“Dəmir ordu”nun komandiri!
Oxunub: 996
19 Oct 2021 | 23:28
“Dəmir ordu”nun komandiri!

2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan hərb tarixinə böyük qəhrəmanlar bəxş etdiyi şübhəsizdir. Bu qəhrəmanlardan biri də Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovdur.

 

Tank tağımı, irəli!

 

Azad Hümbətov Vətən müharibəsinə tank tağımının komandiri kimi qatılır. Tank komandiri kimi malik olduğu peşəkarlıq, ağır təlimlərdə göstərmiş olduğu yüksək nəticələr Azad Hümbətova düşmənlə elə ilk qarşılaşmada ona ağır zərbəlıər endirməyə, düşmənin müqavimət sədlərini uğurla yarıb keçməyə imkan verir. Ordumuzun Füzuli istiqamətində gerçəkləşdirdiyi hərbi əməliyyatlarda iştirak edən və tank bölüyünün işğalçıların müdafiə xəttini yararaq onun dərinliyinə doğru müvəfəqqiyyətlə irəliləməsini təmin edən baş leytenant Azad Hümbətov, öz cəsarəti ilə düşməni vahiməyə salır.

 

Azad Hümbətovun rəhbərlik etdiyi “dəmir ordu” ilə döyüşdə böyük itlkilər verən düşmən, hərbçilərimizin ildırım sürətli hücumunu tank əleyhinə minaların köməyi ilə dayandırmağa cəhd edir. Baş leytenantın komandiri olduğu tankın minaya düşməsi Azad Hümbətovun yaralanması ilə nəticələnir. Partlayış nəticəsində xəsarət alan komandir öz həyatı üçün kritik situasiyada elə bir qəhrəmanlığa imza atır ki, bu qəhrəmanlığın hərb tariximizdə daim heyrət və qürurla xatırlanacağı şübhəsizdir.

 

Beynəlxalq hərbi statistikanı alt-üst edən qəhrəman: “Tankın ömrünü ekipajın təcrübəsi müəyyən edir!”

 

Azad Hümbətovun döyüş yolu ilə bağlı maraqlı məqamlardan biri onun tankı ustalıqla idarə etməsi, onu tank əleyhinə raketlərdən, o cümlədən digər maneələrdən ustalıqla yayındırması ilə bağlıdır. Beynəlxalq hərbi təcrübə real döyüş əməliyyatında tankın ömrünün orta hesabla cəmi 2 dəqiqə olduğunu sübut edir. Ölçü və parametr etibari ilə nəhəngliyi, hücum əməliyyatlarının başlıca vasitəsi olaraq daim öndə yer alması və bununla da açıq hədəf halına gəlməsi, mürəkkəb relyefdə manevr qabiliyyətinin məhdudluğu tankın elə ilk dəqiqələrdən sıradan çıxarılmasını şərtləndirən əsas amillər hesab olunur. Lakin Azad Hümbətovun tank komandiri kimi fəaliyyəti beynəlxalq hərbi statistika ilə bağlı bütün dünyda qəbul edilən bu həqiqəti alt-üst edir. Azad Hümbətov sübut edir ki, tankın ömrünü hər şeydən öncə ekipajın təcrübəsi, onun ustalığı müəyyən edir. Ekipaj nə qədər peşəkardısa, onun istifadəsindəki tankın da ömrü bir o qədər uzun olur. Azad Hümbətovun komandiri olduğu tanka hərb meydanında dəqiqələrlə deyil, günlərlə qazandırdığı ömür bu gerçəyi isbatlamış olur.

Təkbaşına xilas əməliyyatı: Yaralı mexaniklə 25 km-lik qaçış...

 

Komandiri olduğu tankın minaya düşməsi ilə Azad Hümbətovla yanaşı tankın mexaniki də ağır xəsarət alır. Yaralı olmağına baxmayaraq tabeçiliyindəki hərbçinin həyatını xilas etmək üçün bütün gücünbü səfərbər edən Azad Hümbətov, onu kürəyinə alaraq dağ-meşə massivində 25 km-lik yol qət edir. Iki gündən sonra öz döyüş postlarına yetişən baş leytenant yaralı mexanikin həyatını xilas edir.

 

Yaralarının ciddiliyini nəzərə alınaraq Azad Hümbətovun özü də Beyləqandakı hərbi hospitala göndərilir. Yenidən döyüş meydana qayıtmaq və ordumuzun əks-hücum əməliyyatında iştirakını davam etdirmək istəyi Azad Hümbətovu bir an belə olsun rahat buraxmır. Elə bu səbəblə də yaralarının sağalmağını gözləməyən baş leytenant hərbi hospitaldakı müalicəsini yarımçıq qoyaraq döyüş meydanına qayıtmağa qərar verir.

 

“Dəmir süvari” piyada bölüyündə...

 

Müalicəsini başa vurmadan orduya qayıdan Azad Hümbətov bundan sonrakı hərbi əməliyyatlarda piyada döyüş bölüyündə komandir kimi iştirak edir. Azərbaycan ordususunun Qubadlı uğrundakı döyüşlərində böyük igidliklər göstərən Azad Hümbətov, piyada döyüş bölüyünə də uğurla komandirlik etdiyini sübut edir. Mürəkkəb coğrafi relyefdə, ağır dağ döyüşlərində çevikliyi və komandir səriştəsi ilə diqqət çəkən baş leytenant, öz qəhrəmanlıqları ilə şəxsi nümunə göstərir, bölüyün hərbi əməliyyatları yüksək döyüş ruhunda davam etdirməsini təmin edir.

