Cahangir Məmmədli: “Vətən sevgisi jurnalistlərimizin yaradıcılığında özünü tam mənası ilə göstərməkdədir”
“Əgər 90-cı illərin əvvələrində jurnalistlərimiz indiki birliyi təmin edə bilsəydi, o zaman elə maarifçilik işi aparmaq olardı ki, xalq bugünkü kimi birləşə bilərdi”.
Bunu Moderator.az-a açıqlamasında BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli deyib. Jurnalistlərimizin erməni yalanlarına qarşı mübarizədəki rolunun böyük olduğunu bildirən Cahangir Məmmədli, Vətən müharibəsində də media nümayəndələrinin böyük fədakarlıq sərgilədiyini vurğuladı:
“Bu bir həqiqətdir ki, jurnalistlərimiz Aprel döyüşlərindən başlayaraq daha mütəşəkkil və səmərəli fəaliyyət ortaya qoydular. 44 günlük Vətən müharibəsi dövründə jurnalistlərimizin çoxu cəbhədə oldu. Onlar döyüşçülərlə çiyin-çiyinə dayandılar. Hətta AZTV-nin müxbiri də yaralandı. Jurnalistlərimiz heç nədən qorxmadan canlarını fəda etməyə hazır oldular.
Bu gün jurnalistlərimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda davam edir. Bunu anlamaq üçün Şuşada keçirilən “Xarıbülbül” festivalı ilə bağlı jurnalsitlərimizin yazdıqlarını oxumaq kifayətdir. Vətən sevgisi jurnalistlərimizin yaradıcılığında özünü tam mənası ilə göstərməkdədir”.
Seymur ƏLİYEV