Mübariz Annanın etirazlarına baxmayaraq Lora ilə romantik görüşlərini artırmışdı...
Ədəbiyyat
Oxunub: 1454
19 Sep 2021 | 16:11
Mübariz Annanın etirazlarına baxmayaraq Lora ilə romantik görüşlərini artırmışdı...
Moderator.az bir müddətdir yazıçı Çingiz Qurbanovun "Gizli savaş" romanını oxucularına təqdim edir. Roman Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş əsgər, zabit və xüsusi təyinatlıların əziz xatirəsinə həsr olunub:
 
Əvvəli: //moderator.az/edebiyyat/393867/general-muradyanin-kpekleri-onu-rahat-buraxmirdi/
 
Mübariz Azəri tapmaq, onun vasitəsilə mədənlərdə çalışan soydaşlarımızın azad olunmasına nail olmaq istəyirdi. Göstərdiyi cəhdlər uğursuz alınsa da qardaşının tapılması üçün mümkün imkanları səfərbər etmişdi. O, işdən bir həftəlik məzuniyyət götürüb ərzaq ehtiyatı tədarük edib kəndlərinə yollandı. Şakir müəllimin köməyindən istifadə etmək istəyirdi. O, Şakir müəllimlə Azərlə bağlı məsələləri müzakirə edib sonda dedi:
-Şakir müəllim, Azər və digər iki yoldaşı bu ətrafda gizlənir. Mən işdən icazə almışam. Qarşıdakı bir həftə ərzində onları axtarıb tapmaq istəyirəm. Əsir və girov götürülmüş soydaşlarımızın yerini aşkarlamaq üçün mənə kömək lazımdır. İşlərim çox, onların yerinə yetirilməsini təmin etmək üçün inandığım insanlar isə məhdud saydadırlar. Əlavə üç nəfərin köməyi ilə daha geniş miqyaslı işlər görə bilərəm.
-Doğru deyirsən, ay oğul. Son dörd, beş ay ərzində ətrafda şübhə doğuracaq bir şey hiss etməmişəm. Çox vaxt gecələr yatmır, xarabalıqlar arasında dolaşıram. Bu ətrafda gizlənsəydilər mən çoxdan hiss edərdim. Görəsən onlar yemək-içməyi haradan alırlar?
-Şakir müəllim, xahiş edirəm, növbə ilə kənd ərazisini axtaraq. Azərin uşaqlığı burada keçib o, ərazini bizim kimi yaxşı tanıyır. Həmişə kənd və ətraf ərazidə dolaşardı.
-Nə deyirəm, ay oğul. Gəl, mən «Dərə» məhləsini axtarım, sən isə «Çaxmaq» məhləsini axtar. Tapılmasalar sabah kəndin içərisini axtararıq. Kənd qəbristanlığını da ziyarət etmək pis olmazdı.
-Şakir müəllim, doğru deyirsiz. Hava qaralan zaman qəbristanlığı ziyarət edib, oranı diqqətlə axtarmaq lazımdır. Azər məzarlıqdan qorxmur, uşaq vaxtı o ətraflarda çox dolaşardı.
-Ay oğul, bu günkü işimizi sabaha saxlamayaq. Sən qal burada, mən bir qəbristanlığa baş çəkim, bəlkə uşaqları tapa bildim. -Şakir müəllim ayağa qalxdı.
O, uçub tökülmüş daşların arası ilə asta addımlarla hərəkət edərək qəbristanlığa yollandı. Kəndlə qəbristanlıq arasındakı təpənin zirvəsinə qalxıb daş üstündə oturdu. Sonra məzarlığı seyr edib şübhəli bir şey hiss etmədiyi üçün aşağı enməyə başladı. Qəbristanlığa yetişib üzü qibləyə dayanıb fatihə surəsini oxudu. Əllərini üzünə çəkərək salavat çevirib qəbirlərin arası ilə dolaşmağa başladı. Uçmuş dağılmış küncü üst üstə yığılmış daşlarla bərpa edilən günbəzli məzar onun diqqətini cəlb etdi. Ehtiyatla yaxınlaşıb günbəzin içərisinə baxdıqda gözlərinə inanmadı. Cavanların üçü də karton parçalarla örtülmüş döşəmədə uzanıb yatmışdılar. Şakir müəllim nə edəcəyini kəsdirə bilmədiyi üçün onlara tamaşa edirdi. Gənclərin ona xəsarət yetirmələrindən ehtiyat etdiyi üçün onları silkələyib Azərbaycan dilində dedi:
-Azər! Azər kimdir? Hansınızsınız Azər? 
Yuxudan doymamış cavanlar əlləri ilə gözlərini ovuşdurur, nə baş verdiyini anlamağa çalışırdılar. Azər öz adını eşidib dik atılıdı. O, Şakir müəllimin yaxasından yapışıb sorusdu:
-Sən kimsən, qoca?
-Qorxmayın, ay bala. Mən də azərbaycanlıyam, sizi axtarırdım. Allaha çox şükürlər olsun, tapdım.
Digər iki nəfər nə baş verdiyini anlamağa çalışır, qocanın kim olduğunu bilmək istəyirdilər. Yuxudan doymamış Zamin bir qədər özünə gəlib, Şakir müəllimə diqqətlə baxırdı. Qocanın üzü tüklü olmasına baxmayaraq onu tanımışdı.
-Şakir müəllim, sizsiz? Mənim riyaziyyat müəllimim olubsunuz, sizi tanıdım. Mən Nəbi kişinin oğlu Zaminəm. Tanıdız? -Zamin Şakir müəllimin yaxasını Azərin əlindən almağa çalışsa da, o buraxmaq istəmirdi.
Azər vəziyyətin nisbətən aydınlaşdığını görüb nəhayət, əlini Şakir müəllimin yaxasından çəkib dedi:
-Şakir müəllim, bir halda Zamin sizi tanıdı, deməli bizim adamsınız. Xahiş edirəm əyləşin və bir müəllim kimi baş verənləri bizə anladın. Xahiş edirəm, ilk olaraq mənim adımı haradan bildiyinizi izah edin. Onsuz da tələsidiyimiz bir yer yoxdur. 
Şakir müəllim cavanların axtarışı ilə bağlı və digər məsələlər barədə onlara məlumat verib hava qaralanadək gözləməyi təklif etdi. O, Mübariz haqqında məlumat verməyib, qazmada gözləməsi barədə susmağa üstünlük vermişdi. Artıq hava qaralmışdı. Mübariz Şakir müəllimdən xəbər çıxmadığını görüb, narahat olurdu. Ötən hər dəqiqə onun həyacanını daha da artırır, ara vermədən darısqal qazmada var-gəl edirdi. O, qazmanın tavanından asılmış fənəri yandırıb əllərini qoynunda çarpazlayaraq fikirləşirdi. Qəbristanlıqla kənd arasındakı məsafəni maksimum bir saata gedib qayıtmaq olardı. Lakin beş saatdan artıq zaman keçməsinə baxmayaraq, Şakir müəllimdən bir xəbər yox idi. Birdən qazmanin qapısı açıldı. Şakir müəllim astanada dayanmışdı. Mübariz Şakir müəllimin gəlişinə sevinsə də astanada tək dayanması onu bir qədər məyus etdi. O, qapının arxasında başqa adam dayandığını hiss edib əlini tapançaya atdı. Şakir müəllim qapıdan kənara çəkilmişdi. Mübariz gözlərinə inanmırdı. Azər astanada dayanıb ona tamaşa edirdi. Mübarizin silah tutan əli yavaş-yavaş boşalıb, sürüşərək yanına düşdü. O, yerindəcə donub qalmışdı. Azərə doğru addım atmağa gücü çatmır, sevincdən gözləri parıldayırdı. Yanaqlarından göz yaşları axırdı. Azərin boyu uzanmış, yaşadıqlarından dolayı baxışları və sifət cizgiləri sərtləşmiş, kişiləşmişdi.
Azər Mübarizi axırıncı dəfə altı ay öncə mədəndə görmüş və qanı qaynamışdı. Mübarizin əynindəki hərbi forma və gözündəki qara eynək onu tanımağa imkan verməmişdi. Ona görədə qarşısında dayanan hərbiçinin doğma qardaşı Mübariz olmasını ağlına belə gətirməmişdi. Azər Mübarizi uşaqlıq xatirələrindəki kimi yadda saxlamışdı. Aradan uzun illər ötməsinə baxmayaraq o, qarşısında dayanan böyük qardaşını tanımışdı. Mübariz yaşa dolmaqla yanaşı gözə çarpacaq dərəcədə kökəlmiş və məktəb illərinə nisbətən ucaboy olmuşdu.
Uzun illərin həsrəti sona çatmışdı. Qardaşlar qucaqlaşdılar. Göz yaşları bir birinə qarışmışdı. Azər hönkürür, emosiyalarını cilovlaya bilmir, çiyinləri qeyri-ixtiyari atılıb düşürdü. O, paltarının çirkli qolları ilə göz yaşlarını silib təkrar qardaşını qucaqladı. Mübariz yavaş-yavaş özünü ələ almış, qardaşının cod və çirkli saçlarını tumarlayır, ona təskinlik verməyə çalışırdı. Mübarizin onunla uşaq sayağı davranışı Azərin xoşuna gəlmədiyi üçün başını kənara çəkib dedi:
-Qardaş, mənimlə uşaq kimi davranma. Yaşımın az olmasına baxmayaraq həyatda çox şey görmüşəm.
-Bilirəm, Azər.
-Sən haradan bilə bilərsən? Biz əzab əziyyət çəkəndə sən tələbəlik həyatı yaşayırdın. Allaha çox şükürlər olsun oxuyub ali təhsil almısan. Səndən fərqli olaraq mən universitet bitirə bilməmişəm. Faciələrlə zəngin, qəddar bir həyat məktəbi bitirmişəm. Yazıb oxumağı kitab-dəftərlə deyil, torpaq üzərində öyrənmişəm. Mənim müəllimlərim hər gün on iki, on altı saat dayanmadan istismar edilən əsir götürülmüş soydaşlarımız olub. 
-Bilirəm, Azər.
-Nəyi bilirsən, Mübariz? Mənim həyatda yaşadıqlarımı sən haradan bilirsən? Bilirsən erməni faşistləri gözümün qabağında atamı, anamı, qardaşımı qətlə yetiriblər? Bilirsən onlar uşaqlığımı, məktəb illərimi, gəncliyimi, sağlamlığımı əlimdən alıblar? Bizi baraklarda saxlayır, yemək vermədən gecə gündüz işlədirdilər. Ayaq üstə güclə dayanırdıq. Aclıqdan taqətimiz qalmırdı. Ermənilər bizi tez-tez sıraya düzür, səbəb olmadan işgəncə verirdilər. Bir dəfə işgəncəyə tab gətirməyən yoldaşlarımızdan biri saqqallı erməni faşistlərinin üstünə qışqırdı. 
-Əclaflar, alçaqlar bu qədər qəddarlıq olar? Bu vəhşilikdir! Lakin çoxda sinənizə döyməyin, tezliklə bu torpaqlarda sizi it kimi gəbərdəcək Türk oğulları peyda olacaq. Buna əmin ola bilərsiniz! -Azər baş vermiş hadisəni gözləri qarşısında canlandırıb sözünə davam etdi. -Ara, bunun dilinə bax. İndi sənin uzun dilini kəsərəm. -Yekəpər erməni qışqıran oğlanın hülqumundan yapışıb, digər iki saqqallının köməyi ilə ağzını açıb dilini əlindəki bıçaqla kəsdi. -Ara, bunun dili doğrudan da uzun imiş, mən onu kəsib qısaltdım. -O, əlində tutduğu kəsilmiş dili yerə atıb taptaladı. Bununla kifayətlənməyib əlavə nəsə etmək istəyirdi. -Azər erməni cəlladın hərəkətlərini sanki təkrarlayırdı. 
-İndi görək, bu torpaqda it kimi kim gəbərəcək. –Tapançasını çıxarıb yaşadığı şokdan huşunu itirmiş oğlanın başına iki güllə çaxdı. -Bizə dil çıxaranların aqibəti bundan da pis olacaq. -Mübariz, saqqallı erməni faşistləri törətdikləri qanlı cinayətlərdən ürəkləri soyumur, aclıq və susuzluqdan gözləri qaralıb başları fırlanan soydaşlarımızı sıraya düzüb olmazın işgəncələrini verirdilər. -Azər həyəcanlanır, yaşananları xatırladıqca özünü güclə ayaqda tuturdu.
Mübariz bu hekayədən dəhşətə gəlib əsəbləri gərilmiş qardaşını qucaqlayıb ovundurmağa çalışırdı. Gecə yarını ötsədə heç kim yatmır, başlarına gələn hadisələri danışırdılar. Birdən Azər üzünü qardaşına tutub dedi:
-Mübariz, ailəmiz, kənd camaatı öldürülən yerləri ziyarət etmək istəyirsən? Çox uzaq deyil, «Sarı qaya»nın yaxınlığındadır.
-Gedək. Mən avtomobili həmin yerdə, «Sarı qaya»nın yaxınlığında, dərənin dibində saxlamışam.
Mübariz Şakir müəllim və digər yoldaşların qazmada qalmasını və axşam yeməyi hazırlamalarını tövsiyə edib, Azərlə birlikdə «el məzarlığı» adlandırdıqları yeri ziyarət etməyə yollandı.
***
Xeyli zaman ötməsinə baxmayaraq, general Muradyanın apardığı araşdırmalar bir nəticə verməmişdi. O, toplanmış faktları dəyərləndirmək, hadisələrin gedişatına istiqamət vermək üçün müşavirə keçirirdi. Zamanın az, problemin çox olduğunu nəzərə alıb daha çox əməkdaş cəlb etmişdi. O, ilk olaraq Balayanın işlərini araşdıran zabitə söz verdi.
-Buyurun, kapitan, xahiş edirəm, gördüyünüz işlər, apardığınız araşdırmalar barədə məlumat verin.
General Muradyanın xahiş etməsi əməkdaşlar arasında təəccüblə qarşılandı. O, bir qayda olaraq qarşısında kimin dayanmasından asılı olmayaraq tələb edir, göstəriş verir, xoşuna gəlməyən məqamlarda hətta təhqir edirdi. Muradyan son zamanlar məqsədinə çatmaq üçün bütün vasitələri keçərli hesab edirdi. Generalın acınacaqlı vəziyyəti nazirlikdə hər kəsə bəlli idi. Əməkdaşların əksəriyyəti Muradyanın durumuna qəlbən sevinirdilər.
Kapitan ayağa qalxıb boğazını arıtladıqdan sonra sözə başladı.
-Cənab general, Balayanın bizim nazirlikdə işə başladığı andan bu günədək məşğul olduğu bütün işləri araşdırmış və müvafiq arayış hazırlamışam. İcazənizlə arayışla müşavirə iştirakçılarını tanış edərdim. İlk olaraq qeyd edim ki, təmas xəttində sənədlərin qərargahdan yoxa çıxdığı zaman Aşot Balayan qərargah ərazisində olmuş, bizim hərbiçilərlə yeyib içdikdən sonra, kazarmada gecələmişdir. Aparılmış ekspertiza nəticəsində müəyyən edilmişdir ki, seyf öz açarı ilə açılmış üzərində kənar şəxslərə aid barmaq izləri müəyyən olunmamışdır. Kilid üzərində fiziki və ya mexaniki zədə aşkar edilməmişdir.
-Kapitan, seyfin ehtiyat açarları harada saxlanılırdı? –General sual verdi.
-Cənab general, daxili qaydaların tələbləri pozulmamış, açarlar qərargah rəisində olmuşdur. Aparılmış araşdırmalar ehtiyat açarların kimdə olmasına aydınlıq gətirmək mümkün olmamışdır.
-Sizin sözünüzdən belə çıxır ki, sənədləri qərargah rəisi özü oğurlamışdır. Mən düz başa düşdüm? Əgər belədirsə onun məqsədi nədir? Kapitan, xahiş edirəm, davam edin.
-Cənab general, Aşot Balayan S-300 FAVORİT ZRK sistemlərinin neytirallaşdırıması əməliyyatından əvvəl, yenə həmin ərazilərdə görünmüşdür.
-Kapitan, Aşot Balayanın tez-tez işğal olunmuş ərazilərə getməsi nə ilə bağlıdır?
-Cənab general, Balayan yaratdığı təsərrüfatlara baş çəkmək üçün tez-tez həmin ərazilərə gedir.
-Bəli kapitan, onun təsərrüfatları barədə eşitmişəm. Mənim üçün çox maraqlıdır klinika və həkimlər barədə məxvi arxiv materialları avropalı komissiya üzvlərinə necə ötürülmüşdür? Müvafiq faktları özündə əks etdirən arxiv sənədlərini ekspertizaya göndərmək, üzərindəki barmaq izlərini aşkarlayıb kimlərə məxsus olmasını müəyyən etmək lazımdır. Bu istiqamətdə nə tədbirlər görülmüşdür?
-Cənab general, arxiv materiallarından istifadəyə icazəsi olan şəxslərin barmaq izləri və məxvi arxiv sənədləri ekspertizaya təqdim olunmuş və müvafiq rəy alınmışdır. Ekspertiza rəyində bildirilir ki, bir neçə sənəd üzərində bizim idarədə çalışmayan şəxsə aid barmaq izləri müəyyən olunmuşdur.
-Kapitan, yoxlamaq lazımdır. Bəlkə, həmin barmaq izləri Aşot Balayana məxsusdur?
-Cənab general, tapılmış barmaq izlərinin keyfiyyəti onun kimə məxsus olduğunu müəyyən etməyə imkan verməmişdir.
-Otur, kapitan. Bir qayda olaraq biz lazım olan anlarda heç nə müəyyən edə bilmirik. Ona görədə burnumuzun dibində bu cür hadisələr baş verir. -General çox əsəbləşmişdi. Səbri tükəndiyi üçün daha heç kimə qulaq asmaq istəmirdi. -Azadsız, gedə bilərsiniz.
Əməkdaşlar kabineti tərk etdikdən sonra general Muradyan var-gəl edir, vəziyyətdən çıxmaq üçün yollar axtarırdı. O özünü təmizə çıxarmaq üçün qurbanlıq keçi axtarışına çıxmışdı. Qurbanlıq keçinin Aşot Balayan, kabinetindən sənədlər oğurlanan qərargah rəisi və ya heç kimə bəlli olmayan üçüncü şəxs olmasının fərqi yox idi. Üzərinə fokuslanmış baxışları dəf etmək üçün faktlara söykənən nəticə göstərmək lazım olduğunu başa düşürdü. Aşot Balayanın əvvəllər Russiya Federasiyasında çalışması işləri xeyli çətinləşdirir, onun keçmişi barədə ətraflı məlumat toplamağa imkan vermirdi. O, Aşot Balayan barədə yaranmış şübhələrə aydınlıq gətirmək üçün onunla bir yerdə Rusiya gömrük orqanlarında işləmiş şəxslərdən birini dəvət etmək, qeyri rəsmi üzləşmə həyata keçirmək istəyirdi.
General Muradyan aparılan araşdırmaların üzə çıxardığı faktlar və ekspertizanın nəticələrini əlində əsas tutub məxfi arxivin müdiri və məlum qərargah rəisinin həbs edilməsi barədə sanksiya alınması üçün raport imzalayıb hərbi prokurorluğa göndərdi. Bu metodla ona qarşı yönəlmiş təzyiqləri azaltmaq, özünü müdafiə və yeni həmlələr üçün vaxt qazanmaq istəyirdi.
***
Tiqran qərargah rəisi və arxiv müdirinin həbs edilməsi barədə prokurorluğa edilən müraciət haqqında dəftərxanadan məlumat almış, çox rahatlamışdı. Sanki çiyinlərindən ağır yük götürülmüşdü. Tiqranın barmaq izləri sənədlər üzərində aşkar edildiyi üçün dəfələrlə istintaqa cəlb olunmuş və bu barədə sualları cavablandırmaq məcburiyyətində qalmışdı. Onun məxvi sənədlərdən istifadə etmək hüququ olduğu nəzərə alınmış və beləliklə özünü müdafiə etməyə nail olmuşdu. Tiqran Mübarizə həbslər reallaşdıqdan sonra məlumat vermək istəyirdi.
Mübariz Loranın vasitəsilə məsələdən agah olmuş və həbslərin baş tutmasını gözləyirdi. O bu tədbirlərin müvəqqəti olduğu və «Baron»un ondan əl çəkməyəcəyinə əmin idi. Loradan əldə etdiyi məlumata görə general Muradyan Rusiya Federasiyasında Aşot Balayanla birgə çalışmış şəxslərdən birini qonaq dəvət etmişdi. Mübariz başa düşürdü ki, baş tutacaq görüş daha doğrusu qeyri-rəsmi üzləşmə onun ifşa olunmasına səbəb ola bilər. Görüşün nəticəsini əvvəlcədən proqnozlaşdırmaq mümkün olmadığına görə qabaqlayıcı tədbirlər görmək mümkün deyildi. Çünki Aşot Balayanın iş yoldaşlarından kimlərin dəvət olunması və kimin bu dəvəti qəbul edib, İrəvana gəlməyə razılaşması barədə onda məlumat yox idi.
Mübariz Annanın etirazlarına baxmayaraq Lora ilə romantiq görüşlərin intensivliyini artırmış, ekskluziv və bahalı hədiyyələr yağışına tutmuşdu. Lora bu görüşlərin nə ilə nəticələnəcəyi barədə fikirləşmir, mövcud vəziyyəti dəyərləndirir və romantik görüşlərin dadını çıxarmaqda davam edirdi. Lora Anna ilə rəfiqə olsa da daxilində gizlənmiş rəqabəti boğa bilmir, əlinə düşmüş fürsəti sonadək də¬yərləndirmək istəyirdi.
Lora parkda baş tutmuş növbəti görüş zamanı bildirmişdi ki, təmas xəttində yerləşən qərargahın rəisi nazirliyə çağrılıb həbs olunmuş, bir saatdan sonra isə məxvi məlumatlar saxlanan arxivin müdiri də həbs edilmişdi. Həbslərin səbəbi hamı kimi Lora üçün də maraqlı idi. O, marağını gizlədə bilməyib bunun səbəbini Mübarizdən soruşdu.
-Aşot can, bu həbslərin sizinlə nə əlaqəsi var?
-Lora, bunu məndən deyil, rəisinizdən soruşun.
-Aşot can, bir nazirlikdə işləsəkdə idarələrimiz başqadır. Mən başa düşə bilmirəm «Baron» səndən nə istəyir?
-Lora xanım, xahiş edirəm mənə aidiyyatı olmayan suallar verməyəsiniz. Əvvəldə qeyd etdiyim kimi imkan daxilində bu sualları general Muradyana verərsiniz. Nə deyim, yəqin itirdiyi imic və iki milyon dolların heyfini almaq istəyir. 
-Aşot can, bəs siz qorxmursunuz? Nazirliyin ən nüfuzlu generallarından birisi ilə konfiliktə gedirsiniz.
-Lora xanım, öncə qeyd edim ki, mən heç kimlə konfliktə getmirəm. İkincisi nazirliyin digər qüdrətli generalı Minas Davidoviç məni dəstəkləyir və dostumdur. Üçüncüsü sizin kimi əziz və vəfalı dostu olan kimdən qorxmalıdır. General Muradyandan? Bilirəm ki, məni müdafiə etmək üçün sən istənilən adamla savaşa hazırsan. Bəlkə, belə deyil, mən səhv edirəm?
-Aşot can, doğru söylüyürsən, mən sevdiyim insan üçün savaşa hazıram. –O, astadan dilləndi.
Mübariz Loranı verdiyi dəstəyə görə mükəfatlandırmaq üçün onu qucaqlayıb sinəsinə sıxdı. Qız bir söz demədən onun sinəsinə qısılmış və bu hərəkətin nə ilə sonuclanacağını səbirsizliklə gözləyirdi.
Anna yaxınlıqda ağacın altında dayanmış, yumruqlarını düyünləyərək sinəsinə vurur, əsəbini cilovlaya bilmir, gödəkçəsinin qollarını didişdirirdi. O, qısqanc göz yaşlarını silərək mızıldandı.
-Eybi yoxdur. Lora Aşotun bu durumdan qurtarmasında ona kömək edir. Tezliklə hər şey qurtarar, Aşot mənim yanıma qayıdar. Pis günlər isə acı xatirəyə çevrilib arxada qalar. -O, göz yaşlarını axıdaraq özünə təsginlik verirdi. Çəkdiyi əzablara son qoymaq üçün görüş yerini tərk edib, evə yollanmağa qərar verdi.
***
Qərargah rəisinin və arxiv müdürinin həbsi Mübarizə olan təzyiqləri azaltmaq əvəzinə, əksinə artırmışdı. O, general Muradyanı neytrallaşdırmaq barədə düşünür, başındakı variantları götür qoy edir, konkret bir qərara gələ bilmirdi. Mübariz başa düşürdü ki, «Baron»u zərərsizləşdirə bilməsə gec-tez ifşa olunacaq, mərkəzin tapşırığını yerinə yetirmək isə mümkün olmayacaqdı. Mübariz Azər və dostlarının sərbəst hərəkət etməsi, müəyyən əməliyyatların həyata keçirilməsində ona kömək etmələri üçün kimliyi təsdiq edən sənədlər və buraxılış vərəqələri əldə etmişdi. O, günorta çağı geyim mağazasına yollanıb üç dəst səliqəli paltar almış və sənədlərlə birlikdə Azərə çatdırmaq istəyirdi. Mağazada dolaşarkən yenidən izləndiyini hiss etdi. O, bunun təsadüfi olmadığını anlayır, onu təqib edənlərdən yaxa qurtarıb, paltar və sənədləri təyinatı üzrə çatdırmaq istəyirdi.
Mübariz yanından yüksək sürətlə ötüb keçən avtomobilin səsinə fikirdən ayrılıb diqqətini cəmləşdirdi. Mübarizi izləyən avtomobil indi onun önündə gedirdi. Onu izləyən şəxs özünü qəribə aparır, hərəkətlərini gizlətmək əvəzinə açıq şəkildə nümayiş etdirirdi. Çox fikirləşsədə bu hərəkətə bir anlam verə bilmir, bir variantla onu təqib edən avtomobili dayandırmaq və bunun arxasında kimlərin dayandığını öyrənmək istəyirdi. Şəhər daxilində bunu həyata keçirə bilməyəcəyini anlayıb qərbə- dağ yoluna istiqamət götürdü. Bir neçə dəqiqə keçməmiş avtomobilin onun arxasınca gəldiyini görüb sakit tərzdə dağın zirvəsinə doğru hərəkət etməyə başladı. Yamacı çoxillik, ucaboy şam və digər iynəyarpaqlı ağaclarla zəngin olan yol dağın döşü ilə ilan kimi qıvrılaraq qalxırdı. Sol tərəf uçurumlu dərə olduğu üçün kənarı beton bloklarla möhkəmləndirilmişdi. Sərt döngələrdən iki avtomobilin eyni zamanda keçməsi mümkün olmur, biri digərinə yol vermək məcburiyyətində qalırdı. Yüksəkliyə qalxdıqca duman və çis görməni məhdudlaşdırır, iki qat diqqətli olmağa vadar edirdi. Mübariz arxadan gələn avtomobili gözdən qoymur, onu saxlamaq üçün variant axtarırdı. Arxadan gələn avtomobil birdən sürəti artırıb onu beton bloklara sıxışdırdı. İzləyicisi onu sağ tərəfdən ötüb qabağa keçməyə cəhd göstərirdi. Mübariz özünü itirməyib cəld əylənci basdı. O, sürəti azaldıb onu izləyən avtomobili qabağa buraxdı. Öndə gedən izləyicisi onu rahat buraxmır, təhlükəli manevrlərini davam etdirir, sanki qəza törətməmiş əl çəkmək istəmirdi. Mübariz sərt döngələrin birində sürəti kəskin artırıb qabaqdakı avtomobili yolun kənarındakı qayalığa sıxışdırdı. Sürücü önə keçməyə imkan tapmadığı üçün idarəetməni itirib yolun kənarındakı qaya parçasına çırpıldı. Mübariz avtomobili yolun kənarında saxlayıb, rəqibin avtomobilinə yaxınlaşdı. O, avtomobilin qapısını açıb sürücünün əlindəki tapançanı aldı. Mübariz tapançanı onun gicgahına dayayıb soruşdu:
-Sən kimsən və nə üçün məni izləyirsən?
Rəqibinin ona cavab vermək imkanında olmadığını görüb keçib yanında əyləşdi. Üst başını axtarıb bir şey tapmadığı üçün avtomobilin içərisini axtarmağa başladı. Oturacağın altında gizlədilmiş ikinci tapançanı qoltuq cibinə qoyub sualını təkrarladı.
-Sən kimsən və nə üçün məni izləyirsən?
O, rəqibini şokdan çıxarmaq üçün üzünü şapalaqlayır, yaxasından tutub silkələyirdi. Rəqibin başı sağa sola yellənirdi. Düşmənin özünə gəlmədiyini görüb arxa oturacağın üstündəki qabı açıb suyu onun başına tökdü. Rəqibin bir qədər özünə gəldiyini görüb təkrar soruşdu:
-Məni tanıyırsan?
-Yox. –Rəqib başını buladı. 
-Bəs onda nə üçün məni öldürmək istəyirsən? Məni öldürməyi sənə kim tapşırıb?
-Sən kafedə avtomobilin içində partlamalı idin, indiyə qədər yaşadığın artıqdır.
-Mənim avtomobilimi sən partlatmışdın?
-Bəli. Yadında saxla, «NarkoBaron» sənə ölüm hökmü çıxardıb. Bu hökmü mən icra edə bilmədimsə, başqası edəcək. Sən türksən, ona görədə məhv olmalısan.
-«Narkobaron» kimdir? Mən elə adam tanımıram. Bilmək olar, türk olmağım barədə axmaq fikri kim ortaya atıb? Sən görmürsən mən erməniyəm?
-«Narkobaron» kəlməsinin müəllifi sənsən, necə onu tanımırsan? Sən həmişə «Baron»a problem yaratmısan, ona görə də məhv edilməyin üçün bütün imkanlar səfərbər edilib. -O, danışığına ara verib birdən yalvarmağa başladı. -Aşot, xahiş edirəm, məni öldürmə, «Baron»a qalib gəlməkdə sənə kömək edərəm.
-Bəs deyirdin məni tanımırsan? İndi yalvarıb aman istəyir, mənə adımla müraciət edirsən. Bundan sonra sənə necə inanmaq olar? «Baron» mənim türk olmağım barədə kimlərin yanında söhbət edib?
-Məndən başqa daha iki əməkdaş vardı. Bir dəfə sənin aradan götürülməyin barədə məsələ müzakirə edilərkən üçümüzün yanında qeyd etmişdi ki, sənin türk olmağından şübhələnir.
-Belə çıxır ki, mənim türk olmağımdan dörd nəfər şübhələnir. «Baron» özü, sən və daha iki əməkdaş. Fikirləşirəm onların üç nəfər olması mənim üçün daha əlverişli olar. Bəlkə düz demirəm?
O, sürət qutusunu neytral vəziyyətə qoyub avtomobildən düşərək qapını bağladı. Rəqibinin yalvarışlarına məhəl qoymadan avtomobili iki beton blokun arasındakı kiçik dəhlizdən dərənin dibinə yuvarladı. Rəqibin qışqırtıları yuvarlanaraq darma-dağın olmuş metal parçalarının çıxardığı səslərin içərisində eşidilməz oldu. Dərənin dibində yararsiz vəziyyətə düşmüş avtomobili alov bürümüşdü.
Mübariz avtomobilə əyləşib planlaşdırdığı kimi paltar və sənədləri təyinatı üzrə çatdırmağa yollandı. Rəqibinin ölümqabağı işlətdiyi «Narkobaron kəlməsinin müəllifi sənsən» ifadəsi qulaqlarında cingildəyirdı. O, doğrudan da Minas Davidoviçlə telefon danışığında bir neçə dəfə belə bir ifadə işlətmişdi. «Narkobaron» ifadəsinin general Muradyanın əməkdaşlarına necə bəlli olması maraqlı və olduqca təhlükəli bir məqam idi. Minas Davidoviç «Baron»la ehtiyatlı davranmağı dəfələrlə tövsiyə etməsi, iki general arasındakı gərgin münasibət, ümumiyyətlə bir-birilərini görmək istəməmələri bunun Minas Davidoviç tərəfindən general Muradyana çatdırılmasını mümkünsüz edirdi. Bəs onda iki nəfər arasında olan telefon danışığı digər insanlara necə bəlli olmuşdur? Belə çıxır ki, «Baron»un əməkdaşları onların telefon danışıqlarına qulaq asır. O, qarşısında çox hiyləgər və təcrübəli düşmən dayandığını anlayır və olduqca ehtiyatlı davranmağa çalışırdı. Geri döndükdən sonra avtomobildə, evdə və iş yerində axtarış aparmaq, ona hakim olmuş şübhələrə son qoymaq istəyirdi.
İki saatdan sonra Mübariz, Şakir müəllim, Azər və onun dostları qazmada əyləşib birlikdə çay içir, Mübarizin gətirdiyi ərzaq və silah-sursatı yerbəyer edib, mədənlərdə çalışan soydaşlarımızın yerini müəyyən etmək, onların xilas edilməsi və nisbətən təhlükəsiz ərazilərdə yerləşdirmək barədə planlar cızırdılar. Mübariz hər kəsin qarşısında duran tapşırıqları izah edir, əməliyyatların uğurla nəticələnməsi üçün müvafiq göstərişlər və yarana biləcək problemləri yerində dəf etməyə görə tövsiyələr verirdi. O, əsas gücün üç gəncin üzərinə düşdüyünü qeyd edib, hərəkətlərini mərkəzləşmiş qaydada Şakir müəllimlə koordinasiya etmək tapşırmışdı.
***
Sadiq əməkdaşlardan birinin faciəli ölümü general Muradyana ağır təsir bağışlayır, onu itirməsilə heç cür barışa bilmirdi. Onun ölümündə özünü günahkar bildiyi üçün dəfn mərasiminə qatılmamışdı. Qulağına çatan dedi-qodulardan ona məlum olmuşdu ki, dəfn mərasiminə qatılmaması əməkdaşlar tərəfindən nifrətlə qarşılanmış, sadiq əməkdaşların ondan üz döndərmək təhlükəsi yaranmışdı. Məlumatları çatdıran şəxslər əlavə olaraq bildirmişdilər ki, general şəxsi məqsədlərinə çatmaq üçün əməkdaşları ölümə göndərməsi kollektivin üzvləri tərəfindən qınanılır və yol verilməz hesab edilir. O özünə haqq qazandırmağa çalışır, bu əməliyyatları şəxsi maraqlarından çıxış edərək deyil, milli maraqlardan qaynaqlandığını nümayiş etdirmək istəyirdi. Ona görədə faciəvi şəkildə həlak olmuş əməkdaşın ailəsinə baş sağlığı vermək maddi köməklik göstərib qəbrini ziyarət etmək qərarına gəlmişdi.
General Muradyan gecəni pis yatdığı üçün başı ağrıyır, bədəninin bütün əzaları sızıldayırdı. Rütubətli payız iqlimi onun xroniki xəstəliklərini oyadıb narahatlıqlarını artırmışdı. Adi günlərdən fərqli olaraq işə yollanmaq üçün xidməti avtomobil çağırmayıb ölən əməkdaşın qəbrini ziyarət etmək üçün şəxsi avtomobilindən istifadə etmək istəyirdi. O, rəsmi tədbirlərdə istfadə etdiyi hərbi formanı geyinib həyətə düşdü. Qarşılaşdığı uşaqlar salam verib sinəsinə taxılmış orden və medallara tamaşa edirdilər. Orden və medallar uşaqların marağına səbəb olmuşdu. Uşaqlar mükəfatların adı ilə maraqlanır müxtəlif suallar verirdilər. O, övladlarının acı taleyindən dolayı uşaqları sevmədiyi üçün üzünü turşudub könülsüz cavab verirdi. General Muradyan avtomobili işə salıb mühərriki qızdırdıqdan sonra qarajın qarşısında saxladı. Ayaqla şinləri vurub onların vəziyyətilə maraqlandı. Avtomobilin arxa tərəfində baqajın qapısına bərkidilmiş ehtiyat şindən başqa digər şinlərin vəziyyəti yaxşı idi. Şəxsi avtomobili ilə uzaq səfərə çıxmağı planlaşdırdığı üçün ehtiyat şinə əl gəzdirmək içərisindəki təzyiqi normallaşdırmağa ehtiyac vardı.
General Muradyan "Mitsubishi Pajero» markalı avtomobilinə əyləşib, şəhər qəbristanlığına doğru istiqamət götürdü. Avtomobil idarə etməsinə baxmayaraq fikirlər onu tərk etmir, yolunda dayanan və əməkdaşının ölümünə səbəb olmuş Aşot Balayanı məhv etmək üçün planlar qururdu. O, qeyri-rəsmi üzləşməni həyata keçirmək üçün Rusiya Federasiyasının gömrük orqanlarında Balayanla birgə çalışmış, baş idarə rəisi Vladimir Vladimiroviç İvanovu qonaq dəvət etmişdi. General Muradyana elə gəlirdi ki, Aşot Balayan göründüyü və özünü ətrafa təqdim etdiyi kimi bir insan deyildir. Balayan erməni ictimayiətinə və millətinə məxsus xudpəsənlik, riyakarlıq, bayağılıq, acgözlülük, pulgirlik kimi xüsusiyyətləri özündə daşımırdı. Öz əməkdaşlarından fərqli olaraq Balayan böyük məbləğdə pul qarşılığında maraq və prinsipallığını satmamışdı. Aşot Balayanın xarakteri orta statistik erməninin xarakterindən kəskin şəkildə fərqlənirdi. Bu cür paradoks general Muradyanı fərqli düşünməyə vadar edirdi. O, qəbristanlığın ərazisinə çatdığı üçün qarışıq fikirlərdən ayrılıb avtomobili münasib yerdə saxlayıb düşdü.
«Baron»un işə gəlmək üçün xidməti avtomobil çağırmaması və işdə görünməməsi əməkdaşlar tərəfindən birmənalı qarşılanmamış və müxtəlif fikirlərə yol açmışdı. Bir neçə əməkdaş generalın iş yoldaşlarının qəbrini ziyarət etmək ehtimalının olduğunu bilib qəbristanlığa yollanmışdılar. Əməkdaşlar avtomobildən düşən generalı gördükdə zənnlərində yanılmadıqlarına sevinib, onun avtomobildən düşməsinə kömək etdilər. General Muradyan iş yoldaşlarının müşayiətilə faciəvi şəkildə həlak olmuş əməkdaşın qəbrinə yaxınlaşıb hərbi qayda da salam verdi. Yaranmış sükut lazım olduğundan çox çəkdi. General nə deyəcəyi barədə düşünürdü. Nəhayət fikirini cəmləşdirib, kəlmələri seçərək sözə başladı:
-Biz haqq yolunda canını belə əsirgəməyən əməkdaşlarımızı qiymətləndirir, ailələrinə maddi və mənəvi dəstək olur, onların həyatda təklənməsinə imkan vermirik.
Generalın çıxışına qulaq asan əməkdaşlar kimsənin eşitməməsi üçün öz aralarında pıçıldaşırdılar:
-Deyəsən bunun başı xarab olub, hansı haqq yolundan danışır? Hər şeyi şəxsi ambisyalarına qurban verməklə nəyə nail olmaq istəyir?
-Məndə başa düşə bilmirəm? Belə çıxır ki, dəvə başını pambığa soxub elə bilir heç kəs onu görmür. Narahat olmağa dəyməz, «Baron»un sonu yaxınlaşıb. Narkotik vasitələrin satışından itirdiyi pulları bizim hesabımıza bərpa etmək istəyir.
-Siz orada nə donquldanırsınız? Görmürsünüz general çıxış edir. -Muradyana sadiq əməkdaşlardan biri qeybət edənlərə təpki göstərdi.
General çıxışını tamamlayıb ölmüş əməkdaşın xatirəsini yad etmək üçün, özü ilə gətirdiyi vodkanı qədəhlərə süzdü. General idarənin əməkdaşları ilə birgə qədəhləri başlarına çəkib işə yollandılar.
***
Mübariz səhər tezdən oyanıb idman formasını geyinib eyvana çıxdı. Soyuq, dumanlı və küləkli hava şəraitinin şahidi olduqda Abdulla Şaiqin payız haqqında yazdığı məşhur şeir yadına düşdü.
Payız olur, əsir soyuq küləklər,
Solur dağda, çöldə əlvan çiçəklər.
Gecələr uzanır, günlər qısalır,
Göy üzünü qara buludlar alır.
Yağış yağır, duman çökür çöllərə,
İnildəyir çayır, çəmən, dağ, dərə.
Şeirin ahəngi seyr etdiyi mənzərə ilə çox uzlaşırdı. Qollarını sinəsində çarpazlayıb ətrafa tamaşa edirdi. Lora verdiyi xəbər ətrafında çox fikirləşmiş, gecə pis yatdığı üçün başı ağrıyırdı. Loranın verdiyi xəbərə görə Rusiyadan dəvət olunmuş yüksək çinli bir məmur gəlmiş, onu qarşılamaq üçün general Muradyan şəxsən hava limanına yollanmışdı. Bu xəbəri eşidən Mübariz təəcüblənməmiş, hətta zarafat etmişdi.
-Lora can, respublikaya ilk qədəm qoyarkən heç bir rütbəm olmadığı zaman məni general-mayor qarşılaya bilir, Rusiyadan gələn yüksək rütbəli məmuru general qarşılaya bilməz?
-Aşot can, siz hər şeyi zarafata salırsınız. Məgər bilmirsiniz bunların hamısı sizə qarşı yönəlmiş addımlardır?
-Lora can, mən nə edə bilərəm? Sizi kimi dostlar sağ olsun. Həm məni müdafiə edir, həm də qabaqlayıcı tədbirlər görməkdə kömək edirsiniz. Gələn şəxsin kimliyi barədə məlumatınız var?
-Aşot can, dediyim kimi «Baron» heç kimə etibar etməyib. Qonağı şəxsən qarşılayıb birbaşa şəhər ətrafındakı bağına aparıb. Ona görə də heç kimdə ətraflı bir məlumat yoxdur. Narahat olmayın, əldə etdəcəyim məlumatları dərhal sizinlə bölüşəcəm.
-Çox sağ olun, Lora can, minnətdaram, -Onlar xudahafizləşib ayrıldılar.