 

Azad Hümbətovun rəhbəri olduğu piyada bölüyü strateji yüksəkliklərin və yaşayış massivlərinin düşməndən təmizlənməsində fəal iştirak edir. Çox keçmir ki, Azərbaycan ordusu Laçın ətrafındakı yüksəkliklər azad edilməsi uğrunda gərgin döyüşlərə başlayır. Azad Hümbətov və onun rəhbərlik etdiyi bölük bu döyüşlərdə də öz cəsarəti və əzmi ilə diqqət çəkir. Baş leytenant və onun əsgərləri fasiləsiz davam edən hərbi əməliyyatlarda düşmənin onlarla hərbçisini məhv edir, bir sıra məntəqələrin işğaldan azad edilməsini təmin edir. Lakin bu əməliyyatlar Azərbaycan ordusu üçün də itkisiz nəticələnmir. Belə ki, istər tank komandiri, istərsə də piyada bölüyünün rəhbəri kimi özünü döyüş meydanında təsdiq edən, bir çox yüksəkliklərin, qəsəbə və kəndlərin azad edilməsinə böyük töhfə verən Azad Hümbətov 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olur.

 

Azad Hümbətovun fiziki ölümü hərbçi yoldaşlarını məyus etsə də, bu, onların mübarizə əzmini azaltmır. Əksinə, döyüş yoldaşları uğurlu hücum əməliyyatlarını davam etdirərək Azad Hümbətovun, o cümlədən bütün xalqımızın arzularını reallığa çevirir. Çox keçmir ki, 10 noyabr 2020-ci il bəyanatı ilə müharibə başa çatır. Kapitulyasiya haqqında razılaşmaya imza atan Ermənistan işğalda saxladığı digər yaşayış yerlərini döyüşsüz tərk etməli olur.

 

Əbədi sevginin təsdiqi...

 

Azad Hümbətovun torpaqlarımızın erməni faşizmindən azad edilməsində göstərdiyi qəhrəmanlıqlar müharibədən qısa müddət sonra dövlət təltiflərində də öz əksini tapır. 9 dekabr 2020-ci ildə Azad Hümbətova Vətən Müharibəsi Qəhrəmanı adı verilir. Bununla yanaşı, 15 dekabr 2020-ci ildə şəhid baş leytenant “Vətən uğrunda” medalı, 25 dekabr 2020-ci ildə isə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilir.

 

Bütün bunlar xalqın, dövlətin öz qəhrəmanını unutmadığını, onun igdliyini yüksək qiymətləndirdiyini göstərir. Azad Hümbətova “Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edilməsi xalqın, millətin öz qəhrəmanına əbədi sevgisinin təsdiqi, Azərbaycan dövlətinin öz şəhidinə olan sonsuz ehtiramın göstəricisidir.

 

Qeyd edək ki, Azad Hümbətov 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə də təltif edilmişdir.

 

“O, qəhrəman olmaq üçün doğulmuşdu...”

 

Azad Hümbətova xalq sevgisi bununla bitmir. Çox qısa zamanda Azad Hümbətovun yaşadığı Nərimanov rayonunda qəhrəmanın xatirəsinə möhtəşəm abidə ucaldılır. Bu abidə tez-tez vətəndaşlar, o cümlədən gənc nəslin nümayəndələri tərəfindən ziyarət olunur, bu abidə ətrafında müxtəlif tədbirlər təşkil olunur. Hansı ki, bu cür ziyarətlərdən biri cari ilin 22 sentyabr tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən gerçəkləşir. Həmin ziyarət əsnasında çıxış edən təşkilatın sədri Fatma Səttarova Azad Hümbətovun hələ uşaq yaşlarından öz ağlı, intellekti, vətən sevgisi ilə diqqət çəkdiyini vurğulayır:

 

“Onun bütün uşaqlığı bizim gözümüzün önündə keçib. O, uşaq vaxtından öz yaşıdlarından fərqlənirdi. Azad sanki qəhrəman olmaq üçün doğulmuşdu. O, öz qeyri-adiliyi, ətrafındakı hadisələrə daha məntiqli yanaşması, cəsarət və zəhmətkeşliyi ilə diqqət çəkirdi. 44 günlük Vətən müharibəsi Azad Hümbətovun daxilindəki qəhrəmanlığı üzə çıxartdı. Müharibənin ilk günündən döyüşlərə atılan Azad, bir komandir kimi nəyə qadir olduğunu hərb meydanında sübut etdi. Məhz onun, eləcə də digər şəhidlərimizin, qazilərimizin cəsarət və qəhrəmanlığı sayəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu qısa zamanda işğalda qalan torpaqlarımızı azad etdi. Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Biz buna görə Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə borcluyuq. Əminəm ki, Azad Hümbətovun qəhrəmanlığı illər, əsrlər sonra da xalqımızın yaddaşında yaşayacaq, onun xatirəsi dərin ehtram hissi ilə yad ediləcəkdir. Çünki o, bu ehtirama layiqdir!”.

 

Seymur ƏLİYEV

Məqalə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun 8 Noyabr Zəfər Günü münasibəti ilə keçirdiyi “Qəhrəmanlıq salnaməsi” adlı yazı müsabiqəsinə təqdim olunur.

Hüm

Oxşar xəbərlər
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:21
"Biz Rusiya xalqını qətlə yetirəcəyik" - "Xorasan İslam Dövləti"
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 20:29
“Crocus”da onlarla insanı xilas edən azərbaycanlı: “Haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar”
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:21
"Biz Rusiya xalqını qətlə yetirəcəyik" - "Xorasan İslam Dövləti"
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 20:29
“Crocus”da onlarla insanı xilas edən azərbaycanlı: “Haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar”