Romanı bitirənə qədər iki dəfə intihara cəhd edən yazıçı - MÜSAHİBƏ
Ədəbiyyat
Oxunub: 786
05 Feb 2022 | 16:11
Romanı bitirənə qədər iki dəfə intihara cəhd edən yazıçı - MÜSAHİBƏ

Adnan Özer: "Tapançasını çıxarıb atəş açdı. Güllə düz son cümlənin axırına dəyib divara girdi.  Bütün məhəllə ayağa qalxdı ki, görəsən, kimi güllələdilər”

 

Ad­nan Özer 1957-ci il­də Türki­yə­nin Tə­kir­dağ bölgə­sin­də ana­dan olub. İs­tan­bul Uni­ver­si­te­ti­nin mə­zu­nu­dur. 1980-ci il­də İs­tan­bul Gözəl Sə­nət­lər Aka­de­mi­ya­sı­nın təş­kil et­di­yi şe­ir yarışma­sın­da qa­lib gə­lib. İlk şe­ir ki­ta­bı olan “Od­lu qa­val” 1981-ci ildə işıq üzü görüb. “Ya­ğı­şı sus­du­ran təq­vim”, “Za­ma­nın xəritəsi”, “Vi­da şe­ir­lə­ri”, “Əvvəllər gələcək gözəl idi” və s. kitab­la­rın müəl­li­fi­dir. Türkiyənin 80-ci illər poeziyasının klassiki sayılır. “Za­ma­nın xə­ri­tə­si” – 1991-ci il­də “Ca­mal Süre­ya Şe­ir Müka­fa­tı”na la­yiq görülüb. Pab­lo Ne­ru­da, Okta­vio Paz, Federiko Qar­sia Lor­ka, Ru­ben Da­rio və s. şairlə­rin şe­ir­lə­ri­ni türk dilinə çe­vi­rib. Şe­ir­lə­ri ru­mın, por­tu­qal, al­man, ital­yan və is­pan dil­lə­ri­nə tərcü­mə edi­lib. Adnan bəy həm də Türkiyədə çox məşhurlaşan, səs-küyə səbəb olan və artıq klassik əsər kimi qəbul edilən Metin Kaçanın “Ağır roman”ının yazılmasına vəsilə olub.

Bu əsər əsasında çəkilən film də tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Əsərin müəllifinin şəxsiyyəti ətrafında söz-söhbətlər bu gün də səngimək bilmir.

"Kaspi" qəzetinin əməkdaşı Adnan bəylə bu səs-küylü roman haqqında söhbətləşib... 

 

"Hər gün dava edir, bəlaya düşürdü”

 

– Metin Kaçan "Ağır roman”ın girişində yazıb ki, "Adnan Özer olmasaydı, bu kitabı yazmayacaqdım”. İstərdim ki, əsərin girişindəki bu cümlənin yazılma səbəbini oxucularla bölüşəsiniz...

– Mən Metinin qardaşı, məşhur karikatura ustası Həsən Kaçan ilə cavanlıqdan dost idim. Metini isə əsgərlikdən gələndən sonra tanıdım. Bir gün Həsən mənə dedi ki, qardaşım yumoristik hekayələr yazır. Onda Həsən "Qır-qır” dərgisini çıxarırdı, bu karikatura jurnalı məşhur "Krokodil” jurnalından sonra dünyada ən çox satılan karikatura jurnalı idi, 400.000 tirajla nəşr olunurdu. Həmin jurnalda Metinin iki yumoristik hekayəsi dərc olunmuşdu. Metin o zaman yumoristik hekayələr danışıb, səsini kasetlərə yazdırıb satardı. Onlara da qulaq asdım. Bir gün Həsən mənə dedi ki, kömək elə, Metin  kitabların, qəzetlərin çap olunduğu "Babali”də işləsin. Çünki o, maşın ustası, yaşadığı məhəllə isə kriminal bir yer idi. Metin hər gün dava edir, bəlaya düşürdü. Uzunçuluq eləmirəm ki?

 

 

– Qətiyyən... Buyurun...

– Mən də "Metis” nəşriyyatındakı dostuma məsləhət gördüm ki, onu işə götürsün. Metin getdi, amma onu işə götürmədilər. O vaxt mənim balaca bir nəşriyyatım vardı, bir müddət orada işlədi. Bir neçə ay sonra nəşriyyat iflas elədi, çünki Metin o qədər gülməli hekayələr danışırdı ki, gülməkdən işləyə bilmirdik. O vaxt mənə "Ağır roman”dan bəzi səhnələri danışırdı, deyirdim ki, bunları roman kimi yaz. Deyirdi ki, yazı-pozu mənlik deyil, mənimki  elə danışmaqdır. O illərdə gedib Kasımpaşada çayxanada bu əhvalatları danışıb insanlardan çoxlu pul yığırdı, həm də kasetlərini satırdı. Ramazanda məddahlıq edirdi, dini hekayələr danışıb beş-üç manat qazanırdı. Mən onu axır ki, yola gətirib romanı yazmağa razı saldım. Əvvəl-əvvəl yazarkən çox darıxırdı. Bir yerdə otura bilmirdi. Bir dəfə ayaqlarını stula bağladıq ki, qalxa bilməsin, yazsın. Sonra ona bir qız köməkçi tutduq, o romanı diktə elədi, qız da yazdı. Bu romanı yazıb bitirənə qədər iki dəfə intihara cəhd etdi. Çünki dəhşətli dərəcədə darıxırdı. Bu romanın yazılması iki il yarımlıq möhtəşəm bir macəradır...

 

"Heç kəs onunla qumar oynamazdı, çünki...”

 

– Axır ki, yazıb bitirdi...

– Hə, nəhayət. Bir gün zəng elədi ki, romanı tamamlamışam, durma gəl. Getdim. Yekə kağızları divardan sancaqla vurub ki, açılmasın. Dedi, get bax. Gedib divardakı kağızlardan əsəri oxudum. Soruşdum ki, bəs niyə axırda nöqtə qoymayıbsan? Dedi onu qəsdən qoymamışam, kənara çəkil, nöqtəni indi qoyacağam. Tapançasını çıxarıb atəş açdı. Güllə düz son cümlənin axırına dəyib divara girdi.  Bütün məhəllə ayağa qalxdı ki, görəsən, kimi güllələdilər. Metin çox sərrast nişançı idi. O qədər sərrast nişançı idi ki, Luna Parkda tir ilə hədəfi vurmaq istəyəndə həmin obyektlərin sahibləri razılaşmazdılar. Çünki gülləsi heç vədə boşa getməzdi, bütün hədiyyələri udardı. Heç kəs onunla qumar oynamazdı, çünki əldən pərgar idi.

 

 

– Amma əsər bir zaman onu işə götürməyən "Metis” nəşriyyatı tərəfindən çap olunur...

– Hə, o məsələdə də inad göstərdi ki, əsər o nəşriyyat tərəfindən çap edilməlidir. Apardım, oxuyub çox bəyəndilər. Və roman işıq üzü gördü.

– Əsərin yazılmasındakı təkidinizdən danışdınız, bəs yaradıcı baxımdan romanın meydana gəlməsində hansı rolunuz olub?

– "Ağır roman”ı üç dəfə redaktə etmişəm, amma ciddi dəyişikliklərdən söhbət gedə bilməz. Çünki əsərin verbal gücü çox möhtəşəm idi, onu poza, əl dəyə bilməzdim. Mən Metini roman yazmaq üçün hazırladım, ona çoxlu kitablar oxutdurdum, amma o da sürətlə çalışır, dediklərimi edirdi.

 

"Bu qulağından alıb, o biri qulağından buraxırdı”

 

– Romanın arqo dili, məhəlli ifadələri türkiyəli oxucular üçün nə dərəcədə anlaşıqlıdır?

– Ümumən anlaşıqlı deyil. Amma Kasımpaşa, Karagümrük, Qazi Osmanpaşa, Topxana məhəllələrində yaşayanlar əsəri rahatca və tam anlayırlar, amma başqa yerlərdə yaşayanlar üçün bir sıra ifadələri başa düşmək çətindir.

– Məsələn, o əsərdə "git başımdan” ifadəsinə "yayıl burdan” deyirlər. Bu cür ifadələr əsərdə çoxdur... Belə ifadələr, bəzən lüğətlərdə rast gəlmədiyimiz söz birləşmələri, qısaltmalar  romanın başqa dilə tərcümə olunmasında çətinlik yaratmırmı?

– Əlbəttə, yaradır. Eşitdiyimə görə bu romanı alman dilinə uğurla tərcümə ediblər. Çünki bu əsəri alman dilinə yaxşı çevirə bilmək üçün tərcüməçi bir müddət gəlib Kasımpaşada yaşadı, oranın məhəlli dilini öyrəndi, adətlərinə bələd oldu ki, tərcümə  işi uğurlu alınsın.

 

 

– Əsərin baş qəhrəmanı – Salih müəllifin prototipidir?

– Bəli, əsərdəki baş qəhrəman – maşın ustası onun özüdür. Onun qəhrəmanları real şəxslər idi. Hamısını tanıyırdım, onlardan cəmi biri sağdır, qalanları rəhmətə gedib.

– Bəs əsər çap olunandan sonra bu romanda öz obrazlarını görən real insanlar M.Kaçana aqressiya göstərdilərmi?

– Əlbəttə, müəyyən narazılıqlar oldu. Amma Metin deyilənləri bu qulağından alıb, o biri qulağından buraxırdı.

– Tina xanım onun əxlaqsız obrazının ədəbiləşdirilməsinə necə reaksiya göstərdi?

– O qadını Metin uşaq olarkən tanımışdı. Sonralar məhəllədən köçmüşdü. Ona görə ciddi bir problem olmadı.

 

"Ümidləri əlçatan olan adamlar nikbin olurlar”

 

– Romanda təsvir olunan Korela məhəlləsi mənə təcrid olunmuş Latın Amerikasının kiçik modelini xatırlatdı. Müşahidəm nə dərəcədə müfəssəldir?

– Tamam doğru müşahidədir. Dəqiq tutubsan. Bilirsən niyə? Çünki Jorje Amadu bizim üçün nəsrin "peyğəmbəri” idi. Onun əsərlərini sevə-sevə oxuyurduq. Amma Metin tam mənada əsər  oxuyub sonra roman yazacaq bir insan deyildi. Əslində, o, əsl məddah idi. Bəlkə də, əvvəlki həyatında məddah olmuş, sonra reinkarnasiya nəticəsində dəyişmişdi. Məddah deyərkən, tərifçiliyi nəzərdə tutmuram. Dini məclislərdə aramsız danışan məddahları nəzərdə tuturam. Üç gün yatmadan da danışa bilirdi. Bir ev tutmuşdu, o ev gün ərzində elə hey dolub-boşalırdı, insanlar gəlib-gedirdi. Özünə böyük bir kreslo düzəltdirmişdi, orda oturub gülməli əhvalatlar danışırdı. Gələnlərin çoxu qadınlar idi, daim onları güldürürdü. Qadınlar onları güldürə bilən kişiləri dəlicəsinə sevirlər.

– "Ağır roman”da hər kəs bir bəlaya mübtəladır, heç dinc günləri yoxdur, amma bütün bunlara baxmayaraq qəhrəmanlar nikbindirlər. Həmin məhəllənin insanları real həyatda da elədir, yoxsa bu, yazıçının inancının ifadə edən utopiyasıdır?

– Eyni zamanda Metin çox nikbin adam idi, heç əsəbiləşməzdi, dalaşanda da. Heç nəyi özünə problem eləməzdi. Siyasətdən zəhləsi gedərdi. Daim insanları güldürərdi. Heç zaman da xəstələnməzdi. Fiziki cəhətdən çox güclü və qəmsiz adam idi. Öz düşüncəsi əsərə də hopub. Bir də ki, kasıb insanlar ümidli olurlar, onların böyük arzuları olmur deyə, ümidləri daha əlçatan olur. Ümidləri əlçatan olan adamlar isə nikbin olurlar. Arzularımız böyüdükcə, kədərlənirik, istəklərimiz qarşısında gücsüzlüyümüzü şüuraltı olaraq hiss edirik.

 

"Onun üçün söyülməklə öyülməyin ciddi fərqi yox idi”

 

– Bu əsərdə Türkiyənin hüquq sistemi aciz durumda göstərilir. Sanki heç bir qayda-qanun işlək deyil. Bu məqam nə dərəcədə realdır?

– Ora – həmin məhəllə tam mənada Türkiyə deyil, ora öz qanunları olan xüsusi bir məhəllədir. Onlar hüququ tanıyırlar, amma saymırlar. Bu məhəllənin öz qaydaları var, o qaydaları pozanlar cəzalandırılır. Orda hər kəs qisasını özü alır, heç kəs başqasından polisə şikayət etmir. Orda kimsə kiminsə xanımına kəm gözlə baxmaz. Metin real həyatda da belə məsələlərə həssas idi. Məsələn, biri məclisə yanında bir xanım gətirirdi, kimsə ona gözaltı baxardı. Metin həmin adamı dərhal pərt edərdi. Yapışardı o xanımın qolundan və həmin şəxsə deyərdi ki, buyur, götür, al apar, sənin olsun. Çox qısqanc adam idi.  Əsərdə də o cür qaydalarla yaşayan obrazlar var, onlar öz prinsipləri ilə ömür edirlər, onları tam hüquqsuz hesab etmək olmaz.

– M.Kaçan, "Ağır roman”ı şöhrət qazansa da, sonralar az yazdı...

–  "Ağır roman”dan sonra "Fındıq səkkiz” romanı, "Adaya gedən qayıq” və "Servantesin qardaşı oğlu” adlı hekayələr kitabı çap olundu. Yazmaq onun üçün çox çətin bir proses idi.

– Yazarların onun yaradıcılığına münasibəti necə idi?

– Yaşar Kamal onun yaradıcılığını çox sevərdi, Orxan Pamuk isə sayğı duyardı, çünki Metinin yaradıcılığı çox orijinal idi. Amma Metin belə şeyləri eyninə almazdı, onun üçün söyülməklə öyülməyin ciddi fərqi yox idi.

– Bu roman Metin Kaçan sağ ikən də indiki qədər məşhur idi?

– Hə, nə danışırsınız?! Çox məşhur idi. Bir neçə ay sonra məşhurlaşdı, əsər ulduz kimi parladı. Sürətlə satılırdı, haqqında çoxlu məqalələr yazılırdı, danışılırdı.

 

"Bu roman həm də bir romansdır”

 

– Yəqin, bu romana görə normal qonorar da alırmış.

– Alırdı, amma iki gün, ən uzağı üç gün ərzində bütün pulların başına daş salırdı.

– Bəs "Ağır roman” filminin ssenarisini niyə özü yazmadı?

– Çəkilişlərdə iştirak elədi, ssenarini də onunla məsləhətləşdilər, ancaq özü yazmadı. Oradan da pul qazandı. Çox qazandı. Sonra bu əsərin əsasında balet yazıldı, oradan da qonorar əldə etdi.

– Bu əsəri oxuyan əcnəbi bir adam İstanbuldan qorxar, düşünər ki, bu şəhər insanı yeyib axırına çıxan müdhiş bir meqapolisdir.

– Hə, əksər meqapolislər elədir. Meqapolis insana çox şey təklif edir, amma əvəzində əlində olanları da alır. Şəhərdə yaxşı yaşamaq üçün etdiklərinin əvəzində nələr itirdiyini düşünəndə, bu məqamı daha yaxşı anlayırsan. Metinin təsvir elədiyi məhəllə real, əyləncəli idi, amma təhlükəli idi. Mən uşaqlıqdan Batmanda böyüdüyüm üçün qismən oranın dilini bilirdim, amma yenə də təhlükəli idi.

– Bu romanın Türkiyədə klassik romanlarla bir cərgədə dayanmasının səbəblərini nədə görürsünüz?

– İstanbul mədəniyyəti, bu şəhərin kənar məhəllələrinin dili, əsərin sosial yükü onun klassik əsər kimi qəbul edilməsinə gətirib çıxarır. Əlbəttə, Metin belə şeyləri, sosioloji qatı-filan düşünməzdi, o, sadəcə bildiyi kimi  yazardı. Bu roman, həm də bir romansdır.