Dolaşıq və təzadlı fikirlər onu tərk etmədiyi üçün Mübariz fiziki hərəkətləri könülsüz yerinə yetirirdi. O, uzun illər boyu ilk dəfə olaraq çarəsiz duruma düşmüş, gələn qonağın kimliyini bilmədiyi üçün müvafiq hazırlıq tədbirləri görmək iqtidarında deyildi. Görüşdən yayınmağın mümkünsüz olduğunu nəzərə alıb qonağın kimliyi bilinənə qədər işə getməmək qərarına gəldi. O, Annaya zəng edib özünü pis hiss etdiyini və işə çıxmayacağını bildirib vacib bir məlumat olduğu halda evə zəng etməsini xahiş etdi. Mübariz qarışıq fikirləri başından çıxara bilmirdi. O, günortayadək gözləsə də telefon insafsızca susur, onun ürək döyüntüləri və həyacanının artmasına səbəb olurdu. Cingiltili telefon zəngi onu fikirdən ayırdı. O, səbirsizliklə gözləsə də ürək açan bir şey olmadığını hiss edib dəstəyi götürmək istəmirdi. Bu vəziyyət çox davam edə bilməzdi. O, dəstəyi qaldırdı.
-Alo, sizi eşidirəm.
-Telefona nə üçün cavab vermirsiniz, Aşot can? –Dəstəkdən Annanın səsi gəlirdi.
-Anna can, təmiz hava almaq üçün eyvana çıxmışdım. Sizi, eşidirəm.
-Aşot can, Lora zəng edib sizi soruşdu. İşə gəlmədiyinizi öyrəndikdən sonra bildirdi ki, general Muradyan Aşotu təcili yanına çağırır. Səbəbi barədə bir söz söyləmədi.
-Çox sağ ol, Anna can. -Mübariz artıq sual vermədən dəstəyi asdı. 
Bəli, arzulamadığı an gəlib çatmışdı. Həyat onu yenidən sınağa çəkirdi. Mövcud vəziyyət birbaşa onun səhvləri ucbatından yaranmadığı üçün vicdan əzabı çəkmirdi. Mübariz rəsmi tədbirə qatılırmış kimi geyinib iş yerinə baş çəkmədən bir başa «Baron»un qəbuluna yollandı. Görüş zamanı yarana biləcək mürəkkəb vəziyyəti anlayırdı. O, hər ehtimala qarşı şalvarın yan cibində tapança və kiçik əl qumbarası gizlətmişdi.
Lora həyəcanlı şəkildə masanın üstündəki sənədləri bir birinə qarışdırır, sanki nəsə axtarırdı. O, tez tez çay təklif etmək üçün kabinetə daxil olur, özünü məşğul kimi göstərib gözaltı qonağı süzür, danışıqlarına qulaq asmağa çalışırdı. Nəhayət qonağın adının Vladimir Vladimiroviç olduğunu öyrənib bir qədər sakitləşdi. O, Aşotun gəlişini gözləyirdi. 
Qəbul otağının qapısı açıldı. Aşot Balayan astanada göründü. O, ucaboy qamətini dik saxlayıb sağ əlini gicgahına doğru aparıb hərbi qaydada salam verdi. Lora onu heç vaxt hərbi formada görməmişdi. Üzü təraş olunmuş, saçları səliqə ilə arxaya daranmışdı. Sinəsindən asılmış orden və medallar pəncərədən düşən günəş şüalarını əks edərək parıldayır, mayor paqonları ilə vəhdət təşkil edirdi. Lora özünü saxlaya bilməyib dilləndi:
-Aşot can, siz necədə yaraşıqlısınız. Allah sizi bədnəzərdən və pis niyət insanlardan qorusun.
-Lora xanım, pis niyət insanlar dedikdə kimi nəzərdə tutursunuz? Xahiş edirəm, fikirlərinizə aydınlıq gətirəsiniz. –O, qaşlarını çatıb Loraya göz vurdu.
-Aşot can, kimi nəzərdə tutduğumu siz yaxşı bilirsiniz. Pis, bədniyyət insanların başına kül olsun. -O, baxışları ilə Muradyanın kabinetini göstərdi.
-Lora can, sizdən xahiş edirəm əlavə problemlər yaratmayasınız. Bilmirsiniz rəis məni nə üçün çağırıb? 
-Aşot can, sizi kimi ucaboy, sarışın saçlarını arxaya daramış, əlli beş, altımış yaşlarında bir şəxs Rusiyadan qonaq gəlmişdir. Adı isə...
-Adı isə, Vladimir Vladimiroviç İvanovdur. -O, Loranın sözünü yarımçıq kəsdi.
-Aşot can, siz həmin adamı tanıyırsınız?
-Əlbəttə tanıyıram. Biz uzun müddət bir yerdə çalışmışıq. Vladimir Vladimiroviç mənim idarə rəisim olub. Lora xanım, xahiş edirəm, mənim gəlişim barədə general Muradyana məlumat verəsiniz. –Mübariz qonağın kimliyini öyrəndiyi üçün xeyli ürəklənmişdi.
-Baş üstə. –Lora telefonun dəstəyini qaldırdı. Aşot Balayanın gəlməsi barədə general Muradyana məlumat verib Aşotun kabinetə daxil olmasına işarə etdi.
Mübariz kabinetə daxil olub ətrafa nəzər saldı. Farağat vəziyyəti alıb sağ əlini gicgahına apararaq hərbi qaydada salam verib məruzə etdi:
-Cənab general-mayor, mayor Balayan sizin əmrinizə əsasən gəlmişdir.
-Aşot can, buyurun. Xoş gəlmişsiniz, xahiş edirəm, qonağımızla tanış olun.
-Çox sağ olun, cənab general. Biz Vladimir Vladimiroviçlə uzun illərdir dostuq, mənim karyeramın formalaşmasında onun böyük əməyi olmuşdur. İcazə verin, onunla görüşüm.
-Buyurun, Aşot can. Bir yerdə çalışdığınızı bildiyim üçün sizi dəvət etmişəm. 
Mübariz yaxınlaşıb ayağa qalxmış Vladimir Vladimiroviçlə qucaqlaşdılar. Onların görüşü çox səmimi təsir bağışlayırdı. İlk olaraq Vladimir Vladimiroviç sözə başladı.
-Suren Baqdarsaroviç, Aşot Nersesoviç doğru deyir, onun vətənə qayıtmasını mən tövsiyə etmişəm. Sağ olsun, mənim tövsiyələrimi dəyərləndirdi.
-Vladimir Vladimiroviç, siz sağ olun, rəhbərliyiniz altında işlədiyim zaman topladığım həyat və iş təcrübəsi mənə çox kömək olur. Sizə dərin təşşəkkürümü bildirirəm.
-Siz sağ olun, Aşot can. Biz son dəfə beş, altı il bundan öncə görüşmüşdük, elə deyilmi?
-Vladimir Vladimiroviç, biz son dəfə dörd il beş ay öncə görüşmüşük, sonrakı dövrlərdə işin çox, vaxtın isə az olmasından dolayı görüşə bilməmişik, necə deyərlər buna da şükür.
-Əlbəttə, çox şükür olsun. Arada bir görüşə bilsək böyük şeydir. Aşot can, mən sizin şahmat yarışlarındakı qələbələrinizi tez-tez xatırlayıram. -Suren Baqdarsaroviç, bilirsiniz Aşot çox yaxşı şahmat oynayır. O, dalbadal üç dəfə regional gömrük xidmətinin çempionu olmuşdur.
