - VİDEO
11:50, Bu gün
Ceyhun Bayramovla ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında telefon danışığı olub
11:47, Bu gün
Xırdalan parkında dəhşət - Qadın atraksiondan yıxılıb öldü - VİDEO
11:45, Bu gün
Bakıda “Bir Peşənin Sirri” festivalı keçirilib
11:40, Bu gün
Nazir müavini: "Azərbaycanda peşə təhsili sahəsində islahatlar davam edir”
11:35, Bu gün
Azərbaycan yelkənçiləri dünya çempionatında iştirak edəcəklər
11:30, Bu gün
Prezident İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib
11:28, Bu gün
CityNet GameSummit festivalının əsas tərəfdaşıdır
GÜNLÜK
00:07, Bu gün
“Heydər Əliyev ona dedi ki, sabah Tiflisə gedirəm, Simarə qızım da təyyarədə olsun...”
09 Jun 2023 | 20:57
"Təlxəyin birisidir, çox ağır alkoqolikdir, ciddi fiziki və psixi problemləri var..."
09 Jun 2023 | 19:15
Paşinyan Soçidə Putinə yenə Laçın “dəhliizi”ndəki durumdan gileyləndi...-FOTO
09 Jun 2023 | 22:16
Ruben Vardanyan Azərbaycanın Avropaya enerji ixracının qarşısını almağa çalışır?  - İDDİA...
09 Jun 2023 | 19:00
"Ukraynanın su basmış rayonlarında vəba xəstəliyi riski yüksəkdir"
09 Jun 2023 | 21:25
"Hafiz Əliyevin qanunazidd hərəkətləri ilə bağlı faktlar Baş Prokurorluğa göndərilib"
09 Jun 2023 | 22:24
“O qədər toy yoxdur deyirlər ki, Allah yoxa çıxarır”
09 Jun 2023 | 18:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
09 Jun 2023 | 18:02
Kristal Abşeron AzMİU ilə Memorandum imzaladı - FOTOLAR
09 Jun 2023 | 18:40
"Liverpul"dan ayrılan futbolçu Almaniya klubuna keçib
HƏFTƏLİK
05 Jun 2023 | 20:31
"Türkiyə-Rusiya münasibətlərində "qızıl əsr"ə doğru" - Ərdoğandan sonra əsas qalib Putindir...
05 Jun 2023 | 13:44
Ərdoğanın andiçməsində Paşinyanın niyə 2-ci sırada əyləşməsinə rəsmi izahat verildi...
09 Jun 2023 | 07:16
Rusiya bu halda “artsaxın müstəqilliyi”ni tanıya bilər?..-Hər cür həyasızlıq gözləmək olar...
06 Jun 2023 | 13:56
Paşinyan Ərdoğanın andiçməsinə getməyi Putinlə razılaşdırmışdımı?..
07 Jun 2023 | 09:35
"Bu ədalətsizlik aradan qaldırılmalı və onlar ən geci 2-3 il ərzində mənzillə təmin olunmalıdır"
08 Jun 2023 | 06:23
Kəlbəcərdəki Xudavəng məbədi Rusiya baş keşişinin xeyir-duasıyla “erməni kilsəsi” olub... 
07 Jun 2023 | 16:12
“Sərhədlərin konkret bir ilin xəritələri ilə müəyyənləşməsi Paris və İrəvanın təklifidir...”
03 Jun 2023 | 21:45
Şadlıq sarayında xoşagəlməz hadisə: Qonaqlar zəhərlənməmək üçün mərasimi tərk etdilər...
06 Jun 2023 | 12:35
"Azərbaycanın bu davranışı Bakıda səfərdə olan İsrail prezidentinin siyasətinə bənzəyir..."
07 Jun 2023 | 09:45
“Başkəndin Kərki ilə yox, Yuxarı Əskipara kəndi ilə mübadiləsinin müzakirəsi mümkündür...”
AYLIQ
00:07, Bu gün
“Heydər Əliyev ona dedi ki, sabah Tiflisə gedirəm, Simarə qızım da təyyarədə olsun...”
09 Jun 2023 | 20:57
"Təlxəyin birisidir, çox ağır alkoqolikdir, ciddi fiziki və psixi problemləri var..."
09 Jun 2023 | 19:15
Paşinyan Soçidə Putinə yenə Laçın “dəhliizi”ndəki durumdan gileyləndi...-FOTO
09 Jun 2023 | 22:16
Ruben Vardanyan Azərbaycanın Avropaya enerji ixracının qarşısını almağa çalışır?  - İDDİA...
09 Jun 2023 | 19:00
"Ukraynanın su basmış rayonlarında vəba xəstəliyi riski yüksəkdir"
09 Jun 2023 | 21:25
"Hafiz Əliyevin qanunazidd hərəkətləri ilə bağlı faktlar Baş Prokurorluğa göndərilib"
09 Jun 2023 | 22:24
“O qədər toy yoxdur deyirlər ki, Allah yoxa çıxarır”
09 Jun 2023 | 18:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
09 Jun 2023 | 18:02
Kristal Abşeron AzMİU ilə Memorandum imzaladı - FOTOLAR
09 Jun 2023 | 18:40
"Liverpul"dan ayrılan futbolçu Almaniya klubuna keçib