 

Oxşar xəbərlər
00:19, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: Böyük PROSES BAŞLADI -VİDEO
00:06, Bu gün
Sarımsaq qoxusundan necə qurtulmaq olar?
00:06, Bu gün
"Dünya savaşı başlayıb, avtokratiyalar bunu anlayıb, Qərb isə xəyallar aləmindədir" - "The Telegraph"
00:04, Bu gün
“Flydubai” Dubaydan aprelin 17-dək bütün reysləri ləğv edib
00:03, Bu gün
Türkiyə şirkəti ABŞ-də artilleriya mərmilərinin istehsalı üzrə zavod inşa edəcək
16 Apr 2024 | 23:57
Üzünüzü bu qarışımla nəmləndirin
16 Apr 2024 | 23:49
Politoloq Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı BMT-nin mövqeyini açıqlayıb
16 Apr 2024 | 23:47
Qərbi Azərbaycan Xronikası: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdı
16 Apr 2024 | 23:45
Brüsseldə Viktor Orbanın iştirakı ilə tədbirin keçirilməsi qadağan edilib
16 Apr 2024 | 23:44
Fransa Azərbaycandakı səfirini geri çağırıb
16 Apr 2024 | 23:42
Ancelina Coli bu dəfə yeni döyməsi ilə diqqət çəkdi - FOTO
16 Apr 2024 | 23:40
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
16 Apr 2024 | 23:33
Azərbaycanın futzal millisi Gürcüstana uduzub
16 Apr 2024 | 23:31
Qonşu ölkədə tikinti materialları kəskin bahalaşacaq
16 Apr 2024 | 23:29
Sevda bu dəfə fərqli tərzdə mesajını verdi – VİDEO
16 Apr 2024 | 23:28
İranın öz simasını qorumaq əməliyyatı - VİDEO
16 Apr 2024 | 23:25
Oksana səfirlə görüşdü - FOTO
16 Apr 2024 | 23:24
ABŞ London məhkəməsinə Culian Assancın işində tələb olunan zəmanəti verib
16 Apr 2024 | 23:20
İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş - FOTO 
16 Apr 2024 | 23:18
Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
16 Apr 2024 | 23:06
Güzəştli şərtlərlə pensiya alanların NƏZƏRİNƏ!
16 Apr 2024 | 23:03
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16 Apr 2024 | 23:01
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
16 Apr 2024 | 22:57
Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib
16 Apr 2024 | 22:50
"Zaporojye AES qəzaya təhlükəli yaxın məsafədədir" - MAQATE
16 Apr 2024 | 22:44
ABŞ Rusiyanın dondurulan aktivlərini müsadirə edə bilər
16 Apr 2024 | 22:34
Nazirdən yeni təyinat
16 Apr 2024 | 22:27
Tbilisidə aksiya zamanı DİN-in bir əməkdaşı yaralanıb
16 Apr 2024 | 22:24
Fuad Hüseynəliyev: “Ermənistan hökumətinin siyasətini Fransadan aldığı illüziyalar müəyyənləşdirir” - VİDEO
16 Apr 2024 | 22:22
Amerikada ərə gedən aparıcı oğlan DANIŞDI – NİYƏ? / FOTO
16 Apr 2024 | 22:20
Damla şəxsi təyyarə alıb? – VİDEO
16 Apr 2024 | 22:15
Baba Pünhanın vəfatından iyirmi il ötür
16 Apr 2024 | 22:08
“60 yaşlı kişinin əlinə silah verib qoyublar səngərə...”
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16 Apr 2024 | 21:58
Gürcüstanda iğtişaşlar: Parlament qarşısında etirazlar davam edir - VİDEO
16 Apr 2024 | 21:55
ADNSU ilə Vorvik Universitetinin İkili Diplom Proqramının Rəhbər Komitəsinin Böyük Britaniyada iclası keçirilib - FOTOLAR
16 Apr 2024 | 21:51
Bakıda dar küçədə böyük dərd: Nə təcili tibbi yardım maşını gəlir, nə də taksi - VİDEO
16 Apr 2024 | 21:40
Xarıbülbülü Cəlilabada gətirən Xalq artisti DANIŞDI: “Belə bir gülün olduğunu bilmirdim” - VİDEO
16 Apr 2024 | 21:30
BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək
16 Apr 2024 | 21:17
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
16 Apr 2024 | 21:15
"İsrail Baydenə böyük siyasi problemlər yaradıb" - "The Wall Street Journal"
16 Apr 2024 | 21:12
Brüsseldəki Ədliyyə Sarayında bomba təhlükəsi: İşçilər təxliyə edildilər
16 Apr 2024 | 21:06
Meyityuyan: “Heç biri yuxuma da girməyib” - VİDEO
16 Apr 2024 | 20:58
"Nədən İordaniyanın hava hücumundan müdafiə qüvvələri İran raketlərini vurub?.."
16 Apr 2024 | 20:51
Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi - VİDEO
16 Apr 2024 | 20:48
2000-ci illərdə reperlərin geyindiyi cinslər qadınlar üçün dəbə çevrilib - FOTO
16 Apr 2024 | 20:36
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
16 Apr 2024 | 20:33
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
16 Apr 2024 | 20:24
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
16 Apr 2024 | 20:19
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
16 Apr 2024 | 20:07