-Vladimir Vladimiroviç, nə yaxşı bu barədə bizə məlumat verdiniz. Mən özüm də şahmat oynamağı çox sevirəm. Loğvalıq olmasın, təvəzökarlıqdan uzaq olsa da deməliyəm, nazirlikdə özümə bərabər rəqib tapa bilmirəm. 
-Suren Baqdarsaroviç, siz narahat olmayın, Aşot Nersesoviç çox layiqli rəqibdir. Güman edirəm o, general-mayor Muradyana qalib gəlib Nazirliyin yeni çempionu titulunu rəsmiləşdirə bilər.
-Vladimir Vladimiroviç, sizin diqqətinizə çatdırım ki, bizim generallar heç vaxt məğlub olmur, rəqibdən asılı olmayaraq həmişə qalib gəlirlər. -Mübariz sözünü tamamlayıb gözaltı general Muradyana nəzər saldı. Muradyan onun çəpəki baxışlarını yaxalayıb ritorikasına cavab olaraq dedi:
-Aşot Nersesoviç, belə sözlərlə özünüzü sığortalamağa çalışmayın, Allah qoysa yarışda görüşərik.
-Cənab general, zarafat edirəm. Yaşca və vəzifəcə böyük bir insan kimi sizə hörmətimiz sonsuzdur. İcazə verin, Vladimir Vladimiroviçlə süfrə arxasında ötən günləri yada salıb dərdləşək. Xahiş edirəm, sizdə bizə qoşulun.
-Aşot Nersesoviç, diqqətinizə və dəvətinizə görə çox sağ olun. Mənim işlərim çoxdur, siz isə Vladimir Vladimiroviçlə istədiyiniz restorana gedə bilərsiniz, buyurun.
Mübariz və Vladimir Vladimiroviç general Muradyanla xudahafizləşib kabineti tərk etdilər. Onlar axşam restoranda görüşmək barədə vədələşib ayrıldılar. Mübarizin yüksək əhvalı Loraya sirayət etmişdi. O, sevinclə Aşotla qonağın hərəkətlərini izləyir, aralarında gedən söhbəti maraqla dinləyirdi.
Mübariz qəbuldan çıxdıqdan sonra birbaşa evə yollanıb özünə gəlib toparlanmaq üçün tək qalmaq istəyirdi. O, başa düşürdü ki, ifşa olunmağın bir addımlığında dayanmışdı. Vladimir Vladimiroviç İvanovun əvəzinə onun tanımadığı digər şəxs dəvət edilsə idi, bu işin necə nəticələnəcəyini təsəvvür etmək o, qədərdə çətin deyildi. O, ürəyində polkovnik Əzimova sonsuz minnətdarlığını bildirirdi. Uzun illərin təcrübəsi öz sözünü demiş, məhz polkovnik Əzimovun tövsiyəsilə üç il dalbadal əvvəllər Balayanın işlədiyi gömrük idarəsinə getmiş, əraziləri gəzib tanış olmuşdu. Balayanın işlədiyi insanların əksəriyyətilə o cümlədən, baş idarə rəisi Vladimir Vladimiroviç İvanovla dəfələrlə görüşmüş, söhbət əsnasında müvafiq məlumatlar toplamışdı. Sanki illər boyu bu günkü görüş üçün hazırlaşmışdı. O, qəlbində bu əməliyyatın memarı polkovnik Əzimova bir daha təşəkkürünü bildirdi.
***
Mübariz yaşananları unutmağa çalışır, enerjili və yüksək əhvalla yeni iş həftəsinə başlamaq istəyirdi. O, avtomobili park edib nazirliyə daxil oldu. Elanlar asılmış lövhənin qarşısına çoxlu insan toplaşdığını görüb yaxınlaşdı. Mübariz elana gözucu nəzər salıb qımışaraq öz iş otağına yollandı. Annadan bir stəkan çay süzməsini xahiş edib cari işlərlə məşğul olmaq, əslində mərkəzin tapşırığını yerinə yetirmək üçün mövcud reallıqları nəzərə alıb planlarına dəyişiklik etmək istəyirdi.
Anna əlindəki stəkanı ehtiyatla masanın üstünə qoyub bir qədər Mubarizə tamaşa etdi. Onun dillənmədiyini görüb soruşdu.
 -Aşot can, «Baron»la görüşünüz necə keçdi? Sizi nə üçün çağırmışdı?
-Anna xanım, bu hərbi sirrdir. Deyə bilmərəm.
-Aşot can, xahiş edirəm, deyin görüm məndən sirr saxlamağı kimdən öyrənmisiniz?
-Çox qəribə və məntiqsiz sualdır. Birincisi mən şəxsi sirrimi deyil, hərbi sirri qoruyuram. İkincisi dünyanın heç bir yerində sirr saxlamağı kimdənsə öyrənmir və öyrətmirlər. Üçüncüsü hər bir əsgər and içərkən hərbi sirri qoruyacağı barədə üzərinə öhdəlik götürür. Dördüncüsü hərbiçilər bir birinə bu qəbildən olan suallar vermirlər. Vəssalam!
-Yaxşı, demək istəmirsən, özün bilərsən. Səbəbləri sadalamaq lazım deyil. Şahmat yarışında iştirak edəcəksən?
-Nə şahmat yarışı? -Mübariz özünü xəbərsiz adam kimi aparırdı.
-Aşot can, doğrudan xəbərin yoxdur? Diqqətinə çatdırım ki, Nazir şahmat üzrə turnir təşkil olunması və general Muradyanın isə təşkilat komitəsinin sədri təyin edilməsi barədə əmr imzalamışdır. Aşot can, indi sənə aydın oldu?
-Anna xanım, əvvəllər nazirlikdə idman yarışları təşkil etmək praktikası olmuşdur?
-Aşot can, mən görməmişəm, ancaq sizi bilmirəm.
-Anna xanım, nazirlikdə məndən əvvəl çalışırsınız, siz şahidi olmayıbsınızsa, mən necə görə bilərəm? Necə bilirsiniz, bu kimin ideyasıdır?
-Nə bilim, yəqin təşkilat komitəsinin sədri təklif edib.
-Çox sağ olun, Anna xanım. Bir az cari işlərimizlə məşğul olaq, vaxtımız qalsa şahmat oynayarıq. Verdiyiniz məlumatlara görə təşşəkkür edirəm.
Anna otaqdan çıxıb qapını arxasınca bağladıqdan sonra Mübariz başını əlləri arasına alıb fikirləşməyə başladı. Qoca tülkü tutduğunu buraxmır, məni sonadək sınamaq istəyir. Deməli, şübhələr onu tərk etməmişdir. Görüş zamanı demişdi ki, şahmat turnirindən sonra iki həftəlik Gürcüstana istirahət etməyə gedəcək. Ölkəni tərk etdikdən sonra onu xaricdə sıradan çıxarmaq üçün bir tədbir görmək lazımdır. Tiqran qorxaqdır, onun vasitəsilə nəyəsə nail olmaq çox çətindir. Bu işlə gərək özüm məşğul olum. Telefon zəngi onu fikirdən ayırdı...
Oxşar xəbərlər
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçirəcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:21
İran səfirinin məqsədi nədir?
19 Apr 2024 | 09:11
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
19 Apr 2024 | 08:58
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:21
İran səfirinin məqsədi nədir?
19 Apr 2024 | 09:11
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
19 Apr 2024 | 08:58
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