Səhər asanlıqla necə oyanmaq olar?
16 Apr 2024 | 20:04
Biləsuvarda əmək yarmarkası keçiriləcək
16 Apr 2024 | 19:56
Xəzərin suyunun duzsuzlaşdırılması Azərbaycanın su probleminə son qoya bilərmi?
16 Apr 2024 | 19:50
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
16 Apr 2024 | 19:45
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 19:35
Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
16 Apr 2024 | 19:34
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
16 Apr 2024 | 19:27
5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO
16 Apr 2024 | 19:24
Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib
16 Apr 2024 | 19:23
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
16 Apr 2024 | 19:20
Gündə 1 ovuc ərik tumu yemək görün nələrə faydalıdır - FOTO
16 Apr 2024 | 19:18
Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
16 Apr 2024 | 19:14
60 yaşdan sonra bu qidalardan imtina edin, yoxsa...
16 Apr 2024 | 19:05
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
16 Apr 2024 | 18:57
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
16 Apr 2024 | 18:54
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
16 Apr 2024 | 18:49
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
16 Apr 2024 | 18:47
Bakıda külək elektrik stansiyası tikiləcək
16 Apr 2024 | 18:45
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
16 Apr 2024 | 18:38
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
16 Apr 2024 | 18:33
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
16 Apr 2024 | 18:30
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
16 Apr 2024 | 18:24
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
16 Apr 2024 | 18:18
Bakıda yol qəzası sıxlığa səbəb olub
16 Apr 2024 | 18:16
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
16 Apr 2024 | 18:10
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
16 Apr 2024 | 18:08
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
16 Apr 2024 | 18:07
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
16 Apr 2024 | 18:03
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
16 Apr 2024 | 17:57
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
16 Apr 2024 | 17:54
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
16 Apr 2024 | 17:48
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
16 Apr 2024 | 17:46
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
16 Apr 2024 | 17:45
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
16 Apr 2024 | 17:42
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
16 Apr 2024 | 17:40
Qan laxtalanması riski kimlərdə olur?
16 Apr 2024 | 17:38
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
16 Apr 2024 | 17:35
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
16 Apr 2024 | 17:30
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
16 Apr 2024 | 17:26
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
16 Apr 2024 | 17:23
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
16 Apr 2024 | 17:19
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
16 Apr 2024 | 17:19
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
16 Apr 2024 | 17:15
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
16 Apr 2024 | 17:10
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
16 Apr 2024 | 17:05
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
16 Apr 2024 | 17:00
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
16 Apr 2024 | 16:56
Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR
16 Apr 2024 | 16:52
“Qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə yüksək artım templəri qeydə alınıb” - FOTO
GÜNLÜK
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
16 Apr 2024 | 06:48
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
16 Apr 2024 | 07:22
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
16 Apr 2024 | 07:50
Çətir şimşəkdən qoruyurmu?
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
16 Apr 2024 | 06:48
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
16 Apr 2024 | 07:22
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
16 Apr 2024 | 07:50
Çətir şimşəkdən qoruyurmu?